www.diabet.az

ƏGƏR SIZDƏ ARTIQ ÇƏKI VARSA

Posted on: Sentyabr 15, 2011

Yuxarıda qeyd etdiyimiz “sərbəst” qidalanma normal çəkiyə sahib olduğunuz halda mümkündür. Əgər sizdə artıq çəki problemi yaranıbsa, qida rejiminizdə dəyişiklik etmək məcburiyyətindəsiniz. Bəs çəkini necə aşağı salmaq və nəticəni qorumaq olar ? Arıqlamaq üçün az yemək lazımdır. Axzı bunu kim başa dümür? Bir çoxları bunu özləri üçün başqa cür planlaşdırır: nə yemək lazımdır ki, tez bir zamanda çəki azalsın ?
Qeyd edək ki, arıqlamaq üçün nə isə xüsusi bir ərzaq yoxdur. Hazərki dövrdə dietaya əməl etmədən yüksək effektli və tam ziyansız arıqlamağa səbəb olan hər hansı bir tibbi vasitə və preparatlar da kəşv olunmayıb. Yeganə etibarlı üsul orqanizmə daxil olan enerjini (kalori ilə hesablanır) azaltmaq, başqa sözlə aşağı kalorili dietaya əməl etmək lazımdır lazımdır. Bunu etdikdə orqanizmə enerji az daxil olur, bu zaman da enerjiyə tələbat artıq çəkini yaradan və “konservləşdirilmiş” yağ depolarındakı piylərdən alınan enerjinin hesabına ödənilir ki, nəticədə bədən çəkisi azalır.
Bədənimizdə enerji mənbəyi üç növ qidadan alınır: yağlar, zülallar və karbohidratlar (bax şəkil). Bunlardan da ən kalirili yağlardır: onlar karbohidrat və zülallardan (4 kkal 1 qr.-da) iki dəfə artıq (9 kkal 1 qr.-da) enerji daşıyırlar.
Lakin hər bir məhsulun kaloriliyini hesablamaq o qədər də lazım deyil. Sadəcə bütün ərzaqları üç əsas qrupa bölmək lazımdır:
1) Daha çox kalorili məhsulları tamamilə ilə qəbul etməmək və ya tam azaltmaq lazımdır. Bu qrupa tərkibində yağlar olan (həm heyvan, həm də bitki mənşəli yağlar), yağlı ət, balıq, hisə verilmiş ərzaqlar, kolbasa məhsulları, toyuq dərisi, konservalar, 30% yağlılığı olan pendirlər, qaymaq, xama, mayanez, qoz, tumlar, şəkər və şirniyyatlar (qənnadı məmulatları, konfetlər, şokolatlar, mürəbbələr, cemlər, şirin içkilər, dondurma və s), alkoqollu içkilər (1 qr. Təmiz spritdə 7 kkal enerji olur) aiddir.
2) Tərkibində çox miqdarda su olan məhsulları qəbul etmək olar (onda enerji olmur). Bu qrupa bütün növ tərəvəzlər-yağsız hazırlanmış, (kartofdan başqa) şəkərsiz çay və kofe aiddir.
3) Tərkibində mötədil miqdarda kalorili olan məhsulları az miqdarda yemək lazımdır (adəti yemək porsiyasının yarısından çox olmaz). Bu qrupa aid olan məhsullar: yağsız ət, yağsız balıq, yağsız süd məhsulları, 30 % -dən aşağı yağlı pendir., katof, qarğıdalı, paxlalı bitkilər, çörək və çörək məhsulları, makaron məhsulları, dənli bitkilər, meyvələr və yumurta aiddir.
http://diabet.az/)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: