www.diabet.az

PIYLƏNMƏNIN MÜALICƏSI

Posted on: Sentyabr 15, 2011

Mündəricat
•Giriş
•Sağlamlıq üçün risk və yanaşı gedən xəstəliklər
•Diabetin yüksək riski
•Ürək – damar xəstəliklərinin əmələ gəlməsinin risk faktorlarının yüksək tezliyi
•BÇİ-nin miqdarından və yanaşı gedən risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi
•Antropometrik göstəricilərin təyini
•Bədən çəkisi indeksi
•Bel dövrəsinin bud dövrəsinə nisbəti
•Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və əmələ gəlmiş xəstəliklərin diaqnostikası
•Digər risk faktorlarının aşkar olunması
•Müalicəyə əks göstərişlərin təyini
•Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
•Müalicənin məqsədlərinin təyini
•BÇİ və yanaşı faktorlardan asılı olaraq artıq bədən çəkisinin və piylənmənin müalicəsinə yanaşmalar.
•Daxil olan enerjinin defisitinin yaradılması
•Fiziki aktivlik
•Medikamentoz müalicə
•Ksenikal (orlistat)-pivlənmənin müalicəsində yeni era
•Pivlənmə olan xəstələrin manitorinqi
•Xüsusi terapevtik qruplar
•Siqaret çəkənlər
•Qoca insanlar
•Müalicənin effektliyinin qiymətləndirilməsi
•Nəticə
Giriş
Piylənmə müasir cəmiyyətin ciddi tibbi – sosial və iqtisadi problemidir. Piylənmənin aktuallığı 1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır. Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir.Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərinin piylənməsi (BÇİ>30) və 25%-dən çoxunu artıq bədən çəkisi vardır, ABŞ – da isə bu müvafiq olaraq 25% və 50% dir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40% – nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi vardır.Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı 10 illiklərdə piylənmənin yayılması 2 dəfə artmışdır. ÜST ekspertlərinin proqnozuna görə xəstəliyin hal-hazırki inkişaf tempi saxlanılarsa 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaqdır. Hətta inkişaf etmiş ölkələrdə belə, ənənəvi olaraq qida çatışmamazlığının xarakterik olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə içtimai sağlamlığa təhlükə olmağa başlayır.
Sağlamlıq üçün risk və yanaşı xəstəliklər.
Piylənmə çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Tədqiqatların nəticələrinə görə, piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən 2-ci tip ŞD və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir. Bu xəstəliklərin inkişaf riski BÇİ-i artdıqda əhəmiyyətli dərəcədə yüksəlir. Piylənmə həyatın müdətini qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə ayrılan xərclərin 8-10%-ni təşkil edir.

Diabetin əmələ gəlməsinin yüksək riski (ŞD 2 tip)

2-ci tip diabet xəstələrinin 80%-nin piylənməsi və ya artıq çəkisi vardır.

Ürək damar xəstəliklərinin risk faktorlarının əmələ gəlməsinin yüksəlmə tezliyi.
Təxminən piylənməsi olan insanların yarısının eyni zamanda arterial hipetenziyası vardır.

BÇİ-nin ölçülərindən və yanaşı risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi.

*Təqdim olunan alqoritm ÜST-nın piylənmə üzrə beynəlxalq qrupunun məlumatlarına əsasən uyğunlaşdırılmışdır.

Antropometrik göstəricilərin təyini.
BÇİ-bədən çəkisi indeksi bədən çəkisinin göstəricisini (kq-la) boyun göstəricisinin (metrlə) kvadratına bölməklə hesablanır.
Bədən çəkisinin indeksi (BÇİ) Piylənmənin əsas göstəricisi orqanizmdə piy toxumasının yığılmasıdır: bu kişilərdə çəkinin 10-15%-dən artıq, qadınlarda isə çəkinin 20-25%-dən artıq olması deməkdir. Piylənmənin diaqnozunun qoyulması və onun dərəcəsinin təyini üçün bədən çəkisi indekisi tədbiq olunur. BÇİ piylənmənin yalnız diaqnostik kriteriyası olmayıb, həmçinin piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin göstəricisidir.
Bədən çəkisi indeksi (BÇİ) bədən çəkisinin (kq-la) boyun kvadratına (metrlə) bölünməsindən alınır.

Бəдəн чəкиси (кг)
БЧИ = ——————-
[бой (м)]2

Məsələn: Pasientin bədən çəkisi 92 kq, boyu 1,75 metrdir, bu halda bədən çəkisi indeksi 30 olacaqdır:
BÇİ-92: (1,75*1,75)=30.
(Bədən çəkisinin və boyun ölçülməsindən əvvəl pasient paltarını çıxartmalıdır).
BÇİ 18,5-24,9 normal bədən çəkisinə uyğundur.BÇİ-nin belə göstəricilərində ən az xəstələnmə və ölüm halları müşahidə olunur.

BÇİ-nə görə piylənmənin təsnifatı (ÜST, 1997)*
Bədən çəkisinin növləri BÇİ (kq/m2) Yanaşı xəstəliklər riski
Bədən çəkisinin defsiti< 18,5Aşağı (digər xəstəliklərin riski artıqdır)
Normal bədən çəkisi
18,5-24,9
Adi
Bədən çəkisinin artıqlığı (piylənmədən qabaqki hal)25,0-29,9 Artmışdır

Piylənmə 1-ci dərəcə30,0-34,9Yüksəkdir
Piylənmə 2-ci dərəcə35,0-39,9 Çox yüksəkdir
Piylənmə 3-cü dərəcə_>40Həddindən artıq yüksəkdir

*ÜST piylənmə üzrə beynəlxalq qrupu (IOTF WHO), 1997.

Bədən çəkisi indekisi göstəriciləri aşağıdakı şəxslər üçün məqbul sayılmır.
-Boy inkişafı qurtarmamış uşaqlar
-65 yaşdan yuxarı şəxslər
-Güclü inkişaf etmiş əzələlərə malik idmançılar və şəxslər
-Hamilə qadınlar.

Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riski əhəmiyyətli dərəcədə piy toxumasının orqanizmdə yığılma yerlərinin xüsusiyyətlərindən asılıdır. Ən əlverişsizi abdonimal tip piylənmədir ki, bu da bir qayda olaraq kompleks hormonal və metobalik risk faktorlarını özündə birləşdirir. Piy toxumasının yerləşməsinin xüsusiyyətini aşkar etmək üçün bel dairəsinin bud dairəsinin ölçüsünə nisbəti istifadə olunur.Qadınlarda əgər bu nisbət >0,85, kişilərdə isə >1,0 olarsa, bu abdominal piylənmə hesab olunur.Abdominal piylənmə ŞD 2-ci tip, ürəyin işemik xəstələyi, arterial hipertenziyanın inkişaf riski üçün müstəqil faktordur. Hal-hazırda abdominal piylənməyə metabalik sindromun əsas komponentlərindən biri kimi baxılır. Son illərin tədqiqatları göstərib ki, abdominal nahiyədə piy toxumasının yığılmasının ehtibarlı göstəricisi-BÇİ<35 olmaqla bel dairəsinin ölçüsünün göstəricisidir.Ona görə də bel dairəsinin ölçüsü sadə, ölçülməsi asan, dəqiq göstərici olub, ŞD 2-ci tip və ürəyin işemik xəstəliyinin inkişafının yüksək riski olan pasiyentlərin aşkar edilməsinə kömək edir.

Bel dövrəsinin ölçüsü və piylənmənin ağırlaşmalarının inkişaf riski (ÜST,1997)**
ŞD 2-ci tip,arterial hipertenziya,ürək damar xəstəlikləri riski
Artmışdır Yüksəkdir
Kişilər>94 sm
>102 sm
Qadınlar>80sm>88sm

**Bel dairəsinin ölçüsünün artması – hətta BÇİ – nin normal öıçülərində belə ağırlaşmaların yüksək inkişaf riskinin əlamətidir.
Bel dairəsinin ölçüsü ayaq üstə qoltuq altı orta xətt üzrə köks qəfərinin aşağı kənarı ilə çanaq sümüyü darağı arasındakı məsafənin ortasından ölçülür (maksimal ölçüyə görə və göbək nahiyyəsindən yox).Budların dairəsinin ölçüləri isə onların ən geniş nahiyyəsində-bud sümüyünün böyük burması səviyyəsində ölçülür.

Yanaşı xəstəliklərin yüksək riskinin göstəriciləri ((Belin dairəsinə görə):
Kişilərdə > 102 sm
Qadınlarda >88 sm
Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və artıq əmələ gəlmiş xəstəliklərin diaqnostikası.

Məlumdur ki, piylənmə adətən xəstəliklərin inkişafı ilə müşahidə olunur:
Şəkərli diabet 2-ci tip
Arterial hipertenziya
Ürəyin işemik xəstəlikləri
Dislipidemiya
Yuxuda apnoye sindromu
Reproduktiv disfunksiya
Bəzi onkoloji xəstəliklər
Öd daşı xəstəliyi
Deformassiya edici osteoartoz
Artritlər
Aşağı ətraf venalarının xroniki çatmamazlığı
Mədə – yemək borusu refluks sindromu.
Bir qayda olaraq bu xəstəliklərin inkişaf ehtimalı bədən çəkisi artdıqça və abdominal_visseral nahiyyəvə artıq miqdarda piy toplandıqça yüksəlir.
Buna görə də piylənmə ilə olan xəstənin müayinəsinə, antropometrik göstəricilərindən başqa,aiddir:
Arterial təzyiqin ölçülməsi
EKQ – müayinə
Kəllənin rentgenoqrafiyası
Təyin olunmalıdır:
• Ümumi xolesterin
• Triqliseridlər
• Qlükozanın ac qarnına və ya standart qlükozaya tolerantlıq fonunda təyini (0-120 dəq)
• Ac qarına insulin
• – qlütamiltransferazalar
• LQ, FSQ, PRL,G2, T3, TTH, sərbəst-T4 (göstərişə görə)
• LPAS və LPYS xolesterin (hiperxolesterinemiyada və ÜİX, 2-ci tip şəkərli diabetə, arterial hipertenziyaya irsi meyillikdə)
Ümumi Check-up-

Didər risk faktorlarının aşkar edilməsi

Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinə və onun effektiv müalicəsinə təsir edir:
-Piylənmənin inkişafına ailəvi meyillilik
-Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişafına meyillilik
-Piylənmənin müddəti
-Bədən çəkisinin srtmasının xüsusiyyəti
-18 yaşdan başlayaraq bədən çəkisinin dinamikası
-18 yaşdan sonra bədənin minimal və maksimal çəkisi
-Bədən çəkisini aşağı salmaq üçün əvvəlki cəhdlər
-Bədən çəkisinin əvvəlki ildə dinamikasının gedişi
-Fiziki aktivliyin səviyyəsi
-Qidalanma vərdişinin xüsusiyyətləri
-Sosial vəziyyəti
-Streslər və depressiyalar
-Zərərli adətlər
-Dərman müalicəsi (trankvilizatorlar, antidepressantlar, kortiko-steroidlər, hestagenlər və s.)

Müalicə proqramının yerinə yetirilməsinə təsir edə bilər:
-Mədə-bağırsaq xəstəlikləri
-Xroniki zəiflik
-Xroniki ağrı sindromu

Bədən çəkisinin artmasına psixi pozğunluqlar kömək edə bilər:
-Əsəb bulimiyası
-Depressiya
-Təkrarlanan həddindən çox yemə epizodları
-Gecə yemək sindromu
-Mövsümü affekt pozğunluqlar

Məhz onlar,xəstə üçün müalicə rejiminə əməl etməyə, öhdəsindən çətin gəlinə bilən maniyələr ola bilər.Yuxarıda adları çəkilən pozğunluqları aşkar etmək üçün, sorğu üsulunun istifadəsi ilə xüsusi diaqnostika metodları vardır. Lakin onların kliniki praktikada tədbiqi kifayət qədər çətin olan işdir. Əgər aşkar olunsa ki, pasientdə qidalanma verdişində pozğunluq vardır (lazım olmayan vaxtda qida qəbulunun kompulsiv tutması, doyma hissinin olmaması, aclıq hissi olmadan çoxlu miqdarda qida qəbulu, emosional diskamfort, yuxu pozğunluğu halının qida qəbulu ilə birgə olması və ertəsi gün anoreksiya halı ilə və s.),onda onu psixonevroloq və ya psixoloqun konsultassiyasına göndərmək lazımdır.

Müalicəyə əks göstərişlərin təyini.

Xəstəni müayinə edərkən piylənmənin müalicəsini təxirə salmağın və ya aparılmamasının aşkar olunmasına fikir vermək vacibdir.
Piylənmənin müalicəsinin aparılmasına müvəqqəti əks göstərişlər:
-Hamiləlik
-Laktassiya
-Kompensassiya olunmamış psixi xəstəliklər
-Kompensassiya olunmamış somatik xəstəliklər
Əks göstərişlər
-öd daşı xəstəliyi
-pankreatit
-osteopazon.
Bu hallarda xəstələr bədən çəkisinin stabilləşməyinə yönəlmiş qidalanma haqqında məsləhətlər almalıdırlar.Sonradan isə bədən çəkisinin azaldımasına yönəldimiş müalicənin aparılmasının mümkünlüyü və lazımlığı fərdi sürətdə həll olunur.

Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Effektiv müalicə üçün vacibdir ki, xəstələr:
-Bədən çəkisinin azaldılmasına motivassiyaları olsun
-Özlərinin qida vərdişlərinin və həyat tərzlərinin uzun müddət ərzində tədricən dəyişməyə hazır olsunlar. -Bədən çəkisinin mötədil, etapla azaldılması taktikasına razı olsunlar. -Real başa düşməlidirlər ki, hansı vaxt ərzində onlar nə qədər arıqlamalıdılar. Müalicənin aparılmasına fiziki və emosional maniyələr olmamalıdır.

Xəstənin bədən çəkisinin azaldılnası üçün aparılan müalicəyə hazırlığını qiymətləndirmək üçün aydınlaşdırmaq lazımdır:

• Pasiyenti müalicənin başlanmasına sövq edən səbəblər • Bədən çəkisinin azaldılmasının əvvəlki təcrübələri
•Pasiyent tərəfindən piylənmənin inkişafına gətirib çıxarmış səbəblərin və onun sağlamlığa mənfi təsirinin dərk edilməsi
• Pasiyent tərəfindən piylənmənin müalicəsinin uzun müddətli olmasının qəbul edilməsi
• Pasiyentin uzun müddətə qidalanma vərdişlərinin və həyat tərzinin dəyişilməsinə hazır olması

Müalicənin məqsədlərinin təyin olunması

Hər bir pasiyentin bədən çəkisinin azaldılması arzusunu təyin edən öz səbəbləri vardır: kosmetik, sağlamlıq üçün riskin azaldılması, daha kiçik ölçüdə paltar geyməyə can atması, iş qabiliyyətinin yüksəldilməsi, daha yaxşı görünmək arzusu.Bədən çəkisinin azaldılması proqramını başlamağa xəstəni sövq edən səbəbdən aslı olmayaraq, vacibdir ki, həm bədən çəkisinin azaldılmasına, həm də azalmanın tempinə münasibətdə qarşıya real məqsədlər qoymaq lazımdır. Xəstəyə izah etmək lazımdır ki, piylənmənin müalicəsi uzun müddətli, ömürlük proses olub, çəkinin azalması üçün vaxt tələb olunur. Piylənmənin müalicəsinin əsas məqsədi yanaşı xəstəliklərin inkişaf riskinin azaldılması və xəstənin həyatının müddətini artırmaqdır.
Müalicənin məqsədləri: Müalicənin başlanğıcında məqsəd bədən çəkisinin başlanğıcda olan miqdarını 10% azaltmaqdır.
-Bədən çəkisinin azaldılması ilə yanaşı, piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin azaldılması. -Bədən çəkisinin artmasının qarşısının alınması.
-Bədən çəkisində nail olunmuş nəticənin saxlanılması. -Piylənmə ilə yanaşı gedən pozğunluqlara adekvat nəzarət
-Xəstələrin həyatının müddətinin və kefiyyətinin yaxşılaşdırılması

Ən effeklisi bədən çəkisinin etapla, tədricən, BÇİ göstəricilərini və yanaşı risk faktorlarını nəzərə almaqla aşağı salınmasıdır.

Artıq çəkinin və piylənmənin müalicəsinə BÇİ göstəricilərindən və yaranan risk faktorlarından asılı olaraq yanaşma
BÇİ və xəstəliyin yanaşı risk faktorları

Müalicə taktikası
18,5-24,9
Yanaşı risk faktorlarının olmaması iləNormal bədən çəkisini saxlamaq üçün sağlam həyat tərzində əməl etmək.Bədən çəkisinin artmasının qarşışının alınması.
Yanaşı risk faktorlarının olmaması ilə
• Belin ölçülərinin artmasıBədən çəkisinin aşağı salınması.
• Piylənməyə ailəvi meyililikBədən çəkisinin artımının >3kq qarşısının alınması
• Siqaret çəkməSiqaret çəkməni tullamaq, qidalanma haqqında məsləhətlər
• HiperlipidemiyaHipolipidemik diyeta
• QTP (qlükozaya tolerantlığın pozulması)Diyeta, fiziki fəaliyyət, bədən çəkisinin saxlanılması.
25,0-29,9
Yanaşı risk faktorlarının olmaması iləBədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətinin güclənməsi.
25,0-29,9
Yanaşı risk faktorlarının olması Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətin güclənməsi,-1-ci növbədə risk faktorlarının aşağı salmağa yönədilmiş.Əgər 3 ay müddətində risk faktorları əhəmiyyətli dərəcədə azalmırlarsa, onda sutkalıq rasionun kaloriliyinin mötədil azaldılması fonunda 24 həftə müddətində bədən çəkisi 5-10 kg azaldılmalıdır. Medikamentoz terapiya.

30,0-34,9
Yanaşı risk faktorlarının olmaması iləBaşlangıc bədən çəkisinin 5-10% azaldılması. Medikamentoz terapiya.

30,0-34,9 Yanaşı risk faktorlarının olmasıBaşlangıc bədən çəkisinin 5-10% azaldılması.Medikamentoz terapiya.
35,0-39,9
Yanaşı xəstəliklərin inkışafının yüksək riski ilə
Başlangıc çəkinin> 10% azaldılması üçün medikamentoz terapiyanın da daxil olduğu kompleks terapiya. Konservativ mettodlar effektsiz olduqda cərrahi müalicə.
35,0-39,9 -Yanaşı xəstəliklərlə Cərrahi müalicə metodları
≥40,0 Cərahi müalicə.
Hal-hazırda 4-6 ay müddətində tədricin (həftədə) 0,5- 1kg) arıqlama və alınan nəticəni uzun müddət saxlanılması metodikası qəbul edilməlidir.Bu metodikada orta hesabla başlangıc çəkinin 5-15% azalması baş verir və bu arıqlama əsasən piy toxumasının hesabına olur, bədən çəkisinin digər toxumaları hesabına olmur. Bədən çəkisinin belə azalmasına xəstələr asan nail olur, residiflər az baş verir.
Cərrahi müalicə sağlamlıq üçün təhlükəli piylənməsi olan (BÇİ 40 və ya BÇİ 35) və digər müalicə metodları ilə arzu olunan nəticə alınmadıqda, yanaşı xəstəliklər olduqda göstərişdir.

Bədən çəkisinin 10kq azaldılması (orta hesabla bu başlangıc çəkinin 10% – dir) çox saylı müsbət effektlərlə müşahidə olunur.
Ölüm hallarıAzalması:
• ümumi ölümün 20% və daha çox
• Diabetlə əlaqədar ölüm halı 30%-dən çox
•Piylənmə ilə yanaşı gedən onkolojı xəstəliklərlə əlaqədar ölüm halı 40%-dən çox.
Arterial TəzyiqAzalması:
• Sistalik AT 10 mm.c. s.
• Diastolik AT 20 mm.c. s.
Şəkərli diabetQanda ac qarnına glükozanın səviyyəsinin 50% azalması
Yağ mübadiləsiSəviyyəsinin azalması:
• Ümumi xolesterin 10 %
• LPAS 15%
•triqliseridlər 30%
LPYS səviyyəsinin yüksəlməsi 8%.
Bədən çəkisinin daha intensiv azaldılması xəstələrə məsləhət görülə bilər.
-Metobolik ağırlaşmaların inkişafının mütləq riski olanlara.
-Apnoe sindromu ilə sağlamlıq ilə sağlamlıq üçün təhlükəli пийлянмяси оланlara (BÇİ > 40)
-Planlı cərrahi əməliyyatın aparılmasından əvvəl.

Enerji daxil olmasının defsetinin yaradılması
Piylənmənin müalicəsinin əsasını səmərəli hipokalorili qidalanma təşkil edir.
Dietaya əməl etmək məsləhəti bir qayda olaraq müvəffəqiyyət gətirmir, belə ki, xəstələr tərəfindən bu qısa müddətli hal kimi qəbul olunur.
Əgər xəstələri öz qida vərdişlərini kəskin dəyişməyə məcbur etsək, onlar belə məsləhətlərə pis əməl edəcəklər, narazılıq və narahatçılıq hiss edəcəklər və son nəticədə yenidən çəkilərini artıracaqlar. Müvəqqəti olaraq müəyyən ərzaqların istifadəsinin məhdudlaşdırılması yox, qida xüsusiyyətlərinin və qida vərdişlərinin tədricən uzun müddətli dəyişdirilməsi məsləhət görülür. Enerjinin daxil olmasının azalmasına aşağıdaki hallarda nail olmaq olar:
-Sutkalıq rasionun kaloriliyinin azaldılması
-Yağların işlədilməsinin azaldılması
-Alkaqolun istifadəsinin azaldılması
Sutkalıq rasionun kaloriliyi fərdi olaraq bədən çəkisini, yaşı, cinsi, fiziki aktivliyin dərəcəsini nəzərə alaraq hesablanır.
Məsləhət görülür:
-Sutkalıq rasionun kaloriliyinin 20% azaldılması (orta hesabla 500-1000 kkal), lakin sutkalıq kalori 1200 kkal-dən az olmamaq şərti ilə.
-Yağların istifadəsini 30% azaltmaq. -Sutka ərzində müntəzəm qida qəbulu: 3 əsas və 2 əlavə.
-Qidanın əsas komponetləri daxil olan balanslaşdırılmış qidalanma: zülallar 15 %, yağlar 30%-dən az , karbohidratlar 55-60%-sutkalıq kalorinin bölüşdürülməsi belə olmalıdır.
Yağlar rasionun ən kalorili tərkib hissədir: 1qr yağda 9 kkal vardır.Tədqiqatlar göstərib ki, bədən çəkisi ilə istifadə olanan yağlar arasında bir başa əlaqə vardır.Ona görə də qidada yağların məhdudlaşdırılması, orqanizmə kalorinin daxil olmasını azaldır və beləliklə çəkinin aşağı düşməsinə gətirib çıxarır.Qidanın əsasını çətin mənimsənilən karbohidratlar təşkil etməlidir-kəpəkli undan hazırlanmış çörək, yarmalar, makaron məmulatları, tərəvəzlər, meyvələr.
Xəstənin qidalanmasının analizindən başlamaq lazımdır və ona məsləhət görmək lazımdır ki, bir həftə ərzində o bütün yediyi ərzaqları və qəbul etdiyi mayeləri qidalanma gündəliyinə yazsın. Qidalanma gündəliyi pasiyentə və həkimə kömək edir:
-xəstənin qidalanma rasionunu analiz etməyə, real yeyilmiş qidanın miqdarı, qidalanmanın sayları və artıq qida qəbulunu əmələ gətirən situassiyaları öyrənməyə. -Qidalanmaya şüurlu münasibətin formalaşmasına
-Çəkinin artmasına gətirib çıxaran qidalanma pozğunluqlarının ayıd edilməsinə
-Lazım olan dəyişiklərin təyin edilməsinə
-Çəkini azaltmaq üçün qida rasionunun qəbul edilməsi, gələcəkdə isə artıq yeməyə gətirib çıxaran situassiyalardan qurtulmağa
-Fərdi qida rasionunun düzgün planlaşdırılması.
Qidalanma başlanğıc sutkalıq rasionun kaloriliyinin 500-1000kkal defsiti ilə seçilir ki, bu da bədən çəkisinin həftədə 0,5 kq azalmasına nail olmaq üçündür.
Əgər sizin xəstəniz səmərəli qidalanma qaydaları ilə tanışdırsa, onda onun öyrənməsi cəmisi bir neçə gün tələb edər. Əgər bu onun üçün yeni sahədirsə, onda müalicə həkimi və dietoloq pasiyentə öz qidalanmasını planlaşdırmağı ona göstərməlidir. Yaxşı olar ki, hər bir xəstə heç olmasa bir həftə müddətində qidalanma gündəliyi doldursun.Qidalanma gündəliyi çox effektiv qayda olub, həkimə və pasiyentə qidalanmaya nəzarət və özü-özünə nəzarətini həyata keçirtməyə imkan verir.
Qoy hər bir pasiyent özünün şəxsi sağlam qidalanma stilini hazırlasın!

Fiziki aktivlik
Fiziki aktivlik çəki azaldılması proqramının vacib hissəsi olub, hansı ki:
– Piylənməsi və artıq çəkisi olan şəxslərin çəkisinin azaldılmasını yüngülləşdirir
-Abdominal-visseral piyin azalmasına səbəb olur
-Ürək-damar və tənəffüs sisteminin vəziyyətini, fiziki fəaliyyətin göstərilməsini yaxşılaşdırır
– Əldə olunmuş nəticəni uzun müddət saxlamağa kömək edir Fiziki aktivlik bədən şəkisinin azaldılmasında və alınmış nəticənin uzun müddət saxlanılması üçün vacib faktordur. Ona görə də bədən çəkisinin azaldılması, alınmış nəticənin saxlanılması üçün, fiziki fəaliyyət çəkinin azaldılması proqramının vacib tərkib hissəsidir. Çəkinin azaldılması üçün daha çox effektli qaçış, üzgüçülük, velosipet sürmə, aerobika məşğələləridir. Xəstələri öz adət etdikləri həyat tərzini çox sürətlə dəyişməyə məcbur etməyin. Öz pasiyentlərinizə daim fiziki fəaliyyət haqqinda fikirləşməyi yox, sadəcə daha fiziki aktiv olmağı məsləhət görün. Tədricən və sadədən başlayın. Tələsmədən arıqlayın!
Ən sadə, mümkün və effektli fiziki fəaliyyət növü piyada gəzməkdir. Həftədə 3-4 dəfə, gündə 10 dəqiqədən başlamalı və yerişin müddətini gündə 30-40 dəqiqəyə çatdırmaq lazımdır.Ən əsası-müntəzəmlikdir! Xəstələrə bu məsləhətləri yerinə yetirməyi tövsiyyə edin, və onlar tezliklə özlərində gümrahlıq hiss edəcəklər. Çəki azaldıqca, hətta az miqdarda belə hərəkət daha asan və ləzzətli olur. Tədricən onların gündəlik həyatına daha müxtəlif fiziki fəaliyyət növləri əlavə edin. Bu tək başına və ya qruppa ilə bədən tərbiyəsi və idmanla məşğuliyyət və ya axşam saatlarında dostlarla, bütün ailə ilə, uşaqlarla gəzintilıər ola bilər. Ən vacibi odur ki, hər bir pasiyent özünün xoşladığı fiziki fəaliyyət növünü tapsın.

Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya- əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin daha intensiv və sürətlə azalmasına səbəb olur. Həmçinin alınmış bədən çəkisini saxlamağa kömək edir və residivin inkişafının qarşısını alır. Təsir mexanizminə görə piyləmənin müalicəsində istifadə olunan preparatlar 3 qrupa bölünür: 1. Qida istifadəsini azaldan—entermin, mazindol(Teronak),fenfluramin (Minifaj) deksfenfluramin (İzolipan) sibutramin (Meridia) fljuoksetin (Prozak) fenilpropanolamin (Trimeks)
2. Enerji sərfini artıran—termogen simpatomimetiklər efedrin/kofein, sibutramin
3.Qida maddələrinin sorulmasını azaldan—Ksenikal
Piylənmədə dərman müalicəsinin təyininə -BÇİ>30kq/m2 olduqda, – BÇİ>27kq/m2 abdominal piylənmə, 2-ci tip ŞD, ürək-damar xəstəliklərinə meyilliliklə, risk faktorları və ya yanaşı xəstəliklərlə (dislipidemiya, hiperinsulinemiya, 2-ci tip ŞD, arterial hipertenziya və s ) ilə birləşdikdə göstərişdir. Preparatlarla terapiya hipokalorili qidalanma və fiziki aktivliyin artırılması ilə kompleks təyin olunur. Dərmanla müalicə məsləhət görülmür:
-uşaqlara -hamiləlik və laktassiya dövründə.
Bu vaxta qədər dərman müalicəsində yeganə vasitə mərkəzi sinir sisteminə təsir edən preparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti mərkəzi sinir sisteminə təsir edən pereparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti əsasən ən çox serotoninergik sistemə təsir edirlər- sinaptik sahədə serotoninin ifrazını stimullaşdırırvə/və ya onun geri tutulmasını tormozlayırlar. Serotoninergik sistemin stimullaşdırılması iştahanı və qəbul olunan qidanın miqdarını azaldır.Sibutramin kombinə olunmuş təsirə malik olaraq, yalnız serotoninergik sistemı yox, noradrenergik sistemi də aktivləşdirir. Ona görə də bu preparatın qəbulu iştahanin azalması və enerji sərfinin artması ilə müşahidə olunur. Preparatın kənar təsirləri-agizda quruluq, ürək bulanma, ishal, əsəblik, baş gicəllənmə, yuxu pozğunluğu, birincili ağ ciyər hipertenziyasi, ürəyin klapanlarının zədələnməsi, arterial təziqin yüksəlməsi və urək döyünmələrinin artması mümkündür. Mərkəzi sinir sisteminə təsir edən preparatların qəbulu 3 aydan artıq məsləhət görülmür. Ksenikal(orlistat)-piylənməlin müalicəsində yeni eradır.
Ksenikal-bədən çəksinin təhlükəsiz və effektiv azalmasına və ona uzuz müddət nəzarətə yeni yanaşmadır. Ksenikal piylənmənin müalicəsi üçün olan yeni sinif preparatlarından birincisidir. Onun təsiri piylənmə faktorunda əsas amil olan qida yaglarına yönəlmişdir. Ksenikal mədə və pankreas lipazalarının güclü, spesifik və uzun müddət təsir edən ingibitoru olub, qida yaglarının parçalanmasına və sonraki sorulmasına mane olur. Preparat mədə bağırsaq traktı hüdüdunda terapeftik effekt göstərərək, sistem effekt təsiri göstərmir. Ksenikalın təsir mexanizmi xəstələrin uzun müddət müvəffəqiyətlə müalicəsinə kömək edir. Ksenikal- yüksək təhlükəsizlikdir: yerli təsir, mərkəzi sinir sisteminə təsirinin olmaması, sistem təsirinin olmaması. Ksenikalın kənar təsirləri mədə bağırsaq traktı tərəfindən olan simptomlarla məhdudlaşır, mahiyyətcə preparatın təsir mexanizminin əlamətlərindən ibarətdir: -düz bağırsaqdan yağlı ifrazat -yağlı stul -defekassiyanın tezləşməsi -defekassiya hissinin yaranması Adətən bu kənar təsirlər özünü zəif göstərir və müalicənin başlanğıc etaplarında əmələ gəlir(birinci 2-3 həftədə). Xəstələrin əksəriyyətində belə pozğunluqların yalnız bir neçə müşahidə olunur. Bu effektlər bilavasitə pasiyentləirin istifadə etdikləri qidanın tərkibindəki yağların miqdarı ilə əlaqədardir. Tərkibində çoxlu miqdarda yağ olan qida ilə birlikdə ksenikalın qəbulu (sutkalıq rasionun kaloriliyindən>30% ), mütləq yuxarda sadalanan mədə bağırsaq traktının pozğunluqları ilə müşahidə olunacaqdır. Pasiyentlə tərəfindən qidalanmaya aid məsləhətlərə və sutkalıq qida rasionunun kaloriliyində yağların miqdarının 30%-dən artıq olmamasına əməletdə, preparatın qəbulu zamanı adətən kəmar effektlər müşahidə olunmur. Ksenikalın sadələşdirilmış dozalaşdırma rejimixəstələrin şüurluğunun artmasına səbəb olur: pasiyentləri mümkün kənar təsirlərinyaranması mümkünlüyünə hazırlamaq lazımdır. Xəstələr başa düşməlidirlər ki, belə reaksiyalar ksenikal tərəfindən yox, qəbul olunan qidanın terkibindəki yağlar tərəfindən törənir. Bu xəstələri məcbur edəcəkdir ki, qidalanma haqqındakı məsləhətlərə və yağların məhdudlaşmasına əməl etsinlər. Ksenikal əsas qida qəbulları zamanı (və ya yeməkdən 1 saat gec olmamaq şərti ilə) bir kapsul (120 mq) təyin olunur. Əgər qida qəbulu buraxılıbsa və ya qəbul olunan qidanın tərkibində yağ yoxdursa, ksenikalın da qəbulunu buraxmaq olar. Bununla bərabər xəstələr bir çox ərzaqların (ət, süd, və s.) tərkibində gizli yağların olması haqqında məlumatlandırılmalıdırlar. Preparatın sutkada 120 mq 3 dəfədən artıq dazası əlavə effekt vermir. Qoca və yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur. Məsləhət görülən terapevtik dozada preparatın qəbulu zamanı təxminən qida ilə qəbul olunan yağların sorulmasının miqdarı 33% azalır ki, bu da bədən çəkisinin əhəmiyyətli azalmasına gətirib çıxarır və lipid, karbohidrat mübadiləsinin göstəricilərini yaxşılaşdırır. Bununla bərabər preparat sağlamlığın yaxşı vəziyyətini saxlamaq üçün lazım olan yağların miqdarını və digər qida maddələrinin sorulmasına mane olmur. Ksenikalın uzun müddət qəbulunun effektliyivi sübüt olunmuşdur. Preparat bədən çəkisinə ömürlük nəzarət proqramının bir hissəsi ola bilər. Ksenikal yalnız malabsorbsiya xroniki sindromlu xəstələrə və ksenikala, onun komponentlərinə yüksək həssaslığı olanlar üçün əks göstərişdir. Ksenikal nəinki bədən çəkisini azaldır, həmdə piylənmə ilə yanaşı gedən risk faktorlarınida azaldır. O, piylənmə xəstəliyi və artıq çəkisi olanlarda uzun müddət tədbiq etdikdə effektlidir. Ksenakalla müalicə risk faktorlarının (LPAS xolesterinin səvviyəsinin azlması, LPYS xolesterinin artması, qlükoza mübadiləsinin göstəricilərinin yaxşılaşması və hiperinsulinemiyanın azlaması ilə müşahidə olunur) profilini yaxşılaşdırır.Tədqiqatlar göstərir ki , bu dəyişikliklər müalicənin başlanmasının artıq 1-ci 2 həftəsindən əmələ gəlib, preparatla bütün müalicə dövründə saxlanılır. Ksenikalla müalicənin nəticələri:
-Bu preparatı qəbul edib diyeta gözləyənlərlə, yalnız diyeta gözləyənləri müqaisə edən klinik tədqiqatlar nəticəsində aydın olmuşdur ki, ksenikal qəbul edən xəstələr: -Diyetoterapiya gözləyənlərə nisbətən əhəmliyyətli dərəcədə intensiv arıqlayıblar. -Bədən çəkilərini daha tez endiriblər. –Bədən çəkilərini əsasən piy toxuması hesabına azldıblar – Bədən çəkilərinin alınmış nətıcələrini uzun müddət saxlayıblar. Ksenikalın qəbulu zamanı həmçinin müşahidə olunmuşdur:
•Ümümi xolesterinin səviyyəsinin əhəmiyyiətli enməsi
•LPAS xolesterinin səviyyəsinin aşağı enməsi
•LPYS xolesterinin səviyyəsinin artması
•LPAS/ LPYS nisbətinin yaxşılasması
•Artmış arterial təziqin enməsi
•Insulin səviyəsinin aşağı düşməsi və ya normallaşması
•2-ci tip şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin yaxşılasması
•2-ci tip şəkərli diabetin inkişaf riskinin azalması, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması

Piylənmə ilə olan xəstələrin monitorinqi
Ksenikalla müalicənin birinci aylarında xəstə ilə müntəzəm kontaktda olmaq xüsusi ilə vacibdir. Pasiyentlərdən xahiş edin ki, hər ay heç olmasa bir neçə gün üçün qidalanma gündəliyi tərtib etsinlər. Bu müaliçə həkiminə və pasiyentə qida vərdişlərinə nəzarət etməyə, fiziki aktivliyi, bədən çəkisi göstəricilərini, bel dairəsi/bud dairəsi, bel dairəsi, arterial təzyiqin səviyyəsini, karbohidrat və lipid mübadiləsinin göstəricilərini, yanaşı gedən xəstəliklərdə tətbiq olunan dərmanların sutkalıq dozasını fiksə etməklə müaliçənin effektliyinin obyektiv qiymətləndirilməsinə imkan verir.
Piylənmənin müaliçəsində bədən çəkisinin aşağı düşməsi prosesində ən çətin yerinə yetirilən, alınmış nətiçənin saxlanılmasıdır.
Bədən çəkisinin aşağı düşməsi proqramında alınmış nətiçənin uzun müddət saxlanılmasının əsasını həkim və pasiyentin daimi kontaktı təşkil edir.
Bədən çəkisinin sxlanılması proqramı bədən çəkisinin aşağı salınması proqramından 6 ay sonra başlanır.
Klinik tədqiqatlr göstərir ki, bədən çəkisinin artmasının qarşısını almaq üçün ən vacib fktor- müalicə həkiminin daimi müşahidəsidir. Arıqladıqdan sonra bir çox pasiyentlər yenidən çəkilərini artırırlar. Onlar özlərini uğursuz insan hesab edirlər, həkimə müraciət etməyə utanırlar və çəkilərini endirmə cəhdlərini dayandırırlar. Əgər bu dövrdə həkim pasiyenti qəbula dəvət etsə, çəkiyə nəzarət proqrmını yenidən başlamaq olar və bədən çəkisinin təkrar artmasının qarşısını almaq olar.
Pasiyentlərə öz çəkisini uzun müddət nəzarətdə sxlamağa kömək edən sadə məsləhətlər:
Ərzaq seçimini düşünərək etməli, yəni, yağların istifadəsini məhdudlaşdırmaqla sellülozalı ərzaqları məhdudiyyətsız istifadə etməklə, balanslaşdırılmış qidalanma prinsiplərinə əməl etmək.
Bədən çəkisinin artmasına şərait yaradan vəziyyətlərin qarşısını almaq və öhdəsindən gəlmək.
Aktiv həyat tərzi keçirmək. Arıqladıqdan sonra fiziki fəaliyyətsiz bədən çəkisini stabil saxlamaq mümkün deyildir.
Əksər pasiyentlərdə motivassiyanı saxlamaq və piylənmənin müalicə proqramını yerinə yetirmək üçün daim psixolojı kömək lazımdır. Pasiyentlərə, əgər onların çəkisində bir qədər artım olduqda imkan verməyin ki, onlar həvəsdən düşsunlər və müalicə proqramını yarımçıq kəssinlər. Onları inandırın ki, çəkinin azacıq artımı tamammilə normal haldır. Pasiyentlərə bu faktdan istifadə edərək, müalicəni yarımçıq kəsməyə icazə verməyin.
Xəstədə müvəffəqiyətə inamı möhkəmlədin!

Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Siqaret çəkmə ürək-ağ ciyər xəstəliklərinin ən əsas risk faktorlarından biridir. Bu xüsusi ilə artıq çəkisi və piylənməsi olan xəstələrə aiddir. Siqaret çəkmədən imtina əksər hallarda bədən çəkisinin artması ilə müşahidə olunur. Ona görə də bu zərərli adəti tərgitməyə çox vaxt kökəlmə qorxusu mane olur.
Pasiyentlərə siqaret çəkmənin tərgitməyin vacibliyini izah etmək və labüd bədən çəkisinin qarşısını almaq üçün ona qidalanma (sutkalıq rasionunun kaloriliyinin mötədil azaldılması), fiziki aktivliyi artırmaq, həyat tərzinin dəyişmək haqqında məsləhətlər verməklə kömək etmək lazımdır.

Yaşlı insanlar
Yaşlı insanlarda piylənmənin müalicəsinə qərarı bunun potensial üstünlüklərini qiymətləndirməklə vermək lazımdır; bədən çəkisinin azalması pasiyentin gündəlik tərzinə və ürək damar xəstəlikləri riskinin azalmasına, həyat müddətinin artmasına əsaslanmalıdır. Sümük sisteminin vəziyyətinə və qidalanma göstəricılərinə çox diqqətli nəzarət lazımdır.
Yaşlı insanlarda bədən çəkisinin azalmasına yönəlmiş tədbirlərin aparılması, sümük əzələ və ürək-damar sisteminin vəziyyətinə daim müşahidə və nəzarət tələb edir, belə ki, qidanın məhdudlaşdırılması orqanizmə zülalın, çox əhəmiyyətli vitaminlərin və mineralların kifayət qədər daxil olmamasına gətirib çıxara bilər ki, buna da yaşlı xəstələr çox həssasdırlar.

Bundan başqa simptomsuz gedən xəstəliyin əlaməti olan özü-özünə arıqlama, səhv olaraq bədən çəkisinin məqsədyönlü azaldılmasının uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Arzuedilməz hallardan qurtulmaq üçün mötədil balanslaşdırılmış hipokalorili qidalanma, pasiyentin vəziyyətinə sistematik müşahidə olunmsı lazımdır. Tədqiqatların nəticələri göstərir ki, kişi və qadınlarda yaş özü-özlüyündə piylənmənin müalicəsindən imtina etməyə səbəb deyildir.
Müalicənin effektlivliyinin qiymətləndirilməsi
Piylənmənin müalicəsinin effektliyinin qiymətləndirilməsinin aşağıdakı kriteriyaları qəbul olunmuşdur:
Bədən çəkisinin aşağı salınması etapında:
• > 5 kq- müvəffəqiyyət var
• > 10 kq- əladır
• > 20 kq- müstəsna haldır
Bədən çəkisinin saxlanılması etapında:
• 2 il müşahidə müddətində < 3 kq bədən çəkisinin artması
• bel dairəsinin dayanıqlı 4 sm. azalması
Yanaşı ağırlaşmalar olduqda:
• arterial təzyiq 140/90 mm. c. s.
• xolesterin < 5,2 mmol/l
• xolesterin LPYS> 1,0 mmol/l
• triqlisridlər < 2,3 mmol/l
• qlükoza acqarına < 5,6 mmol/l.

Nəticə
Axırıncı illər piylənmə ən çox yayılmış xroniki xəstəliklərdən biridir. Axırıncı 10 ildə sənayə cəhətdən inkişaf etmiş bir çox ölkələrdə piylənmə ilə olan xəstələrin sayı 2 dəfə artmışdır.
Ümumdünya səhiyyə təşkilatı piylənməni 21-cı əsrin epidemiyası kimi qəbul etmişdir. Belə situassiyada piylənmənin müaliçəsinin və profilaktikasının effektiv strategiyasının lazımlığı aydındır. Piylənmənin diaqnostikasının, müalicəsinin vasitələrinin və seçim metodlarının təqdim olunan tövsiyyələri piylənmənin tədqiqatında və müalicəsində lider olan müxtəlif ölkələrin təcrübəsinə əsaslanmışdır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: