www.diabet.az

ARTERIAL HIPERTENZIYA

Posted on: Sentyabr 15, 2011

Arterial hipertenziya əhali arasında geniş yayılmış xəstəliklərdən biri hesab edilir.
Yaş artdıqca bu xəstəliyin yayılması daha da çoxalır. Hərçənd ki, bu xəstəliyə
cavan adamlarda da kifayət qədər tez- tez rast gəlinir.
Arterial hipertenziya 2 formada olur:
1) İdiopatik arterial hipertenziya. Buna eyni zamanda hipertoniya xəstəliyi də
deyirlər. Xəstələrin %98 bu qruba daxildir.
2) Simptomatik arterial hipertenziyalar. Bu mənşəli arterial təzyiqin yüksəlməsi
böyrək xəstəlikləri, böyrək damarlarının patologiyaları, endokrin xəstəliklər,
mərkəzi sinir sisteminin zədələnməsi və xəstəlikləri və s. səbəblərdən əmələ
gəlir.
Arterial hipertenziya dedikdə biz arterial təzyiqin hansı rəqəmlərini nəzərdə
tuturuq?
Ümumdünya Səhiyyə Təşkilatı və Arterial Hipertenziyaya görə Beynəlxalq
Təşkilatın təsnifatına görə -arterial təzyiqin >_ 140/90 olması arterial
hipertenziyanın olmasını göstərir.
Arterial hipertenziyanın əhali arasında geniş yayılmasına baxmayaraq, arterial
təzyiqə düzgün nəzarət edilmir. Nəticədə ürək, beyin, göz dibi, böyrəklər və
damarlar tərəfindən ciddi fəsadlar baş verir. Xəstələr uzun müddət arterial
hipertenziyanın olmasına baxmayaraq, onun səviyyəsinə fikir vermirlər, dərman və
dərmansız vasitələrdən ( pəhriz, rejim ) istifadə etmirlər yaxud onlara əməl
etmirlər. Bir qrup xəstələrdə arterial hipertenziyanın müxtəlif əlamətlərinin
olmasına baxmayaraq arterial təzyiqi ölçmürlər, müxtəlif ağrıkəsici preparatların
qəbulu ilə məhdudlaşırlar. Arterial təzyiqin yüksək olmasına baxmayaraq, bir çox
xəstələr düzgün, adekvat dozada hipotenziv terapiya qəbul etmirlər. Müalicə qəbul
edənlərin çox az bir hissəsi düzgün müalicə qəbul edirlər və nəticədə miokardın
infarktı, baş beyin insultu, böyrək çatışmazlığı, görmənin pozulması, zəifləməsi və
s. kimi həyat üçün çox təhlükəli olan ağırlaşmalar baş verir. Buna görə arterial
hipertenziyanı məhz “ gizli qatil” adlandırırlar. Xəstəlik davam edir və arterial
hipertenziya tədricən hədəf üzvlərini zədələyir.
Arterial hipertenziya eyni zamanda bir çox başqa xəstəliklərin, o cümlədən ürəyin
işemik xəstəliyinin, şəkərli diabetin əmələ gəlməsini sürətləndirir. Ədəbiyyat
məlumatlarına görə, arterial hipertenziyası olan xəstələrin 1/3 –də eyni zamanda
şəkərli diabet də müşahidə edilir, miokardın infarktı, ürək çatışmazlığı daha tez-tez
baş verir.
Arterial hipertenziyanın geniş yayılmasını nəzərə alaraq, artıq bir neçə ildir ki,
Avropa dövlətlərində hipertenzioloq ştatı təsis edilmişdir ki, bu ixtisaslı həkimlər
yalnız arterial hipertenziyanın aşkar edilməsi, diaqnostikası və müalicə məsələləri
ilə məşğul olurlar. Ancaq bu xəstəliyin gedişinə ciddi nəzarət etməklə, dərman
müalicəsinə və dərmansız tədbirlərə əməl etməklə xəstəliyin verə biləcək
ağırlaşmalarının qarşısını almaq olar.
Məlumdur ki, arterial hipertenziya formalaşandan sonra bu xəstəlik sağalmır.
Bütün dünyada xəstəliyin müalicəsinin prinsipi ondan ibarətdir ki, arterial təzyiqin
səviyyəsinə düzgün nəzarət olunsun, arterial təzyiq < 140/90 mm c. süt. olsun.
Belə olduqda xəstəliyin ağırlaşmaları da azalır, xəstələr uzun müddət həyat
keyfiyyəti göstəriciləri pozulmadan yaşaya bilirlər.
Hipertaniyalı bütün xəstələr qəti olaraq duzdan uzaq durmalıdır. Unutmayaq ki,
təzyiqin kontroldan çıxmasının ən əsas səbəblərindən biri duzdan istifadə
edilməsidir. Qəti şəkildə süfrənizdə duz tutmayınız, süfrədəykən heç bir yeməyə
duz əlavə etməyiniz. Yemək pişirirkən yeməyə olduqca az duz qatın. Onsuzda
günümüzdəki bir çox qidada normadan xeyli yüksək duz mevcuddur.
Xəstəliyin müalicəsində hal-hazırda müxtəlif təsir mexanizmli antihipertenziv
dərman preparatları müvəffəqiyyətlə istifadə edilir.
Unutmayaq ki, həkiminiz tərəfindən sizə məsləhət görülən təzyiq dərmanları hər
gün və ömürlük istifadə edilməlidir. Dərman istifadəsindən sonra təzyiqiniz normal
seyredəcək. Dərman istifadəsinə baxmayaraq təzyiqiniz yüksək seyr edərsə mütləq
öz həkiminizə baş vurun. Bu halda həkiminiz ilkin olaraq istifadə etdiyiniz
dərmanın dozasını artıracaq. Ehtiyac olarsa əlavə dərman pereparatı yazacaq.
Dərmanınızı bu hala aldanaraq kəsməyiniz. Çünkü 1-3 gün sonra təzyiqiniz təkrar
yüksələcəkdir.
Hər bir təzyiq xəstəsinin etməsi gərəkənlər:
1. Bütün yeyəcəkləri mümkün olduqca duzsuz olmalıdır.
2. Artıq kilolarını verməlidirlər.
3. Təzyiq dərmanlarını vaxtında qəbul etməlidirlər.
4. Şəkər xəstəliyi varsa qanda şəkər səviyyəsi normala gətirilməlidir.
5. Gündə ən az 4-6 km iti addımlarla gəzintiyə çıxmaq lazımdır.
6. Siqret qəti şəkildə buraxılmalı və yanınızda siqret çəkilməsinə belə izin
verməməlisinz. Çünkü bu halda siz də ən azi %25 siqaret çəkmiş kimi
olursunuz.
7. Mümkün olduqca bitkisəl yeməklər və meyvələr daha çox istifadə edilməlidir.
8. Yağlı yeməklərdən uzaq durulmalıdır.
9. Əsas olaraq toyuq və balıq əti istifadə edilməlidir.
“Arterial hipertenziya” işçi qrupunun üzvlərinin məqsədi əhalimizi bu
patologiyanın Azərbaycanda yayılması, səbəbləri, əmələ gəlmə mexanizmləri,
diaqnostikası üsulları və müalicəsinə dair həm ölkəmizdə, eyni zamanda dünyada
olan yeni məlumatlarla tanış etməkdən ibarət olacaqdır. Çalışacayıq ki, əhaliyə bu
sahədə yüksək ixtisaslı yardım və məsləhətlərimizlə kömək edək.
“Arterial hipertenziya” işçi qrupu adından
S. Mehdiyev.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: