FİZİKİ AKTİVLİK
Posted Sentyabr 15, 2011
on:Hərəkət hamı üçün faydalıdır, diabetli xəstələr üçün xüsusi ilə vacibdir.
Mötədil hərəki aktivlik sizde ürək xəstəlikləri, yüksək arterial təzyiq və bağırsaq xərçəngi riskını azaldır. Bu sizdə qanda yağların miqdarını azaldır, artıq piy sərf olunur və nəticədə arıqlamağa kömək edər.
Fiziki aktivlik oynaqlar, əzələ və sümüklərinizi möhkəm və güclü edər. Aktivlik həmçini sizi daha enerjili edib, depressiyadan, qorxu və stressdən qorumuş olar.
Qısaca desək fiziki aktivlik sizin ömrünüzü uzadar və daha sağlam və xoşbəxt yaşamağınızı təmin edər. Beləcə irəli !
Qalxın və ətrafa baxın. Nə qədər ki, ayaq ustəsiniz və ətrafa göz gəzdirirsiniz, oturaq həyata nisbətən 2-3 dəfə artıq enerji sərf edirsiniz.
NECƏ ÇOX HƏRƏKƏT ETMƏLİ
•Televizorun kanalını dəyişmək üçün pultdan istifadə etməyin, ayağa durun və özünüz kanalı dəyişin.
•Televizora baxdığınız zaman paltar ütüləyin
•Reklam zamanı evdə gəzişin
•Televizorda reklam olduqda qab yuyun, paltaryuyan və ya qabyuyanı işə hazırlayın və ya quruducu kameranı qoşun
•Döşəməni döşəmə ağacı ilə yuyun
•Otağı tozsoranla təmizləyin
•Otaqdakı ayaqaltıları yığışdırın
•Şəxsi avtomobilinizi yuyub təmizləyin
•Həyətdəki yarpaqları dırmıqla təmizləyin, bu məqsədlə xüsusi hava qovucuğundan istifadə etməyin
•Həyətdəki qarı bellə təmizləyin, bu məqsədlə xüsusi hava qovucuğundan istifadə etməyin
•Həyətdəki otu mexaniki qazon təmizləyənlə təmizləyin, bu məqsədlə elektrik cihazından istifadə etməyin
•Həyətdə ot və ya tərəvəz əkib ona qulluq edin
•Dörd ayaqlı dostlarınızla gəzintiyə çıxın
•Övlad və ya nəvənizi arabacıqla gəzdirin
•Uşaqlarla hərəkətli oyunlar oynayın
•Məktəb və xəstəxanalar üçün könüllü və təmənnasız işləyin
•Metro və ya avtobus dayanacağına piyada gedin
•Lift və ya eskalatordan istifadə etməyin, bu məqsədlə pilləkandan istifadə edin
•Telefonla danışarkən ayaq üstə dayanın və ya hərəkət edin
•Nahar fasiləsində, yemək qızarkən və ya sifarişinizi gözləyərkən gəzintiyə çıxın
•Sizdən nə isə xahiş etdikdə onu yerinə yetirməyə çalışın, məsələn: ərzaq almağa gedin
•Maşınınızı yaşayış yerindən bir qədər uzaqda saxlayın
•Gəzərkən vaxtın tez keçməsi üçün yol yoldaşı tapın
•Fiziki aktivliyinizi artırmazdan əvvəl bu barədə həkiminizə məlumat verin. •Əgər son zamanlar az hərəkətli olmusunuzsa, 5-10 dəqiqəlik fiziki aktivliyə meyilli olun və bu aktivliyi təbricən artırmağa cəhd edin.
Bir cavab yazın