Archive for the ‘QIDALANMA’ Category
Keçmişlərdən qalma belə bir məsəl var:”Xəstəliyin atası məlum olmasa da, anası həmişə qidalanma olur”. Başqa sözlə insan qəbul etdiyi qidadan yaranır. Ona görə də biz xəstəliyin qarşısını almaq, olan xəstəliyin gedişinə təsir etməyi bacarmaq üçün nə yediyimiz haqda, qida rasionunu pozitiv dəyişdirmək haqqinda fikirləşməliyik.
Məlumdur ki, bədənin artıq çəkisi karbohidrat, yağ, su-mineral mübadiləsinin pozulması xas olan xəstəliklərin risk faktorlarından biridir. Artıq kiloqramlar və 2-ci tip diabet çox vaxt yanaşı gedirlər. Artıq kiloqramlar, damarlarda çox təhlükəli olan aterosklerozun inkişafına gətirib çıxaran pozğunluqlara səbəb olur. Beləliklə Sizin birinci məqsədiniz bədən çəkisinin normallaşması və stabilləşməsi omalıdır. YAŞ ARTDIQCA, ÇƏKİNİN GUYA MÜTLƏQ ARTMASI FİKRİ DÜZGÜN DEYİLDİR. Bu yalnız bir çoxlarına “sərf edən” yaxşı bir mifdir.Çəkinin artmasına gətirib çıxaran bütün faktorları nəzərə alsaq, onda Siz həm 40, həm 50, həm də 60 yaşında gənclikdəki çəkinizi saxlaya bilərsiniz- və deməli daha yüksək sağlamlıq dərəcəsinə nail olarsınız. Bədən çəkisinə, xolesterinin və şəkərin səviyyəsinə nəzarət etməklə, bu sizin nail olmağa çalışdığınız başlıca məqsəd olmalıdır. Məlumdur ki, bədən çəkisinin 10 kg azaldılması sistolik AT-i (yuxarı) 10mm.c.s., diastalik AT-i (aşaği) 20mm.c.s aşağı salır; qanda xolesterinin və şəkərli diabetli xəstələrdə qlükozanın səviyyəsini əhəmiyyətli endirir; oynaqlara və fəqərə sütununa təzyiqin azalması nəticəsində ağrılar azalır və hərəkət yaxşılaşır. Buna nail olmaq ücün nə etmək lazımdır? Birinci növbədə sutkaliq rasionda yağların və sadə karbohidratların (şəkər, mürəbələr, konfetlər, pirojnalar) hesabına kalorilik azaldılmalıdır. Kolbasa məmulatları və sosisləri bişmiş ətlə əvəz etməli (kolbasalarda yağların miqdarı 25-45% təşkil edir); dəniz balıqlarına, toyuğun və hind quşunun ağ ətinə üstünlük verməli; donuz, ördək, qaz ətindən tamamilə imtina etməli və ya onların istifadəsini minimuma catdırmalı. Əgər toyuq ətindən yemək hazırlayırsınızsa onu yaxşı olar ki, sulu bişirəsiniz və ya qabaqcadan dərisini soyaraq(cünki dəri altında çoxlu miqdarda yağ olur) duxovkada hazırlayasınız. Qıdanın qızartma kimi hazırlanma üsulundan imtina etmək lazımdır (ən yaxşısı teflon tavalarda 1 cay qaşığı bitki yağında və ya suda qapağını örtməklə pörtlədəsiniz.) Bu üsullar işlədilən yağların miqdarını əhəmiyyətli dərəcədə azaldır. Bizim qidamızın tərkibindəki yağın miqdarını azaltmaq üçün biz daha nə edə bilərik? Pendirlərə fikir verin – onlar bir qayda olaraq 45 – 60% yağlılıq dərəcəsinə malikdir. Əgər siz pendiri xoşlayırsınızsa, onda yağsız növlərdən istifadə edin (30% qədər).Sümüklü bulyonlardan imtina edin (onlar sadəcə olaraq zərərlidirlər), yaxşı olar ki, tərəvəz bulyonlarından istifadə edəsiniz.
Çörəyin, makaronun, yarmaların yağlılığı 1%-dən artıq olmur. Lakin batonların yağlılığı artıq 4-6%, yağlı çörəklərin və bulkaların ki 12%-ə qədər, bişinti və digər şəkərli xəmir məmulatlarının kı 25%-dən artıq olur.Kartof çipslərinin yağlılığı cox yüksək – 30%, araxis və günəbaxan tumlarınınki da o qədər olur. Kəsmiyin yağlılığı 0,25%-15%, mayonezinki isə 40% -70% arasında tərədüd edir. Fərqə fikir verin: 3,5% yağlılıqlı 1 stəkan süd ( 200 ml) 131 kkal və 7 qram yağa malikdir, 1 stəkan yağsizlaşdırılmış süd isə ( 0,5%) 74 kkal və 1 qr yağa malikdir. Karameldə, zefirdə, pastildə praktik olaraq yağ yoxdur, şokalad və sokaladlı konfetlərdə isə yağlılıq demək olar ki, 50%-ə qədərdir.
Hansı bitki yağını seçməli-buda çox mühüm məsələdir.Evdar qadınlar çox vaxt adət etdiklərinə görə günəbaxan yağından istifadə edirlər ki, buda mahiyyətçə düzgün deyildir
Zeytun və ya raps yağına üstunlük vermək lazımdır-onların tərkibində çoxlu miqdarda doymamış yağ turşuları vardır ki, buda damarlara faydalı təsir güstərir, yağın parçalanma prosesini aktivləsdirir. Lakin nəzərə alın ki, bitki yağı kərə yağından kalorilidir. Ona görədə artıq çəki problemi varsa, bitki yağının sutkalıq miqdarı 1 desert qaşığıdır ( bu 15 qr bərabərdir). Nə üçün balıq ətdən üstündür? Balıq yağında ( xüsusi ilə dəniz balıqları: skumbriya, sardina, paltus, siyənək, sardina) doymamış yağ turşuları- omeqa-3 və omeqa-6 vardır ki , bunlarda qanda xolesterin mübadiləsinə səmərəli təsir göstərir. Buna görə də Sizin masanızda balıq həftədə 3-4 dəfə, ət isə 1-2 dəfə olsa rasionunuz daha mükəmməl sayılar. Daha doğrusu siz yaşlaşdıqça tədricən balıq və digər dəniz məhsullarindan, kefir və qatıq məhsullarından ( yağlılıq 1,5%-dən çox olmamaq şərti ilə) istifadə etməlisiniz, ət isə sizin masanizda nadir delikateslərdən olmalıdır.
Yumurtaya gəldikdə isə, dietoloqların fikirləri müxtəlif olur. Lakin dəqiq demək olar ki, həftədə 1-2 yumurta mütləq istifadə olunmalıdır- onun tərkibində orqanizmə lazım olan qiymətli amin turşuları vardır. Süd məhsulları bir mənalı olaraq özlərinin zülal tərkibi, 35 yaşdan sonra qadınlara xüsusi ilə lazım olan çoxlu miqdarda kalsinin olması, vitamin və mikroelementlərlə zənginliyi ilə çox faydalıdır. Lakin (!) yağlılığı 1,5% artıq olmayan kefir- qatıq məhsularına, yağsız pendirə, kəsmiyə üstünlük verilməlidir. Karbohidratlara gəldikdə isə Sizin rasionunuzda sellülozalı, tədricən sorulan karbohidratlara üstünlük verilməlidir: yarmalar, çovdar çörəyi, bərk buğda növündən hazırlanmış makaronlar, və mütləq tərəvəz və meyvələr. Hər səhər kaşalar və çovdar və ya kəpəkli undan hazırlanmış çörək yeyin-bu sizin orqanizmanız üçün qiymətli enerji mənbəyidir. Çətin ki, əgər siz buna çoxlu yağ qatmırsınızsa bundan kokələsiniz. Alkaqollu içgilərdən imtinana etməyi xüsusi qeyd etmək lazımdır, çünki onlar iştahanı güclü artırır və özləridə yüksək enerjili ərzaqdır. Belə ki, 100 qr spirtin enerji tutumu 700 kkal-yə bərabərdir ki, bu da 100 qr kərə yağının energetik dəyərinə bərabərdir.Aşkar artıq çəkisi olan müasir işguzar kişilərin qidalanmasını analiz edərkən, görmək olar ki, adətən onlar hər gün 200 ml alkaqollu içgi qəbul edir və onların qida rasionunun ümumi energetik dəyəri 4000-5000 kkal təşkil edir. Bununla bərabər, bir qayda olaraq onlar oturaq həyat tərzi keçirir, yalnız maşınla hərəkət edirlər. Belə həyat tərzi stereotipini dəyişmək çox çətin olur,lakin məhz bu, tezliklə baş verən fəlakətə gətirib çıxarır.
Ürək-damar xəstəlikləri olan xəstələrə həmçinin duzu azaltmaq məsləhət görülür. Qidalanma rejiminin , daha doğrusu qidalanmanın sayınin və vaxtının çox böyük əhəmiyyəti vardır. Maraqlıdır ki, gün ərzində 4-5 dəfə qida qəbul edənlərdə bədən çəkisinin artıqlığı, 2-3 dəfə qidalananlara nisbətən 2 dəfə az rast gəlinir. Bu diabetli xəstələrə üçün xüsusi ilə vacibdir. Gün ərzində 3 əsas qida qəbulu (səhər yeməyi, nahar, şam) və 2 əlavə “qəlyanaltı“ səmərəli hesab olunur. Sübut olunmuşdur ki, piylənmənin olmaması üçün, enerji tutumu yüksək olan qida qəbulu sutkanin ən maksimal fiziki aktivlik dövrünə düşməlidir. Kok adamlara həftədə bir dəfə (yüksək dərəcəli piylənmədə-həftədə 2 dəfə) yüngül yemək günləri keçirmək məsləhət görülür: belə günlər maddələr mübadiləsini tonuslayır və onların energetik dəyəri 300-800 kkal təşkil edir. Yüngül yemək günləri variantları çoxlu miqdarda hazırlanmışdır, lakin onlardan süd(1,5 l yağsız südü 5 dəfəyə qəbul etmək lazımdır) və düyü-kampot(duzsuz bişirilmiş 50 qr düyü, quru meyvələrdən hazırlanmış 1 litr kampot) günlərini xüsusi qeyd etmək lazımdır. Aşağıdakı yüngül yemək günlərini də göstərmək olar; birinci-dəniz kələmi ilə viniqret. Kartofu,yerkokünü,çuğunduru bişirmək, sonra kubik şəklində doğramaq,üstünə təmizlənmiş, yuyulmuş yaşıl soğan əlavə etmək, turşuya qoyulmuş 1 banka kələmlə qatışdırmaq, yaşıl noxud və yarım xörək qaşığı zeytun yağı əlavə etmək lazımdır. Bu vineqret duzsuz hazırlanır. Ikinci qara gavalıdan yüngül yemək günü- 500qram qara gavalı götürülür və 3 stəkan suda bişirilir. Meyvə və həlimdən ibarət rasion 5 dəfəyə qəbul olunur. Səhər yeməyndə, naharda və şamda əlavə olaraq 1 stəkan çay və ya kampot verilir. Qara gavalı ürək əzələsinə lazım ola kali ilə zəngindir, artıq mayeni xaric edir, bağırsaqların yaxşı işləməsinə komək edir.
P.S. ƏGƏR SİZDƏ PİYLƏNMƏ VƏ 2-Cİ TİP ŞƏKƏRLİ DİABET VARSA YÜNGÜL YEMƏK GÜNLƏRİ KEÇİRİLMƏMƏLİDİR.
Deyilənlərə yekun vuraraq daha bir kəlam gostərmək olar:”Sağlamlıq olarkən onun kimi ucuz heç nə olmur, lakin o itirildikdən sonra heç nə onun kimi dəyərli ola bilmir “.
ACLIQ GÜNLƏRI HAQDA
Posted Sentyabr 15, 2011
on:Tədqiqatçılar təsdiq edirlər ki, əgər sutka ərzində aclıq etsən ürək-damar xəstəliklərimdən ölüm riski 40% azalır. Bu ideyanı tədqiqatçılara ayda bir dəfə pəhriz edib, aclıq edən mormon dini cərəyanının nümayəndələri vermişdir. 1970-ci ildə amerka təbibləri belə bir hal sşkar atdilər ki, bu dini cərəyanin nümayəndələri digərlərinə nisbətən ürək- damar xəstəliklərindən dəfələrlə az əziyyət çəkirlər. Lakin bu faktdan istifadə etməyi indi anlamışlar.
Bu yaxınlarda dini baxışlarına görə yox, gözlədikləri dieta çərçivəsində aclıq edən şəxslərin göstəriciləri tədqiq olunmuş, Amerika Kardioloqlar Assosiassiyasının qurultayında təqdim olunmuşdur. Bunun üçün onlar 1994- 2002 və 2004-2006 ci illərin tibbi müayinəsinin (angioqrafiya) nəticələrindən istifadə etmişlər.Ürək-damar xəstəliklərinin miqdarını “ aclıq edənlərlə“ etməyənlərin arasında müqayisə edərək alimlər belə bir nəticəyə gəliblər: bir günlük aclıq etmək ürək xəstəlikləri riskini 39% azldir. Bununla belə, belə bir vacib faktora fakir vermək lazımdır ki, siqaret çəkmə az da olsa aclıq etmənin faydasına təsir etmir-siqaret çəkənlərə də o məsləhətdir.
Lakin tədqiqatların müəllifləri belə bir xəbərdarlıq edirlər ki,bu tövsiyyələr diabetli xəstələrə aid deyildir. Acliq etmək istədikdə onlar mütləq öz müalicə həkimləri ilə məsləhətləşməlidirlər.
HƏR GÜN SÜD
Posted Sentyabr 15, 2011
on:Dərinin qocalmasının qarşısını almağın profilaktikası, gündəlik qırışlara qarşı maska və kremlərdən istifadə etməkdən əlavə, qida rasionuna südün əlavə edilməsidir.Südün tərkibində olan vitamin D dərinin qocalmasına qarşı elə effektiv təsir göstərir ki, onu qida rasionuna daxil etdikdə qocalmanin genetik əlamətləri aradan götürülür. Bu barədə məlumat “Klinik qida jurnalında” verilmişdir. Bunu amerika tədqiqatçıları dərc etdirmiş, və gərginliyə, iltihaba cavabdeh olan genetik leykosit markerinin (LTL) aşağı düşməsi ilə D vitamininin yüksək səviyyəsi arasında əlaqəni qeyd etmişlər. Bu göstərici qocalığın biologiyasının əsas determinantı olub, orqanizmin xərcəngdən, autoimmun xəstəliklərdən, birinci tip diabetdən,revmatik artritdən müdafiəsinə şərait yardır.
Lakin ən əsası onun qocalıq prosesini ləngitməsidir.
Buna həmçinin süddə olan kalsi də səbəb olur. Odur ki , kim uzun illər sağlam və gənc qalmaq istəyirsə, mütləq hər gün bu qiymətli qida məhsulundan istifadə etməlidir.
ISPANAQ QOZ- FINDIQLA
Posted Sentyabr 15, 2011
on:Maqni ilə zəngin dieata, metobolik sindromun inkişafına mane olur Metabolik sindrom diaqnozu 4 sindrom birgə olduqda qoyulur:
Qarın nahihəsində piylənmə,hipertoniya, qanda xolesterinin yukselməsi ve qlükozanın yüksəlməsi(insulinin normal səviyyəsində).
Bu sindrom ürəyin işemik xəstəliyinin və digər ürək-damar xəstəliklərinin, həmçinin şəkərli diabetin inkişafinin çox böyük risk faktorudur. 15 il 4600 20-30 yaşlı amerikalınin qida rasionu və sonra yaranan metabolik sindrom arasindakı əlaqəni tədqiq edərək aydınlaşdırıblar ki, muntəzəm olaraq qida rasionuna maqni ilə zəngin ərzaqlar əlavə edən gənc insanlarda digərlərinə nisbətən metabolik sindrom 31% az inkişaf edir. Daha yüksək səviyyədə maqni istifadəsi metabolik sindromun komponentlərindən birinin inkişaf riskinin azalması ilə assosassiya olunur.Amerika tibb inistitutunun məsləhətinə görə kişilərin maqniyə sutkalıüq təlabatı 400 mq, qadınlarınkı isə 310 mq təşkil edir. Maqni ilə ın zəngin qidalar bunlardır—ləpəli meyvələr(qoz, fındıq, badam, yerfindığı), həmçinin ispanaq, banan, avokado, quru meyvələr(kişmiş, qaysı, qara gavlı) buğda kəpəyi və yarmalar(qarabaşaq, yulaf, darı)
KƏLƏM NƏYƏ GÖRƏ XEYIRLIDIR
Posted Sentyabr 15, 2011
on:Belə bir məsəl var: ”Əgər tez-tez kələm yesəniz, heç vaxt qocalmarsiz”.
Məsəl boş yerdən yaranmamışdır. Adi baş kələm əsil vitaminlər, mikroelementlər xəzinəsidir və onu müalicə vasitəsi kimi tam şəkildə istifadə etmək olar. Onda istənilən qədər faydalı maddələr—şəkər, zülallar,yağlar, selluloza, fermentlər, bir çox mikroelementlər kompleksi(məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan çoxlu kali), üzvü turşular və fitonsidlər,mineral duzlar, baktrrosid təsirli lizosim, həmçinin qeyri adi miqdarda çoxlu vitamilər—vitamin C(limon və apelsinin tərkibindəkindən çox), P, B1, B2, B3,K, B…, yara xəstəliyinə qarşı vitamin U vardır. O mədənin selikli qişasının müqavimətini artırır, yara artıq əmələ gəlibsə toxumaların regenerassiyasıni və sağalmanın tezləşməsini sürətləndirir. Bundan başqa vitaminU bir çox dəri xəstəlıklərində; ekzemada, psoriazda, neyrodermitdə qeyri adi dərəcədə effektlidir.Kali duzlarının yüksək miqdarına görə kələm böyrək xəstəliklərində faydalıdır. Aterosklerozdan əziyyət çəkənlərə pektin birləşmələri lazımdır ki, onlar da kələmdə vardır. Onlar xolesterini xaric etməyə kömək edir.Öd kisəsinin xəstəliklərində kələm şirəsi ödün sekressiyasını gücləndirir. Bundan başqa şirə qara ciyərə, həmçinin hepatitlərin bütün tiplərində yaxşı təsir göstərir. Mədə-bağırsaq sisteminin xəstəliklərində müntəzəm olaraq yarım stəkan isti, yeməkdən qabaq kələm şirəsi içmək məsləhətdir: ağrılar, ürək bulanma, qıcqırma, qusma şəfalı içginin təsirindən geri çəkiləcəkdir. Nəhayət, kələm arıqlamaq üçün əvəzedilməz vasitədir. Onun yarpaqlarında karbohidratların yağa çevrilməsinə mane olan tartron turşusu vardir. Bundan başqa o yağın qarın nahiyəsındən, buddan, həmçinin toplandığı digər yerlərdən artığının çıxmasını stimullaşdırır.
Qeyri düzgün qidlanma bir başa ürək xəstəliklərinə, piylənməyə, mədə- bağırsaq traktının xəstəliklərinə aparıb çıxarır.
Yağlı qida çəkinin artmasına gətirib çıxarır. Tərkibində çoxlu miqdarda qida əvəzediciləri və rəngləyicilər olan qidaların bolluğu tədricən orqanizmi zəhərləyir, lakin həm də alışmaya səbəb olur. Bişmiş qida doyma hissini kütləşdirir. Qaba bitki mənşəli qida həzm sisteminin işini stimullaşdırır. Ona görə də gündəlik qida rasionunu elə təşkil etmək lazımdır ki, onun tərkibində bacardıqca çox çiy meyvə və tərəvəz olsun.
Zərərli ərzaqların siyahısı:
1. Çeynənən konfetlər, pastila, «meybonlar», «çupa-çupsı». Onların tərkibində küllü miqdarda şəkərlər, kimyəvi əlavələr, rəngləyicilər, qida əvəzediciləri və s. vardır.
2. Həm kartof, həm də qarğıdalı çipsiləri- orqanizm üıün çox zərərlidirlər. Çipsilər rəngləyicilərin və dad əvəzedicilərinin qişasında karbohidratlarla yağların qarışığından başqa bir şey deyildir. Həmçinin kartofel-frinin yeyilməsi də yaxşı heç nə vəd etmir.
3. Şirin qazlı ickilər şəkərlərin, kimyəvi maddələrin və qazların qarışığıdır – bu isə orqanizmdə zərərli maddələrin tez yayılması üçündür. Məsələn Coca-cola içkisi ərp və pası təmizləmək üçün ən yaxşı vasitədir.Qazlı şirin içkilərin tərkibindəki şəkərin miqdarının yüksək konsentrassiyası çox ziyanlıdır, belə ki, 1 stakan suda həll olunmuş 4-5 çay qaşığı şəkər tozuna ekvivalentdir. Odur ki, siz qazlı su ilə susuzluğunuzu yatızdırdıqdan 5 dəqiqə sonra yenə də maye içmək istəyirsiniz.
4. Şokolad batonları. Bu giqant miqdarda kalorinin kimyəvi əlavələr, genetik modifikassiyalaşmış məhsullar, rəngləyicilər və aromatizatorlarla birləşməsindən ibarətdir.
5. Sosislər və kolbasalar. Ətli delikateslər ən zərərli ərzaqlardan biri olaraq qalırlar. Onlar tərkibində gizli yağlar adlanan (donuz dərisi, salo, iç piyləri)və aromatizatorlar və dad əvəzediciləri ilə pərdələnən yağlara malikdirlər. Bir çox ət məhsulları istehsalçıları transgenlərdən istifadə edirdilər. Belə ki, kolbasaların, sardelkakarın,sosislərin 80%(!) transgen soyadan ibarətdir.
6. Yağlı ət damarlarda xolesterin yığıntılarının əmələ gəlməsinə səbəb olur ki, bu da orqanizmin qocalmasını sürətləndirir və ürək damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
7. Mayonez. Mayonez çox kalorili ərzaqdır, bundan başqa onun tərkibində çoxlu miqdarda yağlar və karbohidratlar vardır, həmçinin rəngləyicilər, şirinlik verən maddələrə, qida əvəzedicilərinə və s. malikdir. Zərərli ərzaqlara yalnız mayonez yox, həmçinin ketçup, müxtəlif souslar və ədviyyalar da aiddir.Təəssüf ki, bunların da tərkibində rəngləyicilər, dad əvəzediciləri, gen- modifikassiyalı ərzaqlar az deyildir.
8. Tez hazırlanan əriştə. Bu şübhəsiz orqanizmə ziyanlı olan kimyəvi maddələrlə zəngindir.
9. Duz. Duz təzyiqi qaldırır, orqanizmin duz-turşu balansını pozur, toksinlərin toplanmasına imkan yaradır. Əgər ondan imtina edə bilmirsinizsə, onda çalışın onun istifadəsini minimuma endirəsiniz.
10.Alkoqol. hətta ən kiçik miqdarda belə vitaminlərin mənimsənilməsinə mane olur. Bundan əlavə alkoqol özlüyündə çox kalorilidir.
Normal qidanma qaydaları barədə yüzlərlə məsləhətlər verilir. Min illərin təcrübəsi göstərir ki, bizim mətbəximizdə işlədilən qidaların mütləq əksəriyyəti orqanizm üçün faydalıdır. Əgər belə olmasaydı, təbii seçmə qanununa və təcrübəyə görə həmin qidaların əksəriyyəti gün-dəlik menyudan çoxdan çıxarılmış olardı. ümumiyyətlə, hansı qidanı yeyib-yeməmək nisbi anlayışdır. Bəzi xalqların imtina etdiyi qida növlərini, digər xalqlar yeyir, yaxud əksinə. 1. Bacardıqca çoxlu tərəvəz yeyin Bu məsləhət ilk baxışda əksər adamlar tərəfindən qəbul edilir. Tərəvəzdə çoxlu vitaminlər var. Həzm prosesində tərəvəz köməkçi vasitədir. Tərəvəzin kaloriliyi azdır, ona görə asan həzm olunur, iştah gətirir, təzyiqi normallaşdırır. Bir amili nəzərə almaq vacibdir ki, mədə-bağırsaq sistemində pozuntu olan adamların çoxlu miqdarda tərəvəz yeməsi, problem yaradır. çoxlu tərəvəz yeyilməsi kəskin arıqlamaya səbəb ola bilər. Eyni növ tərəvəzin mütəmadi olaraq qəbul edilməsi, qanazlığına səbəb olur. Ən yaxşı qanyaradıcının heyvan mənşəli qidalar olduğu hamıya bəllidir. 2. Yağlı yeməklərdən imtina edin Yağlı və piyli heyvan mənşəli qidaları menyunuzdan kənarlaşdırın (piyli ət, sosiska, kolbasa). Bu qidalar orqanizmdə xolesterinin miqdarını kəskin artırır, ürək-damar sisteminin fəaliyyətinə mane olur, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir. Digər tərəfdən, yağlı maddələrdən imtina etmək, A və E vitaminlərindən imtina demək olardı. A vitamini boy artımı, gözün görmə qabiliyyətinin normada olmasının əsas bazasıdır. E vitamini nəsl törədəndir və dərinin təravətini və gözəlliyini saxlayan əvəzedilməz maddədir. Məsələ ondadır ki, A və E vitaminləri yağlarda həll olan vitaminlər qrupuna daxildir. Deməli, yağın iştirakı olmadan bədən onları qəbul edərək həzm edə bilməz. Bir də bədəndə yağ turşularının çatışmazlığı baş vrerəndə, adam özü də istəmədən şəkərə meylli olur. Nəticədə həddən artıq kökəlmə baş verir. 3. Bitki yağlarından istifadə faydalıdır Bitki yağları ürək üçün faydalıdır. çünki bitki mənşəli yağlarda xolesterin olmur. Bitki yağları həddən artıq kökəlmənin qarşısını alır, gözün görmə qabiyyətinə müs-bət təsir edir və bədənin immunitetini artırır. Hər gün 20 qram heyvan mənşəli yağ yemək olar. çünki, bir çox vitamin və zülallar yalnız heyvan məşəli yağlarda olur. 4. Karbohidratlardan imtina edin Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi sayılır. Amma onun həddən artıq qəbul edilməsi piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un məhsulları və şirin yeməklərdən müm-kün qədər az istifadə etmək məsləhətdir. 5. Həftədə 3 yumurtadan artıq yeməyin Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında təzə ətdə olanın yarısı qədər xolesterin var. Həm də yumurtada xolesterini parçalayan lesitin maddəsi də vardır ki, həmin maddə xolesterini dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın qızardılaraq, yağ və qatıqla yeyilməsi həzm prosesini asanlaşdırır. Ahıl, az hərəkətdə olan, allergiyaya meyyli insanların müm-kün qədər yumurta yeməmələri məsləhətdir. Gənc, aktiv və idmanla məşğul olan adamların tez-tez yumurta yeməsi faydalıdır. çünki yumurtanın tərkibində insan orqanizmi üçün lazım olan zülallar, manqan, dəmir, mis, kalsium və kobalt vardır. Bundan başqa, yumurta qanazlığına qarşı effektiv vasitədir. Həm də sinir sisteminin fosforla qidalanmasının mənbəyi yumurta hesab edilir. 6. Dəniz məhsullarını istədiyiniz qədər yeyin Dəniz məhsulları çox faydalıdır. Onların tərkibində yod, zülallar, A və D vitaminləri yetərincədir. Dəniz məsulları (balıqlar) qan damarlarında kirəcləşmənin qarşısını alır. Bu məhsullardan tez-tez istifadə edənlər gözlərinin görmə qabiliyyətindən və yaddaşdan nadir hallarda şikayətlənirlər. 7.Xörək duzu Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən miqdarda olmalıdır. Amma bu o demək deyil ki, istənilən yemək duzla yeyiməlidir. 8. Spirtli içkiləri tərgidin Spirtli içkilər orqanizmi zəhərləyir və yorur. Spirtli içki baş beyinin fəaliyyətini tormozlayır, sərbəst hərəkət və dü-şünmə qabiliyyətinin qismən itirilməsinə səbəb olur. Spirtli içkilər qan dövranını zəiflədir. Etil spirti qandakı dəmirlə gec sorulan birləşmə əmələ gətirir və insanın təngnəfəsliyinə səbəb olur. Qırmızı şərabdan müalicə məqsədilə istifadə etmək olar. ümumiyyətlə, Azərbaycanda spirtli içkilərin faydası haqda müzakirə açmaq məqbul hal sayılmır. Ona görə də mövzunu burada qapayırıq. Bir şeyi nəzərə almaq lazımdır ki, spirtli içkilər insan orqanizmə faydadan daha çox, ziyan gətirir.
FAYDALI XURMA
Posted Sentyabr 15, 2011
on:Oktyabr, noyabr aylarinda bağlarda xurma yetişir və bazarlarda , mağazaların piştaxtalarında xurma bolluğu gözə çarpır. Məlum olub ki, xurma nəinki dadlı, həm də çox faydalı meyvədir. Xurmanın vətəni Çin olub, oradan o, Şərqi Asiyaya yayilmış, sonra isə Yaponiyada yetirişdirlməyə başlanmışdır. Azərbaycanda da xurma çox geniş yayılmış və istifadə olunur. Yalnız 19-cu əsrinin sonunda xurma haqqında bütün dünya bilmişdir. Xurma almadan 2 dəfə çox qida lifləri və faydalı mikroelementlərə malikdir. Onda həmçinin çoxlu miqdarda antioksidantlar da vardır. Xurma meyvəsində çoxlu maye, zülallar, karbohidratlar, üzvü turşular, aşı maddələr vardır. Bu meyvə həmçinin kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C , P vitaminləri ilə zəngindir. Xurma dietik ərzaq olub, həzm pozğunluğunda tərkibində pektin olduğu üçün çox xeyirlidir. O, xalq tababətində mədə xəstəliklərinə istifadə olunur. Tərkibində çoxlu miqdarda şəkərlər, əsasən qlükoza və fruktozanın olması ürək damar sisteminə yaxşı təsir ğöstərir və ürək əzələsini qidalandırır və bu zaman qlükozanın qanda səviyyəsi həddindən çox yüksəlmir. lakin şəkərli diabetdə xurma qəbul etmək olmaz. Xurmada olan maqni böyrəklərdə daş əmələ gəlmə ehtimalını azaldır, vitamin A isə xərçəngdən müdafiə edir. Vitamin S və P damarların zəifliyini azaldır.Xurma sidik qovucu və tonuslayıcı xüsusiyyətinə malikdir. Əsəb sistemini sakitləşdirir, iş qabiliyyətini artırır. Bağırsaq və qızılı stafilokklara qarşı bakterisid təsirə malikdir. Soyuqdəymə zamanı 3,5 xörək qaşığı ilə qatışdırılmış bir yetişmiş xurmanın şirəsi ilə boğazı yaxalamaq faydalıdır. Xurmanı kosmetik məqsədlərlədə istifadə etmək olar. Xurmanın içindən və və yumurta sarısından hazırlanmış maska genişlənmiş üz masamələrdə və üzdə qara nöqtələrdə kömək edir.Beləliklə, xurma ürək- damar xəstəliklərinin profilaktikasında faydalıdır, həzmi yaxşılaşdırır və tərkibində çoxlu mikroelementlər vardır. Gündə bir- iki xurma yeyərək, biz yalnız həzz almırıq, həm də öz qidamızı faydalı maddələrlə zənginləşdiririk.
NAR ŞIRƏSI
Posted Sentyabr 15, 2011
on:Xayfa Texnionun tədqiqatçılari aşkar ediblər ki,nar şirəsi şəkərli diabetdən əziyyət çəkənlər üçün əsl dərman ola bilər. Atherosclerosis jurnalinda dərc edilmiş tədqiqatın nəticələrinə görə 3 ay müddətində hər gün 180ml nar şirəsi içmiş pasientlərdə damarlarda aterosklerozun inkişaf riski əhəmiyyətli dərəcədə enmişdir. Ateroskleroz-diabetiklərin ölümünün əsas səbəbidir: mədəaltı vəzin çatmamazlığından əziyyet çəkənlərin 80%-i ondan tələfr olur.
Ən təəcüblüsü odur ki, nar şirəsinin tərkibində olan şəkər qanda şəkərin səviyyəsini qaldırmır—Texnionun tibb fakultəsinin professoru, tədqiqat qrupunun rəhbəri Mixael Aviram bunu xüsusi qeyd edir. Alimlər bunu başqa meyvələrdən fərqli olaraq, nar şirəsinin tərkibindəki şəkərin unikal antioksidantla bağlı olması ilə izah edirlər ki,bu da onu ateroskleroza qarşı preparata çevirir. Lakin qeyd etmək lazımdir,bu tədqiqatda yalnız 20 pasient iştirak etdiyinə görə nəticələrin yoxlanmağa və təsdiqə ehtiyaci vardır.
Amerika alimlərinin axırıncı tədqiqatları göstərdi ki, nar şirəsi kişi potensiyasına viaqradan pis təsir göstərmir.
Hesab edirlər ki, nar şirəsi qan dövranını gücləndirən natioksidantlarla zəngindir.O eyni ilə impotensiyanın müalicəsində istifaə olunan dərmanlar kimi azot oksidinin səviyyəsini yüksəldir, bu da qan damarlarının genişlənməsini sürətləndirir.
Zəif cinsi disfunksiyadan əziyyət çəkən 53 nəfər 21 yaşdan 70 yaşa qədər könüllü 1 ay müddətində şam yeməyindən sonra 1 stəkan nar şirəsi içmişdir. Demək olar ki, onların yarısı məhəbbət sahəsindəki uğurları haqda alimlərə məlumat veriblər.
Kaliforniya universitetinin doktoru Kristofer Forest ereksiyanın pozğunluğundan əziyyət çəkənlərin müalicəsində nar şirəsinin böyük potensiala malik olduğunu söyləyir.
Ürək xəstəlikləri və prostat vəzin xərçəngi riskini azaltmaq qabiliyyətinə görə nar meyvəsi artıq “super meyvə” hesab olunub. Alimlərin fikrinə görə digər meyvələr, çay və qırmızı şəraba nisbətən onun tərkibində daha çox antioksidant vardır.
QIDALANMA VƏ HƏYAT TƏRZI
Posted Sentyabr 15, 2011
on:Britaniyalı alimlər 17 il ərzində qidalanma vərdişləri və ömrün uzunluğu arasındakı əlaqəni tədqiq etmişlər. Bu zaman onlar xəstəliyə və ölüm hallarına təsir göstərən altı faktoru müəyyənləşdirdi.
Bu faktorlar aid edilir: vegetirianlıq və qida rasionunda çiy tərəvəz salatlarına, ləpəli meyvələrə , quru meyvələrə, kəpəklərə, və kəpəkli un çörəyinə üstünlük verilməsidir . Tədqiqata müvafiq olaraq, bu qrupda ölüm halları 17 il ərzində ümumi əhali arasında olduğuna nisbətən aşağı 48% idi. Kişilər arasında mədə-bağırsaq traktatın , sidik-tənasül orqanlarının, tənəffüs sisteminin, diabetdən ölüm halları daha az müşahidə edilir.
Öyrənmə qruplarında qadınlar arasında həm də qan dövranı sistemi xəstəlikləri və psixikanın pozğunluqları nəticəsində olan ölüm halı azalmışdır. Buna baxmayaraq, siqaret çəkmə hətta sağlam pəhriz pərəstişkarları arasında belə ölümün riskini artıra bilmişdir. Subut olunmuş faktdır ki, təzə meyvələrin və tərəvəzlərin istifadələrinə keçmək və siqaret çəkməni dayandırma ürək-damar, əsəb sistemi xəstəliklərindən ölüm halını azaldır . Bu haqda fikirləşməyə dəyər.
http://diabet.az/)