www.diabet.az

PIYLƏNMƏ VE ARTIQ CEKI

Posted on: Sentyabr 15, 2011

Diyetik Konqresdən xəbərlər Simpoziumda piylənmə artıq çox kiçik yaşlarda başladığı üçün – yetkin piylənməsindən çox – məktəb uşaqlarındakı piylənmənin səbəbləri və həlləri müzakirə edilmişdir. Uşaqlıq çağı piylənməsi yaşlı insanlarındakından daha əhəmiyyətlir. Xüsusilə ABŞ-da 62 ildir tətbiq olunan məktəb günorta yeməyi proqramları uşaqların kafi qida qəbul etmələrinə və sağlam bir uşaqlıq dövrü keçirib, ideal çəkidə olmaları üçün tətbiq olunur. ABŞ-da məktəblərdə günorta yeməkləri tərəvəz və meyvə üstün olmaqla, xalis taxıl məhsulları və aşağı yağlı süd məhsullarından ibarətdir. Klassik Amerikan fast foodları isə aşağı yağlı və aşağı kalorili olaraq yenidən təşkil edilərək təklif olunur. Dəmir, A vitamini və yod, dünyada çatışmamazlığı ən çox yayılmış mikro qida elementləridir. Dəmir, A vitamini və yod çatışmamazlığı bütün dünyada təsirini göstərir. Bulardan ən çox çatışmamazlığı görülən isə dəmirdir. Dünyada 2 milyarddan çox adam anemik, təxminən 2 milyard adamda yod və 254 milyon məktəbə qədər uşaqda A vitamini çatışmamazlığı görülməkdədir. Bunun aradan götürülməsi üçün xüsusilə qida zənginləşdirmələrinin üzərində dayanılır. Xərçəng xəstəliyi və qidalanma əlaqəsinə əhəmiyyət verilməlidir. Xərçəng riskini azalda bilmək üçün xüsusilə tərəvəz üstünlüyü ilə qidalanmaq və hayvansal məhsulları (xüsusilə qırmızı ət və tam yağlı süd məhsulları) azaltmaq böyük əhəmiyyət daşıyır. Təzə tərəvəz və meyvələrin tərkibindəki bioaktif komponentlər olan karotenoidlər, C vitamini, selen, izoflovanidlər, indollar və fenollar xərçəngə qarşı qoruyucu xüsusiyyətə malikdirlər. Quru paxlalar,noxud, mərcimək isə fito-esterogen mənbələridir və xalis taxıl məhsulları da lifin ən yaxşı mənbələri olaraq xərçəngə qarşı qoruyucu təsir göstərməkdədirlər. 2050-ci ildə haradasa 50 yaşdan aşağı hər kəsdə piylənmə olacaq. Simpoziumda Amerikada hər beş uşaqdan birinin artıq çəkili olduğu və hər il 400 min uşağın bura əlavə olduğu vurğulanmışdır. Uşaqlarda piylənmənin artmasına paralel olaraq 2050-ci ildə 50 yaşdan aşağı yaşlı populyassiyanın piylənmə olacağı təxmin edilməkdədir. Bu səbəblərlə, xüsusilə uşaqlara düzgün qidalanma təhsili verilməyə başlanmasına diqqət çəkilmişdir. Ölkəmizdə bu nisbət bu qədər yüksək olmasa da, əgər tədbir görülməzsə bizim uşaqlarımızda da eyni risk baş göstərəcəkdir. Cəmiyyətin sağlam qidalanma vərdişlərini öyrənmək üzrə təcili təhsil proqramlarına ehtiyacı vardır. Az yağlı süd içməyə çalışın. Yapon kişilər üzərində edilən bir tədqiqat axşam yeməklərindən sonra az yağlı süd qəbul etmənin sümük mineral sıxlığını artırıb osteoporozdan qorudyğu və Metabolik Sindromun risk faktorlarını azaltığını aşkar etmişdir. Metabolik Sindrom, qarinda piylənmənin artımı, glükozaya dözümlülüyün pozulması, yüksək trigliserid, yüksək qan təzyiqi və aşağı HDL xolesterin olmasıdır. Peşə seçimi köklüyə təsir edir. Sidney Universitetində edilən bir tətqiqatda fərqli peşə qruplarındakı kişi və qadınların çəkiləri araşdırıldıqda, ən yüksək piylənmə nisbətinin ofis işçılərindəki kişilər və qadınlarda olduğu müəyyən olunmuşdur, çünki xüsusilə uzun müddət oturaq işlə çalışmaq məcburiyyətində qalan kəslərdə artıq çəkili olma riski olduqca yüksəkdir. Lakin bəzi peşələrdə, xüsusilə idarəçilər, boş vaxtlarında idman edərək və daha yaxşı bir düzgün qidalanma ilə bu vəziyyəti kompensassiya etməkdədir. Anaların qidalanma vərdişi uşaq üzərində daha təsirlidir. Yaponiyanın Kyoto Universitetində edilən maraqlı bir tətqiqatın nəticəsinə görə, anaların uşaqlarının bədən çəkisi indeksləri və ümumi xolesterin səviyyələri üzərində atalara nisbətən daha təsirli olduqları tapılmışdır. Və xüsusilə duz qəbulunu ailədən gələn bir vərdiş olduğu nəticəsi ortaya qoyulmuşdur. Müntəzəm məşq edənlərin qidalanma şüuru və vərdişləri daha yaxşıdır. Yenə Yaponiyada uşaqların sahib olduqları qidalanma vərdişləri ilə idman arasındakı əlaqə üzərinə araşdırma edilmiş və nəticə olaraq həftədə bir dəfədən çox olaraq edilən nizamlı məşqin səhər nahar etmə nisbətini artırdığı, sağlam yemək yemə vərdişini inkişaf etdirdiyini və çəkinin normallaşmasına bir başa təsir etdiyi tapılmışdır. Soya yemək yaxşı nəticə verir. Yapon qadınlarının soya yeməyi ile əlaqədar edilən bir işin nəticələri: soya tərkibindəki çoxlu doymamış yağ turşularınin yüksəkliyi, lif, vitamin və mineral kombinassiyası, aşağı doymuş yağ tərkibi və isoflavonlar olmasi ilə postmenopauza dövründə qadınlarda kardiovaskulyar riski azaltdığı ortaya çıxmışdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: