www.diabet.az

Arıqlamaq istəyənlər üçün məsləhətlər

Posted on: Sentyabr 15, 2011

Hər pəhriz dərdə dəva olmur. Sağlamlığa zərər vermədən arıqlamağın yolları… İzafi çəkili xanımlar pəhriz seçimində görünşlərini yox, özlərini düşünməlidir. Kökəlmə süni qidalardan və içkilərdən aşırı istifadə nəticəsində orqanizmdə şlakların (üzvi tullantıların) yığılıb qalmasının nəticəsidir. Tədricən bu şlaklar orqanizm ücün zəhərli maddələrə çevrilir. Artıq çəki bir çox xanım üçün gerçək mənada problemə çevrilib. Bir çoxumuz müxtəlif dietlərlə buna nail olmağa çalışırıq. Amma nəzərə almaq lazımdır ki, həkim nəzarəti olmadan, kor-koranə pəhriz saxlamaq sağlamlıq üçün zərərlidir, hətta həyatınız üçün təhlükəlidir. Ölümlə nəticələnən belə pəhriz olaylarına Türkiyə telekanallarında hər gün rast gəlirik. Bəs sağlamlığa zərər vermədən necə arıqlamaq olar? Ümumiyyətlə, yeyərək arıqlamaq olarmı? Sizə təqdim etdiyimiz bu siyahı dəfələrlə sınaqdan keçirilib və müsbət nəticə verib. 1. Yağlı və şirin qidaları maksimum azaltmaq 2. Qızardılmış yeməklər yeməmək 3. Süni qidalardan və içkilərdən imtina etmək 4. Tez-tez qazsız su içmək 5. Mümkün qədər çiy qida qəbul etmək 6. Çoxlu qatıq və meyvə-tərəvəz yemək 7. Çörək, duz, şəkəri azaltmaq 8. Bol çeçiddə ədviyyatlardan istifadə etmək 9. “Fast-food”dan imtina etmək 10. Hər gün limon, kələm, sarımsaq yemək 11. Ət, yumurta və süd məhsullarından imtina (qatıqdan başqa) 12. Tez-tez ilıq su ilə yuyunmaq 13. Açıq havada gəzmək 14. Heç bir halda əsəbiləşməmək 15. Günəş vannası qəbul etmək (12-17 arası istisna olmaqla) 16. Yalnız taxt çarpayıda və arxası üstə yatmaq 17. Sutkada 7 saatdan artıq yatmamaq 18. Yüngül gimnastika və qaçış 19. Kosmetikadan istifadəni minimuma endirmək 20. Xəstələndikdə ilk növbədə təbii müalicəyə üstünlük vermək Qeyd edək ki, göstərilən şərtlər dahi yapon alimi, dünya şöhrətli dietoloq Katsudzo Nişinin tərtib etdiyi sağlamlıq sistemi əsasında hazırlanıb. Dünyada məhşur “Natural gigiyena” hərəkatı da bu qaydalara istinad edir. Bu qaydalara əməl etmək insanı təkcə arıqlatmır, həm də sağlam saxlayır. Arıqlamaq üçün zorakı üsullardan istifadə ağır fəsadlara, hətta ölümə gətirib çıxarır. Bu qaydalar isə, yoqa sisteminə aiddir və çox effektlidir. Lalə Mehralı Milli.Az

Bir şərh yazın

Arxivlər