www.diabet.az

ÜRƏK-DAMAR XƏSTƏLIKLƏRININ QARŞISININ ALINMASI VƏ MÜALICƏSI

Posted on: Sentyabr 15, 2011

Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir
insan ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir
nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:
•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı
(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)
•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı
•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı
Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.
Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.
Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.
Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman “kurs müalicəsinin” qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.
Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.
Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!
Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: