www.diabet.az

ARTIQ ÇƏKİ ŞƏKƏRLI DIABETIN MÜTTƏFIQIDIR

Posted on: Sentyabr 15, 2011

Bəşər tarixində insanların yaşam tərzinə böyük narahatlıq gətirən xəstəliklərdən biri də diabetdir.Hər bir insan bu xəstəlikdən qorunmaq üçün daim ehtiyatlı olmalıdır. Məlum olduğu kimi, diabet iki tip olur: birinci tip- insulindən asılı, hansı ki, bir qayda olaraq uşaqlarda və gənc insanlarda yaranır və ikinci tipbəzən
onu qocalıq diabeti də adlandırırlar.Təəssuf ki, alimlər birinci tip diabetin qarşısını almağa hələ nail olmayıblar, ikinci tip diabetin başlamasını maksimal
dərəcədə ləngitmək isə tam realdır. Hətta şəkərli diabetlə xəstə olmayan insanların da bildiyi və ən çox məlum olan profilaktika metodu iki əsas məhdudiyyət tələb olunan dietadır: karbohidratların və kalorinin məhdudlaşdırılması. Karbohidratların məhdudlaşdırılması ona görə lazımdır ki,
mədəaltı vəzini həddən artıq yükləməyəsən, kalorinin məhdudlaşdırılması isə kökəlməmək üçündür. Bir çox faktorlar vardır ki, bunlar şəkərli diabetə meyillilik yaradir: Birinci yerdə irsi meyilliliyi göstərmək olar.
Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yeri piylənmə və ya artıq çəki tutur.
Üçüncü səbəb – muxtəlif virus infeksiyalarıdır Şəkərli diabetin əmələ
gəlməsinə şərait yaradan faktorlardan dördüncüsü – əsəb, stressidir.
Risk faktorlarından beşinci yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Diabet xəstələri aşağıdakı
məsləhətlərə əməl etməlidirlər: Çoxlu tərəvəz və göyərti yeyin, çünki onların tərkibində olan karbohidratlar orqanizm tərəfindən tədricən sorulur və mənimsənilir, bu da qanda şəkərin kəskin artmasına səbəb olmur. Tərəvəz və meyvələr tərkibindəki karbohidratlara görə 3 qrupa bölünür. Karbohidratlar ən az xiyarda, pomidorda, kələmlərdə, yunan qabağında, boranıda, badımcanda olur. Bir qədər çox yerkokündə, soğanda, ağ turpda, çuğundurda, sitrus
meyvələrində, ciyələkdə, qırmızı və qara qarağatda, mərsində, moruqda, əriklərdə, armudlarda olur. Ən cox karbohidratlar kartofda, bananda, Üzümdə, şirin alma növlərində, xurmada, əncirdə vardır. Calışın tərkibində qida lifləri olan ərzaqlardan çox yeyəsiniz, çünki onlar digər qida komponentləri (sadə şəkərlər, xolesterin) ilə həll olunmayan və sorulmayan komplekslər əmələ gətirir və onları orqanizmdən çıxarır, deməli, qanda xolesterinin, şəkərin səviyyəsi
azalır. Belə ki, kobud uyudulmuş, kəpəkli undan bişmiş çörək seçin, ağ undan hazırlanmış çörəkdən, bişintidən imtina edin. Yulaf, qarabaşaq, qarğıdalı, darı, arpa yarmasında çoxlu miqdarda qida lifləri vardır- onlara
üstünlük verin. Zulallı qidaları yaddan çıxarmayın, çünki insulin defisiti yalnız karbohidrat və yağ mubadiləsinin pozğunluğuna yox, həm də zulal sintezinin pozulmasına gətirib çıxarır. Heyvani zulallar bütün amin turşularının ən əlverişli nisbətinə malikdir, bununla bərabər heyvani yağlar xolesterinin əsas mənbəyidir. Ona görə də ən optimal variant balıqdan, yağsız ətdən, yağsız süd məhsularından istifadə etməkdir. Yadınızda saxlayın ki, bir çox ərzaqların tərkibində gizli yağlar vardır: kolbasalarda, yunan qozunda, bulyon kubiklərində, qovrulmuş pustədə, günəbaxan tumlarında. Əgər sizdə artıq çəki varsa, ərzaqların kaloriliyinə də diqqət yetirin. Eyni zamanda xolesterinin səviyyəsinə nəzarət edin.
Siqaret çəkməyi tullayın . Siqaret çəkmək həm diabetin, həm də onun ağırlaşmalarının əmələ gəlməsinə şərait yaradır. Öz çəkinizə nəzarət edin. Çox vaxt, məhz piylənmə 2-ci tip diabetin inkişafına səbəb olur. Gücünüz çatan fiziki
fəaliyyətlə gündəlik məşğul olun: minimum gündə 30 dəqiqə gəzin, uzun, bu və ya digər hərəkətləri yerinə yetirin.
Arterial təzyiqinizə nəzarət edin. Məlumdur ki, yüksək təzyiq karbohidrat mübadiləsinin pozulmasına təkan ola bilər. Bəzi məlumatlara görə, hipertoniya ilə xəstə insanların 60%-də bu baş verə bilər. Bu səbəbə görə, hipertoniya ilə xəstə olan insanlar yaxınlaşan diabetin ilk əlamətlərini ötürməmək üçün qanda şəkərin səviyyəsinə nəzarət etməlidir.Və əksinə-2-ci tip şəkərli diabetlə xəstə insanlar müntəzəm olaraq öz təzyiqlərini yoxlamalıdırlar, bilsinlər ki, diabetin damarlara neqativ təsiri başlamayıb ki, çünki insan diabetdən yox, çox vaxt onun ürək, ayaq, göz damarlarındakı ağırlaşmalarından dünyasını dəyişir.
Şəkərli diabet xəstələri üçün optimal arterial təzyiq 130/80 mm c. s. yuxarı olmamalıdır. Əgər təzyiqin gostəricisi 140/90 dan yüksəkdirsə, o zaman planlı medikamentoz mualicəyə başlanmalı

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: