www.diabet.az

“SƏSSİZ QATİL” – HİPERTONİYA

Posted on: Sentyabr 15, 2011

Dünyada hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlmək mümkündür. Arterial təzyiqin yüksəlməsi – yəni hipertoniya ən çox yayılan xəstəliklərdən biridir. Demək olar ki, dünyada hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlmək mümkündür. Ancaq çox vaxt yüksək təzyiqdən əziyyət çəkənlər bunun əsl səbəbini bilmirlər. Onlar bu halı adi başağrıları kimi qəbul edirlər. Bu mənada hipertoniya xəstəliyinin “səssiz qatil” adlandırılması təsadüfi deyil. Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Dünya əhalisinin təxminən 750 milyonu hipertoniyadan əziyyət çəkir. Bunlardan 50 milyonu ABŞ-ın payına düşür. Ümumiyyətlə, hipertoniya yaşı 18-dən yuxarı olan hər kəs üçün təhlükə mənbəyidir. Duzdan istifadənin həddən artıq olduğu ölkələrdə isə hipertoniya daha geniş yayılıb. Qan təzyiqi ölçülərkən iki normaya diqqət yetirilir: yuxarı təzyiq (sistolik qan təzyiqi) və aşağı təzyiq (diyastolik qan təzyiqi). Əgər maksimal təzyiq civə sütunundan 140 millimetr, minimal təzyiq isə 90 millimetr yuxarıdadırsa, deməli, bu hipertoniyanın varlığından xəbər verir. Adətən aşağı və yuxarı təzyiq eyni vaxtda yüksəlir. Ancaq onlardan birinin yüksəlməsi belə hipertoniyanın yaranmasına səbəb olur. Xəstələrin bir hissəsində ilkin mərhələdə hipertoniyanın əlamətləri heç bir halda özünü göstərmir. Belə xəstələrdə yüksək qan təzyiqinin olması faktını yalnız onun təzyiqini ölçməklə müəyyən etmək olar. Hipertoniyanın birinci mərhələsində həyəcan, əsəblik, başağrısı, başgicələnmə, yuxusuzluq, yorğunluq, qıcıqlanma, iştahasızlıq, ümumi zəiflik, ürək döyünməsi müşahidə olunur. İkinci mərhələyə keçdikdə bu əlamətlər mütəmadi olaraq təkrarlanır, nəticədə ürəyin sol mədəciyi qalınlaşır, onda sola tərəf böyümə baş verir. Üçüncü mərhələdə isə ürək, böyrək, beyin zədələnmələri də özünü göstərir, xəstələrin nəbzi tez-tez vurur, görmə qabiliyyəti zəifləyir. Bu zaman beyin damarlarının spazması sayəsində başağrısı, ürəkbulanma, öyümə, qusma, huşu itirmə və s. baş verir. Onu da qeyd edək ki, bu xəstəlik zamanında və effektiv müalicə edilmədikdə ağır fəsadlara nəticələnir, hətta digər xəstəliklərə səbəb olur. Hipertoniyanın ən ağır fəsadı isə beyinə qan sızmasıdır. Hipertoniya əsas orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, hətta onları “hədəf-orqanlar” da adlandırırlar. Hipertoniya ürəyə təsir edərək onun hipertrofiyasına, ürək çatışmaqlığına gətirib çıxara, böyrəklərdə funksional pozğunluqlar törədə bilər. Bu xəstəlik iflicə, görmə qabiliyyətinin pozulmasına da yol açır. Müalicə olunmasza, hipertoniya insan ömrünü 10-20 il qısalda bilər. Böyük Britaniyada aparılan araşdırmalara görə isə xroniki yuxusuzluq və yuxudan erkən oyanma da ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertoniya hallarını artırır. 6500 qadın üzərində aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, gün ərzində beş saatdan az yatan qadınlar arasında arterial hipertoniya halları sutkada yeddi saatdan çox yatanlara nisbətən iki dəfə çoxdur. Hipertoniya ilə o, hələ baş verməmişdən mübarizə aparmaq lazımdır. Bunun üçün normal yatmaq, gərgin fiziki işdən mümkün qədər qaçmaq, əsəbiləşməmək, psixi vəziyyətət düşməmək, alkoqoldan imtina, pəhriz saxlamaq kifayətdir. Məsələn, hirslənəndə, çox duzlu xörək yeyəndə qan təzyiqi normadan yuxarı qalxır, adam özünü narahat hiss edir. İnsan çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında da birbaşa əlaqə vardır. Duzlu və yağlı qidalardan, alkoqoldan çox istifadə edən, həmçinin artıq çəkisi olan insanlarda hipertoniya digələrinə nisbətən 5-6 dəfə çox olur. Belə ki, çəkinin 10 kq artması təzyiqin də 2-3 mm civə sütunu artmasına gətirib çıxarır. Bundan başqa, çox saylı elmi tədqiqatlarla müəyyən olunub ki, həddindən çox xörək duzunun işlədilməsi arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Mütəxəssislər hipertoniya xəstəliyindən əziyyət çəkənlərə çox yeməməyi, qaydasında qidalanmağı tövsiyyə edirlər. Hipertoniyanın qarşısının alınması və müalicəsi üçün müntəzəm olaraq fiziki fəaliyyətlər də çox önəmlidir. Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən, idman etməyən insanlarda arterial hipertoniyanın inkişaf riski, aktiv insanlara nisbətən 20-50% yüksəkdir. Sürətli yeriş, sağlamlaşdırıcı qaçış, üzgüçülük və digər yüngül fiziki hərəkətlər arterial təzyiqi 5-10 mm civə sütunu aşağı sala bilər. Lakin ağır fiziki yüklər qan təzyiqi olanra məsləhət görülmür, çünki ağırlıq qaldırma təzyiqi artırır. Siqaret də qan təzyiqinin yüksəlməsinə səbəb olur. Belə ki, siqaret tüstüsündə olan nikotin həyəcanlandırıcı və oyadıcı təsir göstərir, ürəyin işini artırır, damarların daralmasına səbəb olur, arterial təzyiqi yüksəldir, həmçinin qan təzyiqi olan insanlarda ürəyin işemik xəstəliyi və beyin insultu riskini də 2-3 dəfə artırır. http://az.itv.az/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: