www.diabet.az

ARIQLAMA

Posted on: Sentyabr 15, 2011

Əgər sizdə artıq çəki varsa, ondan azad olmaq 2-ci tip diabetin ən yaxşı müalicə tədbiridir.

Arıqlamaq sizin qan təzyiqinizi və ürək xəstəliklərinə tutulma riskini, damarların zədələnməsini və qanda qlükozanın səviyyəsini azaldacaq.

Qanda qlükozanın səviyyəsinə nəzarət sizə insulinin və diabet əleyhinə tabletlərin dozasını azaldacaq qədər lazımlıdır. Bəzən diabetin kompensasiyası üçün 5 kq çəki azaltmaq kifayət edər. Sizə qulluq edən tibb işçisi çəkinin ən optimal azaltma həddini tapmağa kömək edər. Onlar sizə arıqlamaq üçün dieta təyin etərlər. Keyfiyyətli müalicə üçün aröqlamanı planlaşdırın. Əvvəlcə ən yüngül məsələri məqsəd seçin. Bunu üçün aylıq və ya həftəlik çəki azaltmağı nəzərdə tutun. Hər dəfə məqsədə çatdıqda özünüzü hər bir vasitə ilə – kitab, kompyüter diski və ya qarderobunuz üçün yeni bir malla mükafatlandırın. Özünüzü yeni arıqlama proqramına hazırlayın.

Arıqlamanın ən yaxşı yolu az yeyib, çox hərəkət etməkdir. Optimal çəkini saxlamaq üçün isə ən yaxçı vasitə bu iki adəti sonrakı sağlam həyat rejimində də saxlamanızdır.

NECƏ AZ QİDALANMALI

“Az yemək” “az kalori” qəbul etmək deməkdir. Ola bilər ki, siz porsiyaları azaldarsınız. Yağların kaloriliyi karbohidrat və zülallardan 2 dəfə coxdur. Ona görə siz karbohidrat və zülal çox, yağ az qəbul etsəniz, az kalori qəbul edərsiniz. Daha geniş məlumat almaq üçün “Rasional qidalanma” məqaləsini oxuyun.

Qidaya aid məsləhətlər

· Yeməyi mətbəxdə saxlayın, stola verməyin. Belə olduqda hər dəfə yemək üçün getmək asan olmayacaq.

· Yeməyi asta yeyin və yeyərkən aclıq hissi gəlməyənədək dayanın. Bu, həddən artıq yeməyə imkan verməz.

· Yemək zamanı televizora baxmaq, kitab oxumaq, radioya qulaq aslaq olmaz. Bütün bu məşğuliyyətlər fikrinizi yayındırar və toxluq hissini unutmuş olarsınız.

· Xahiş edin ailə üzvlərindən biri süfrədə qalmış yemək artıqlarını tez yığışdırsın. Bu, sizi əlavə yeməkdən yayındırar.

· Yeməkdən dərhal sonra dişlərinizi fırçalayın. Bu, ağızdan qida dadının gəlməsinə imkan verməz və yemək yadınıza düşməz.

· Ərzaq mağazasına acqarına getməyin. Əks halda daha çox və ya qida rejiminizə uyğun olmayan ərzaq alacaqsınız.

· Mağazaya getməzdən əvvəl nədən nə qədər aacağınızı özünüzə yazın. Bu cədvələ ciddə əməl edin.

· Qidanı göz qabağında saxlamayın.

Səhər tezdən bir qədər qida qəbul edin. Bu, yağlı yemək yeməyin qarşısını alacaq.

Yemək vaxtını ötürməyin, bu, növbəti yemək vaxtı çox yeməyin qarşısını alar.

Hər gördüyünüzü yeməyin. Bu digər yeməklərə də həvəsi atrıracaq. Çalışın yemək porsiyalarının miqdarını azaldın və ya həftə ərzində daha az qəbul edin.

DAHA ÇOX HƏRƏKƏT ETMƏK ÜÇÜN NƏ ETMƏLİ

Hərəkət çəkinizin azalmasına və kalori itkisinə səbəb olur. Əgər uzun müddət idmanla məşğul olursunuzsa, hətta sakit vəziyyət də belə kalori itirəcəksiniz.

Müxtəlif hərəkətlər nəticəsində müxtəlif miqdarda kalori itkisi baş verir. Bəziləri çəki azaltmaq üçün daha səmərəlidir: xizək sürmə, gəzinti, üzgüçülük, velosiped sürmə və yüngül aerobika.

İdman hərəkətlərini orta templə davam etmək lazımdır ki, bu, daha uzun müddətli olsun. Yüksək templə idman edərkən tez yorulacaqsınız və istənilən miqdarda kalori itkisi olmayacaq. Nə qədər çox idman etsəniz, bir o qədər çox kalori itirə bilərsiniz.

Əvvəlcə gün ərzində beş dəqiqəlik gəzinti ilə başlamaq məsləhətdir. Yeni həftədə beş dəqiqəni keçməyin. Çalışın ki, gündəlik gəzintini 45-60 dəqiqəyə kimi uzadasınız. Bunu həftədə ən azı 4 dəfəyə edin.

Daha çox kalori itirmək istəyirsinizsə, gün ərzində müxtəlif aktivlikli idman hərəkətləri edin. Maşınla gəzməkdən uzaq olun, piyada gəzməyə meylinizi artırın. Liftdən istifadə etməyin, pilləkənlərlə hərəkət edin.

Televizora baxmaq əvəzinə rəqs meydanlarında olun. İdman hərəkətləri haqqında əlavə məlumat almaq üçün “fiziki aktivlik” məqaləsini oxuyun.

Həvəsləndirmək üçün məsləhətlər

Məşq və hərəkətlərin könlünüzə xoş olanını seçin

Məşq və hərəkətlər üçün özünüzə uyğun yer və vaxt təyin edin

Məşq və hərəkətlərin maddi durumunuza uyğun olanını seçin.

Çəkiniz bərədə narahat olmayın. Sizdə piy toxuması əzələ toxumasına keçməsi baş verəcək. Belə ki, əzələlər piyərdən daha çox çəkiyə malikdirlər.

Bədən ölçülərinizi ölçü lenti ilə yoxlayın. Bir müddətdən sonra düzgün bədən quruluşuna malik olacaqsınız.

OPTİMAL ÇƏKİNİ NECƏ SAXLAMALI

Siz istədiyiniz çəkiyə artıq sahib oldunuz, indi ən çətini başlayır – çəkini optimal saxlamaq. Belə ki , çəkini optimal saxlamaq çəki azaltmaqdam çətindir

Çoxlarında artıq çəki yenidən qayıdır. Bir çoxları hətta, əvvəlki başlanğıc çəkidən artıq olurlar.Bu ona görə baş verir ki, insanlar çəkilərini azaltdıqdan sonra, öz əvvəlki həyat tərzinə və adətlərinə qayidirlar. Arzu olunan çəkini saxlamaq üçun yeni qazandığıniz qida və hərəkət rejimini daim saxlayın.Sizin uduşunuz o olacaqdır ki, yəqin ki, siz daha yaxşı görünəcəksiniz və özünüzü daha yaxşı hiss edəcəksiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: