www.diabet.az

Archive for the ‘ARTIQ ÇƏKI-PIYLENME’ Category

Yaşlı əhalinin boyük əksəriyyəti abdominal piylənməyə məruz qalmişdir və kardiovaskulyar xəstəliklərin inkişafının risk qrupuna daxildirlər. Saglamlığa əsas təhlükə bu zaman visseral piyin ( yəni qarin piylənməsinin) artmasıdır ki, bununlada insulin rezistentliyin inkişafını, dislipidemiyani, metabolik sindromu, ikinci tip diabeti və aterosklerozu əlaqələndirirlər.

Piylənmə həmçinin tez-tez miokard infarktina və qulaqcıqların səyirməsinə səbəb olur. Visseral piyin azaldılması metabolik xəstəliklərin inkişaf riskinin və kardiovaskulyar xəstəliklərin azalmasına bir açardır. Visseral piy faliyətsiz deyildir. Triqliseritlərdən ibarət olan yax turşularının portal və qan dövranı sisteminə keçməsi əhəmiyyətli ola bilər ki, buda insulin rezistentliyin inkişafına gətirib çıxarır. Sərbəst yağ turşularının keçməsi isə qara ciyərin aterogen lipoproteidler yaratmasını stimulaşdırır. Bundan başqa piy toxumasının siqnal moleykulları( adipokinlər) endotelial disfunksiyanı ağırlaşdırır. Adipokinin səvviyəsi visseral piyin artamasına uyğun olaraq çoxalır. Abdominal piylənmənin obyektiv və ən həssas gostəricisi belin dairəsinin ölçüsüdür. Beynəlxalq diabet federassiyasının rəyinə əsasən belin dairəsinin kişilərdə 94 sm-dən, qadınlarda isə 80 sm-dən yuxarı olması yüksək sıxlıqlı lipoproteidlərin aşağı səviyyəsi, triqliseridlərin və qlükozanın yüksək səviyyəsi ilə birlikdə ürək-damr xəstəliklərinin yüksək inkişaf riskinə zəmin verir. Hal-hazırda piylənmənin qeyri medikamentoz müalicə metodları geniş istifadə olunur-bura həyat terzinin dəyişilməsi, yağsız və aşağı kalorili dieta, intensiv fiziki fəaliyyət aiddir. Lakin onlar uzun müddət effekti saxlamaq üçün müvəffəqiyyətli olmur və farmakoloji preparatlardan da istifadə etmək lazım gəlir. Endokannabinoid sistsm (EKS) adlanan sistemin spesifik reseptorlarının blokatorlarına böyük ümüdlər bəslənir.Bu hormon və neyrorequlyatorların hazırlanmasına təsir edən neyrorequlyator sistem olub, iştaha və doyma hissi arasındakı balansa cavabdehdir. EKS energetik homeostaza– sərf edilmiş, saxlanılmış və işlədiləcək yağların miqdarnin requlyassiyası vasitəsi ilə nəzarət edir. Bu proses özündə iştahaya və lipid mübadiləsinə hipotalamik nəzarəti birləşdirir. Onun pozğunluğu zamanı piylənmə inkişaf edir.Endokannabinoidlər qida qəbulu zamanı mədə-bağıisaq traktı tərəfindən hasil olunan və EKS reseptorlarına təsir edən maddələrdir. Əgər qida dadlıdırsa,yüksək kalorili və yağlarla səngindirsə onda hipotalamusda EKS hiperaktivassiyası yaranır,o da iştahanın artmasına və lipogenezin güclənməsinə gətirib çıxarir, doyma hissi və enerji sərfi müvafiq olaraq azalır.

Yağlı qida endokannabinoidlərin biosintezi üçün doymamış yağ turşularının istifadəsini artıtır ki, bu da həmçinin EKS hiperaktivliyinə gətirib çıxarır. EKS reseptorları 1990 da (birinci tip-CB1) və 1993 də (ikinci tip- CB2) kəşf edilmişdir. Reseptorların yüksək konsentrassiyası baş beyinin qabığında, beyincikdə, hipokampda, qabıqaltı nüvələrdə, hipotalamusda və mədə- bağırsaq traktında qeyd olunmuşdur. Bu yaxınlarda CB1, CB2 reseptorlarinin selektiv biokatorları aşkar edilmişdir ki, bu da EKS-ə terapevtik təsir etməyə yeni məqsəd kimi qoyulmuşdur.Daha çox öyrənilmiş və klinik tədqiqatların 3-cü fazasını keçmiş CB1 reseptorunun blokatoru SR141716A(rimonabant)- dır. Tədqiqatlardan alınan məlumat göstərir ki, bu prerparat(hipokalorili dieata ilə birlikdə) çəkini əhəmiyyətli dərəcədə aşağı salır və ikinci tip diabetli xəstələrin vəziyyıtini yaxşılaşdırır. Bundan başqa o plazmada adiponektinlərin səviyyəsini çəki azalmasından asılı olmayaraq əhəmiyyətli dərəcədə qaldırır, nikotin asılılığına müsbət təsir göstərir. Endokannabinoid sistemin reseptorlarının blokatorlarının tətbiqi abdominal piylənməyənin müalicəsində çox ümüd verici metoddur. Yeni sinif molekulların yağların və qlükozanın metabolizminə, iştaha və doyma hissinə təsiri, yağların toplanması və sərfi vasitəsinin harmoniyalaşması yolu ilə energetik homeostazın bərpası pilənmə ilə mübarizənin nəticələrini əhəmiyyətli dərəcdə yaxşılaşdıracaqdır. Çəkinin, ən vacibi isə visseral piyin əhəmiyyətli dərəcədə azalması nəticəsində kardiometabolik xəstəliklərlə xəstələnmənin və ölümün azalması gözlənilir.

Siz yəqin bilirsiniz ki, artıq çəki- piylənmə bir çox orqan və sistemlərə, hər şeydən əvvəl insanın ürək- damar sisteminə neqativ təsir göstərir. Halbuki çəkinin normallaşması və ya hətta aşağı enməsi əhval-ruhiyəni nəinki yaxşılaşdırır, həmçinin bir cox ciddi xəstəlklərin inkişaf riskini azaldır. Çəkini aşağı salmağın bəzi müddüalarını nəzərdən keçirək.

Yadda saxlayın: hər bir artıq kiloqram arterial təzyiqi 1-2 mm. c. s. artırır.

Artiq çəkini aşağı salmaq üçün həkim sizə birinci növbədə xəmir, şirin, yağlı qidaların məhdudlaşdırıldığı dieta təyin edəcəkdir. Minimal kulinar emaldan keçmiş balıq və dəniz məhsullarına, tərəvəz və meyvələrə,üstünlük vermək lazımdır. Çox vaxt çəki aşağı endikdə AT normallaşır. Beləki, piylənmə ürək xəstəlikləri inkişafının müstəqil risk fktorudur, çəkinin aşağı düşməsi nəinki sizin təzyiqinizi aşağı salacaqdir, həm də digər xəstəliklərin inkişaf riskinin qarşısını alacaqdır. Daha bir vacib məsələ: bir çox insanlar qidada duzu lazım olduğundan çox istifadə edirlər. Duzun istifadəsinin azaldılması da AT-in enməsinə kömək edə bilər. Bunun üçün az duzlu dieta təyin olunur ki, buraya da duzlu qidadan imtina etmək, qida hazirlamaq üçün istifadə olunan duzun sutkalıq miqdarını 5 qrama qədər(təpəciksiz 1 çay qaşığı duz) azaltmaq məsləhət görülür. Öz yeməyinizin dadını yaxşılaşdırmaq üçün müxtəlif ədviyyatlardan, otlardan istifadə edə bilərsiniz.

Sizə məsləhət görülən dietaya ciddi əməl edin və həkiminiz və ya dietoloqunuzla məsləhətləşməmiş kəskin dəyişikliklər etməyiniz. Çoxlu təqdiqatlar nəticəsində təyin olunmuşdur ki, 5 kq artıq çəkinin itirilməsi sistolik AT-in 5,4 mm. c. s., diostalik təzyiqin isə 2,4 mm. c. s. düşməsinə səbəb olur.

İstənilən arıqlama proqramında birinci növbədə qidanın ən yüksək kalorili komponentinin- yağların azaldılması nəzərdə tutulur. Yağların məhdudlaşdırılmasının hal-hazırda hansı adi qaydalarına əməl etmək olar? Onlar bunlardır : – çalışmaq lazımdır ki, tərkibində yağ az olan ərzaqlar, ətin yavan növlərindən alasan. Tərkibində yüksək miqdarda yağ olan əraq məhsullarından – sala, mayonez, marqarin, ət və balıqların yağlı növləri, yağlılığı 40%-dan yuxarı olan pendirlər, kərə yağı, konservlər istifadə olunmamalıdır;

-Qidanı minimal miqdarda bitki yağında qizardın və ya tamamilə yağsız hazırlayın, imkan olarsa tefal və ya hörmə qablarda hazırlayın;

– Ümumiyyətlə qızardılmış qidadan az istifadə edin, pörtlədilmiş və suda bişmiş qidaya üstünlük verin;

-Quş ətindən dərini və görünən yaği təmizləyin;

-İstədiyiniz qədər təzə meyvə və tərəvəz yeyin;

Lakin salatlara yağ, mayonez, salat sousları əlavə etməyin; yadda caxlayın ki, bitki yağları daha faydalı olmasına baxmayaraq, heyvani yağla kaloriliyi eynidir;

-Kərə yağı və şəkər əlavə olunmuş qənnadı məhsulları olan kremləri, biskivitləri, şokaladları, xəmir məhsullarını məhdudlaşdırmaq lazımdır;

-Ərzaq alarkən onun tərkibindəki yağlara və kaloriliyinə fikir vermək lazımdlr; mütləq etiketdəki müvafiq rəqəmləri yoxlamaq lazımdır;

-Yadda saxlayın ki, bir çox ərzaqların tərkibində sizin görmədiyiniz və ”gizli yağlar “ adlanan yaglar vardır(məsələn pendirlər, kolbasalar və kolbasa məhsulları, qənnadı məmulatları, dondurmalar); hətta ”yağsız“ hesab olunan pörtlədilmiş kolbasa və cociclərdə belə çoxlu yağ vardır.

Beləliklə çoxlu kalorisi və yağı olan ərzaqlar “zərərli “ sayılır. Çalışın onları öz rasionunuzdan çıxarasınız və bacardıqca az yeyəsiniz.

Çəkini aşağı salmaq üçün 3 “qızıl qaydaya“ əməl edin:

Birinci qayda(əsas) : tərkibində çoxlu yağ və asan həzm olunan karbohidrarlar olan yüksək kalorili (“zərərli”) ərzaqlardan imtina etməli.

İkinci qayda: çəkini artırmayan aşağı kalorili (“ faydalı“) ərzaqların istifadəsini artırmaq lazımdır. Bura birinci növbədə bütün göyərtilər və tərəvəzlər aiddir(kartof və paxlalardan başqa).

Üçüncü qayda- “yararlı”- orta kalorili ərzaqların istifadəsini yarıbayarı azaltmaq—bunlar yağı az, zülalı çox olan ərzaqlar- o cümlədən yağsız ət, balıq, süd məhsulları; nişasta ilə zəngin ərzaqlar(tədricən həzm olunan karbohidratlar)—kartof, paxlalar, çörək- bulka məmulatları (ən yaxşısı kəpəkli undan hazırlanmış), kaşalardır; bura həmçinin yağsız ətdən, balıqdan, toyuqdan bişmiş suplar, vegeterian supları aiddir.

Tərəvəz və meyvələrin, yağsız quşların və ətlərin,yarmaların, süd məhsullarının üstünlük təşkil etdiyi qidalar bütün dünyada ən sağlam hesab olunur.

Faydalı məsləhətlər

Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir, birincinin isə damarlara ziyanı azdır; Siz az miqdarda yağ yeyirsiniz, yaxşı olar ki, bitki yağından istifadə edəsiniz.

Həzm olunmayan və tədricən həzm olunan karbohidratlar tez həzm olunanlardan daha üstündür. Hər qida qəbulunu yağ əlavə olunmamış tərəvəz salatından bashlayin.

Heyvani zülal olan qida məhsulunun müəyyən hissəsini bitki mənşəli zülallarla əvəz edin(onların tərkibində həm də sellüloza vardır).

Qoy sizin deviziniz belə olsun:”meyvə və tərəvəz əsas yemək, ət isə qarnir olsun”.

Bir stəkan su və ya şəkərsiz çay yeməyə 30 dəq qalmış qəbul etdikdə içtaha azalır.

P. Ş. Özündə mötədil hipokalorili dietanı, fiziki aktivliyi və qidalanma vərdişlərinin dəyişdirilməsini birləşdirən arıqlama proqramı, həkimin təyin etdiyi medikamentoz müalicə ilə birgə ola bilər.

Hələ 10 il bundan qabaq artıq çəkini həkimlər daha çox xarici görünüşün kosmetik defektinə aid edirdiler. İndi isə ÜST piylənməni maddələr mübadiləsinin xronniki xəstəlikləri kateqoriyasına aid edirlər. Hətta onun dəqiq beynəlxalq tərifi də verilmişdir: “ Piylənmə , piyin artıq yığılması ilə xarakterizə olunan, diqər system və orqanların ciddi ağirlaşmasına gətirib çixaran xroniki xəstəlikdir”. Bu gun dunyada 1.7 milyard insan piylənmədən əziyyət çəkir. Narahatçılığa səbəb olan tibbi proqnozlara görə, 2025-ci ildə kişilərin 40%-i və qadinların 50%-i dünyada piylənmədən əziyyət çəkəcəklər.14 yaşa qədər hər il artiq çəkili uşaqların sayı 7% artır.

Artıq çəki nələrə səbəb ola bilər?

2-ci tip şəkərli diabet- onu elə belədə adlandirilar-“ köklərin diabeti” .

Onunla adətən orta yaşda, 40 və yuxarı yaşlarda xəstələnirlər. Əsas risk faktoru köklükdür. Mədə altı vəz insulin hazirlayir, lakin mübadilə pozğunluğu səbəbindən qlükoza hüceyrələrə daxil ola bilmir və qanda toplanır. Onda qanın tərkibindəki şəkər yüksəlir və diabet əlamətləri əmələ gəlir. Britaniya alimləri hesablayıblar ki, orta hesabla kök diabetiklər öz sağlam həmyaşıdlarından 8-10 il az yaşayırlar.

Varikoz. Artıq çəkidə venoz axin çətinləşir ki, buda 90% halda venalarınvarikoz genişlənməsinə səbəb olur. Ayaqlara, piy mübadiləsinin pozulması ilə əlaqədar həddindən artıq yukün duşməsi və qanın qatılaşması dərin venaların trombozu riskini bir neçə dəfə artırır. Ağ ciyər arterialarının tromboemboliasından tələf olan insanların 60%-i piylənməsi olanlardir.

Oynaq xəstəlikləri. Biz hərəkət edərkən ayağın dayaq oynaqlarına və fəqərəyə bədən çəkisinin 4 misli qədər ağırlıq düşür. Muvafiq olaraq, insanin çəkisi nə qədər artiq olarsa, onun oynaqlarının amartizassiya xüsusiyyətləri bir o qədər tez sıradan çıxır- artroz inkişaf edir(qığırdaq toxuması dağılır).Həmçinin fəqərə sütununa da düşən ağırlıq artır və fəqərə arası yirtığın əmələ gəlmə riski artir.

Hipertoniya. Artıq çəkili insanların 90%-i hipertonikdir. Həm də nəzərə almaq lazımdır ki,onlarin 60%-i təzyiqlə əlaqədar problemləri artıq 40 yaşa qədər qazanırlar. 10kq artıq çəki infarkt və insult riskini 6 dəfə artırır! Çəkinin 5 kq azaldılması isə arterial təzyiqin 10 mm.c. s enməsinə səbəb olur(hətta dərmansız).

Cinsi problemlər. Cəkisi 15 kq artıq olan qadinlarda reproduktiv funksiya zəifləyir,hamiləliyin gedişi çətinləşir,doğum zamani ürək və böyrəklər tərəfindən agırlaşma riski yüksəlir.Kök kişilərdə spermanın keyfiyyəti aşağı düşür, kiçik çanaq orqanlarında-prostatda və böyrəklərdə durğunluq əlamətləri əmələ gəlir.

Gəlin kalorini hesablayaq

Genetik müxtəliflik uzun illər qida rasionunun tamamilə eyni olmasına baxmayaraq bəzi primatlara qamətli qalmağa, digərlərini isə çəki yığmağa ”məcbur” edir. Dietalogiya sahəsində bu yeni tədqiqatların təfsilatı bu yaxınlarda dərc olunmuşdur. Kök və iri meymunların qidasının kaloriliyi 25% azaldıldı və onlar arıqladılar. Lakin bu məhdudiyyıtlər götürüləndən sonra, onlar tezliklə öz əvvəlki çəkilərini bərpa etdilər. Bu zaman onların dietada nə qədər müddətdə-2 ay vəya 2 il olmağının heç bir rolu olmamışdır. Yeni tədqiqatlar nəticəsində alimlər belə hesab edirlər ki, insanlar(xüsusi ilə köklüyə meylli və köklər) öz dietalarına bütün ömürləri boyu diqqət yetirməlıdirlər. “Qədi-qamətli olmağın yolu- daim sayıq olmaqdır”-amerika elmi assosiassiyasında öz tədqiqatlarının nəticələri haqqında çıxış edən Xansen belə məsləhət görür. Xansen 300 makaka- rezuslarda qidanın kaloriliyini məhdudlaşdırdıqda alınan effekti tədqiq etmişdir. Alimin gəldiyi nəticə çox sadə və aydındlr: kaloriliyin azaldılması yalnız uzun müddədli olduqda öz səmərəsini göstərir. Uzun müddət standart qida rasionundan 30% az qida verilən meymunlar 30 il yaşayıblar. Müqayisə üçün demək lazımdır ki, onların orta ömrü 23 il təşkil edir. Öz qohumlarına nisbətən çəkisi az olan meymunlara diabetdən, hipertoniyadan, yüksək xolesterindən və artı çəki ilə əlaqədar digər xəstəliklərdən qurtulmaq nəsib olur ki, bu da onların ömrünü uzadır.

2-ci tip şəkərli diabetin yaranmasında ən əsas faktor artiq cəki, piylənmə olduğu üçün normal çəkinin nə qədər olmasını bilmək çox vacib və önəmlidir.Hal-hazırda Azərbaycanda 30 yaşdan sonra insanların demək olar ki, əksəriyyətinin çəkisinin artiq olması və normal çəki haqqında təsəvvürlərinin olmaması “həyat tərzi xəstəliklərinin” yaranmasına və DİABETİN epidemiya şəklində artmasına səbəb olmuşdur. Hal-hazırda bütün dunyada BƏDƏN ÇƏKİSİ İNDEKSİ (BÇİ) qəbul olunmuşdur ki, o da belə hesablanır:
BƏDƏN ÇƏKİSİNİN KQ – LA MİQDARI BOYUNMETRLƏ KVADRATINA BÖLÜNÜR: NƏTİCƏLƏR –
NORMAL ÇƏKİ ———— 19,5 – 24,9
ÇƏKİNİN NORMADAN AŞAGI OLMASI ———— 19,5-DƏN AŞAĞI
ARTIQ ÇƏKİ ———— 25 – 27,9
PİYLƏNMƏ ———— 28-DƏN YUXARI
Məsələn – əgər sizin çəkiniz 80 kq boyunuz 1,76 metrdirsə onda siz 80 kq, 1,76-nın kvadratına bölməlisiniz və alınan cavaba əsasən çəkinizin normal olub olmamağını bilərsiniz : 80 kq / 3,1 m 2 =25,8. yəni sizdə yüngül artiq çəki vardır

Bəşər tarixində insanların yaşam tərzinə böyük narahatlıq gətirən xəstəliklərdən biri də diabetdir.Hər bir insan bu xəstəlikdən qorunmaq üçün daim ehtiyatlı olmalıdır. Məlum olduğu kimi, diabet iki tip olur: birinci tip- insulindən asılı, hansı ki, bir qayda olaraq uşaqlarda və gənc insanlarda yaranır və ikinci tipbəzən
onu qocalıq diabeti də adlandırırlar.Təəssuf ki, alimlər birinci tip diabetin qarşısını almağa hələ nail olmayıblar, ikinci tip diabetin başlamasını maksimal
dərəcədə ləngitmək isə tam realdır. Hətta şəkərli diabetlə xəstə olmayan insanların da bildiyi və ən çox məlum olan profilaktika metodu iki əsas məhdudiyyət tələb olunan dietadır: karbohidratların və kalorinin məhdudlaşdırılması. Karbohidratların məhdudlaşdırılması ona görə lazımdır ki,
mədəaltı vəzini həddən artıq yükləməyəsən, kalorinin məhdudlaşdırılması isə kökəlməmək üçündür. Bir çox faktorlar vardır ki, bunlar şəkərli diabetə meyillilik yaradir: Birinci yerdə irsi meyilliliyi göstərmək olar.
Diabetin əmələ gəlmə səbəbinə görə ikinci yeri piylənmə və ya artıq çəki tutur.
Üçüncü səbəb – muxtəlif virus infeksiyalarıdır Şəkərli diabetin əmələ
gəlməsinə şərait yaradan faktorlardan dördüncüsü – əsəb, stressidir.
Risk faktorlarından beşinci yerdə duranı yaşdır. Insan nə qədər yaşlı olsa, şəkərli diabetlə xəstələnmə təhlükəsi bir o qədər çoxdur. Diabet xəstələri aşağıdakı
məsləhətlərə əməl etməlidirlər: Çoxlu tərəvəz və göyərti yeyin, çünki onların tərkibində olan karbohidratlar orqanizm tərəfindən tədricən sorulur və mənimsənilir, bu da qanda şəkərin kəskin artmasına səbəb olmur. Tərəvəz və meyvələr tərkibindəki karbohidratlara görə 3 qrupa bölünür. Karbohidratlar ən az xiyarda, pomidorda, kələmlərdə, yunan qabağında, boranıda, badımcanda olur. Bir qədər çox yerkokündə, soğanda, ağ turpda, çuğundurda, sitrus
meyvələrində, ciyələkdə, qırmızı və qara qarağatda, mərsində, moruqda, əriklərdə, armudlarda olur. Ən cox karbohidratlar kartofda, bananda, Üzümdə, şirin alma növlərində, xurmada, əncirdə vardır. Calışın tərkibində qida lifləri olan ərzaqlardan çox yeyəsiniz, çünki onlar digər qida komponentləri (sadə şəkərlər, xolesterin) ilə həll olunmayan və sorulmayan komplekslər əmələ gətirir və onları orqanizmdən çıxarır, deməli, qanda xolesterinin, şəkərin səviyyəsi
azalır. Belə ki, kobud uyudulmuş, kəpəkli undan bişmiş çörək seçin, ağ undan hazırlanmış çörəkdən, bişintidən imtina edin. Yulaf, qarabaşaq, qarğıdalı, darı, arpa yarmasında çoxlu miqdarda qida lifləri vardır- onlara
üstünlük verin. Zulallı qidaları yaddan çıxarmayın, çünki insulin defisiti yalnız karbohidrat və yağ mubadiləsinin pozğunluğuna yox, həm də zulal sintezinin pozulmasına gətirib çıxarır. Heyvani zulallar bütün amin turşularının ən əlverişli nisbətinə malikdir, bununla bərabər heyvani yağlar xolesterinin əsas mənbəyidir. Ona görə də ən optimal variant balıqdan, yağsız ətdən, yağsız süd məhsularından istifadə etməkdir. Yadınızda saxlayın ki, bir çox ərzaqların tərkibində gizli yağlar vardır: kolbasalarda, yunan qozunda, bulyon kubiklərində, qovrulmuş pustədə, günəbaxan tumlarında. Əgər sizdə artıq çəki varsa, ərzaqların kaloriliyinə də diqqət yetirin. Eyni zamanda xolesterinin səviyyəsinə nəzarət edin.
Siqaret çəkməyi tullayın . Siqaret çəkmək həm diabetin, həm də onun ağırlaşmalarının əmələ gəlməsinə şərait yaradır. Öz çəkinizə nəzarət edin. Çox vaxt, məhz piylənmə 2-ci tip diabetin inkişafına səbəb olur. Gücünüz çatan fiziki
fəaliyyətlə gündəlik məşğul olun: minimum gündə 30 dəqiqə gəzin, uzun, bu və ya digər hərəkətləri yerinə yetirin.
Arterial təzyiqinizə nəzarət edin. Məlumdur ki, yüksək təzyiq karbohidrat mübadiləsinin pozulmasına təkan ola bilər. Bəzi məlumatlara görə, hipertoniya ilə xəstə insanların 60%-də bu baş verə bilər. Bu səbəbə görə, hipertoniya ilə xəstə olan insanlar yaxınlaşan diabetin ilk əlamətlərini ötürməmək üçün qanda şəkərin səviyyəsinə nəzarət etməlidir.Və əksinə-2-ci tip şəkərli diabetlə xəstə insanlar müntəzəm olaraq öz təzyiqlərini yoxlamalıdırlar, bilsinlər ki, diabetin damarlara neqativ təsiri başlamayıb ki, çünki insan diabetdən yox, çox vaxt onun ürək, ayaq, göz damarlarındakı ağırlaşmalarından dünyasını dəyişir.
Şəkərli diabet xəstələri üçün optimal arterial təzyiq 130/80 mm c. s. yuxarı olmamalıdır. Əgər təzyiqin gostəricisi 140/90 dan yüksəkdirsə, o zaman planlı medikamentoz mualicəyə başlanmalı

Mündəricat
•Giriş
•Sağlamlıq üçün risk və yanaşı gedən xəstəliklər
•Diabetin yüksək riski
•Ürək – damar xəstəliklərinin əmələ gəlməsinin risk faktorlarının yüksək tezliyi
•BÇİ-nin miqdarından və yanaşı gedən risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi
•Antropometrik göstəricilərin təyini
•Bədən çəkisi indeksi
•Bel dövrəsinin bud dövrəsinə nisbəti
•Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və əmələ gəlmiş xəstəliklərin diaqnostikası
•Digər risk faktorlarının aşkar olunması
•Müalicəyə əks göstərişlərin təyini
•Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
•Müalicənin məqsədlərinin təyini
•BÇİ və yanaşı faktorlardan asılı olaraq artıq bədən çəkisinin və piylənmənin müalicəsinə yanaşmalar.
•Daxil olan enerjinin defisitinin yaradılması
•Fiziki aktivlik
•Medikamentoz müalicə
•Ksenikal (orlistat)-pivlənmənin müalicəsində yeni era
•Pivlənmə olan xəstələrin manitorinqi
•Xüsusi terapevtik qruplar
•Siqaret çəkənlər
•Qoca insanlar
•Müalicənin effektliyinin qiymətləndirilməsi
•Nəticə
Giriş
Piylənmə müasir cəmiyyətin ciddi tibbi – sosial və iqtisadi problemidir. Piylənmənin aktuallığı 1-ci növbədə onun geniş yayılması ilə əlaqədardır. Piylənmədən yer kürəsinin əhalisinin 7%-i əziyyət çəkir.Qərbi Avropa ölkələrinin əksəriyyətində yaşlı əhalinin 9%-dən 20%-ə qədərinin piylənməsi (BÇİ>30) və 25%-dən çoxunu artıq bədən çəkisi vardır, ABŞ – da isə bu müvafiq olaraq 25% və 50% dir. Azərbaycanda da əmək qabiliyyətli insanların orta hesabla 30-40% – nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi vardır.Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə axırıncı 10 illiklərdə piylənmənin yayılması 2 dəfə artmışdır. ÜST ekspertlərinin proqnozuna görə xəstəliyin hal-hazırki inkişaf tempi saxlanılarsa 2025-ci ildə dünyada piylənmədən əziyyət çəkənlərin sayı 300 milyondan artıq olacaqdır. Hətta inkişaf etmiş ölkələrdə belə, ənənəvi olaraq qida çatışmamazlığının xarakterik olduğuna baxmayaraq, şəhər əhalisi arasında piylənmə içtimai sağlamlığa təhlükə olmağa başlayır.
Sağlamlıq üçün risk və yanaşı xəstəliklər.
Piylənmə çox vaxt ağır yanaşı patalogiyalarla müşahidə olunur: 2-ci tip şəkərli diabet, arterial hipertenziya, dislipidemiya, ateroskleroz, ürəyin işemik xəstəliyi, ürək-damar çatmamazlığı, xərçəngin bəzi formaları, reproduktiv funksiyaların pozulması, dayaq-hərəkət aparatının xəstəliklərini göstərmək olar. Tədqiqatların nəticələrinə görə, piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən 2-ci tip ŞD və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir. Bu xəstəliklərin inkişaf riski BÇİ-i artdıqda əhəmiyyətli dərəcədə yüksəlir. Piylənmə həyatın müdətini qısaldır və kefiyyətini pisləşdirir, cəmiyyətdən əhəmiyyətli iqtisadi xərclər tələb edir: müxtəlif ölkələrdə piylənmənin və piylənmə ilə yanaşı gedən xəstəliklərin müalicəsinə çəkilən xərc bütün səhiyyəyə ayrılan xərclərin 8-10%-ni təşkil edir.

Diabetin əmələ gəlməsinin yüksək riski (ŞD 2 tip)

2-ci tip diabet xəstələrinin 80%-nin piylənməsi və ya artıq çəkisi vardır.

Ürək damar xəstəliklərinin risk faktorlarının əmələ gəlməsinin yüksəlmə tezliyi.
Təxminən piylənməsi olan insanların yarısının eyni zamanda arterial hipetenziyası vardır.

BÇİ-nin ölçülərindən və yanaşı risk faktorlarından asılı olaraq piylənmənin müalicəsinin alqoritmi.

*Təqdim olunan alqoritm ÜST-nın piylənmə üzrə beynəlxalq qrupunun məlumatlarına əsasən uyğunlaşdırılmışdır.

Antropometrik göstəricilərin təyini.
BÇİ-bədən çəkisi indeksi bədən çəkisinin göstəricisini (kq-la) boyun göstəricisinin (metrlə) kvadratına bölməklə hesablanır.
Bədən çəkisinin indeksi (BÇİ) Piylənmənin əsas göstəricisi orqanizmdə piy toxumasının yığılmasıdır: bu kişilərdə çəkinin 10-15%-dən artıq, qadınlarda isə çəkinin 20-25%-dən artıq olması deməkdir. Piylənmənin diaqnozunun qoyulması və onun dərəcəsinin təyini üçün bədən çəkisi indekisi tədbiq olunur. BÇİ piylənmənin yalnız diaqnostik kriteriyası olmayıb, həmçinin piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin göstəricisidir.
Bədən çəkisi indeksi (BÇİ) bədən çəkisinin (kq-la) boyun kvadratına (metrlə) bölünməsindən alınır.

Бəдəн чəкиси (кг)
БЧИ = ——————-
[бой (м)]2

Məsələn: Pasientin bədən çəkisi 92 kq, boyu 1,75 metrdir, bu halda bədən çəkisi indeksi 30 olacaqdır:
BÇİ-92: (1,75*1,75)=30.
(Bədən çəkisinin və boyun ölçülməsindən əvvəl pasient paltarını çıxartmalıdır).
BÇİ 18,5-24,9 normal bədən çəkisinə uyğundur.BÇİ-nin belə göstəricilərində ən az xəstələnmə və ölüm halları müşahidə olunur.

BÇİ-nə görə piylənmənin təsnifatı (ÜST, 1997)*
Bədən çəkisinin növləri BÇİ (kq/m2) Yanaşı xəstəliklər riski
Bədən çəkisinin defsiti< 18,5Aşağı (digər xəstəliklərin riski artıqdır)
Normal bədən çəkisi
18,5-24,9
Adi
Bədən çəkisinin artıqlığı (piylənmədən qabaqki hal)25,0-29,9 Artmışdır

Piylənmə 1-ci dərəcə30,0-34,9Yüksəkdir
Piylənmə 2-ci dərəcə35,0-39,9 Çox yüksəkdir
Piylənmə 3-cü dərəcə_>40Həddindən artıq yüksəkdir

*ÜST piylənmə üzrə beynəlxalq qrupu (IOTF WHO), 1997.

Bədən çəkisi indekisi göstəriciləri aşağıdakı şəxslər üçün məqbul sayılmır.
-Boy inkişafı qurtarmamış uşaqlar
-65 yaşdan yuxarı şəxslər
-Güclü inkişaf etmiş əzələlərə malik idmançılar və şəxslər
-Hamilə qadınlar.

Bel dövrəsinin bud dövrəsinə nisbəti
Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riski əhəmiyyətli dərəcədə piy toxumasının orqanizmdə yığılma yerlərinin xüsusiyyətlərindən asılıdır. Ən əlverişsizi abdonimal tip piylənmədir ki, bu da bir qayda olaraq kompleks hormonal və metobalik risk faktorlarını özündə birləşdirir. Piy toxumasının yerləşməsinin xüsusiyyətini aşkar etmək üçün bel dairəsinin bud dairəsinin ölçüsünə nisbəti istifadə olunur.Qadınlarda əgər bu nisbət >0,85, kişilərdə isə >1,0 olarsa, bu abdominal piylənmə hesab olunur.Abdominal piylənmə ŞD 2-ci tip, ürəyin işemik xəstələyi, arterial hipertenziyanın inkişaf riski üçün müstəqil faktordur. Hal-hazırda abdominal piylənməyə metabalik sindromun əsas komponentlərindən biri kimi baxılır. Son illərin tədqiqatları göstərib ki, abdominal nahiyədə piy toxumasının yığılmasının ehtibarlı göstəricisi-BÇİ<35 olmaqla bel dairəsinin ölçüsünün göstəricisidir.Ona görə də bel dairəsinin ölçüsü sadə, ölçülməsi asan, dəqiq göstərici olub, ŞD 2-ci tip və ürəyin işemik xəstəliyinin inkişafının yüksək riski olan pasiyentlərin aşkar edilməsinə kömək edir.

Bel dövrəsinin ölçüsü və piylənmənin ağırlaşmalarının inkişaf riski (ÜST,1997)**
ŞD 2-ci tip,arterial hipertenziya,ürək damar xəstəlikləri riski
Artmışdır Yüksəkdir
Kişilər>94 sm
>102 sm
Qadınlar>80sm>88sm

**Bel dairəsinin ölçüsünün artması – hətta BÇİ – nin normal öıçülərində belə ağırlaşmaların yüksək inkişaf riskinin əlamətidir.
Bel dairəsinin ölçüsü ayaq üstə qoltuq altı orta xətt üzrə köks qəfərinin aşağı kənarı ilə çanaq sümüyü darağı arasındakı məsafənin ortasından ölçülür (maksimal ölçüyə görə və göbək nahiyyəsindən yox).Budların dairəsinin ölçüləri isə onların ən geniş nahiyyəsində-bud sümüyünün böyük burması səviyyəsində ölçülür.

Yanaşı xəstəliklərin yüksək riskinin göstəriciləri ((Belin dairəsinə görə):
Kişilərdə > 102 sm
Qadınlarda >88 sm
Piylənmə ilə yanaşı gedən pozğunluqların aşkar olunması və artıq əmələ gəlmiş xəstəliklərin diaqnostikası.

Məlumdur ki, piylənmə adətən xəstəliklərin inkişafı ilə müşahidə olunur:
Şəkərli diabet 2-ci tip
Arterial hipertenziya
Ürəyin işemik xəstəlikləri
Dislipidemiya
Yuxuda apnoye sindromu
Reproduktiv disfunksiya
Bəzi onkoloji xəstəliklər
Öd daşı xəstəliyi
Deformassiya edici osteoartoz
Artritlər
Aşağı ətraf venalarının xroniki çatmamazlığı
Mədə – yemək borusu refluks sindromu.
Bir qayda olaraq bu xəstəliklərin inkişaf ehtimalı bədən çəkisi artdıqça və abdominal_visseral nahiyyəvə artıq miqdarda piy toplandıqça yüksəlir.
Buna görə də piylənmə ilə olan xəstənin müayinəsinə, antropometrik göstəricilərindən başqa,aiddir:
Arterial təzyiqin ölçülməsi
EKQ – müayinə
Kəllənin rentgenoqrafiyası
Təyin olunmalıdır:
• Ümumi xolesterin
• Triqliseridlər
• Qlükozanın ac qarnına və ya standart qlükozaya tolerantlıq fonunda təyini (0-120 dəq)
• Ac qarına insulin
• – qlütamiltransferazalar
• LQ, FSQ, PRL,G2, T3, TTH, sərbəst-T4 (göstərişə görə)
• LPAS və LPYS xolesterin (hiperxolesterinemiyada və ÜİX, 2-ci tip şəkərli diabetə, arterial hipertenziyaya irsi meyillikdə)
Ümumi Check-up-

Didər risk faktorlarının aşkar edilməsi

Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinə və onun effektiv müalicəsinə təsir edir:
-Piylənmənin inkişafına ailəvi meyillilik
-Piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişafına meyillilik
-Piylənmənin müddəti
-Bədən çəkisinin srtmasının xüsusiyyəti
-18 yaşdan başlayaraq bədən çəkisinin dinamikası
-18 yaşdan sonra bədənin minimal və maksimal çəkisi
-Bədən çəkisini aşağı salmaq üçün əvvəlki cəhdlər
-Bədən çəkisinin əvvəlki ildə dinamikasının gedişi
-Fiziki aktivliyin səviyyəsi
-Qidalanma vərdişinin xüsusiyyətləri
-Sosial vəziyyəti
-Streslər və depressiyalar
-Zərərli adətlər
-Dərman müalicəsi (trankvilizatorlar, antidepressantlar, kortiko-steroidlər, hestagenlər və s.)

Müalicə proqramının yerinə yetirilməsinə təsir edə bilər:
-Mədə-bağırsaq xəstəlikləri
-Xroniki zəiflik
-Xroniki ağrı sindromu

Bədən çəkisinin artmasına psixi pozğunluqlar kömək edə bilər:
-Əsəb bulimiyası
-Depressiya
-Təkrarlanan həddindən çox yemə epizodları
-Gecə yemək sindromu
-Mövsümü affekt pozğunluqlar

Məhz onlar,xəstə üçün müalicə rejiminə əməl etməyə, öhdəsindən çətin gəlinə bilən maniyələr ola bilər.Yuxarıda adları çəkilən pozğunluqları aşkar etmək üçün, sorğu üsulunun istifadəsi ilə xüsusi diaqnostika metodları vardır. Lakin onların kliniki praktikada tədbiqi kifayət qədər çətin olan işdir. Əgər aşkar olunsa ki, pasientdə qidalanma verdişində pozğunluq vardır (lazım olmayan vaxtda qida qəbulunun kompulsiv tutması, doyma hissinin olmaması, aclıq hissi olmadan çoxlu miqdarda qida qəbulu, emosional diskamfort, yuxu pozğunluğu halının qida qəbulu ilə birgə olması və ertəsi gün anoreksiya halı ilə və s.),onda onu psixonevroloq və ya psixoloqun konsultassiyasına göndərmək lazımdır.

Müalicəyə əks göstərişlərin təyini.

Xəstəni müayinə edərkən piylənmənin müalicəsini təxirə salmağın və ya aparılmamasının aşkar olunmasına fikir vermək vacibdir.
Piylənmənin müalicəsinin aparılmasına müvəqqəti əks göstərişlər:
-Hamiləlik
-Laktassiya
-Kompensassiya olunmamış psixi xəstəliklər
-Kompensassiya olunmamış somatik xəstəliklər
Əks göstərişlər
-öd daşı xəstəliyi
-pankreatit
-osteopazon.
Bu hallarda xəstələr bədən çəkisinin stabilləşməyinə yönəlmiş qidalanma haqqında məsləhətlər almalıdırlar.Sonradan isə bədən çəkisinin azaldımasına yönəldimiş müalicənin aparılmasının mümkünlüyü və lazımlığı fərdi sürətdə həll olunur.

Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi
Effektiv müalicə üçün vacibdir ki, xəstələr:
-Bədən çəkisinin azaldılmasına motivassiyaları olsun
-Özlərinin qida vərdişlərinin və həyat tərzlərinin uzun müddət ərzində tədricən dəyişməyə hazır olsunlar. -Bədən çəkisinin mötədil, etapla azaldılması taktikasına razı olsunlar. -Real başa düşməlidirlər ki, hansı vaxt ərzində onlar nə qədər arıqlamalıdılar. Müalicənin aparılmasına fiziki və emosional maniyələr olmamalıdır.

Xəstənin bədən çəkisinin azaldılnası üçün aparılan müalicəyə hazırlığını qiymətləndirmək üçün aydınlaşdırmaq lazımdır:

• Pasiyenti müalicənin başlanmasına sövq edən səbəblər • Bədən çəkisinin azaldılmasının əvvəlki təcrübələri
•Pasiyent tərəfindən piylənmənin inkişafına gətirib çıxarmış səbəblərin və onun sağlamlığa mənfi təsirinin dərk edilməsi
• Pasiyent tərəfindən piylənmənin müalicəsinin uzun müddətli olmasının qəbul edilməsi
• Pasiyentin uzun müddətə qidalanma vərdişlərinin və həyat tərzinin dəyişilməsinə hazır olması

Müalicənin məqsədlərinin təyin olunması

Hər bir pasiyentin bədən çəkisinin azaldılması arzusunu təyin edən öz səbəbləri vardır: kosmetik, sağlamlıq üçün riskin azaldılması, daha kiçik ölçüdə paltar geyməyə can atması, iş qabiliyyətinin yüksəldilməsi, daha yaxşı görünmək arzusu.Bədən çəkisinin azaldılması proqramını başlamağa xəstəni sövq edən səbəbdən aslı olmayaraq, vacibdir ki, həm bədən çəkisinin azaldılmasına, həm də azalmanın tempinə münasibətdə qarşıya real məqsədlər qoymaq lazımdır. Xəstəyə izah etmək lazımdır ki, piylənmənin müalicəsi uzun müddətli, ömürlük proses olub, çəkinin azalması üçün vaxt tələb olunur. Piylənmənin müalicəsinin əsas məqsədi yanaşı xəstəliklərin inkişaf riskinin azaldılması və xəstənin həyatının müddətini artırmaqdır.
Müalicənin məqsədləri: Müalicənin başlanğıcında məqsəd bədən çəkisinin başlanğıcda olan miqdarını 10% azaltmaqdır.
-Bədən çəkisinin azaldılması ilə yanaşı, piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin azaldılması. -Bədən çəkisinin artmasının qarşısının alınması.
-Bədən çəkisində nail olunmuş nəticənin saxlanılması. -Piylənmə ilə yanaşı gedən pozğunluqlara adekvat nəzarət
-Xəstələrin həyatının müddətinin və kefiyyətinin yaxşılaşdırılması

Ən effeklisi bədən çəkisinin etapla, tədricən, BÇİ göstəricilərini və yanaşı risk faktorlarını nəzərə almaqla aşağı salınmasıdır.

Artıq çəkinin və piylənmənin müalicəsinə BÇİ göstəricilərindən və yaranan risk faktorlarından asılı olaraq yanaşma
BÇİ və xəstəliyin yanaşı risk faktorları

Müalicə taktikası
18,5-24,9
Yanaşı risk faktorlarının olmaması iləNormal bədən çəkisini saxlamaq üçün sağlam həyat tərzində əməl etmək.Bədən çəkisinin artmasının qarşışının alınması.
Yanaşı risk faktorlarının olmaması ilə
• Belin ölçülərinin artmasıBədən çəkisinin aşağı salınması.
• Piylənməyə ailəvi meyililikBədən çəkisinin artımının >3kq qarşısının alınması
• Siqaret çəkməSiqaret çəkməni tullamaq, qidalanma haqqında məsləhətlər
• HiperlipidemiyaHipolipidemik diyeta
• QTP (qlükozaya tolerantlığın pozulması)Diyeta, fiziki fəaliyyət, bədən çəkisinin saxlanılması.
25,0-29,9
Yanaşı risk faktorlarının olmaması iləBədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətinin güclənməsi.
25,0-29,9
Yanaşı risk faktorlarının olması Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətin güclənməsi,-1-ci növbədə risk faktorlarının aşağı salmağa yönədilmiş.Əgər 3 ay müddətində risk faktorları əhəmiyyətli dərəcədə azalmırlarsa, onda sutkalıq rasionun kaloriliyinin mötədil azaldılması fonunda 24 həftə müddətində bədən çəkisi 5-10 kg azaldılmalıdır. Medikamentoz terapiya.

30,0-34,9
Yanaşı risk faktorlarının olmaması iləBaşlangıc bədən çəkisinin 5-10% azaldılması. Medikamentoz terapiya.

30,0-34,9 Yanaşı risk faktorlarının olmasıBaşlangıc bədən çəkisinin 5-10% azaldılması.Medikamentoz terapiya.
35,0-39,9
Yanaşı xəstəliklərin inkışafının yüksək riski ilə
Başlangıc çəkinin> 10% azaldılması üçün medikamentoz terapiyanın da daxil olduğu kompleks terapiya. Konservativ mettodlar effektsiz olduqda cərrahi müalicə.
35,0-39,9 -Yanaşı xəstəliklərlə Cərrahi müalicə metodları
≥40,0 Cərahi müalicə.
Hal-hazırda 4-6 ay müddətində tədricin (həftədə) 0,5- 1kg) arıqlama və alınan nəticəni uzun müddət saxlanılması metodikası qəbul edilməlidir.Bu metodikada orta hesabla başlangıc çəkinin 5-15% azalması baş verir və bu arıqlama əsasən piy toxumasının hesabına olur, bədən çəkisinin digər toxumaları hesabına olmur. Bədən çəkisinin belə azalmasına xəstələr asan nail olur, residiflər az baş verir.
Cərrahi müalicə sağlamlıq üçün təhlükəli piylənməsi olan (BÇİ 40 və ya BÇİ 35) və digər müalicə metodları ilə arzu olunan nəticə alınmadıqda, yanaşı xəstəliklər olduqda göstərişdir.

Bədən çəkisinin 10kq azaldılması (orta hesabla bu başlangıc çəkinin 10% – dir) çox saylı müsbət effektlərlə müşahidə olunur.
Ölüm hallarıAzalması:
• ümumi ölümün 20% və daha çox
• Diabetlə əlaqədar ölüm halı 30%-dən çox
•Piylənmə ilə yanaşı gedən onkolojı xəstəliklərlə əlaqədar ölüm halı 40%-dən çox.
Arterial TəzyiqAzalması:
• Sistalik AT 10 mm.c. s.
• Diastolik AT 20 mm.c. s.
Şəkərli diabetQanda ac qarnına glükozanın səviyyəsinin 50% azalması
Yağ mübadiləsiSəviyyəsinin azalması:
• Ümumi xolesterin 10 %
• LPAS 15%
•triqliseridlər 30%
LPYS səviyyəsinin yüksəlməsi 8%.
Bədən çəkisinin daha intensiv azaldılması xəstələrə məsləhət görülə bilər.
-Metobolik ağırlaşmaların inkişafının mütləq riski olanlara.
-Apnoe sindromu ilə sağlamlıq ilə sağlamlıq üçün təhlükəli пийлянмяси оланlara (BÇİ > 40)
-Planlı cərrahi əməliyyatın aparılmasından əvvəl.

Enerji daxil olmasının defsetinin yaradılması
Piylənmənin müalicəsinin əsasını səmərəli hipokalorili qidalanma təşkil edir.
Dietaya əməl etmək məsləhəti bir qayda olaraq müvəffəqiyyət gətirmir, belə ki, xəstələr tərəfindən bu qısa müddətli hal kimi qəbul olunur.
Əgər xəstələri öz qida vərdişlərini kəskin dəyişməyə məcbur etsək, onlar belə məsləhətlərə pis əməl edəcəklər, narazılıq və narahatçılıq hiss edəcəklər və son nəticədə yenidən çəkilərini artıracaqlar. Müvəqqəti olaraq müəyyən ərzaqların istifadəsinin məhdudlaşdırılması yox, qida xüsusiyyətlərinin və qida vərdişlərinin tədricən uzun müddətli dəyişdirilməsi məsləhət görülür. Enerjinin daxil olmasının azalmasına aşağıdaki hallarda nail olmaq olar:
-Sutkalıq rasionun kaloriliyinin azaldılması
-Yağların işlədilməsinin azaldılması
-Alkaqolun istifadəsinin azaldılması
Sutkalıq rasionun kaloriliyi fərdi olaraq bədən çəkisini, yaşı, cinsi, fiziki aktivliyin dərəcəsini nəzərə alaraq hesablanır.
Məsləhət görülür:
-Sutkalıq rasionun kaloriliyinin 20% azaldılması (orta hesabla 500-1000 kkal), lakin sutkalıq kalori 1200 kkal-dən az olmamaq şərti ilə.
-Yağların istifadəsini 30% azaltmaq. -Sutka ərzində müntəzəm qida qəbulu: 3 əsas və 2 əlavə.
-Qidanın əsas komponetləri daxil olan balanslaşdırılmış qidalanma: zülallar 15 %, yağlar 30%-dən az , karbohidratlar 55-60%-sutkalıq kalorinin bölüşdürülməsi belə olmalıdır.
Yağlar rasionun ən kalorili tərkib hissədir: 1qr yağda 9 kkal vardır.Tədqiqatlar göstərib ki, bədən çəkisi ilə istifadə olanan yağlar arasında bir başa əlaqə vardır.Ona görə də qidada yağların məhdudlaşdırılması, orqanizmə kalorinin daxil olmasını azaldır və beləliklə çəkinin aşağı düşməsinə gətirib çıxarır.Qidanın əsasını çətin mənimsənilən karbohidratlar təşkil etməlidir-kəpəkli undan hazırlanmış çörək, yarmalar, makaron məmulatları, tərəvəzlər, meyvələr.
Xəstənin qidalanmasının analizindən başlamaq lazımdır və ona məsləhət görmək lazımdır ki, bir həftə ərzində o bütün yediyi ərzaqları və qəbul etdiyi mayeləri qidalanma gündəliyinə yazsın. Qidalanma gündəliyi pasiyentə və həkimə kömək edir:
-xəstənin qidalanma rasionunu analiz etməyə, real yeyilmiş qidanın miqdarı, qidalanmanın sayları və artıq qida qəbulunu əmələ gətirən situassiyaları öyrənməyə. -Qidalanmaya şüurlu münasibətin formalaşmasına
-Çəkinin artmasına gətirib çıxaran qidalanma pozğunluqlarının ayıd edilməsinə
-Lazım olan dəyişiklərin təyin edilməsinə
-Çəkini azaltmaq üçün qida rasionunun qəbul edilməsi, gələcəkdə isə artıq yeməyə gətirib çıxaran situassiyalardan qurtulmağa
-Fərdi qida rasionunun düzgün planlaşdırılması.
Qidalanma başlanğıc sutkalıq rasionun kaloriliyinin 500-1000kkal defsiti ilə seçilir ki, bu da bədən çəkisinin həftədə 0,5 kq azalmasına nail olmaq üçündür.
Əgər sizin xəstəniz səmərəli qidalanma qaydaları ilə tanışdırsa, onda onun öyrənməsi cəmisi bir neçə gün tələb edər. Əgər bu onun üçün yeni sahədirsə, onda müalicə həkimi və dietoloq pasiyentə öz qidalanmasını planlaşdırmağı ona göstərməlidir. Yaxşı olar ki, hər bir xəstə heç olmasa bir həftə müddətində qidalanma gündəliyi doldursun.Qidalanma gündəliyi çox effektiv qayda olub, həkimə və pasiyentə qidalanmaya nəzarət və özü-özünə nəzarətini həyata keçirtməyə imkan verir.
Qoy hər bir pasiyent özünün şəxsi sağlam qidalanma stilini hazırlasın!

Fiziki aktivlik
Fiziki aktivlik çəki azaldılması proqramının vacib hissəsi olub, hansı ki:
– Piylənməsi və artıq çəkisi olan şəxslərin çəkisinin azaldılmasını yüngülləşdirir
-Abdominal-visseral piyin azalmasına səbəb olur
-Ürək-damar və tənəffüs sisteminin vəziyyətini, fiziki fəaliyyətin göstərilməsini yaxşılaşdırır
– Əldə olunmuş nəticəni uzun müddət saxlamağa kömək edir Fiziki aktivlik bədən şəkisinin azaldılmasında və alınmış nəticənin uzun müddət saxlanılması üçün vacib faktordur. Ona görə də bədən çəkisinin azaldılması, alınmış nəticənin saxlanılması üçün, fiziki fəaliyyət çəkinin azaldılması proqramının vacib tərkib hissəsidir. Çəkinin azaldılması üçün daha çox effektli qaçış, üzgüçülük, velosipet sürmə, aerobika məşğələləridir. Xəstələri öz adət etdikləri həyat tərzini çox sürətlə dəyişməyə məcbur etməyin. Öz pasiyentlərinizə daim fiziki fəaliyyət haqqinda fikirləşməyi yox, sadəcə daha fiziki aktiv olmağı məsləhət görün. Tədricən və sadədən başlayın. Tələsmədən arıqlayın!
Ən sadə, mümkün və effektli fiziki fəaliyyət növü piyada gəzməkdir. Həftədə 3-4 dəfə, gündə 10 dəqiqədən başlamalı və yerişin müddətini gündə 30-40 dəqiqəyə çatdırmaq lazımdır.Ən əsası-müntəzəmlikdir! Xəstələrə bu məsləhətləri yerinə yetirməyi tövsiyyə edin, və onlar tezliklə özlərində gümrahlıq hiss edəcəklər. Çəki azaldıqca, hətta az miqdarda belə hərəkət daha asan və ləzzətli olur. Tədricən onların gündəlik həyatına daha müxtəlif fiziki fəaliyyət növləri əlavə edin. Bu tək başına və ya qruppa ilə bədən tərbiyəsi və idmanla məşğuliyyət və ya axşam saatlarında dostlarla, bütün ailə ilə, uşaqlarla gəzintilıər ola bilər. Ən vacibi odur ki, hər bir pasiyent özünün xoşladığı fiziki fəaliyyət növünü tapsın.

Dərman müalıcəsi
Hal-hazıra kimi, piylənmənin dərmanla müalicə metodları məhduddur.Həyat tərzinin dəyişməsinə əsaslanan terapiya- əsasən pasiyentin istifadə etdiyi kalorinin azalmasına və fiziki aktivliyin yuksəlməsinə istiqamətlənmiş müalicə çox vaxt həkim məsləhətlərinin pis yerinə yetirilməsi ilə müşahidə olunur. Çox hallarda bədən çəkisi aşağı düşdükdən sonra, o yenidən artır.Dərman terapiyasının tətbiqi qidalanmaya aid məsləhətlərin yerinə yetirilməsini asanlaşdırır və bədən çəkisinin daha intensiv və sürətlə azalmasına səbəb olur. Həmçinin alınmış bədən çəkisini saxlamağa kömək edir və residivin inkişafının qarşısını alır. Təsir mexanizminə görə piyləmənin müalicəsində istifadə olunan preparatlar 3 qrupa bölünür: 1. Qida istifadəsini azaldan—entermin, mazindol(Teronak),fenfluramin (Minifaj) deksfenfluramin (İzolipan) sibutramin (Meridia) fljuoksetin (Prozak) fenilpropanolamin (Trimeks)
2. Enerji sərfini artıran—termogen simpatomimetiklər efedrin/kofein, sibutramin
3.Qida maddələrinin sorulmasını azaldan—Ksenikal
Piylənmədə dərman müalicəsinin təyininə -BÇİ>30kq/m2 olduqda, – BÇİ>27kq/m2 abdominal piylənmə, 2-ci tip ŞD, ürək-damar xəstəliklərinə meyilliliklə, risk faktorları və ya yanaşı xəstəliklərlə (dislipidemiya, hiperinsulinemiya, 2-ci tip ŞD, arterial hipertenziya və s ) ilə birləşdikdə göstərişdir. Preparatlarla terapiya hipokalorili qidalanma və fiziki aktivliyin artırılması ilə kompleks təyin olunur. Dərmanla müalicə məsləhət görülmür:
-uşaqlara -hamiləlik və laktassiya dövründə.
Bu vaxta qədər dərman müalicəsində yeganə vasitə mərkəzi sinir sisteminə təsir edən preparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti mərkəzi sinir sisteminə təsir edən pereparatlar olmuşdur. Bu pereparatların əksəriyyəti əsasən ən çox serotoninergik sistemə təsir edirlər- sinaptik sahədə serotoninin ifrazını stimullaşdırırvə/və ya onun geri tutulmasını tormozlayırlar. Serotoninergik sistemin stimullaşdırılması iştahanı və qəbul olunan qidanın miqdarını azaldır.Sibutramin kombinə olunmuş təsirə malik olaraq, yalnız serotoninergik sistemı yox, noradrenergik sistemi də aktivləşdirir. Ona görə də bu preparatın qəbulu iştahanin azalması və enerji sərfinin artması ilə müşahidə olunur. Preparatın kənar təsirləri-agizda quruluq, ürək bulanma, ishal, əsəblik, baş gicəllənmə, yuxu pozğunluğu, birincili ağ ciyər hipertenziyasi, ürəyin klapanlarının zədələnməsi, arterial təziqin yüksəlməsi və urək döyünmələrinin artması mümkündür. Mərkəzi sinir sisteminə təsir edən preparatların qəbulu 3 aydan artıq məsləhət görülmür. Ksenikal(orlistat)-piylənməlin müalicəsində yeni eradır.
Ksenikal-bədən çəksinin təhlükəsiz və effektiv azalmasına və ona uzuz müddət nəzarətə yeni yanaşmadır. Ksenikal piylənmənin müalicəsi üçün olan yeni sinif preparatlarından birincisidir. Onun təsiri piylənmə faktorunda əsas amil olan qida yaglarına yönəlmişdir. Ksenikal mədə və pankreas lipazalarının güclü, spesifik və uzun müddət təsir edən ingibitoru olub, qida yaglarının parçalanmasına və sonraki sorulmasına mane olur. Preparat mədə bağırsaq traktı hüdüdunda terapeftik effekt göstərərək, sistem effekt təsiri göstərmir. Ksenikalın təsir mexanizmi xəstələrin uzun müddət müvəffəqiyətlə müalicəsinə kömək edir. Ksenikal- yüksək təhlükəsizlikdir: yerli təsir, mərkəzi sinir sisteminə təsirinin olmaması, sistem təsirinin olmaması. Ksenikalın kənar təsirləri mədə bağırsaq traktı tərəfindən olan simptomlarla məhdudlaşır, mahiyyətcə preparatın təsir mexanizminin əlamətlərindən ibarətdir: -düz bağırsaqdan yağlı ifrazat -yağlı stul -defekassiyanın tezləşməsi -defekassiya hissinin yaranması Adətən bu kənar təsirlər özünü zəif göstərir və müalicənin başlanğıc etaplarında əmələ gəlir(birinci 2-3 həftədə). Xəstələrin əksəriyyətində belə pozğunluqların yalnız bir neçə müşahidə olunur. Bu effektlər bilavasitə pasiyentləirin istifadə etdikləri qidanın tərkibindəki yağların miqdarı ilə əlaqədardir. Tərkibində çoxlu miqdarda yağ olan qida ilə birlikdə ksenikalın qəbulu (sutkalıq rasionun kaloriliyindən>30% ), mütləq yuxarda sadalanan mədə bağırsaq traktının pozğunluqları ilə müşahidə olunacaqdır. Pasiyentlə tərəfindən qidalanmaya aid məsləhətlərə və sutkalıq qida rasionunun kaloriliyində yağların miqdarının 30%-dən artıq olmamasına əməletdə, preparatın qəbulu zamanı adətən kəmar effektlər müşahidə olunmur. Ksenikalın sadələşdirilmış dozalaşdırma rejimixəstələrin şüurluğunun artmasına səbəb olur: pasiyentləri mümkün kənar təsirlərinyaranması mümkünlüyünə hazırlamaq lazımdır. Xəstələr başa düşməlidirlər ki, belə reaksiyalar ksenikal tərəfindən yox, qəbul olunan qidanın terkibindəki yağlar tərəfindən törənir. Bu xəstələri məcbur edəcəkdir ki, qidalanma haqqındakı məsləhətlərə və yağların məhdudlaşmasına əməl etsinlər. Ksenikal əsas qida qəbulları zamanı (və ya yeməkdən 1 saat gec olmamaq şərti ilə) bir kapsul (120 mq) təyin olunur. Əgər qida qəbulu buraxılıbsa və ya qəbul olunan qidanın tərkibində yağ yoxdursa, ksenikalın da qəbulunu buraxmaq olar. Bununla bərabər xəstələr bir çox ərzaqların (ət, süd, və s.) tərkibində gizli yağların olması haqqında məlumatlandırılmalıdırlar. Preparatın sutkada 120 mq 3 dəfədən artıq dazası əlavə effekt vermir. Qoca və yaşlı xəstələrdə dozanın korreksiyası tələb olunmur. Məsləhət görülən terapevtik dozada preparatın qəbulu zamanı təxminən qida ilə qəbul olunan yağların sorulmasının miqdarı 33% azalır ki, bu da bədən çəkisinin əhəmiyyətli azalmasına gətirib çıxarır və lipid, karbohidrat mübadiləsinin göstəricilərini yaxşılaşdırır. Bununla bərabər preparat sağlamlığın yaxşı vəziyyətini saxlamaq üçün lazım olan yağların miqdarını və digər qida maddələrinin sorulmasına mane olmur. Ksenikalın uzun müddət qəbulunun effektliyivi sübüt olunmuşdur. Preparat bədən çəkisinə ömürlük nəzarət proqramının bir hissəsi ola bilər. Ksenikal yalnız malabsorbsiya xroniki sindromlu xəstələrə və ksenikala, onun komponentlərinə yüksək həssaslığı olanlar üçün əks göstərişdir. Ksenikal nəinki bədən çəkisini azaldır, həmdə piylənmə ilə yanaşı gedən risk faktorlarınida azaldır. O, piylənmə xəstəliyi və artıq çəkisi olanlarda uzun müddət tədbiq etdikdə effektlidir. Ksenakalla müalicə risk faktorlarının (LPAS xolesterinin səvviyəsinin azlması, LPYS xolesterinin artması, qlükoza mübadiləsinin göstəricilərinin yaxşılaşması və hiperinsulinemiyanın azlaması ilə müşahidə olunur) profilini yaxşılaşdırır.Tədqiqatlar göstərir ki , bu dəyişikliklər müalicənin başlanmasının artıq 1-ci 2 həftəsindən əmələ gəlib, preparatla bütün müalicə dövründə saxlanılır. Ksenikalla müalicənin nəticələri:
-Bu preparatı qəbul edib diyeta gözləyənlərlə, yalnız diyeta gözləyənləri müqaisə edən klinik tədqiqatlar nəticəsində aydın olmuşdur ki, ksenikal qəbul edən xəstələr: -Diyetoterapiya gözləyənlərə nisbətən əhəmliyyətli dərəcədə intensiv arıqlayıblar. -Bədən çəkilərini daha tez endiriblər. –Bədən çəkilərini əsasən piy toxuması hesabına azldıblar – Bədən çəkilərinin alınmış nətıcələrini uzun müddət saxlayıblar. Ksenikalın qəbulu zamanı həmçinin müşahidə olunmuşdur:
•Ümümi xolesterinin səviyyəsinin əhəmiyyiətli enməsi
•LPAS xolesterinin səviyyəsinin aşağı enməsi
•LPYS xolesterinin səviyyəsinin artması
•LPAS/ LPYS nisbətinin yaxşılasması
•Artmış arterial təziqin enməsi
•Insulin səviyəsinin aşağı düşməsi və ya normallaşması
•2-ci tip şəkərli diabetli xəstələrdə karbohidrat mübadiləsinin yaxşılasması
•2-ci tip şəkərli diabetin inkişaf riskinin azalması, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması

Piylənmə ilə olan xəstələrin monitorinqi
Ksenikalla müalicənin birinci aylarında xəstə ilə müntəzəm kontaktda olmaq xüsusi ilə vacibdir. Pasiyentlərdən xahiş edin ki, hər ay heç olmasa bir neçə gün üçün qidalanma gündəliyi tərtib etsinlər. Bu müaliçə həkiminə və pasiyentə qida vərdişlərinə nəzarət etməyə, fiziki aktivliyi, bədən çəkisi göstəricilərini, bel dairəsi/bud dairəsi, bel dairəsi, arterial təzyiqin səviyyəsini, karbohidrat və lipid mübadiləsinin göstəricilərini, yanaşı gedən xəstəliklərdə tətbiq olunan dərmanların sutkalıq dozasını fiksə etməklə müaliçənin effektliyinin obyektiv qiymətləndirilməsinə imkan verir.
Piylənmənin müaliçəsində bədən çəkisinin aşağı düşməsi prosesində ən çətin yerinə yetirilən, alınmış nətiçənin saxlanılmasıdır.
Bədən çəkisinin aşağı düşməsi proqramında alınmış nətiçənin uzun müddət saxlanılmasının əsasını həkim və pasiyentin daimi kontaktı təşkil edir.
Bədən çəkisinin sxlanılması proqramı bədən çəkisinin aşağı salınması proqramından 6 ay sonra başlanır.
Klinik tədqiqatlr göstərir ki, bədən çəkisinin artmasının qarşısını almaq üçün ən vacib fktor- müalicə həkiminin daimi müşahidəsidir. Arıqladıqdan sonra bir çox pasiyentlər yenidən çəkilərini artırırlar. Onlar özlərini uğursuz insan hesab edirlər, həkimə müraciət etməyə utanırlar və çəkilərini endirmə cəhdlərini dayandırırlar. Əgər bu dövrdə həkim pasiyenti qəbula dəvət etsə, çəkiyə nəzarət proqrmını yenidən başlamaq olar və bədən çəkisinin təkrar artmasının qarşısını almaq olar.
Pasiyentlərə öz çəkisini uzun müddət nəzarətdə sxlamağa kömək edən sadə məsləhətlər:
Ərzaq seçimini düşünərək etməli, yəni, yağların istifadəsini məhdudlaşdırmaqla sellülozalı ərzaqları məhdudiyyətsız istifadə etməklə, balanslaşdırılmış qidalanma prinsiplərinə əməl etmək.
Bədən çəkisinin artmasına şərait yaradan vəziyyətlərin qarşısını almaq və öhdəsindən gəlmək.
Aktiv həyat tərzi keçirmək. Arıqladıqdan sonra fiziki fəaliyyətsiz bədən çəkisini stabil saxlamaq mümkün deyildir.
Əksər pasiyentlərdə motivassiyanı saxlamaq və piylənmənin müalicə proqramını yerinə yetirmək üçün daim psixolojı kömək lazımdır. Pasiyentlərə, əgər onların çəkisində bir qədər artım olduqda imkan verməyin ki, onlar həvəsdən düşsunlər və müalicə proqramını yarımçıq kəssinlər. Onları inandırın ki, çəkinin azacıq artımı tamammilə normal haldır. Pasiyentlərə bu faktdan istifadə edərək, müalicəni yarımçıq kəsməyə icazə verməyin.
Xəstədə müvəffəqiyətə inamı möhkəmlədin!

Xüsusi terapevtik qruplar
Siqaret çəkənlər
Siqaret çəkmə ürək-ağ ciyər xəstəliklərinin ən əsas risk faktorlarından biridir. Bu xüsusi ilə artıq çəkisi və piylənməsi olan xəstələrə aiddir. Siqaret çəkmədən imtina əksər hallarda bədən çəkisinin artması ilə müşahidə olunur. Ona görə də bu zərərli adəti tərgitməyə çox vaxt kökəlmə qorxusu mane olur.
Pasiyentlərə siqaret çəkmənin tərgitməyin vacibliyini izah etmək və labüd bədən çəkisinin qarşısını almaq üçün ona qidalanma (sutkalıq rasionunun kaloriliyinin mötədil azaldılması), fiziki aktivliyi artırmaq, həyat tərzinin dəyişmək haqqında məsləhətlər verməklə kömək etmək lazımdır.

Yaşlı insanlar
Yaşlı insanlarda piylənmənin müalicəsinə qərarı bunun potensial üstünlüklərini qiymətləndirməklə vermək lazımdır; bədən çəkisinin azalması pasiyentin gündəlik tərzinə və ürək damar xəstəlikləri riskinin azalmasına, həyat müddətinin artmasına əsaslanmalıdır. Sümük sisteminin vəziyyətinə və qidalanma göstəricılərinə çox diqqətli nəzarət lazımdır.
Yaşlı insanlarda bədən çəkisinin azalmasına yönəlmiş tədbirlərin aparılması, sümük əzələ və ürək-damar sisteminin vəziyyətinə daim müşahidə və nəzarət tələb edir, belə ki, qidanın məhdudlaşdırılması orqanizmə zülalın, çox əhəmiyyətli vitaminlərin və mineralların kifayət qədər daxil olmamasına gətirib çıxara bilər ki, buna da yaşlı xəstələr çox həssasdırlar.

Bundan başqa simptomsuz gedən xəstəliyin əlaməti olan özü-özünə arıqlama, səhv olaraq bədən çəkisinin məqsədyönlü azaldılmasının uğurlu nəticəsi kimi qiymətləndirmək olar. Arzuedilməz hallardan qurtulmaq üçün mötədil balanslaşdırılmış hipokalorili qidalanma, pasiyentin vəziyyətinə sistematik müşahidə olunmsı lazımdır. Tədqiqatların nəticələri göstərir ki, kişi və qadınlarda yaş özü-özlüyündə piylənmənin müalicəsindən imtina etməyə səbəb deyildir.
Müalicənin effektlivliyinin qiymətləndirilməsi
Piylənmənin müalicəsinin effektliyinin qiymətləndirilməsinin aşağıdakı kriteriyaları qəbul olunmuşdur:
Bədən çəkisinin aşağı salınması etapında:
• > 5 kq- müvəffəqiyyət var
• > 10 kq- əladır
• > 20 kq- müstəsna haldır
Bədən çəkisinin saxlanılması etapında:
• 2 il müşahidə müddətində < 3 kq bədən çəkisinin artması
• bel dairəsinin dayanıqlı 4 sm. azalması
Yanaşı ağırlaşmalar olduqda:
• arterial təzyiq 140/90 mm. c. s.
• xolesterin < 5,2 mmol/l
• xolesterin LPYS> 1,0 mmol/l
• triqlisridlər < 2,3 mmol/l
• qlükoza acqarına < 5,6 mmol/l.

Nəticə
Axırıncı illər piylənmə ən çox yayılmış xroniki xəstəliklərdən biridir. Axırıncı 10 ildə sənayə cəhətdən inkişaf etmiş bir çox ölkələrdə piylənmə ilə olan xəstələrin sayı 2 dəfə artmışdır.
Ümumdünya səhiyyə təşkilatı piylənməni 21-cı əsrin epidemiyası kimi qəbul etmişdir. Belə situassiyada piylənmənin müaliçəsinin və profilaktikasının effektiv strategiyasının lazımlığı aydındır. Piylənmənin diaqnostikasının, müalicəsinin vasitələrinin və seçim metodlarının təqdim olunan tövsiyyələri piylənmənin tədqiqatında və müalicəsində lider olan müxtəlif ölkələrin təcrübəsinə əsaslanmışdır

Əgər sizdə artıq çəki varsa, ondan azad olmaq 2-ci tip diabetin ən yaxşı müalicə tədbiridir.

Arıqlamaq sizin qan təzyiqinizi və ürək xəstəliklərinə tutulma riskini, damarların zədələnməsini və qanda qlükozanın səviyyəsini azaldacaq.

Qanda qlükozanın səviyyəsinə nəzarət sizə insulinin və diabet əleyhinə tabletlərin dozasını azaldacaq qədər lazımlıdır. Bəzən diabetin kompensasiyası üçün 5 kq çəki azaltmaq kifayət edər. Sizə qulluq edən tibb işçisi çəkinin ən optimal azaltma həddini tapmağa kömək edər. Onlar sizə arıqlamaq üçün dieta təyin etərlər. Keyfiyyətli müalicə üçün aröqlamanı planlaşdırın. Əvvəlcə ən yüngül məsələri məqsəd seçin. Bunu üçün aylıq və ya həftəlik çəki azaltmağı nəzərdə tutun. Hər dəfə məqsədə çatdıqda özünüzü hər bir vasitə ilə – kitab, kompyüter diski və ya qarderobunuz üçün yeni bir malla mükafatlandırın. Özünüzü yeni arıqlama proqramına hazırlayın.

Arıqlamanın ən yaxşı yolu az yeyib, çox hərəkət etməkdir. Optimal çəkini saxlamaq üçün isə ən yaxçı vasitə bu iki adəti sonrakı sağlam həyat rejimində də saxlamanızdır.

NECƏ AZ QİDALANMALI

“Az yemək” “az kalori” qəbul etmək deməkdir. Ola bilər ki, siz porsiyaları azaldarsınız. Yağların kaloriliyi karbohidrat və zülallardan 2 dəfə coxdur. Ona görə siz karbohidrat və zülal çox, yağ az qəbul etsəniz, az kalori qəbul edərsiniz. Daha geniş məlumat almaq üçün “Rasional qidalanma” məqaləsini oxuyun.

Qidaya aid məsləhətlər

· Yeməyi mətbəxdə saxlayın, stola verməyin. Belə olduqda hər dəfə yemək üçün getmək asan olmayacaq.

· Yeməyi asta yeyin və yeyərkən aclıq hissi gəlməyənədək dayanın. Bu, həddən artıq yeməyə imkan verməz.

· Yemək zamanı televizora baxmaq, kitab oxumaq, radioya qulaq aslaq olmaz. Bütün bu məşğuliyyətlər fikrinizi yayındırar və toxluq hissini unutmuş olarsınız.

· Xahiş edin ailə üzvlərindən biri süfrədə qalmış yemək artıqlarını tez yığışdırsın. Bu, sizi əlavə yeməkdən yayındırar.

· Yeməkdən dərhal sonra dişlərinizi fırçalayın. Bu, ağızdan qida dadının gəlməsinə imkan verməz və yemək yadınıza düşməz.

· Ərzaq mağazasına acqarına getməyin. Əks halda daha çox və ya qida rejiminizə uyğun olmayan ərzaq alacaqsınız.

· Mağazaya getməzdən əvvəl nədən nə qədər aacağınızı özünüzə yazın. Bu cədvələ ciddə əməl edin.

· Qidanı göz qabağında saxlamayın.

Səhər tezdən bir qədər qida qəbul edin. Bu, yağlı yemək yeməyin qarşısını alacaq.

Yemək vaxtını ötürməyin, bu, növbəti yemək vaxtı çox yeməyin qarşısını alar.

Hər gördüyünüzü yeməyin. Bu digər yeməklərə də həvəsi atrıracaq. Çalışın yemək porsiyalarının miqdarını azaldın və ya həftə ərzində daha az qəbul edin.

DAHA ÇOX HƏRƏKƏT ETMƏK ÜÇÜN NƏ ETMƏLİ

Hərəkət çəkinizin azalmasına və kalori itkisinə səbəb olur. Əgər uzun müddət idmanla məşğul olursunuzsa, hətta sakit vəziyyət də belə kalori itirəcəksiniz.

Müxtəlif hərəkətlər nəticəsində müxtəlif miqdarda kalori itkisi baş verir. Bəziləri çəki azaltmaq üçün daha səmərəlidir: xizək sürmə, gəzinti, üzgüçülük, velosiped sürmə və yüngül aerobika.

İdman hərəkətlərini orta templə davam etmək lazımdır ki, bu, daha uzun müddətli olsun. Yüksək templə idman edərkən tez yorulacaqsınız və istənilən miqdarda kalori itkisi olmayacaq. Nə qədər çox idman etsəniz, bir o qədər çox kalori itirə bilərsiniz.

Əvvəlcə gün ərzində beş dəqiqəlik gəzinti ilə başlamaq məsləhətdir. Yeni həftədə beş dəqiqəni keçməyin. Çalışın ki, gündəlik gəzintini 45-60 dəqiqəyə kimi uzadasınız. Bunu həftədə ən azı 4 dəfəyə edin.

Daha çox kalori itirmək istəyirsinizsə, gün ərzində müxtəlif aktivlikli idman hərəkətləri edin. Maşınla gəzməkdən uzaq olun, piyada gəzməyə meylinizi artırın. Liftdən istifadə etməyin, pilləkənlərlə hərəkət edin.

Televizora baxmaq əvəzinə rəqs meydanlarında olun. İdman hərəkətləri haqqında əlavə məlumat almaq üçün “fiziki aktivlik” məqaləsini oxuyun.

Həvəsləndirmək üçün məsləhətlər

Məşq və hərəkətlərin könlünüzə xoş olanını seçin

Məşq və hərəkətlər üçün özünüzə uyğun yer və vaxt təyin edin

Məşq və hərəkətlərin maddi durumunuza uyğun olanını seçin.

Çəkiniz bərədə narahat olmayın. Sizdə piy toxuması əzələ toxumasına keçməsi baş verəcək. Belə ki, əzələlər piyərdən daha çox çəkiyə malikdirlər.

Bədən ölçülərinizi ölçü lenti ilə yoxlayın. Bir müddətdən sonra düzgün bədən quruluşuna malik olacaqsınız.

OPTİMAL ÇƏKİNİ NECƏ SAXLAMALI

Siz istədiyiniz çəkiyə artıq sahib oldunuz, indi ən çətini başlayır – çəkini optimal saxlamaq. Belə ki , çəkini optimal saxlamaq çəki azaltmaqdam çətindir

Çoxlarında artıq çəki yenidən qayıdır. Bir çoxları hətta, əvvəlki başlanğıc çəkidən artıq olurlar.Bu ona görə baş verir ki, insanlar çəkilərini azaltdıqdan sonra, öz əvvəlki həyat tərzinə və adətlərinə qayidirlar. Arzu olunan çəkini saxlamaq üçun yeni qazandığıniz qida və hərəkət rejimini daim saxlayın.Sizin uduşunuz o olacaqdır ki, yəqin ki, siz daha yaxşı görünəcəksiniz və özünüzü daha yaxşı hiss edəcəksiniz.

Piylənmə ya da xalq arasında köklük adıyla bilinən, bədəndə çox miqdarda piy yığılması nəticəsində ortaya çıxan və mütləq müalicə edilməsi lazım olan bir xəstəlikdir. Piylənmə, qidalarla alınan enerji miqdarının, maddələr mübadiləsi və fiziki fəaliyyət ilə istehlak edilən enerji miqdarını aşdığı vəziyyətdə olmasında ortaya çıxar. Piylənmə, insan bədənində ürək və damar sistemi, tənəffüs sistemi, hormonal sistem, həzm sistemi kimi sistemlərə təsir edən və bir çox əhəmiyyətli narahatlığa zəmin hazırlayan bir xəstəlikdir. Ürək xəstəlikləri, yüksək təzyiq, şəkər xəstəliyi, yüksək xolesterin, tənəffüs narahatlıqları, oynaq xəstəlikləri, nevrozlar, sonsuzluq, iqtidarsızlıq, öd kisəsi xəstəlikləri, böyrək və öd kisəsində daş meydana gəlməsi, bəzi xərçəng növləri, piylənmə nəticəsində yaranan xəstəliklərdən bir neçəsidir. Nəticə olaraq piylənmə, insan həyatını qısaldan və həyat keyfiyyətinə mənf təsir edən bir xəstəlik olaraq təyin oluna bilər. Edilən araşdırmalara görə, piylənmə xüsusilə son 20 ildə, bütün dünyada sürətlə artmaqda və bir epidemiya kimi yayılmaqdadır. Bu epidemiyadan ölkəmiz də təsirlənməkdədir. Qadın əhalimizin təxminən yarısı, kişi əhalimizin də təxminən 40%-i piylənmə, yəni kökdür. Piylənmə necə ölçülər? Piylənmə üçün ən məşhur istifadə edilən ölçüm, Bədən Çəkisi İndeksi və bel ətrafı ölçümüdür. BÇİ dəyəri və mənası BÇİ, bədən ağırlığının (kq), boyun kvadratına (m²) bölünməsi ilə hesablanar. Bu dəyər yaş və cinsiyyətdən müstəqildir. Bununla birlikdə, BÇİ istifadəsi, uşaqlarda, hamilə qadınlarda və çox əzələli kəslərdə doğru nəticə verməz, bu səbəblə istifadə edilməməlidir. BÇİ hesablanmasında iki nümunə: Fatma Xanımın ağırlığı 70 kq, boyu isə 1.60 m-dir. Buna görə Fatma Xanımın BÇİ dəyəri: 70 / (1.60)²= 70 / 1.60 x 1.60 = 70 / 2.56 = 27.34 kq / m²’dir. Həsən Bəyin ağırlığı da 90 kq, boyu isə 1.70 m-dir. Buna görə Həsən Beyin BÇİ dəyəri: 90 / (1.70)² = 90 / 1.70 x 1.70 = 90 / 2.89 = 31.1 kq / m²’dir. Sağlamlıq üzrə mütəxəssislər, BÇİ dəyərlərini, normal kilolu, çox kilolu və piylənmə şəklində qruplara ayırmışlar. BÇİ dəyəri 18.5 kq / m²’nin aşağı olanlar Zəif 18.5-24.9 kq / m² arasında olanlar Normal kilolu 25-29.9 kq / m² arasında olanlar Artıq çəki 30-34,9 kq / m² arasında olanlar Piylənmə , 1-ci dərəcə 35-39,9 kq / m²’nin üzərində olanlar Piylənmə , 2-ci dərəcə 40 və yuxarı kq / m²’nin üzərində olanlar Piylənmə , 3-ci dərəcə olaraq təyin olunmaqdadır. Bu təsnif etməyə görə, Fatma Xanım çox kilolu, Həsən Bəy isə piylənmədir. Siz də bu düstur və cədvələ görə öz özünüzü qiymətləndirə bilərsiniz. BÇİ dəyərinizi hesablayın və çəkiniz haqqında düzgün məlumat alın. Bel ətrafı ölçümü və mənası Bədəndəki cəmi piy miqdarı əhəmiyyətli olmaqla birlikdə, piyın harada yığıldığını bilmək daha əhəmiyyətlidir. Qarında piy yığılmasıi, omba və bədənin digər bölgələrində piy yığılmasıindən daha çox sağlamlıq risklərinə səbəb olar. Bu risk üçün sadə, lakin doğru bir üsul bel ətrafı ölçümüdür Artmış risk Yüksək risk Kişi > 94 sm > 102 sm Qadın > 80 sm > 88 sm

Çox uzun zamandır, şirin içkiləri müasir cəmiyyətin gerçək bir problemi olaraq qəbul etmişlər. Çox tez-tez bu zərərli və cazibədar qida istehsalçıları üçün əlavə vergi təyin olunması təklifləri edilir.

Birincisi, zərbə uşaq sağlamlığına daha çox olur- məktəbdə və sonra kafedə uşaqlar ümumiyyətlə özləri də bu içkiləri alır və böyük miqdarlarda onları içirlər. Və heç bir zərərlidir xəbərdarlığı onlara təsir etmir .

Ardından, şirin içkilər qeyri-sağlam, lakin heç də daha az zərərli olmayan bir diyetanın yalnız bir komponentidir. Əgər düşünsək ki, nə qədər zərərli olan uşaqların mədələrinə tökülür- fast food, şirniyyatlar, peçenye, müxtəlif konfetlər-onda biz mövcud nəsilin yalnız şəkərləndirildiyini söyləyə bilərik …

Belə bir qeyri-sağlam diyeta erkən yaşda mədə, həzm, pankreas, böyrəklər, qaraciyər, ürək ilə əlaqədar problemlər yaradır. Belə ki, zərərli və bəzən təhlükəli olan bu məhsullara qarşı hökumətin tədbirlər təsirli olmadıgı üçün, müstəqil olaraq uşaqların ağızına düşən bütün məhsulları yoxlamaq lazımdır .

Əvvəl də ifadə etdiyim kimi – şəkərli içkilər ilə mübarizə çox-çox çətindir: Onlar zərərsiz görünə bilər, və dadlı olmaları aydındır, ancaq bu bizi yanılda bilməməlidir. Zərər yalnız şəkərin çoxluğundan yox, həm də süni kimyəvi maddələr, konservantlar, boyalar, qida əlavələrindən də edir. Əvvəl müvəqqəti, daha sonra tamamilə şəkərli içki istifadəsini ortadan qaldırmaq lazımdır, bəli onlar adət etmə və hətta asılılıq da yaradır, bu pis vərdişi məğlub etmək üçün – ,yalnız ana-ataların iradəsindən asılıdır kı, həm özlərini, həm də uşaqlarını inandırsınlar ki, şəkərli içkilərin rəddi – həyatlarını sağlam etmək üçün bir vasitədir. Bundan əlavə biz hələ şirin içgilərin artıq çəkidəki rolunu qiymətləndirmirik və bu içgilərin reklamının məhdudlaşdırılması, məktəblərdə satışının qadağan olunması üçün tədbirlər görülməlidir.

Çəki azaltmaq bir çox adam üçün çətindir. Çox vaxt günlərlə aç qalmanın çəki azaltmaya köməkçi olduğu düşünülsə də, tərəzinin üzərinə çıxıb dəyişiklik görə bilməmək olduqca əsəb pozucudur.
Əgər siz də çəki azaltmaq üçün bir çox yolu sınadınızsa və hələ çox çəkilərinizla yaşamağa məhkumsunuzsa, problem yalnız inad edən yağlayarın deyil, həyat tərziniz, fərqində olmadığınız xəstəlikləriniz də ola bilər. Çəki azaltmaq üçün nə edilməsi lazım olduğunu təmin edən bəzi qaydalar:

1.İnsülin həssaslığını bərpa etmək
Normal yaşlanma insilin hüceyrələrin üzərindəki hüceyrə pərdələrinin gəncliklərini və funksiyalarını itirməsiylə meydana gələr. İnsilin müqavimətinin müəyyən olunmasında istifadə edilən bir çox laborator üsullar vardır. Hiperinsülemiya- qanda insilin səviyyəsinin yüksəlməsidir. Bu da ürək və damar xəstəlikləri riskini artırmaqdadır. Maqnezium, balıq yağı, xrom və kimi məzmunu olan bəzi qidalar insilin həssaslığını təmir etməkdədir.

Aşağı bəzi dərmanlarla insilinə həssaslığı gözlə görülər bir şəkildə artırmaq mümkündür. İnsilin həssaslığını artırmaq və bədən ağırlığını salmaq istəyənlər üçün bu dərmanlayarın dozası fərdi olaraq təyin olunur. İnsilin həssaslığını artıran ən əhəmiyyətli yol aşağı kalorili qidalanma və hər gun minimal fıziki fəalioyyətlə məşgul olmaqdır. Gündəlik kalori məhdudlaşdırması 1500- 1800 kalori arasındadır

2. Gənc hormon səviyyəsinin təmin edilməsi

Son dövrdə abdominal piylənməsi olan kişilərin sayı artmışdır. Bunun nəticəsində yaşlı kişilərdə esterogen testesteronu üstələyir. Bu da bel bölgəsinin daha da qalınlaşmasını təmin edir. Bel ətrafındakı yağlardan xilas olmaq çətindir, amma qeyri-mümkün deyil. Həm qadında, həm kişidə yaşlanma başladıqda hormonal disbalans başlayır. Testesteron çoxluğu yaşlı kişilərdə prostat xərçənginə səbəb olar. Xərçəngi tamamilə bədəndən çıxarmaq ya da xərçəng hüceyrələrini öldürmək, kişilik hormonlarının xərçəng hüceyrələrinə kömək etməsinə mane törətmək ilə mümkün ola bilər. Qadınların bir qisimi tiroit hormonlarının aşağı dəyərlərinə sahibdirlər. Beləcə onların çəki artımı bununla əlaqədardır. Tiroid hormonunun təyinihttp://www.az.synlab.de/3108.html) -hormonal profil və onların orqanizmdə normal həddə çatdırılması sağlam maddələr mübadiləsini təmin edər və çəkini normallaşdırar. Tiroit hormonu əskikliyi olan kəslərdə bədən quruluşunu qorumaq və yaxşılaşdırmaq üçün tiroit dərmanlarının istifadə edilməsi nəzərdə tutulmaqdadır. Həddindən artıq esterogen qadında çəki alışına səbəb olar. Yaşlı qadınlarda hormon dəyərlərinin düzəldilməsi üçün mütəxəssisləşmiş ekspert ilə birlikdə hormonal balansı nizamlamaq lazımdır. Az qala hər həkim doğru testesteron dozalarını təyin etdiyi üçün kişilər daha şanslıdır.

3. Karbonhidrat amilinə nəzarət edilməsi

Bəzi işlər yüksək lifli diyetannın çəki itkisinə səbəb olduğunu göstərməkdədir. Gənc yetkinlərdə, ürək xəstəliklərinin inkişafını araşdıran tədqiqatlar, yüksək lif alışının ürək xəstəlikləri riskini azaltdığı, qarın piylənməsinin azalmazında və çəki itkisində köməkçi olduğu ortaya çıxmışdır. Bütün liflər bərabər yaradılmamışdır. Beta-glukanlar liflər yulaf və arpanın terkibindədir. Xüsusilə karbonhidrat amilinnin yavaşladılmasında təsirlidir. Qan şəkər səviyyəsinə, doyma hissinə və müvəffəqiyyətli çəkiyə nəzarətə kömək edən böyuk əhəmiyyəti olan bir amildir. Tədqiqatlar göstərmişdir ki, qidalar alındıqdan dərhal sonra qanda şəkər və insilin səviyyəsinin yüksəlməsində qidaların içindəki beta-glukan liflər çox öəmlidir. Çörünür liflərlə zəngin qidalar serumdaki yağ səviyyəsini salır, beta glukanlar qanda şəkər mübadiləsisinin yaxşılaşmasinda iştirak edir. Lifli qidalara bütün tərəvəzlər, qarabaşaq, çovdar çörəyi, bir çox meyvələr, yulaf, arpa aiddir.

4- Fiziki fəaliyyəti artırmaq

Bir çox insan məşq etmənin, bədəndə yığılmış piylərin daha çox istifadə etdiyini düşünməkdədir. Gerçək budur ki; məşq etmək daha yaxşı çəki idarəsinə aidiyyatı olan hücresel səviyyədə faydalı dəyişikliklərə səbəb olmaqdadır. Fiziki fəaliyyətdəki artım, bədəndəki insilin həssaslığını və bəzi anti-diabetik dərmanların təsirini təqlid edərək bədənə yağ idarəsini təmin edir.

5. Beyindəki serotinin miqdarını artırmaq

Serotinin miqdarının əskikliyi, bədəndəki yağ miqdarının artımına səbəb olar. Beyindəki serotinin miqdarının əskikliyi çox yeməklə əlaqələndirilmişdir. Piylənməsi olan fərdlərdə qandakı triptofan səviyyələri aşağıdır. Aşağı qan triptofan səviyyəsi piylənməsi olan insanların beyinlərindəki serotinin əskikliyinin, çoxlu yemə nümunələri ilə əlaqəli olduğu görülməkdədir. Bəzi tədqiqatlarda xroniki iltihab və immün sistemin güclü işləməsinin köklükdə kritik rol oynadığı təyin olunmuşdur. Beyində serotinin istehsalında triptofana ehtiyac vardır. Gerçək budur ki; iştər çəki enişi və ya gündəlik qida qəbulunun miqdarı ilə triptofan səviyyəsi arasında əlaqə vardır. Yeməklərdən 1 saat əvvəl piylənmə xəstələrdə 1000, 2000 və 3000mg L-triptofan verildikdə gözlə görülən nisbətdə kalori istehlakının azaldığı müşahidə edilmişdir. Triptofan alan piylənmə xəstələrdə daha çox çəki itkisinin olduğu müşahidə edilmişdir. Gündəlik Triptofan standart alışı2-3 saatdan bir yeməklərdən əvvəl 500 mg doza halında olmalıdır.

6. Enerji sərf etmə nisbətinin təmin edilməsi

Aşağı kalorili diyet, lif istehlakı, təzə hormon tarazlığının təmiri və həddindən artıq məşq edilməsinə baxmayaraq bu günə qədər yaşlı insanların bədən piy anbarlarında gözlə görülər bir dəyişiklik təmin etmək çətindir. Uzun dövr çəki itkisinin açarı, yığılmış bədən yağının yandırılmasıdır. Nar toxumu yağı və fucoxanthin alan yaşlı kəslərin sağlam bədən ağırlıqlarına nail olmada nəticə əldə etdikləri görülmüşdür.

7- Sağlam və uzun həyat üçün yemək

Bilindiyi üzrə yemək yemə çəki artımına səbəb olarkən, uyğun qidalanma ilə də daha sağlam bir həyat, çəki itkisi və xəstəliklərə qarşı qorunma təmin edililə bilər. Edilən bir araşdırmada, yüksək istilikdə bişən (250 C və üzəri) yeməklərin təhlükəli olduğu ortaya çıxarılmışdır. Çox bişmiş yeməklər aşağı istilikdə bişən yeməklərə görə bədən zülallarına zərər verərlər. Aşağı istilikdə bişən yeməklər isə çəki itkisinə köməkçi olarlar. Yeməklərinizin hazırlanma şəkilləri bədən yağlayarının azaldılmasında köməkçi olarkən, yaşa bağlı xəstəliklərə qarşı da bədəni qoruyar. Həddindən artıq kalori alışı degenerativ xəstəliklərin başlanğıc mərhələsini və yaşlanmanı sürətləndirər. Nə olursa olsun həyat şəklini dəyişdirmək üçün əsla heç vaxt gec deyildir.


Arxivlər