www.diabet.az

ALIMLƏR NECƏ AĞILLI OLMAQ SUALINA CAVAB VERMIŞDIR

Posted on: Sentyabr 15, 2011

Beyinin idrak imkanlarını yaxşılaşdırmağa və saxlamaga düzgün qidalanma , müntəzəm  fiziki və zehni fəaliyyət,  normalyuxu  kömək edəcəkdir. Məhz bu şərtlər   Harvard Tibb Məktəbinin və Massaçusets Texnologiya  İnstitutunun aparıcı ekspertlərinin tədqiqatının nəticələrinə əsaslanan   rəyə görə  böyüklərin idrak və dərk etmə sağlamlığını  gücləndirməyə  imkan verir.

ABŞ nevroloqları əmindirlər ki,bu sadə, ümumi qaydalar  beyinin  fəaliyyətini dəstəkləməyə və çoxlu zehni problemlərdən,  o cümlədən beyin funksiyasına təsir edən yaş xəstəliklərindən qurtulmağa kömək edəcəkdir. Beyinin müdafiəsi üçün ən vacib şərt düzgün qidalanma rasionudur. Orqanizmi lazım olan minerallar və vitaminlərlə, xüsusilə də yaddaş və beyinin tam funksional fəaliyyəti üçün vacib olan vitamin E və vitamin B12, fol turşusu ilə təmin etmək üçün həkimlər inadla sağlam, tarazlaşdırılan pəhrizə əməl etməyi məsləhət görürlər.

Beyinin müvafiq fəaliyyətinə zəmanət verən ikinci vacib  şərt yuxudur. Yeni informasiyanı emal etmək üçün beyin gündəlik 7-8 saatlıq  yaxşı, dərin sakit yuxunu almalıdır. Gecə istirahətinin keyfiyyəti mürəkkəb bioloji neyron  proseslərinin əsasını  qoyur, çünki beyin gecələr də aktivdir.

Bundan əlavə, həkimlər fiziki fəaliyyətə də diqqət yetirir və heç olmasa ən azi həftədə üç dəfə yarım saat da olsa  məşq etməyi məsləhət görürlər. Bundan əlavə, bədən məşq etdirildiyi kimi zehni də  məşq etdirimək vacibdir, alimlər beyinə hər gün yeni iş və yeni informasiya verməyi təklif edir: məsələn, xarici dili öyrənməyə və ya məntiqi tapmacaları həll etməyə cəhd edin.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: