www.diabet.az

ARTIQ ÇƏKİ VƏ 2-Cİ TİP DİABETDƏ DÜZGÜN QİDALANMA PRİNSİPLƏRİ

Posted on: Sentyabr 15, 2011

Qidalanma – diabetin müalicənin mühüm hissəsidir
Qidalanma şəkərli diabet 2-ci tipin müalicəsinin mühüm tərkibdir.Beynəlxalq tövsiyəyə görə, diyeta və fiziki fəaliyyət şəkərli diabet 2-ci tipin müalicəsi kimi birinci mərhələdə tətbiq edilir və bu zaman pəhriz, fiziki fəaliyyət səmərəsiz olarsa, yəni qanda şəkər səviyyəsi normallaşmazsa onda dərman təyin edilirr. Bu mühüm məqsəd ilə yanaşı, şəkərli diabet 2-ci tipdə qidalanmaya ürək-damar xəstəliyi riskinə təsir amili kimi də baxmaq lazımdır. Aşağıda ətraflı izah ediləcəyi kimi şəkərli diabet 2-ci tiplə yüksək qan təzyiqi və xolesterin səviyyəsi çox vaxt yanaşı olur.Bu pozulmalar həm ayrılıqda, xüsusilə də diabetlə birlikdə ürək-damar sistemi xəstəliklərinin inkişaf riskini, xüsusilə də ÜİX-ni qat-qat artırır.Qeyd etdiyimiz risk amillərinin zərərli təsirini aşağıda qeyd edəcəyimiz müəyyən pəhriz tədbirlərı ilə azaldıla bilər. Və nəhayət, müasir dünyada qidalanmaya tələblər çox artmışdır. Çalışmaq lazımdır ki, hər kəsin, o cümlədən diabetli xəstələrin də qidalanması düzgün pəhrizin əsas prinsiplərinə uyğun olsun. Əvvəlcədən demək lazımdır ki, şəkərli diabet 2-ci tip olan xəstələr üçün bu kitabda təklif olunan məsləhətlər məhz həmin prinsiplərə əsaslanır. Belə ki, diabet, piylənmə və ürək-damar xəstəliklərinin irsi olaraq əmələ gəlmə riskini nəzərə alaraq, diabetli insanın bütün ailəsinin belə qidalanması çox düzgündür.Təəssüflə qeyd etmək lazımdır ki, diabet 2-ci tipdə pəhrizin çox böyük imkan və potensialından çox vaxt kifayət qədr istifadə olunmur! Xəstənin qidalanmada məhdudiyyətlərə əməl etməsi çətindir, həkimin isə bu pəhrizin detallarını xəstə ilə müzakirə etməyə vaxtı yoxdur.
Beləliklə, bu təsirli müalicə vasitələrinə barmaq arası yanaşırıq və nəticədə vaxtındən əvvəl şəkəri aşağı salan preparatlarla müalicəyə başlayırıq. Əlbəttə, qanda şəkər səviyyəsi çox yüksək olsa, gecikmə təhlükəlidir
və o tez endirilməlidir. Bəzən hətta insulin təyin edilə bilər.
Lakin bu zaman bilmək vacibdir ki, şəkərli diabet 2-ci tipdə istənilən dərman qeyri düzgün qidalanmanın mənfi təsirini kompensasiya edə bilməz.
Öyrətmə proqramlarının təcrübəsi göstərir ki, xəstələrin 30%-də dietanı düzgün gözlədikdə dərman preparatlarını kəsmək olar. Şəkərli diabet 2-ci tip olan xəstələr arasında piylənmə, hipertoniyası və s ola bilər. Onlara qidalanma üzrə tövsiyə bir qədər başqadır. Artıq çəkili 2-ci tip diabet xəstələrinin qidalanması
2ci tip diabetlilər arasında əksəriyyət təşkil edən bu xəstələrə məhz artıq çəki öz insulininin effektiv təsir göstərməsinə mane olur və nəticədə qanda şəkərin səviyyəsi yüksək olaraq qalır. Artıq çəkinin azaldılması səmərəli müalicə vacib şərtidir! Çəkinin 4-5 kq azaldılması çov vaxt qanda şəkər səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və uzun müddət diyeta istisna olmaqla başqa heç bir müalicəyə ehtiyac olmur. Əgər qanda şəkər çox yüksəkdirsə çəkinin azaldılması dərmanı çox kiçik dozalarda təyin etmıyı imkan verir. Bu çox əlverışlidir, çunki həblərin yan təsirlərini minimuma endirir və lazım olduqda doza artırılması üçün imkan qalır. çəkinin azalmasına necə nail olmalı və bundan sonra alınmış nəticəni necə saxlamalı? Arıqlamaq üçün az yemək lazımdır. Fikirləşmək olar ki, bunu kim dərk etmir? Lakin, əslində, bir çoxları bu məsələni özləri üçün başqa cür yozur: üçün nə yemək lazımdır. Demək lazımdır ki, arıqlamaq üçün
hər hansı bir xüsusi qida və ya dərman bitkisi mövcud deyildir. hal-hazırda çəkinin azalması üçün diyetasız yüksək effektli, tam təhlükəsiz dərman preparatı da yoxdur. Yeganə etibarlı yol orqanizmə enerji qəbulunu məhdudlaşdırmaq, yəni aşağı kalorili pəhrizə əməl etməkdir.
Nəticədə yaranan enerji çatışmamazlığı yağ toxumasında ehtiyat enerji kimi toplanmış və məhz artıq çəkini təşkil edən bu ehtiyatlar orqanizmin müxtəlif ehtiyaclarına sərf ediləcək, çəkinin mütləq azalmasına gətirib çıxaracaqdır. Artıq enerji sərfinə fiziki fəaliyyətin genişləndirilməsi də əlavə bir yardım edə bilər, lakin bir çox xəstələrdə bu köməkçi rol oynayır (fiziki fəaliyyət haqqında aşağıda). Beləliklə qida kalorilıyinın məhdudlaşdırılmasının lazımlığına qayıdaq.
Bizim qidamızda enerji təminatçıları onun üç komponentləridir: zülal, yağ və karbohidratlar. Onlardan ən yüksək kalorili yağlardır: onlar zülal və karbohidratlarla (4 kkal / 1 g) ilə müqayisədə iki dəfə çox enerjiyə (9 kkal / 1 qram) malikdirlər. Zülal, yağ və karbohidratlarla zəngin qida nümunələri şekil 6-da göstərilir. Nəticə çıxaraq: kaloriliyin azaldılmasının ən effektiv yolu qidanın tərkibindəki yağların azaldılmasıdır. Müasir insan üçün yalnız təhlükəsiz deyil, həm də faydalıdır, təəssüf ki, bizim qidalarımızda yağlar həddindən artıqdır. Çoxlu miqdarda insanların qidalanma strukturunun tədqiqi göstərir ki, biz kalorinin ən azı 40%ni yağlardan alırıq, sağlam yemək prinsipləri görə isə bu 30%-dən çox olmamalıdır. Yağları məhdudlaşdırmaq üçün ən əvvəl onları tanımağı öyrənmək lazımdır. Adətən aşkar yağlar-yağ, piy heç şübhə doğurmur. Həmçinin “gizli ” deyilən yağlar olur.
Onlar ət, kolbasa, süd məhsullarında, qozlarda gizli şəkildə olurlar (aşağıda yağlarla zəngin siyahısı veriləcəkdir), biz müxtəlif yeməklərə onları mayonez, xama, hazırl souslar vasıtəsi ilə əlavə edirik. Əməl etməklə qida rasionunda yağları azaltmağa kömək edəcək bir sıra ümumi qaydalar aşağıdakılardır:
• Ərzaqın qabındakı məlumatı oxuyun. Siz tərkibində az yağ olan ərzaq seçə bilərsiniz (məsələn, yoqurt, kəsmik, pendir)
• Əti bişirmədən əvvəl hər hansı bir görünən yağı götürmək lazımdır. Quşlarin dərisini mütləq soymaq lazımdır, onlar yağla həddindən çox zənçindir.
• Ərzaqları yağda qızartmyın, bu onların kaloriliyini kəskin artırır. Onları öz şirəsində, yagcız bişirin.Xüsusi örtüklü qablardan, şəbəkəli qril və s. istifadə erin.
• Meyvə və təevəzləri təbii şəkildə yeyin. Onlara yağ, mayenez, xama ələvə edilməsi kaloriliyi kəskin artırır.
• Qəlyanaltı etmək istədikdə qoz, çipslərdən uzaq qaçın. Ən yaxşı meyvə və ya terəvəzlərlə qəlyanaltı etməkdir.
Yağlara necə yanaşmağı aydınlaşdırdıq.
Bəs artıq çəkisi olan xəstələrin
karbohidrat və zülallarla zəngin ərzaqlara münasibəti necə olmalıdır? Bunların hər ikisi bizim qidalanmağımız
üçün zəruri, faydalı məbələrdir. Adətən diabetik xəstələrdə zülal haqqında heç bir şəkk-şübhə yoxdur, lakin onlar qanda qlükozanı qaldırdığı üçün karbohidratlara ehtiyatla yanaşırlar.Bu məsələyə sonra qayıdacağıq, burada isə karbohidratların və zülalların kaloriliyinə toxunacağıq. Yağlarla müqayisədə zülal və karbohidratların kaloriliyi 2 dəfə azdır, lakin çəki azaldılmasında yaxşı nəticəyə nail olmaq üçün, onları da bir qədər məhdudlaşdırmaq lazımdır. Sadə qayda:
öz adəti qidalanma porsiyanızin yarısı qədər yeməlisiniz. Nəhayət elə ərzaq məhsulları var ki, çəki azaldılması zamanı onları məhdudlaşdırmaq lazım deyil.Əksinə,bu ərzaqlarla yuxarıda qeyd olunmuş qida azalmasını, məhdudiyyətləri kompensasiya edə bilərsiniz. Bu qrup əsasən su və həzm olunmayan liflərlə zəngin, lakin qidalılığı aşağı olan tərəvəzlərdən ibarətdir. Bunun üçün də sağlam qidalanma prinsiplərnə hər bir insanın qidasına tərəvəz şəklində çoxlu bitki liflərinin daxil olunması aiddir. Yuxarıda deyilənlərə əsaslanaraq,çəkini azaltmaq üçün ərzaqlqrı istifadəzinə görə üç qrupa ayırmaq olar.Onları aşağıdakı qaydada təqdim edirik.
Birinci qrupa kartof, qarğıdalı,yetişmiş noxud və lobya (onlar nişasta ilə zəngindir başqa qrupa aid olunacaq) istisna olmaqla tərəvəzlər, həmçinin az kalorili içkilər aiddir.
İstifadəsində heç bir məhdudiyyət yoxdur!
Qida Nümunələri:kahı, kələm, xiyar, pomidor, biber, yunan qabağı, badımcan, turp, ağ turp göyərti, çuğundur, yerkökü, qabıqlı lobya, təzə yaşıl noxud, göbələk, ispanaq, turşəng.
Içkilər: çay, şəkərsiz və qaymaqsiz qəhvə, mineral su.
İkinci qrupa orta kalorili ərzaq məhsulları daxildir: zülallı, nişastalı, süd məhsulları, meyvələr.
istifadə prinsipi: mötədil məhdudiyyət – əvvəlki adəti porsiyanın yarısını yemək yemək.
Qida Nümunələri: yağsız ət, balıq, süd və süd məhsulları adi yağlılıqda (və ya yağsız, aşağı yağlılı), yağlılığı 30%dən az pendir, 4%dən az yağlı kəsmik, yumurta, kartof, qarğıdalı, yetkin noxud və lobya, yarmalar, makaronlar, çörək və un məhsulları, meyvələr (şirin və quru meyvələr istisna olmaqla).
Üçüncü qrupa yüksək kalorili qidalar daxildir: piylərlə zəngin, alkaqol (kaloriliyinə görə piylərə yaxındır) və şəkər və qənnadı məmulatları. Axırıncılar yalnız qanda güclü şəkərı artırdığı üçün yox, həm də yüksək kaloriyə (belə ki, kalorini azaldan su və ballast maddələr onlarda yoxdur) malik olduqlarına görə bu qrupa aiddirlər.
İstifadə prinsipi: maksimum istifadə etməmək.
Ərzaqlar: Hər hansı yağ, piy, xama, mayonez, qaymaq, yağlı ət, hisə verilmiş ət, kolbasa, yağlı balıq, yağlı pendir və kəsmik, quş dərisi,yağlı konservləşdirilmiş ət, balıq, və tərəvəz, şirin içkilər, bal ,mürəbbələr, cemlər, konfetlər, bişintilər, peçenyelər, şokoladlar, dondurma, qoz,tumlar, alkoqollu içkilər.

Kalorinin hesablanması lazımdırmı?
Yuxarıda aşağı kalorili qidalanmanın əsas müddəaları ətraflı təsvir edilmişdir.
Gördüyünüz kimi, belə pəhrizin ğözlənilməsi zamanı heç bir kalori hesablanması nəzərdə tutulmur.Bəzən həkim xəstələrə məsləhət verir ki, sutkalıq qida kalorisi 1500 Kalori olsun!
Lakin, bunu həyata necə keçirməlı?
Əgər bir şəxs müxtəlif ərzaqlqrla qidalanırsa, istifadəyə hazır ərzaq və yeməklər alırsa, qismən evdən kənarda
qidalanırsa belə bir hesablama praktiki mümkün deyil. Kalorini dıqiq hesablamaq üçün qidalanma qatışıqsız ərzaq məhsulları ilə, yalnız dəqiq çəkilmiş porsiyalarla olmalı və xüsusi kalorini hesablama cədvəlindən istifadə edilməlidir.Bu xüsusi iaşə müəssisəsi ,
məsələn xəstəxananın iaşə blokunda mümkündür. Kalori hesablanmadan az kalorili pəhriz saxlamaq olarmı? Yuxarıda qeyd olunan ərzaq seçimi prinsiplərini rəhbər tutaraq bunu etmək tam mümkündür. Atıq mütəxəssislər çoxdan təsdiq ediblər ki, xəstənin yediyı
kalorinin miqdarı yox(çünki hər bir xəstə çətindir üçün onu hesablamaq çətindir), onun qida rasionunda etdiyi ixtisar vacibdir. Aşağı kalorili pəhrizə düzgün riayət edilməsinin göstəricisi əldə edilmiş nəticədir. Çəkinin enməsi! Çəki aşağı düşməyibsə, bu o deməkdir ki, pasiyent öz rasionunun kalorisini aşağı sala bilməyib.
Ərzaq məhsullarının kaloriliyi haqqında olan məlumat hansı dərəcədə xəstə üçün faydalı ola bilər? Ortaya çıxan sualları aydınlaşdırmaq üçün kalorilik haqda sorğu kitabçasının olması məqsədəuyğundur və düzgün seçim üçün ərzaqları alan zaman onların kaloriliyi haqda paketlərin üzərindən məlumat almaq məsləhətdir.

Qanda şəkərin səviyyəsinə karbohidratların təsiri
Karbohidratlar,yeganə qida maddəsidir ki,birbaşa qanda şəkəri qaldırır, lakin bu
onların kəskin məhdudlaşdırılması üçün səbəb deyildir.Birincisi, karbohidratlar hər hansı bir şəxsin,o cümlədən diabetli xəstələrin qidalanmasında kifayət qədər olmalıdır (ən azı ümumi kalorinin 50%-i),
çünki onlar orqanizmi üçün enerji mənbəyidir. İkincisi, müxtəlif karbohidratlar qanda şəkərə müxtəlif cqr təsir edir. Elə karbohidratlar vardır ki, çox asan mənimsənilir (onlar elə asan mənimsənilən də adlanırlar),çünki
onlar kiçik molekullardan ibarətdir,həzm traktından sürətlə sorulurlar.Onlar dərhal və çox güclü qanda şəkər səviyyəsini artırırlar. Məhz şəkər, bal bu karbohidratlardan ibarətdir, onlar meyvə şirələri, pivələrin tərkibində də çoxdur.
Karbohidratların digər növünün isə (onları çətin mənimsənilən və ya nişasta adlandırırlar) şəkəri artırma xüsusiyyəti azdır. Bu ərzaqlara kəpəkli çörək, yarma, makaron məhsulları, kartof və qarğıdalı aiddir. Nişasta molekulu böyükdür, və onun mənimsənilməsi üçün orqanizm çalışmalıdır. Buna görə də nişastanın parçalanması nəticəsində əmələ gələn şəkər nisbətən yavaş mənimsənilir və bu da qanda şəkərin səviyyəsini az dərəcədə artırır. Nişastanın həzmini onun kulinar hazırlanması da asanlaşdırır (və beləliklə qanda şəkərin artımına səbəb olur):hər hansı bir xırdalama, uzun müddət bişirmə və s. Beləliklə, qidanın hazırlanmasının və emalının müəyyən üsullarından istifadə edərək nişastadan istifadə edərkən şəkərin güclü artımına mane olmaq olar. Məsələn, kartofu püre şəklində yox, bütöv, qabığı ilə birlikdə bişirmək lazımdır. Sıyıqları çox uzun müddət bişirmək lazım deyil. Daha yaxşısı onları,bütöv, xirdalanmamış bişirəsən (qarabaşaq, düyü). Şəkərin qalxmasına yeməyin bitki lifləri ilə hazırlanması mane olur. Buna görə də, çörək yaxşı olar ki,kəpəkli undan hazırlanan olsun,yüksək keyfiyyətli ağ undan hazırlanan olmasın. Meyvələri isə meyvə şirəsi kimi yox, təbii şəkildə istifadə edin.

Şəkər əvəzediciləri.”Diyabetik” ərzaqlar
Şəkər əvəzediciləri qidaya şirin dad verərək, şəkər səviyyəsini artırmırlar. Lakin bu halda kalorisiz şəkər əvəzedicilərindən – saxarin və aspartamdan söhbət gedir. Bu beynəlxalq adlardır, faktiki tərkibindəki məddəni bildirir. Ticarət (Kommersiya) adları isə eyni şəkər əvəzedicisi üçün müxtəlif ola bilər, misal üçün çəkisi çox olan diabetli insanlar üçün çox əlverişli “Surel” aspartam, “Sukrazit – saxarindir.
Paket üzərində preparatın beynəlxalq adı mütləq olmalıdır.
Kalorisiz şəkər əvəzedicilərindən başqa satışda şəkər analoqları adlandırılanlar var- ksilit, sorbi və fruktoza. Baxmayaraq ki, onlar qanda şəkəri daha az artırırlar, yüksək kalorili olduqlarına görə, artıq çəkili xəstələrə tövsiyə oluna bilməz. Bu kateqoriya
xəstələrin şokolad, peçenye, vafli və cem kimi “diabetik” qidaları da yeməsi lazım deyildir. Onlar ksilit və ya fruktozadan hazırlanır və onların tərkibindəki qalan qidalar da yüksək kaloriyə malik ola bilər. İkinci bunlar qanda şəkər səviyyəsini artıra bilər, məsələn vafli və peçenyelərdəki un, cem və marmeladda meyvə əlavəsi və s.

Az-az qidalanma rejimi
Az-az qidalanma rejimi gün ərzində kiçik
porsiyalarla (5-6 dəfə, lakin 2,5-3 saat fasilədən az olmamaqla ) qida qəbulu rejimini nəzərdə tutur. Bu bir neçə səbəbdən faydalıdır. Birincisi, az kalorili diyetada aclıq hissi əmələ gələ bilər və daha tez-tez yemək onu azaltmağa kömək edəcək. İkincisi kiçik porsiyalarda karbohidrat az olur və bu da mədəaltı vəzin işini asanlaşdırır.
Əgər imkan varsa şəkərli diabet 2-ci tip xəstələrin az-az qidalanma rejiminə keçməsi arzuolunandır.
Biz artıq 2 tip diabetli xəstənın mədəaltı vəzisinin gərgin işləyərək çoxlu insülin hasil etməsinə baxmayaraq,böyük ehtiyat imkanlarının olmadığını yuxarıda qeyd etmişdik. Belə bir gərginlikdə karbohidratlarla zəngin çoxlu qida qəbul etməklə onu gücü çatmayan iş qarşısında qoymaq arzuolunmazdır.
Karbohidratlı ərzaqların kiçik porsiyalarla qəbulu onların öhdəsindən gəlməyi asanlışdıracaq,qan qlükozanın çox artması baş varməyəcək. Bir çox xəstələr doktorun az-az qidalanma rejimi məsləhətinə cavab olaraq deyirlər ki, onların yaşayış şəraitinində bu mümkün deyil. Səhər iştaha, gün ərzində vaxt olmur və nəticədə əsas qida qəbulu miqdarı axşama düşür.
Belə gün rejimindı axşam az yemək çox çətindir, çünki təbii olaraq çox güclü aclıq, həmçinin gərgin işdən sonra böyük dincəlmək arzusu var ki, buna da yemək kömək edir. Eyni zamanda, günün 2-ci yarısında fiziki fəaliyyət adətən minimum olur və qəbul olunmuş kaloriləri sərf etməyə heç bir imkan olmur. Bu vəziyyəti dəyişdirmək üçün çalışmalıyıq. İşdən sonra evə gələndə çox yeməyə səbəb olan həddən artıq iştahanın qarşısını almaq üçün gün ərzində, hətta bəzən işdən getməzdən əvvəl əlavə yemək qəbul etməkl lazımdır. Bundan əlavə, əlavə yeməyi təşkil etmək çox sadədir.
Başa düşməlıyik ki, bir alma, portağal tam bir yeməkdir, həm də meyvələr digər qidalardan ayrı yeyildiyi zaman şəkər səviyyəsinin böyük artımına səbəb olmayacaqdır. Həmçinin demək olar ki, gündüz fiziki fəaliyyəti hər bir şəxsdə maksimum olur.Sonrakı fəsildə məlumat verildiyi kimi, bilirsiniz ki, əzələ işi qanda şəkər səviyyəsini aşağı salmağa kömək edir. Həmçinin evdə aşağı kalorili ərzaqların və içkilərin ehtiyatını olması lazımdır ki, güclü aclıq hiss edəndə dərhal istifadə edə biləsən.

Normal çəkidə qidalanma prinsipləri
Əlbəttə ki, artıq çəkisi olmayan 2 tip diabeti olan xəstələrdə qidanın kalorisini məhdudlaşdırmaq lazım deyil. Onların pəhrizinin əsasını qida karbohidratlarının qanda şəkər səviyyəsinə təsirininin azaldılması təşkil etməlidir.
Yeməkdən sonra qanda qandaşəkər səviyyəsinin qarşısını alan bir neçə qaydalar:
1. Qida böyük miqdarda tərəvəz lifləri ilə (sellülozla) zəngin olmalıdır.
2. Yaxşı olar ki,karbohidratların kulinar emalı (narın etməyin və nişastalı məhsulları çox bişirməyin) minimuma endirilsin.
3. Qidadan şəkər və şirniyyat tamamilə istisna olunmalıdır.
4.Az-az yemə prinsipinə riayət etmək məsləhətdir, yəni karbohidratlar 5-6 dəfəyə qəbul etmək üçün kiçik hissələrlə bölmək lazımdır.

Arterial hipertoniya və artmış xolesterin zamanı qidalanma
hipertoniya və dyslipidemiya adlanan yağ mübadiləsinin pozulması (yüksək xolesterin və s.) olan 2 tip diabet olan xəstələrdə qidalanmanın əhəmiyyətli xüsusiyyətləri vardır. Əgər xəstə artıq çəkilidirsə, onda onun azaldılması qanda şəkər və xolesterin səviyyəsinə, həmçinin arterial təzyiqə müsbət təsir göstərəcəkdir. Lakin, yalnız bu ola bilsin ki,kifayət deyil.Dİslipidemiya üçün əlavə pəhriz məsləhətləri vardır. Onlar əsasən doymuş yağ turşuları və xolesterinlə zəngin ərzaq məhsullarının məhdudlaşdırılmasından ibarətdir.Bu maddələr heyvan yağlarında, yumurtada, donuz, mal, qoyun ətində,
yağlı süd məhsullarında rast gəlinir. Bu məhsulların istifadəsi kəskin məhdudlaşdırılmalı, onların yerine balıq, dənli bitkilər və tərəvəz miqdarı artırılmalıdır. Heyvan yağlarının əvəzinə bitki mənşəli yağlardan istifadə etmək faydalıdır, lakin onun da miqdarı mötədil
olmalıdır, çünki hətta bitki mənşəli yağların kaloriliyi heyvan yağlarınınkından bir qədər çoxdur.
Aşağıda yağ mübadiləsinin göstəricilərinə müxtəlif təsirinə görə ərzaq məhsullarının üç qrupunun ətraflı siyahısı verilmişdir.
1. Bu məhsullardan imtina olunmalıdır (onlarda doymuş yağ və xolesterin çoxdur):
• kərə yağı, donuz, qoyun və mal yağı, xama, bərk marqarin, kokos və palma yağı;
• süd, adi və yüksək yağlı süd məhsulları (yoğurt da daxil olmaqla), və 4%-dən çox yağlı kəsmik, 30%-dən çox yağlı pendir;
• donuz əti, əlavə ət məhsulları (qaraciyər, böyrək, ürək, beyin), kolbasalar, sosislər, sardelkalar, bekon, hisə verilmiş ət, quş dərisi;
• tortlar,yağlı və şirin bişintilər, şokolad, dondurma, digər şirniyyat növləri;
• Pizza, hotdoq, cips, və s.;
• qırmızı və qara kürü;
• yumurta sarısı (həftədə ən çox üç yumurta sarısı).
2. Bu məhsullar orta miqdarda istifadə edilə bilər (doymuş yağ və xolesterin az olan):
• “xolesterin azdır” etiketli yumşaq marqarin, mayonez və digər souslar;
• 1-2% yağlılığı olan süd və süd məhsulları, yağsız kəsmik, 30%-dən az yağlı pendir;
• yağsız mal əti, dana əti, quzu əti, dərisiz quş əti;
• krevetlər, krab.
3. Bu məhsullar istənilən kimi (tərkibində demək olar ki, heç bir doymuş yağ və xolesterin olmayan) istifadə edilə bilər.
• tərəvəz, göyərti, meyvə və göbələk;
• balıq;
• bitki yağı (zeytun, günəbaxan, qarğıdalı, soya) *;
• Ləpələr *;
• çörək (kəpəkli undan hazırlanmışa üstünlük);
• yarmalar, paxlalar, makaron məmulatı;
• zeytun;
• soya məhsulları və yarımfabrikatları (heyvan yağı əlavə olmadan!).

*ulduzla işarələnmiş ərzaqlar yüksək kalorilidir, ona gğrə də onları məhdudlaşdırmaq lazımdır.
Həmçinin hipertoniyalı xəstələr üçün də qidalanmaya aid əlavə tövsiyələr var.
Bu zaman, mühüm amil qidada duzun məhdudlaşdırılmasıdır. Normal hallarda
(güclü tərləmə olmadıqda) insana gündə təxminən 1 qram duz lazımdır.
Lakin biz duzlu yeməyə adət etmişik və
mütəmadi olaraq 10 qrama qədər və bəzən daha çox bu rəqəmi artırırıq.Duz miqdarının azaldılması xəstənin dərman müalicəsi alıb-almamasından asılı olmayaraq, müalicəni asanlaşdırır. Müsbət nəticəyə nail olmaq üçün, duz qəbulnu gündə 5 qrama qədər məhdudlaşdırmaq lazımdır(şişkinlik varsa 3 qrama qədər). Beş qram duz üstü olmayan bir çay qaşığıdır.Əgər qaydalara ciddi əməl olunsa, onda yemək duzsuz hazırlanmalı və hazır olduqdan sonra “gündəlük dozaya” uyğun bir qism duz əlavə edilməlidir.
Duzsuz qida yalnız ilk vaxtlar dadsız görünür, bir neçə həftədən sonra isə adətən belə yeməyə vərdiş olunur və əvvəlki yeməyi insan çox duzlu kimi qəbul edir.Bu dövrdə, xüsusən adət edənə qədər yeməyə dad vermək üçün
təzə və qurudulmuş otlardan,duz əlavə
olunmamlş ədviyyatdan, tomat pastasından, qıtığotundan (xren), limon şirəsindən istifadə edə bilərsiniz.
Nəzərə almaq lazımdır ki,bir çox ərzaqlar duz ilə zəngin olduğuna görə, onları sistematik qida rasionuna daxil olduqda, bütün digər duz məhdudiyyətlərinin heç bir xeyiri olmayacaq. Bu məhsullara kolbasa,hisə verilmiş ət, tutmalar və marinadlar, hazır souslar, ketçup, cipslər,duzlu qoz-fındıq, bulyon kubikləri,hazır suplar, duz əlavəsi ilə ədviyyatlar daxildir. Unutmayın ki, yuxarıda sadalanan məhsullarının çoxu artıq çəkidə və dyslipidemiada məsləhət ğörülməmişdir!
Alkaqol haqqında bir neçə söz.O yuxarida qeyd olunan bütün hallarda çox-çox məhdud miqdarda zərərsiz ola bilər(ən yaxşısı qəbul etməməkdir)!Yüksək kaloriliyinə (7 kkal / 1 q) görə çəki artımına kömək edir,birbaşa yağ mübadiləsinə və qan təzyiqinə mənfi təsir göstərir. Demək olar ki,yuxarıda söylənilən hər şey,sağlam qidalanmanın əsas prinsipləridir.
Belə qidalanma yalnız ürək-damar xəstəliyi riski olan diabetli xəstələr üçün deyil, həm də onların ailə üzvüləri üçün də faydalı olardı. Sonda qeyd etmək lazımdır ki, ürək-damar xəstəliklərinə ən yüksək risk faktorları arasında siqaret birinci yerlərdə durur. Bu zərərli adəti mütləq tərgitmək lazımdır! Bu, tamamilə sağlam şəxslərə də aiddir və əgər sizdə diabet, piylənmə, hipertoniya, dyslipidemia varsa siqaret çəkmədən dəyən ziyan kritik həddə çatır.
http://diabet.az/

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: