www.diabet.az

Archive for the ‘HİPERTONIYA’ Category

ÜST-nın elmi tərifinə görə sağlamlıq sadəcə xəstəliyin olmaması yox-bu “insanın fiziki, psixi, sosial rifahının məcmusudur”. Sağlamliğın saxlanılmasında kim məsuliyyət daşıyır: dövlət və cəmiyyət, tibb işçiləri və ya insan özü?

 

Şübhəsiz ki, hər bir insanın sağlamlığının səviyyəsi yüksək dərəcədə onun özünbdən, irsi və bizi əhatə edən təbii faktorlardan və az dərəcdə səhyyə sistemindən asılıdır. Lakin içtimai planda ölkəninin əhalisinin hər bir fərdinin sağlamlığının səviyyəsinə görə eyni dərəcədə həm dövlət, həm tibb işçiləri, həm də konkret olaraq hər birimiz məsuliyyət daşıyırıq. Yalnız bir çox müəssisə və sistemlərin, insanların özlərinin səylərini birləşdirməklə belə bir qlobal məsələni həll etmək olar. Bunun üçün yalnız istək və məqsəd lazimdır, belə ki,  istək-1000 cür imkan, istəməmə isə-1000 cür problem deməkdir.

 

ATEROSKLEROZ- bu hər bir insan , xüsusilə də diabetli xəstələr üçün “gec partlayan minadır “ ki, bu da ürək və damarlar üçün ən xoşa gəlməyən nəticələrə gətirib çıxara bilər.                                                                                                                                Məsələn, ürəyin işemik xəstəliyi (ÜİX) nədən başlanır? Elə görünə bilər ki, o heç nədən başladı, çünki insan heç bir şey hiss etmir, heç bir diskamfort hissiyyatı olmur, onun təngənəfəsliyi, ürək ritminin pozğunluğu, yüksək arterial təzyiqi yoxdur, o öz sağlamlığı haqda narahatçılıq keçirmir.  Bununla belə mümkündür ki, ateroskleroz, öz dağıdıcı işini artıq başlamışdır. Artıq aterosklerotik yığıntılar damarlarin mənfəzini tədricən daraldır, Siz isə guya hələ tam sağlamsınız. Ürək nahiyəsindəki kimi ağrilar, bir qayda olaraq, koronar damarlardan birinin mənfəzi yaridan çox daraldıqda əmələ gəlir. Xəstəliyin xainliyi də elə bundan ibarətdir. Lakin bu ağır xəstəliyin qarşısını almaq olar.  Bunun üçün lazımdır ki, ürəyin sağlamliğinın 3 əsəs göstəricisini nəzarət altında saxlayasan : xolestenin səviyyəsi, arterial təzyiq ( AT) və EKQ göstəriciləri.

 

1.   Xolesterin.  Əgər siz terapevtin və ya ya kordioloqun qəbuluna gəlmisinizsə mütləq qanda xolesterinin analizini elətdirin.  Özünə hörmət edən hər bir insan bu göstəricini bilməlidir. Ən yaxşısı budur ki, onu ildə 2-dəfə yoxlatdırasan. Lakin sizin yaşınız otuzdan yuxarı və çəkiniz normadan artıqdırsa və sizin zərərli adətləriniz vardır ( məsələn siqaret çəkirsiniz) , az hərəkətli həyat tərzi keçirdirsiniz, onda yaxşı olar ki, xolesterinə daha tez-tez nəzarət edəsiniz.

 

Ümumi xolesterinin miqdarı normadan( 5,2mmol/l və ya 200 mq % )  artıq olmalı deyildir.  Mütləq bu göstəricini yadınizda saxlayın və yazın ki, öz nəticələrinizlə müqaisə edə biləsiniz.  Lakin bu azdır. Əgər sizdə ÜİX əlamətləri varsa, bu göstərici sizdə nəyinki norma, normadanda aşağı olmalıdır.

 

2.   AT- in müntəzəm ölçülməsi. Buna yalnız təəcüblənmək olar ki, əhəmiyyətli hipertoniyası olan insanlar öz təzyiqərini hər gün yox, epizodik olaraq ölçürlər.  Onun qalxdığını aşkar etdikdə,  aşağı salmaq üçün 1-2 tablet qəbul edir. Və bu qaydada əhvalının növbəti pisləşməsinə qədər davam edir-bəxti gətirsə yenədə təzyiq aşağı salınır,  yox əgər gətirməsə- deməli ya infarkt və ya  insult olacaqdır. Hipertoniya xəstəliyi olan xəstələrin müalicəsi daim, sistematik olmalıdır. Başqa cür mənasızdır. Əlbəttə, hər bir insanın evində mütləq tonametr olmalıdır- bu gün bu mədəniyyətin bir göstəricisidir ( öz sağlamlığına insanin munasibəti kimi).

 

3.   Elektrokardioqrammanın göstəriciləri (EKQ) vaxtında simptomsuz ÜİX-nin aşkar olunmasına kömək edər. Buna görə də həkimlər onu belə tez-tez təyin edirlər. Bəzən EKQ-nı fiziki yük verməklə təyin edirlər, çünki adi EKQ diaqnozu yalnız əhəmiyyətli dəyişikliklər olduqda təsdiq edə bilir. Fiziki yüklə ölçüldükdə isə ilkin normadan kənara çıxmaları aşkar etmək mümkündür.

 

Arterial təzyiqi necə ölçməli

 

Əgər sizin görməniz və eşitməniz normaldırsa, onda AT ölçmək üçün adi, “klassik” pribor alın (adətən həkimlərin poliklinikada istifadə etdiyindən). O qola keçirilən manjetdən, hava vurandan, dairəvi şkalalı monometrdən və fonendoskopdan ibarətdir. Çox da baha olmayan bu  tipli priborlar bütün apteklərdə satılır. Lakin bu tonometrləri ildə 1-2 dəfə yenidən qaydaya salmaq lazımdır. Satışda çoxlu bahalı təzyiq ölçənlər də vardır. Lakin onlarin heç də hamısı yüksək keyfiyyətli deyildir.Bir çox xarici təzyiq ölçənlərdə manometr, havavuran knopka və ya dekompressiyanın sürətini nizamlamaq  üçün olan halqa bir blokda olur. Bu, xüsusi ilə də öz təzyiqini ölçənlər üçün çox əlverişlidir.  Lakin nəzərə almalısınız ki, əgər öz təzyiqinizi gündə 3-4 dəfə ölçürsünüzsə,2-3 aydan sonra manjetka üçün olan bənd  çevrilə və sürüşməyə başlaya bilər.  Daha bahalı priborlarda bəndli manjetkalar bir ilə qədər işləyə bilər, lakin tez və ya gec bu problem meydana çıxacaqdır. Ona görədə bir birinə yapışan manjetkalar daha uzun ömürlüdür. Həmçinin satışda tam avtomatlaşdırmış təzyiq ölçənlər vardır. Xəstələr üçün bu priborlar çox rahatdır, lakin bahadırlar. Barmağ üçün priborları alanda unutmayın ki, iri arteriaların olduğu bazudan nə qədər uzaq olsa, siqnallar bir o qədər zəif alınacaq və göstəricilərdə dəqiqliyi azalacaqdır.

 

AT-in ölçülməsi. Bunu adi mexaniki tonametrin nümünəsində göstərək. Yadda saxlayın ki, təzyiqi ölçməmişdən əvvəl 15-20 dəqiqə sakit şəraitdə olmalı, oturmalı və ya uzanmalısan.

 

 

 

1.Qolunuzdan paltarı çıxardın, dirsəkdən maksimal sürətdən düz saxlayın və dirsəyin altına nə isə bir şey qoyun (  paltarın qolunu yaxşı olar ki, qatlamayasınız, çünki qat venalarınızı sıxa bilər və təzyiq dəyişə bilər).

 

2. Qola manjetkanı elə taxın ki, onun aşağı kənarı dirsək büküyündən 2-3 sm yuxarı olsun ( manjet çox sıx taxılmamalıdır, buna əmin olmaq üçün barmağınızı manjetin altına salsanız kifayətdir).

 

3.Dirsək çökəyində arteria üzərində pulsu təyin edin( yadda saxlayın ki, puls manjetkaya hava dolmamışdan qabaq təyin olunur.)

 

4.Hava vuranı sıxaraq manjetkaya havanı tədricən arteriada pulsassiya itənə qədər doldurun; bundan sonra azacıqda hava vurun (2-3 dəfə).

 

5.Fenandeskopu dirsək çökəyində pulsu təyin etdiyiniz yerdə yerləşdirin ( bu zaman puls eşidilməyəcəkdir-bu normaldır).

 

6.Bir az vinti buraraq, manjetkadan havanı buraxmağa başlayın.  Şkalanın oxu tədricən  aşağı enməyə başlayacaqdır.

 

Nəbz dalğasının təin olunduğu göstərici   yuxarı, və ya sistalik təzyiqi bildirir; nəbz dalğasının tamamilə itdiyi göstərici isə aşağı,  ya diostalik təzyiqi göstərir. AT-i dəqiq təyin etmək üçün, kiçik fasilələrlə ardıçıl olaraq 3 dəfə olçmə məsləhət görülür.

 

 

Arterial təzyiqi həkimlər dünyada ən çox yayılmış xəstəlik hesab edirlər. Rusiyada bu xəstəlikdən əhalinin 40%-i əziyyət çəkir, onun nəticəsində isə hər il bir milyon insan ölür.
ARTERİAL HİPERTONİYA bir “ yığın” xəstəliyin inkişafına səbəb olur.Lakin birinci növbədə ən həyatı vacib orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurur.

Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, kardioloqlar hətta onları “hədəf- orqanlar“ adlandırırlar. Bu qorxulu xəstəlikdən özünü necə qorumaq olar?

Müntəzəm öz təzyiqinizə nəzarət edin

Hətta sizin təzyiqiniz heç vaxt yuxarı olmayıbsa belə, profilaktik məqsədlə ildə onu bir dəfə də olsa ölçün. Bunu siz həkimə müraciət etməklə və ya ev şəraitində avtomatik tonometrin köməyi ilə edə bilərsiniz. Istənilən yaş və cins üçün təzyiqin normal səviyyəsi 100-139/60-89 mm.c. s. qəbul olunmuşdur.Əgər təzyiq 120/85 mm. c. s. səviyyəsindədirsə, həkimlər bunu optimal göstərici hesab edirlər. Əgər ölçmə vaxtı sizin təzyiqiniz 139/89 təyin olunubsa, bu sizə öz təzyiqinizə nəzarət etməyə səbəbdir. Lakin sizin təzyiqiniz 140/90 və ondan yuxarıdırsa, siz kardioloqa və ya sahə həkiminə müraciət etməlisiniz.

Həkimin bütün məsləhətlərinə əməl edin!

YADDA SAXLAYIN, hipertoniyanın müvəffəqiyyətli müalicəsi yalnız müalicə həkimindən yox, həm də sizin özünüzdən asılıdır. Mütləq həkimin sizə təyin etdiyi bütün lazım olan müayinələrdən keçin: qanın və sidiyin ümumi analizini verin, elektrokardioqrafiya etdirin.

Müntəzəm olaraq təyin olunmuş bütün dərmanları qəbul edin. Və özünüzü, adət etdiyiniz həyat tərzini həkimin dəyişmək tələbinə hazırlayın.

Düzgün qidalanın!

Posiyentin çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında bir başa əlaqə vardır. Qeyri – səmərəli qidalanan, duzlu və yağlı qidalardan, alkaqoldan sui-istifadə edən, artıq çəkisi olan insanlarda hipertoniya 5-6 dəfə çox inkişaf edir. Kardioloqlar görüblər ki, çəkinin 10 kq artması təzyiqin 2-3 mm civə sütunu artmasına gətirib çıxarır. Bundan başqa, çox saylı elmi tədqiqatlarla təyin olunub ki, həddindən çox xörək duzunun işlədilməsi arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Duza xüsusi ilə, artıq çəkili posiyentlər və yaşlı adamlar həssasdır. Bir gündə 2 qramdan artıq duz işlətməyin və çalışın ki, öz rasionunuzdan həddindən çox duz olan ərzaqları çıxarasınız.

Fiziki aktiv olun!

Muntəzəm fiziki fəaliyyət hipertoniyanın həm profilaktikası, həm də onun müalicəsi üçün vacibdir. Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən,məşq etməyən insanlarda arterial hipertoniyanın inkişaf riski, aktiv insanlara nisbətən 20-50% yüksəkdir. Hətta sürətli yeriş, sağlamlaşdırıcı qaçış, həftədə 3-5 dəfə yarımsaatlıq üzgü kimi mötədil fiziki məşqlər arterial təzyiqi 5-10 mm. c. s. aşağı sala bilər. Lakin ağır statik fiziki yüklər, məsələn ştanqa ilə məşğul olmağı həkimlər hipertoniklərə məsləhət görmürlər; ağırlıq qaldırma təzyiqi artırır.

Zərərli adətlərdən qurtulun!

Arterial təzyiqə siqaret çəkmə və alkaqoldan sui-istifadə etmə mənfi təsir göstərir. Siqaret tüstüsündə olan nikotin həyacanlandırıcı və oyadıcı təsir göstərir, ürəyin işini artırır, damarların daralmasına səbəb olur, arterial təzyiqi artırır. Həkimlər xəbərdarlıq edirlər ki, siqaret çəkmə hipertoniklərdə ürəyin işemik xəstəliyi və beyin insultu riskini 2-3 dəfə artırır. Hər dəfə siqaret çəkəndə bunu yadınıza salın!

Bir çoxları belə güman edirlər ki, əgər onlar yüksək təzyiqi yaxşı keçirirlərsə, narahatçılıqları olmursa, onda müalicəyə ehtiyac yoxdur, arterial hipertoniyaya qarşı preparat qəbul etmək lazım deyildir. Lakin yüksək arterial təzyiqin (AT) yaxşı keçirilməsi zamanı dərman qəbulundan imtina etmək ən yayılmış yanlış fikirdir. Yadda saxlamaq lazımdır ki, hipertoniyanın ağırlaşma riski (insult, miokard infarktı, böyrək çatmamazlığı, görmənin zəifləməsi) yüksək AT hiss edən (baş ağrıları, baı gicəllənmə, ürək nahiyəsində ağrı) və yüksək AT elə bir şikayətlərlə müşahidə olunmayan insanlarda eyni dərəcədə yüksəkdir. Dunya statistikası göstərir ki, yüksək AT olan şəxslərin 50%-inin bu haqda heç bir xəbəri yoxdur. Çox vaxt yüksək, bəzən isə həddən yüksək AT təsadüfən başqa xəstəlik münasibəti ilə həkimə müraciət etdikdə, dispanserizassiyada, cərrahi əməliyyata hazirliq zamanı təsadüfən aşkara çıxrılır. “Işlək təzyiq” olmasını yadınızdan çıxarın! Həkimlərə çox vaxt özünü 200/110 mm c. s. AT-də özünü tamamilə yaxşı hiss edən, AT-i 250/130 qalxdıqda isə, bir qədər başı ağrıyan xəstələr rast gəlir. Belə xəstələri müalicəyə başlamağı inandırmaq çox çətindir, çünki onlar tamamilə inanırlar ki, 200/110 mm c. s. onlar üçün “işlək təzyiqdir “. Və belə xəstələr mütləq AT-i norma həddinə salmalıdırlar, çünki bu zaman onlarda ürəyin, böyrəyin, baş beyinin zədələnmə riski və vaxtından əvvəl ölüm aradan götürülür. Müalicədən imtina etmə bu riski çox güclü artırır. Uzun müddət belə hesab edirdilər ki, insan yaşlaşdıqca sistalik (yuxarı) təzyiqin normal göstəriciləri yüksəlir (160-170 mm c. s-na qədər). Doğrudan da, sistolik AT 60-70 yaşlarda aterosklerozun proqresləşməsi ilə əlaqədar çox vaxt yüksəlir. Bəzi müəlliflər hipertoniyanın bu formasını “aterosklerotik arterial hipertenziya “, “izolə olunmuş sistolik hipertenziya“ adlandırırlar. Hal-hazırda şübhəsiz sübut olunmuşdur ki, belə hipertenziya da müalicə olunmalıdır. AT-in belə xəstələrdə normallaşdırılması ağırlaşmaların tezliyini, həmçinin ürək-damar xəstəliklərindən ölümü azaldır.

Bir qayda olaraq 160/90 arterial təzyiqdə (AT) müalcəni bir preparatla başlayırlar. Bir preparat effektli olmadıqda və ya az effektli olduqda ikinci, ola bilsin üçüncü preparat əlavə olunur (kombinə olunmuş terapiya). Çox böyük tədqiqatların nəticələri göstərdi ki, istənilən preparatla monoterapiyadan başlanğıc AT-in 4-8% enməsini gözləmək olar. Beləliklə, AT-i 160/95 mm c. s. yüksək pasientlərdə, daha çox kombinə olunmuş terapiya lazımdır. Bir preparatla yaxşı effektdə belə, zaman keçdikcə (bir neçə ay müddətində, bir neçə il müddətində) ola bilər ki, AT onun təsirindən “yayınsın“. Bu AT-in yüksəlməsinə təsir edən digər mexanizmlərin kompensator aktivləşməsi ilə əlaqədar ola bilər. Son zamanlar xəstələrin çoxu üçün, ən yaxşı 2 preparatla olan müalicə hesab olunur. Monoterapiya əsasən başlanğıc AT yüksək olmayan pasientlərdə effektlidir. Kombinə olunmuş terapiya bir dərmanin yüksək dozada qəbul olunması nəticəsində baş verə biləcək əlavə effektlərdən qurtulmağa imkan verir; kiçik dozalarda preparatlar bir-birinin təsirini tamamlayır ki, bu da yaxşı nəticələrə səbəb olur. Ağır hipertoniyalarda çox vaxt üç, bəzi hallarda isə 4 preparat təyin edirlər. uzun müddət bir neçə preparatın qəbulunun lazım olması bəzı xəstələri qorxudur. Kombinassiyadan onlar öz mülahizələrinə görə daha effektli olduğunu güman etdikləri bir preparat seçirlər. Beləliklə seçilmiş müalicə sxemini pozaraq, pasient onun effektliliyini sıfıra endirir. Adətən həkim xəstəyə kombinassiyadakı hər bir preparatın vacibliyini və əhəmiyyətini izah edir.
http://diabet.az/

Hipertoniya xəstəliyi səssiz qatildir, ondan yayınmağa çalışın Dünyada əhalinin 30, altmış beş yaşından sonra 65 faizində hipertoniya xəstəliyi müşahidə olunur. Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Bəzən arterial hipertenziya da adlanan bu xəstəlik Azərbaycanda da geniş yayılıb. Guşənin aparıcısı, Bakı Tibb Mərkəzinin həkimi, tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayev bildirir: – Hipertoniya xəstəliyi çox təhlükəlidir. Ona əhəmiyyət verməyənlər, məhəl qoymayanlar bərk yanılırlar. Bu xəstəlik zamanında, effektiv müalicə edilmədikdə ağır fəsadlarla nəticələnir, digər xəstəliklər törədir. – Bəs özü nədən əmələ gəlir? – Bir sıra amillərin təsirindən: damar tonusunu tənzimləyən mərkəzi sinir sisteminin funksional pozğunluğundan, mənfi emosiyalardan, psixi travmalardan, irsi meyillikdən, düzgün istirahət etməməkdən, nadir hallarda hansısa daxili orqanın zədələnməsindən. Psixoloqlar xarakterləri onlarda hipertoniya xəstəliyinin inkişafına gətirib çıxaran adamları müəyyənləşdiriblər. Özünü bütünlüklə işə həsr edən, onu hamıdan tez və yaxşı yerinə yetirməyə çalışan belələri həmişə vaxt çatışmazlığından şikayətlənir vəE “tələsmək azarı”ndan əziyyət çəkirlər. Buna görə də daim gərgin vəziyyətdə olur, sonda təzyiqləri o həddə çatır ki, sanki iyirmi yaş böyükdürlər və çəkiləri də o qədər artıqdır. – Hipertoniya əsrin xəstəliyidir. – İndi elə ailə yoxdur ki, üzvlərindən biri bu xəstəlikdən əzab çəkməsin. Hər kəsdə yorulma, hirslənmə ilə əlaqədar baş ağrısı qan təzyiqini yüksəldə bilər. Hipertoniya xəstəliyinin ən ağır fəsadı beyinə qan sızmasına və bəzən ölümə səbəb olur. Əlbəttə, onun mövcudluğu vaxtında təyin edilsə və lazımi müalicə aparılsa faciə baş verməz. – Arterial hipertenziyanın səbəbi təyin olunsa necə? – Bu, ikincili və ya simptomatik arterial hipertenziya sayılır və əsasən böyrək, habelə endokrin vəzilərinin xəstəlikləri nəticəsində əmələ gəlir. – Hipertoniya xəstəliyində qan təzyiqinin maksimal-minimal həddi nə qədərdir? – Maksimal təzyiq civə sütunundan 140 millimetr, minimal təzyiq isə 90 millimetr yuxarıdırsa, deməli, hipertoniya xəstəliyi səni yaxalayıb. Səbəb də sinir gərginliyidir. – Hipertoniya xəstəliyinin ən qorxulu cəhəti odur ki, özünü büruzə vermədən, qəfildən yaxamızdan yapışır və əl çəkmir. – Buna görə hipertoniya xəstəliyinə səssiz qatil də deyirlər. Onun başlanğıc mərhələsində arterial təzyiq normadan yüksək olsa da, orqanizmdə heç bir dəyişiklik müşahidə edilmir. Lakin kiçik həyəcan, əsəbilik başağrısına, başgicəllənməsinə, yuxusuzluğa, yorğunluğa, qıcıqlanmaya, iştahsızlığa, ümumi zəifliyə, ürək döyünməsinə səbəb olur. İkinci mərhələyə keçdikdə bu əlamətlər mütəmadi təkrarlanır, nəticədə ürəyin sol mədəciyi qalınlaşır, sola böyüyür. Üçüncü mərhələdə ürək, böyrək, beyin zədələnmələri də özünü göstərir, xəstələrin nəbzi tez-tez vurur, görmə qabiliyyəti zəifləyir. Hər mərhələdə qan təzyiqi kəskin arta, hipertoniya baş verə bilər. Bu zaman beyin damarlarının spazması sayəsində başağrısı, ürəkbulanma, öyümə, qusma, huşu itirmə və sair olur. Belə ağırlaşmalar (beyinə qansızma, stenokardiya, miokard infarktı və sair) böhransız da mümkündür. Ağır hipertoniya ürəyə təsir edərək onun hipertrofiyasına, ürək çatışmazlığına gətirib çıxarır. Xəstəliyin böyrək formasında sklerotik dəyişikliklər (nefroskleroz) böyrəklərdə funksional pozğunluqlar törədir. – Hipertoniya xəstəliyinin əlacı varmı, bu dərdə necə çarə qılmaq olar? – Dünyada hər beş nəfərdən biri yüksək qan təzyiqinə malikdir. Onların yalnız yarısının bundan xəbəri var. Xəbərdar olanların da yarısı lazımi müalicə alır. Müalicə məqsədilə ilk dəfə 1953-cü ildə Rezernik dərmanı tətbiq edilib. İndi yüzdən artıq qan təzyiqini aşağı salan, yuxugətirən, sakitləşdirici dərman mövcuddur. Ancaq hipertoniya ilə o, hələ olmamışdan mübarizə aparmaq lazımdır. Bunun üçün normal yatmaq, gərgin fiziki işdən qaçmaq, əsəbiləşməmək, psixi vəziyyətə düşməmək, alkoqoldan imtina etmək, pəhriz saxlamaq kifayətdir. Məsələn, hirslənəndə, çox duzlu xörək yeyəndə qan təzyiqi normadan yuxarı qalxır, adam özünü narahat hiss edir. Bu zaman mütləq həkim çağırmalı, müalicəyə başlanmalıdır. Müalicə iki mərhələdə aparılır. Əvvəlcə vena daxilinə qan təzyiqini normaya salan, sonra təzyiqi normada saxlaya bilən dozada dərman yeridilir. Əgər hipertoniyaönlü xəstələrdə iki-üç risk amili varsa yaxşı olar ki, onlar ağırlaşmaları gözləməsinlər və əsl hipertoniya xəstəliyindəki kimi qan təzyiqini aşağı salan preparatlarla müalicə edilsinlər. Qan təzyiqinin kəskin yuksəlməsi sayəsində insult əmələ gəlməsinin mümkünlüyünü hamı bilir. Eyni zamanda, müəyyənləşdirilib ki, qan təzyiqinin yüksəldilməsindən insultun nəticələrinin profilaktikası və müalicəsi üçün istifadə etmək olar. Hipertoniya xəstəliyi ilə fəal mübarizə, onun düzgün müalicəsi ümumi ölümü 17, beyinə qan sızmasını 65 faiz azaldır. Hipertoniyalı xəstələrin televiziyaya çox baxmaları məsləhət deyil. İqlim şəraiti kəskin dəyişəndə, xüsusən saniyədə on metrdən çox sürətlə külək əsəndə atmosfer təzyiqinin birdən-birə enməsi xəstəliyin gedişini ağırlaşdırır. Buna görə də belə günlərdə qan təzyiqini aşağı salan dərmanın dozasını artırmaq tövsiyə edilir. – Aristotelə görə həyat hərəkət deməkdir, su da axmadıqda iylənir. – Hərəkət bütün dərdlərin dərmanıdır. İnsan gündə azı 10-12 min addım atmalı, səkkiz kilometr piyada gəzməlidir. Bu, sağlamlığı möhkəmlətməyə və normal hərəkət fəallığını artırmağa kömək edir. Əks təqdirdə, adamda qan durğunluğu əmələ gələ, hüceyrələr həyat üçün zəruri maddələri ala bilməzlər. Belə olmasın deyə, hipertoniyalı xəstələr hər gün otuz-qırx dəqiqə yeriməli, həftədə azı beş dəfə idman addımları ilə hərəkət etməlidirlər. Həftədə iki dəfə bir saat üzmək, velosiped sürmək və ya gimnastik hərəkətlər etmək də pis olmaz. – Bədənin çəkisini normada saxlamaq da vacibdir. – İnsanın çəkisi ömrü boyu 25 yaşındakından yuxarı qalxmamalıdır. Əlbəttə, əgər o yaşda normal çəkidə (nə çox kök, nə də çox arıq) olubsa. Belin çevrəsi kişilərdə 102, qadınlarda 88 santimetrdən artıq olanda hökmən ürəklə bağlı problemlər yaranır. Belə bel abdominal piylənmə əlamətidir. Bu zaman piy daxili orqanlarda yığılır və xolesterinin çoxluğu sonda damarların daralmasına, qan dövranının çətinləşməsinə gətirib çıxarır. Qanı daralmış damarlarla axıtmaqdan ötrü orqanizm qan təzyiqini yüksəltməyə (hipertoniya) və deməli, ürəkdə əlavə yük yaratmağa məcburdur. Bunun qarşısını almağın yeganə yolu çox yeməmək, qaydasında qidalanmaqdır. Ən əsası gündə iki-üç qramdan artıq duz qəbul edilməməlidir. İnsanın ən böyük günahı öz sağlamlığını qorumamasıdır. Hamı bilməlidir: sağlamsansa xoşbəxtsən, borcun yoxdursa varlısan. “Azərbaycan” http://www.azerbaijan-news.az

Dünyada hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlmək mümkündür. Arterial təzyiqin yüksəlməsi – yəni hipertoniya ən çox yayılan xəstəliklərdən biridir. Demək olar ki, dünyada hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlmək mümkündür. Ancaq çox vaxt yüksək təzyiqdən əziyyət çəkənlər bunun əsl səbəbini bilmirlər. Onlar bu halı adi başağrıları kimi qəbul edirlər. Bu mənada hipertoniya xəstəliyinin “səssiz qatil” adlandırılması təsadüfi deyil. Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Dünya əhalisinin təxminən 750 milyonu hipertoniyadan əziyyət çəkir. Bunlardan 50 milyonu ABŞ-ın payına düşür. Ümumiyyətlə, hipertoniya yaşı 18-dən yuxarı olan hər kəs üçün təhlükə mənbəyidir. Duzdan istifadənin həddən artıq olduğu ölkələrdə isə hipertoniya daha geniş yayılıb. Qan təzyiqi ölçülərkən iki normaya diqqət yetirilir: yuxarı təzyiq (sistolik qan təzyiqi) və aşağı təzyiq (diyastolik qan təzyiqi). Əgər maksimal təzyiq civə sütunundan 140 millimetr, minimal təzyiq isə 90 millimetr yuxarıdadırsa, deməli, bu hipertoniyanın varlığından xəbər verir. Adətən aşağı və yuxarı təzyiq eyni vaxtda yüksəlir. Ancaq onlardan birinin yüksəlməsi belə hipertoniyanın yaranmasına səbəb olur. Xəstələrin bir hissəsində ilkin mərhələdə hipertoniyanın əlamətləri heç bir halda özünü göstərmir. Belə xəstələrdə yüksək qan təzyiqinin olması faktını yalnız onun təzyiqini ölçməklə müəyyən etmək olar. Hipertoniyanın birinci mərhələsində həyəcan, əsəblik, başağrısı, başgicələnmə, yuxusuzluq, yorğunluq, qıcıqlanma, iştahasızlıq, ümumi zəiflik, ürək döyünməsi müşahidə olunur. İkinci mərhələyə keçdikdə bu əlamətlər mütəmadi olaraq təkrarlanır, nəticədə ürəyin sol mədəciyi qalınlaşır, onda sola tərəf böyümə baş verir. Üçüncü mərhələdə isə ürək, böyrək, beyin zədələnmələri də özünü göstərir, xəstələrin nəbzi tez-tez vurur, görmə qabiliyyəti zəifləyir. Bu zaman beyin damarlarının spazması sayəsində başağrısı, ürəkbulanma, öyümə, qusma, huşu itirmə və s. baş verir. Onu da qeyd edək ki, bu xəstəlik zamanında və effektiv müalicə edilmədikdə ağır fəsadlara nəticələnir, hətta digər xəstəliklərə səbəb olur. Hipertoniyanın ən ağır fəsadı isə beyinə qan sızmasıdır. Hipertoniya əsas orqanlara- ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurur. Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, hətta onları “hədəf-orqanlar” da adlandırırlar. Hipertoniya ürəyə təsir edərək onun hipertrofiyasına, ürək çatışmaqlığına gətirib çıxara, böyrəklərdə funksional pozğunluqlar törədə bilər. Bu xəstəlik iflicə, görmə qabiliyyətinin pozulmasına da yol açır. Müalicə olunmasza, hipertoniya insan ömrünü 10-20 il qısalda bilər. Böyük Britaniyada aparılan araşdırmalara görə isə xroniki yuxusuzluq və yuxudan erkən oyanma da ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertoniya hallarını artırır. 6500 qadın üzərində aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, gün ərzində beş saatdan az yatan qadınlar arasında arterial hipertoniya halları sutkada yeddi saatdan çox yatanlara nisbətən iki dəfə çoxdur. Hipertoniya ilə o, hələ baş verməmişdən mübarizə aparmaq lazımdır. Bunun üçün normal yatmaq, gərgin fiziki işdən mümkün qədər qaçmaq, əsəbiləşməmək, psixi vəziyyətət düşməmək, alkoqoldan imtina, pəhriz saxlamaq kifayətdir. Məsələn, hirslənəndə, çox duzlu xörək yeyəndə qan təzyiqi normadan yuxarı qalxır, adam özünü narahat hiss edir. İnsan çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında da birbaşa əlaqə vardır. Duzlu və yağlı qidalardan, alkoqoldan çox istifadə edən, həmçinin artıq çəkisi olan insanlarda hipertoniya digələrinə nisbətən 5-6 dəfə çox olur. Belə ki, çəkinin 10 kq artması təzyiqin də 2-3 mm civə sütunu artmasına gətirib çıxarır. Bundan başqa, çox saylı elmi tədqiqatlarla müəyyən olunub ki, həddindən çox xörək duzunun işlədilməsi arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Mütəxəssislər hipertoniya xəstəliyindən əziyyət çəkənlərə çox yeməməyi, qaydasında qidalanmağı tövsiyyə edirlər. Hipertoniyanın qarşısının alınması və müalicəsi üçün müntəzəm olaraq fiziki fəaliyyətlər də çox önəmlidir. Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən, idman etməyən insanlarda arterial hipertoniyanın inkişaf riski, aktiv insanlara nisbətən 20-50% yüksəkdir. Sürətli yeriş, sağlamlaşdırıcı qaçış, üzgüçülük və digər yüngül fiziki hərəkətlər arterial təzyiqi 5-10 mm civə sütunu aşağı sala bilər. Lakin ağır fiziki yüklər qan təzyiqi olanra məsləhət görülmür, çünki ağırlıq qaldırma təzyiqi artırır. Siqaret də qan təzyiqinin yüksəlməsinə səbəb olur. Belə ki, siqaret tüstüsündə olan nikotin həyəcanlandırıcı və oyadıcı təsir göstərir, ürəyin işini artırır, damarların daralmasına səbəb olur, arterial təzyiqi yüksəldir, həmçinin qan təzyiqi olan insanlarda ürəyin işemik xəstəliyi və beyin insultu riskini də 2-3 dəfə artırır. http://az.itv.az/

Yüksək arterial təzyiq dəqiq həkim müayinəsi və müalicəsi tələb edən bir xəstəlik və ya simptom olub, hazırda dünya əhalisinin hər dördüncü nəfərində rast gəlinir. Hipertonikləri ən çox narahat edən əlamətlər baş ağrıları, zəiflik və ürək nahiyəsində ağrılardır. Əmək qabiliyyəti azalır, xəstənin ümumi əhval-ruhiyyəsi getdikcə pisləşir. Müalicə olunmadıqda miokard infarktı, ürək çatmamazlığı, insult, böyrək çatışmazlığı və s. kimi ağırlaşmalara gətirib çıxarır.

Əgər arterial təzyiq ən azı 2 dəfə təkrar-təkrar 140/90 mm c. s.-dan yüksək olarsa o zaman arteiral hipertoniya haqqında düşünmək olar. Arterial təzyiq sakit vəziyyətdə oturaq halda ölçülməlidir.
Klassifikasiya Sistoloik arterial təzyiqDiastolik arterial təzyiq
Optimal AT <120 <80
Normal AT 120-129 80-84
Yüksək AT 130-139 85-89
Arterial hipertoniya – I dərəcəli (yüngül) 140-159 90-99
Arterial hipertoniya – II dərəcəli (mülayim) 160-179 100-109
Arterial hipertoniya – III dərəcəli (ağır) >180 >110
İzolə olunmuş sistolik arterial hipertoniya >140 <90

Hipertoniya zamanı zədələnən əsas orqanlar

Ürək – Arterial hipertoniya zamanı ürək əzələsinin yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası əmələ gəlir.Hipertrofiyaya uğramış ürək əzələsinin qanla təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti, ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi ağırlaşmalar meydana çıxır.

Beyin – Hipertoniyanın hələ ilkin stadiyalarında baş beyinin qanla təchizatı pozulur. Baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, əmək qabiliyyətinin azalması əmələ gəlir. Bu uzun müddət davam etdikdə beyində xırda infarkt ocaqları əmələ gəlir, getdikcə xəstədə yaddaş və intellekt zəifliyinə gətirib çıxarır. Arterial təzyiq qəflətən nəzərəçarpacaq dərəcədə yüksələrsə beyini qidalandıran damarlardan hər hansı biri zədələnə bilər, bu vəziyyət hemorragik insult adlanır.

Böyrəklər – Arterial hipertoniya zamanı böyrəklərin qanla təchizatı pozulur və getdikcə böyrək toxumasında skleroz əmələ gəlir, bu isə onların funksiyasını pozmaqla xroniki böyrək çatışmazlığının inkişafına şərait yaradır. Böyrək çatışmazlığı özü də arterial təzyiqin daha da yüksəlməsinə səbəb olur.

Xəstəliyin inkişafı bir çox faktorlardan, o cümlədən aparılan müalicədən, insanın həyat şəraitindən və rejimindən, ətraf mühitdən, irsiyyətdən və s. asılıdır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bir sıra xarici ölkələrdə də pasiyentlər bu xəstəliyin ciddiliyini tam olaraq dərk etmir və çox hallarda müalicədən yayınırlar. Xəstələrin bir çoxu özlərini praktiki olaraq sağlam hesab etdiklərindən hətta requlyar dərman qəbulundan belə imtina edirlər. Bu cür halların ən başlıca səbəbi pasiyentlərin öz xəstəlikləri barəsində çox az informasiyaya malik olmalalarıdır.

Müalicə

Xəstədə ilkin olaraq arterial təzyiqin yüksəlməsi aşkar edilərsə o, ətraflı müayinə olunmalı, arterial təzyiqin yüksəlməsinə səbəb olan bütün mümkün xəstəliklər istisna edilməlidir.

İlk növbədə bütün xəstələrə həyat şəraitlərini dəyişmək məsləhət görülür:
Duzlu qida məhsullarının məhdudlaşdırılması, sutka ərzində istifadə olunan xörək duzunun miqdarının 4.5 qramdan artıq olmaması.
Bədən çəkisini azltmaq. Tədqiqatlar göstərir ki,bədən çəkisinin 10 kq-a qədər azaldılması arterial təzyiqin 10 mm.c.s. azalmasına gətirib çıxarır.
K, Ca, Mg və s. mikroelementlər ilə zəngin olan qida məhsullarının, bol meyvə, tərəvəz və dəniz məhsullarının qəbulu.
Alkohollu içkilərin dayandırılması və ya xeyli məhdudlaşdırılması.
Siqaretdən imtina.

Arterial hipertoniyanın müalicəsində əsas məqsəd ürək – damar sistemi tərəfindən inkişaf edə biləcək ağırlaşmaların qarşısını maksimal dərəcədə almaqdır. Bir sıra antihipertenziv preparatlar vardır ki, onlar tək halda və bir neçəsi kombinə olunmuş şəkildə təyin oluna bilər. Hər bir pasiyent yadda saxlamalıdır ki, arterial hipertoniyanın müalicəsi uzunmüddətli, praktiki olaraq ömür boyu aparılır. Əgər xəstə həkim tərəfindən təyin olunmuş dərman preparatlarını düzgün qəbul etməzsə və ya ümumiyyətlə müalicə olunmazsa xəstəliyin daha da inkişafına və ağırlaşmalara səbəb olacaqdır.

http://www.tusiklinika.com/az/ab/)

Qan təzyiqi – bu qanınızın damarda hərəkət sürətidir. O nə qədər yüksək olsa, bir o qədər damarlarınıza mənfi təsir edə bilər. Damarlara əlavə təsir onun zədələnməsinə gətirib çıxarar. Qan damarlarından sizin orqan və sinirləriniz qidalanır. Əgər damar yükək təzyiqdən zədələnibsə, onlar sizin orqan və sinirlərinizi qidalandıra bilməz. Sizin orqan və sinirləriniz də zədələnəcək. Diabetli xəstələrdə qan təzyiqinin qalxması diabetdən əziyyət çəkməyən şəxslərə nisbətən daha çox təsadüf olunur.
Qan təzyiqinin qalxması sizin ürək sancıları və insult əmələgəlmə şansını artırır və zaman ötdükcə nefropatiya http://diabet.az/boyrek.htm) və retinopatiya http://diabet.az/retinopatiya.htm)
əmələ gəlməsinə şərait yaradır.

YÜKSƏK QAN TƏZYİQİNİN ƏLAMƏTLƏRİ
Adi yüksək qan təzyiqi heç bir xarici əlamət vermir. Bunu bilmənin yeganə yolu onu ölçməkdir. Sizin qan təzyiqiniz göründüyü kimi həkimə hər vizitinizdə ölçülür.

YÜKSƏK QAN TƏZYİQİNİN ÖLÇÜLMƏSİ
Qan təzyiqini xüsusi sfiqmomanometr adlanan aparatın köməyi ilə ölçülür. Manjet bazu sümüyünə yüngülcə dolandırılır. Manjet damarda qan axını dayanana qədər hava ilə doldurulur. Manjetdən hava kütləsini xaric etdikdə fonendoskopla qanın damara güclü zərbələri eşidilir.
Qan təzyiqi iki rəqəmlə ifadə olunur. Birinci qeyd olunan rəqəm sistolik təzyiq adlanır. Sistolok təzyiq – qanın ürəyin yığılma mərhələsində meydana gəlmiş gücüdür.
İkinci rəqəm – diastolik təzyiqdir. Bu, qanın ürəyin boşalma anındakı gücünü göstərir.
“120-nin 80-a”, yəni, sistolok təzyiq 120, diastolik təzyiq 80 mm.c.süt.-dur.
Bu 120/80 mm.c.süt. – millimetr civə sütunudur. Hipertenziya yüksək qan təzyiqinin digər adıdır. Əgər sizdə yüksək qan təzyiqi aşkar olunubsa, siz və sizi müayinə edən tibb işçisi də onu tənzimləməlidir.
Bu belə yazılır-120/80 mm.c.süt. – millimetr civə sütunu.
Sizi müalicə edən həkim ilk növbədə onu əmələ gətirən səbəbi araşdırmalıdır.
Hipertenziyanın dərəcələri
Qan təzyiqinin mm.c.süt. ilə təyini
Normal qan təzyiqi
130/85 aşağı olmalıdır

Qan təzyiqi keçid sərhəddi
130/85-dən 139/89-a kimi

Yüngül hipertenziya
140/-dan 159/89-a kimi

Orta hipertenziya
160/100-dan 179/109-a kimi

Ağır hipertenziya
180/110-dan 209/119-a kimi

Çox ağır hipertenziya
210/120-dən çox.

YÜKSƏK QAN TƏZYİQİNİN ƏMƏLƏ GƏLMƏ SƏBƏBLƏRİ
Bəzi hallarda səbəb müəyyən olunur, məsələn: böyrək xəstəlikləri, hormonal dəyişiklik, hamiləlik, kontraseptik tabletlərin qəbulu və s. Əgər yüksək qan təzyiqinin əmələ gətirən səbəb aşkar olunubsa, həkim ilk növbədə onu müalicə etməlidir.
Əksər hallarda qan təzyiqinin ilkin qalxmasının səbəbi bilinmir. Qan təzyiqinin ilkin qaxma səbəbi bilnmədikdə essensial hipertenziya adlanır.
Əgər sizdə essensial hiretenziya aşkar olunubsa təzyiqin endirilməsi üçün dərman müalicəsi vacib deyil.
SİZİN QAN TƏZYİQİNİZİ NECƏ ENDİRMƏLİ
Artiq çəkidən azad olun. Bədən çəkisinin az miqdarda belə aşağı salınması belə qan təzyiqini normalaşdıra bilər. Bədən çəkisini aşağı salmaq və onu normada saxlamağın yeganə yolu arıqlamaq üçün dietaya əməl etməkdir. Sizi müayinə edən tibb işçisi sizə uyğun qida rejimini təyin etməyə kömək edə bilər.
Siqareti tərgidin. Siqaret çəkmə qan təzyiqinin qalxmasına və damar divarının zədələnməsinə səbəb ola bilər. Siqareti tərgizməklə hipertenziya nəticəsində ölüm riskini dərman qəbuluna nisbətən daha çox azaltmış olursunuz.
Daha az spirtli içki qəbul edin. Qan təzyiqi qalxma ehtimalı gün ərzində 2 alkaqol vahidindən çox alkoqol qəbul etdikdə çox olur. Həkiminiz sizə alkoqolu gün ərzində 2 alkaqol vahidinə qədər azaltmağınızı məsləhət görə bilər. Bu qədər alkoqol təqribən zəif alkoqoqllu kokteldə və ya bir stəkan şərabda və ya bir banka pivədəki qədərdir.
Daha az duz qəbul edin. Bəzən duzun miqdarını azaltmaq qan təzyiqinin normallaşmasına səbəb ola bilər. Əgər həkiminiz sizə az duzlu dieta məsləhət görürsə mütləq həkim-dietoloqa müraciət edin.
Stressdən uzaq olmağa çalışın. Stress damar divarının spazmına və bu zaman da qan təzyiqinin qalxmasına və ürəyin daha güclü işləməsinə səbəb ola bilər. Stressdən uzaq olmaq haqqında məsləhətlərə “Stress” adlı məqalədə tanış ola bilərsiniz.
Əgər bu tədbirlər sizin qan təzyiqinizin aşağı düşməsinə kömək etmirsə həkim bu məqsədlə mütləq dərman təyin etməlidir.
Diabetli xəstələrdə atreial təzyiqi endirmək məqsədi ilə əsasən angiotenzinçeviriçi fermentin ingibitorları, alfa-1-adrenoreseptorların blokatorları, kalsium antaqonistləri və kiçik dozada tiazid diuretiklərdən istifadə olunur.
Bu tip təzyiq əleyhinə dərmanlar qanda şəkərin miqdarını qaldırmır, lakin bəzi əlavə təsirləri vardır. Bu haqda müalicə həkiminizdən soruşun. Bizdə olan məlumata görə 56.3 faiz diabetli xəstələrdə yüksək qan təzyiqi müşahidə olunur.
2. Ümumdünya Səhiyyə Təşkilatının sənədlərinə əsasən 1965-ci ildə “hipertoniya xəstəliyi” termini və “essensial hipertoniya” eyni mənalıdırlar. Hal-hazırda essensial (ilk dəfə müşahidə olunmuş) hipertenziya pasiyentlərdə hipertoniya xəstəliyinin başlanğıc mərhələsində müşahidə olunur.
Daha sonralar qan təzyiqinin xroniki yüksək olması bəzi orqanların funksiyasını pozur, nəticədə birincili hipertenziya qan təzyiqinin müxtəlif mənşəli ikincili mexanizmlərinin də meydana gəlməsinə səbəb olur.
5. Müalicə rejimində düzgün yuxu rejimi və gümrahlıq əsas amillərdəndir. Qan təzyiqinin yüksək olduğu zamanlarda yuxusuzluqdan və gecə işlərindən kənar olmaq və yuxu rejimini bərpa etmək lazımdır.
http://diabet.az/)

Arterial hipertenziya əhali arasında geniş yayılmış xəstəliklərdən biri hesab edilir.

Yaş artdıqca bu xəstəliyin yayılması daha da çoxalır. Həənd ki, bu xəstəliyə

cavan adamlarda da kifayət qədər tez- tez rast gəlinir.

Arterial hipertenziya 2 formada olur:

1) İdiopatik arterial hipertenziya. Buna eyni zamanda hipertoniya xəstəliyi də

deyirlər. Xəstələrin %98 bu qruba daxildir.

2) Simptomatik arterial hipertenziyalar. Bu məəli arterial təzyiqin yüksəlməsi

böyrək xəstəlikləri, böyrək damarlarının patologiyaları, endokrin xəstəliklər,

mərkəzi sinir sisteminin zədələnməsi və xəstəlikləri və s. səbəblərdən əmələ

gəlir.

Arterial hipertenziya dedikdə biz arterial təzyiqin hansı rəqəmlərini nəzərdə

tuturuq?

Ümumdünya Səhiyyə Təşkilatı və Arterial Hipertenziyaya görə Beynəlxalq

Təşkilatın təsnifatına görə -arterial təzyiqin >_ 140/90 olması arterial

hipertenziyanın olmasını göstərir.

Arterial hipertenziyanın əhali arasında geniş yayılmasına baxmayaraq, arterial

təzyiqə düzgün nəzarət edilmir. Nəticədə ürək, beyin, göz dibi, böyrəklər və

damarlar tərəfindən ciddi fəsadlar baş verir. Xəstələr uzun müddət arterial

hipertenziyanın olmasına baxmayaraq, onun səviyyəsinə fikir vermirlər, dərman və

dərmansız vasitələrdən ( pəhriz, rejim ) istifadə etmirlər yaxud onlara əməl

etmirlər. Bir qrup xəstələrdə arterial hipertenziyanın müxtəlif əlamətlərinin

olmasına baxmayaraq arterial təzyiqi ölçmürlər, müxtəlif ağrıkəsici preparatların

qəbulu ilə məhdudlaşırlar. Arterial təzyiqin yüksək olmasına baxmayaraq, bir çox

xəstələr düzgün, adekvat dozada hipotenziv terapiya qəbul etmirlər. Müalicə qəbul

edənlərin çox az bir hissəsi düzgün müalicə qəbul edirlər və nəticədə miokardın

infarktı, baş beyin insultu, böyrək çatışmazlığı, görmənin pozulması, zəifləməsi və

s. kimi həyat üçün çox təhlükəli olan ağırlaşmalar baş verir. Buna görə arterial

hipertenziyanı məhz “ gizli qatil” adlandırırlar. Xəstəlik davam edir və arterial

hipertenziya tədricən hədəf üzvlərini zədələyir.

Arterial hipertenziya eyni zamanda bir çox başqa xəstəliklərin, o cümlədən ürəyin

işemik xəstəliyinin, şəkərli diabetin əmələ gəlməsini sürətləndirir. Ədəbiyyat

məlumatlarına görə, arterial hipertenziyası olan xəstələrin 1/3 –də eyni zamanda

şəkərli diabet də müşahidə edilir, miokardın infarktı, ürək çatışmazlığı daha tez-tez

baş verir.

Arterial hipertenziyanın geniş yayılmasını nəzərə alaraq, artıq bir neçə ildir ki,

Avropa dövlətlərində hipertenzioloq ştatı təsis edilmişdir ki, bu ixtisaslı həkimlər

yalnız arterial hipertenziyanın aşkar edilməsi, diaqnostikası və müalicə məsələləri

ilə məşğul olurlar. Ancaq bu xəstəliyin gedişinə ciddi nəzarət etməklə, dərman

müalicəsinə və dərmansız tədbirlərəəməl etməklə xəstəliyin verə biləcək

ağırlaşmalarının qarşısını almaq olar.

Məlumdur ki, arterial hipertenziya formalaşandan sonra bu xəstəlik sağalmır.

Bütün dünyada xəstəliyin müalicəsinin prinsipi ondan ibarətdir ki, arterial təzyiqin

səviyyəsinə düzgün nəzarət olunsun, arterial təzyiq < 140/90 mm c. süt. olsun.

Belə olduqda xəstəliyin ağırlaşmaları da azalır, xəstələr uzun müddət həyat

keyfiyyəti göstəriciləri pozulmadan yaşaya bilirlər.

Hipertaniyalı bütün xəstələr qəti olaraq duzdan uzaq durmalıdır. Unutmayaq ki,

təzyiqin kontroldan çıxmasının ən əsas səbəblərindən biri duzdan istifadə

edilməsidir. Qəti şəkildə süfrənizdə duz tutmayınız, süfrədəykən heç bir yeməyə

duz əlavə etməyiniz. Yemək pişirirkən yeməyə olduqca az duz qatın. Onsuzda

günümüzdəki bir çox qidada normadan xeyli yüksək duz mevcuddur.

Xəstəliyin müalicəsində hal-hazırda müxtəlif təsir mexanizmli antihipertenziv

dərman preparatları müvəffəqiyyətlə istifadə edilir.

Unutmayaq ki, həkiminiz tərəfindən sizə məsləhət görülən təzyiq dərmanları hər

gün və ömürlük istifadə edilməlidir. Dərman istifadəsindən sonra təzyiqiniz normal

seyredəcək. Dərman istifadəsinə baxmayaraq təzyiqiniz yüksək seyr edərsə mütləq

öz həkiminizə baş vurun. Bu halda həkiminiz ilkin olaraq istifadə etdiyiniz

dərmanın dozasını artıracaq. Ehtiyac olarsa əlavə dərman pereparatı yazacaq.

Dərmanınızı bu hala aldanaraq kəsməyiniz. Çünkü 1-3 gün sonra təzyiqiniz təkrar

yüksələcəkdir.

Hər bir təzyiq xəstəsinin etməsi gərəkənlər:

1. Bütün yeyəcəkləri mümkün olduqca duzsuz olmalıdır.

2. Artıq kilolarını verməlidirlər.

3. Təzyiq dərmanlarını vaxtında qəbul etməlidirlər.

4. Şəkər xəstəliyi varsa qanda şəkər səviyyəsi normala gətirilməlidir.

5. Gündəən az 4-6 km iti addımlarla gəzintiyə çıxmaq lazımdır.

6. Siqret qəti şəkildə buraxılmalı və yanınızda siqret çəkilməsinə belə izin

verməməlisinz. Çünkü bu halda siz dəən azi %25 siqaret çəkmiş kimi

olursunuz.

7. Mümkün olduqca bitkisəl yeməklər və meyvələr daha çox istifadə edilməlidir.

8. Yağlı yeməklərdən uzaq durulmalıdır.

9. Əsas olaraq toyuq və balıq əti istifadə edilməlidir.

“Arterial hipertenziya” işçi qrupunun üzvlərinin məqsədi əhalimizi bu

patologiyanın Azərbaycanda yayılması, səbəbləri, əmələ gəlmə mexanizmləri,

diaqnostikası üsulları və müalicəsinə dair həm ölkəmizdə, eyni zamanda dünyada

olan yeni məlumatlarla tanış etməkdən ibarət olacaqdır. Çalışacayıq ki, əhaliyə bu

sahədə yüksək ixtisaslı yardım və məsləhətlərimizlə kömək edək.

“Arterial hipertenziya” işçi qrupu adından

S. Mehdiyev.

Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir

insan ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir

nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:

•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı

(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)

•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı

•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı

Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.

Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.

Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.

Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman “kurs müalicəsinin” qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.

Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.

Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!

Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir.