Archive for the ‘QIDALANMA’ Category
SAĞLAM QİDALANMA
Posted Sentyabr 15, 2011
on:Hər kəs sağlam və gənc qalmaq istər. Həyat boyu sağlamlığın isə ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma beşikdən məzara qədər insanın həyatına təsir edər. Sağlam qidalanmanin mənası kafi və balanslı qidalanmaqdır. Kafi qidalanma, adamın ehtiyac duyduğu qida elementləri və enerjini təmin edəcək miqdarda qida qəbul etmə mənasını verər. Balanslı qidalanma isə enerji və qida elementləri ehtiyacının dəyişik qaynaqlardan təmin edilməsidir. Bir adam ola bilər kafi qidalanır, əgər fərqli qidalar qəbul etmirsə, yəni tək növ qidalanırsa, qidalanma baxımından risk altındadır.
Sağlam qidalanma-qidalanma qanunlarına tam və daim əməl etmək deməkdir. Yayılmış fikirlərin əksinə, sağlam qidalanma bahalı ya da ləzzətsiz deyil. Hər kəsin sağlam qidalanma haqqı və şansı vardır.
Həyatdan həzz alaraq , xəstə olmadan uzun illər yaşamaq və həmişə rahat və enerjili olmanın ən kəsə yolu olan sağlam qidalanma həyat boyu davam etdirilməlidir.
Kafi və balanslı qidalanın… Qida ehtiyaclarınızı tam olaraq və fərqli qaynaqlar istifadə edərək təşkil edin. Fərqli qida qaynaqları qəbul etməmək tək növ qidalanmaya səbəb olar və bədən öz tarazlığını davam etdirməkdə çətinlikıə qarşılaşar. Qeyri-kafi qidalanma isə, vitamin və mineral qeyri-kafiliyinə gətirib çıxarar.
Sadə şəkər qəbulını azaldın… Sadə şəkərlər boş enerji qaynaqlarıdır. Bədənimiz üçün lazımlı olan vitamin və minerallardan olduqca kasıbdırlar. Həddindən artıq qəbulı, köklüyə və şəkər, ürək, təzyiq kimi xroniki xəstəliklərə tutulma riskini artırar. Ağ şəkər qəbulınızı minimum səviyyəyə endirməlisiniz.
Doymuş yağ qəbulınızı azaldın… Qatı yağlar doymuş yağ turşuları ilə zəngindirlər. Doymuş yağ turşuları ilə zəngin bir qidalanma ürək xəstəliklərini səbəb olar. Bu səbəblə mümkün olduqca az doymuş yağ qəbul etməyə diqqət edin və quyruq yağı, iç yağı kimi yağlardan uzaq durun.
Keyfiyyətli yağ qəbulunu təmin edin… Qidalarda fərqli növ yağlar vardır və bunların sağlamlığa olan təsirləri bir-birindən fərqlidir. Salatlarımızda zeytun yağı və ya digər bitki yağlarından istifadə etmək, yeməklərimizi günəbaxan və ya zeytun yağı ilə bişirmək və həftədə 2-3 dəfə balıq qəbul etmək qidalanma proqramımızda yağların keyfiyyətli olmasını təmin edər.
Gündə ən az beş boşqab çiy tərəvəz və meyvə qəbul edilməlidir… Bədənimizin ehtiyac duyduğu vitaminlərlə və mikroelementlərlə təmin edilməsi üçün nizamlı tərəvəz və meyvə qəbulı çox əhəmiyyətlidir. Hər pay çiy salat və tərəvəz yeməklərinə yer vermək və ara paylarda təzə meyvə şirələrini və meyvələri seçmək sağlam qidalanmanin bir parçasıdır.
Mövsümündə olan tərəvəz və meyvələr seçilməlidir… Təzə tərəvəz və meyvə qəbulı qədər əhəmiyyətli olan bir başqa mövzu da tərəvəz və meyvələrin mövsümündə olanlarının seçilməsidir. Mövsümünə uyğun qidalanmaq, mövsümü xəstəliklərdən qorunmanın ən fundamental yoludur.
Gündə 2 stəkan qatıq qəbul edilməlidir… Güclü sümüklər üçün kalsium lazımlıdır. Kalsiumun ən yaxşı qaynağı isə süd məhsullarıdır. Gündə 2 su stəkanı süd və ya qatıq qəbul etmək sümük əriməsi (osteoporoz) riskini azaldar və bədənimizin daha balanslı işini təmin edər.
Heyvanı zülal əhəmiyyətlidir… Əzələlərimizin istehsalında, böyümə və inkişafda əhəmiyyətli rol sahibi olan zülallarla zəngin qaynaqlar; ət, süd və məhsulları, yumurta, yağlı ləpələr və taxıl məhsullarıdır. Lakin heyvanı zülallar bitki mənşəli qaynaqlılara görə bədəndə daha təsirli istifadə edilməkdədir. Ayrıca heyvanı zülal qaynaqları dəmir mineralının ən yaxşı mənbəyidir. Bu səbəblə həftədə 2 dəfə qırmızı ət, 2 dəfə toyuq və ya hind toyuğu 2-3 dəfə də balıq qəbul etmək lazımdır.
Bitki mənşəli zülallarla heyvanı zülallar yoldaşdır… Sağlam bir qidalanma proqramında gündəlik zülal ehtiyacının yarısı heyvanı zülallardan, digər yarısı isə bitki mənşəli zülallardan təmin edilməlidir.
Tam taxıl məhsulları seçilməlidir… Rafina taxıl məhsulları keçirdikləri əməliyyatlar nəticəsində tərkibindəki vitamin və mikroelementləri, lifləri itirər. Bu səbəblə B vitaminləri və tərkibində liflər(selluloza) olan tam taxıl məhsulları seçilməlidir.
Düyü plovu az, yarma plovu çox… Yarma düyüyə görə B qrupu vitaminlərdən və liflərlə(selluloza) daha zəngin bir qaynaqdır. Ayrıca aşağı glikemik indeksi ilə daha uzun müddət toxluq və qan şəkərinin nizamlanmasını yüksəldər. Bu səbəblə süfrələrimizə yarma plovu düyü plovuna görə daha çox qonaq olmalıdır.
Spirtli içgi qəbulını məhdudlaşdırın… Əgər spirtli içgi qəbul edirsinizsə gündə 1-2 alkaqol vahidindən çox qəbul etməməyə çalışın. Həddindən artıq miqdarda spirtli içgi köklüyə gətirib çıxarar, vitamin və mineral balansının pozulmasına səbəb olar, ürək sağlamlığını təhdid edər və qaraciyəri yorar.
Su üçün… Bədənimizin düz çalışa bilməsi və hərəkətimizin çətinləşməməsi üçün suya ehtiyacımız vardır. Gündə 8-12 stəkan su qəbul etmək su ehtiyacınızı təmin edər. İsti havalarda isə daha çox su qəbul edilməlidir.
Bişirmə üsullarınızı doğru seçin… Sağlamlıq üçün ən uyğun bişirmə üsulları qızartma, sobada və suda qaynatmaqla bişirmədir. Qızartma və qovurmalar isə sağlamlığımıza mənfi təsirlər edər. Qızartma nəticəsində yaranan sərbəst radikallar, xərçəngə tutulma riskini artıra bilər.
GƏNC QALMAQ ÜÇÜN BUNLARI YEYIN…
Posted Sentyabr 15, 2011
on:Qocalmanın qarşısını almaq üçün müxtəlif metodlar araşdırırlar.
Mütəxəssislər “Super yeməklər” olaraq adlandırılan 14 qida məhsulunu qocalmanın qarşısının alınmasının dərmanı olaraq göstərir. Bu yeməklərdən həftədə ən azı 4 dəfə istifadə olunması təklif edilir.
Lent.az Türkiyə mətbuatına istinadən 14 super yeməyi və faydalarını təqdim edir.
Gül kələmi: Yaşlanmağı gecikdirən bitkilərin önündə durur. Toksinlərin meydana gəlməsinə maneə törədir. Bədəndəki hüceyrələrin zərər görməsini yavaşladır. Xərçəngə qarşı da qoruyucudur.
Portağal: Dinamizmin qaynağıdır. Damar tıxanmasının qarşısını alır. Bədəndəki müqaviməti artırır.
Yulaf: Xolesterol azaldıcı xüsusiyyəti var. Həzmi sürətləndirdiyi üçün də pəhriz reseptlərində seçilir.
Pomidor: Xərçəng önləyici antioksidan ehtiva edir. Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır. İnfarkt riskini də azaldan xüsusiyyəti var.
Som balığı: Bir boşqab som balığı 19 qram zülal və Omeqa-3 ehtiva edir. Omeqa-3 infarkt riskini azaldaraq, qan təzyiqini nəzarətdə saxlayır.
Yaşıl noxud: Zülal, lif və nişasta baxımından zəngin qidadır. Yaşıl noxud bədənə enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizamlayır.
Qoz: Yüksək xolesterolu salan qoz damar tıxanması və şəkər xəstəliyinin müalicəsinə köməkçi olur. Ehtiva etdiyi dəmir sayəsində qan azlığına yaxşı təsir göstərir.
Böyürtkən: Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır. Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.
Qatıq: Zəngin qida dəyəri sayəsində immunitet sistemini gücləndirər, bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur. Bədəndə öz-özünə həzm edilən tək qida qatıqdır. Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.
Balqabaq: Bir kiçik qab balqabaq, gündəlik beta-karoten ehtiyacının 25 faizini, C vitamini ehtiyacının yüzdə 10-unu qarşılayır və yaxşı miqdarda kalium ehtiva edir. Ayrıca yaxşı bir lif qaynağıdır. Beta-karoten, bir çox xərçəng növünün qarşısını almağa köməkçi ola bilər.
Soya paxlası: 453 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün və ya 900 qramlıq sümüksüz ətin ehtiva etdiyi qədər zülal olduğu müəyyənləşib.
Hind toyuğu: 125 qramı bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır. Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.
İspanaq: Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən beta-karoten ehtiva edir. Sağlam gözlər üçün lazımlıdır.
Çay: Gündə 2 stəkan içilən çayla, 4 alma, 5 soğan, 7 portağal yemiş kimi ürək dostu antioksidan maddə almış olarsınız. Xüsusilə uşaqların həftədə ən az 6 stəkan südlü çay içməsi təklif edilir.
MİKROBLARIN DÜŞMƏNİ LİMON
Posted Sentyabr 15, 2011
on:Bu sarı, balaca və turş meyvə orqanizmi mikroblara qarşı qoruyur
“Fitoterapiya və aromaterapiya” adlı kitabda limonun uçucu yağının, bütün infeksiyalarla mübarizə aparması üçün orqanizmin özünü müdafiə sistemini hərəkətə keçirdiyini yazılıb. “Limon yağının, boğaz ağrıları, ağız yaraları, dəri problemində və diş əti xəstəliklərində ya da iltihabların müalicəsində antiseptik, mikrob və bakteriya öldürücü təsiri vardır. Bronxit, zökəm, soyuqdəymə və qripdən sağalmağa kömək edir. Ziyilləri herpes qabarcıqlarını yox edir. Qan dövranını yaxşılaşdırır. Yüksək təzyiq və varikozun müalicəsində kömək edir. Burun qanaması və balaca kəsiklərə qanaxmanı dayandırır. Yüksək temperaturu salır, sidikqovucu təsirə malikdir. Yağlı dərilərdə məsamələri sıxlaşdırır. Orqanizmdə turşuluğu azaltdığı üçün, revmatizma, artrit və həzmsizlikdə turşuluqdan qurtarma təsiri var. Hissi baxımdan canlandırıcı təsirə malik olan uçucu yağ, depressiyanı və qərarsızlığı ortadan qaldırır.”
– Səhər canlanmaq üçün vanna otağında istifadə olunur.
– Dərinizi təmizləmək üçün istifadə etdiyiniz kosmetik vasitələrə bir neçə damla limon uçucu yağı əlavə edildikdə, xoş qoxu, bu məhsulları daha da təsirli hala gətirəcək.
– Sağlam bir saç dərisi və parlaq, gözəl qoxulu saçlar üçün, saçlar yuyularkən, sonuncu dəfə yaxalandıqda suya bir neçə damla uçucu yağ əlavə edin.
– Boğaz ağrıları üçün 2 damla səndəl ağacı uçucu yağı və 1-2 damla limon uçucu yağını ilıq suya qataraq qarqara edin.
Tənəffüs sistemi üzərində antiseptik və bakteriya öldürücü təsiri var. Bəlğəm gətiricidir. Damar və toxumaları sıxlaşdırdığı üçün sızanaqlarda və babasilin müalicəsində istifadə olunur. Sinir sistemində gülcü təsirə malikdir, tarazlayıcı xüsusiyyəti var. Yuxusuzluq və gərginliyin qarşısını alır, sakitləşdirir. Həssas dəri sahibləri seyrək istifadə etməlidir.
1- CI SƏHƏR YEMƏYI- ( saat 730 – 800) Tərəvəz salatı(yağsız) və ya istənilən şəkildə tərəvəz.
1\2 stəkan bişmiş yarma(düyü, qarabaşaq.) və ya 2 dəstə ispanaq qovurması qatıqla 1 ədəd yumurta və ya 2 tikə bərk pendir(yağsız kəsmik).
Bir stəkan çay və ya kofe. 2- CI SƏHƏR YEMƏYI- ( saat 1030 – 1100) 1meyvə- (100 qramlıq 1qırmızı və ya yaşıl alma və ya 1armud və ya 1apelsin və ya 2 gavalı və ya 2 mandarin və ya 12-15 çiyələk meyvəsi və ya 200 qram 2\3 stəkan albalı və ya qarağat)
NAHAR- (1330– 1400) Tərəvəz salatı(yağsız) və ya istənilən şəkildə tərəvəz.
Tərəvəz supu (əgər kartof və ya yarma azdırsa onları hesablamamaq olar)
Qarnir: 1 stəkan bişmiş yarma, kotlet və ya balıq
2-ci NAHAR- (1630– 1700) 1 stəkan qatıq və ya süd + 100 qr. yağsız kəsmik.
1- CI ŞAM YEMƏYI- ( saat 1930 – 2000) Tərəvəz salatı(yağsız).
1\2 stəkan bişmiş yarma və ya yumurta boyda 2 kartof və ya 2 xörək qaşığı kartof puresi. +1 tikə 30 qramlıq çörək 100 qr qızardılmış ət və ya göbələk və ya kotlet və ya balıq.
2- CI ŞAM YEMƏYI- ( saat 2230 – 2300)
1 meyvə=1 stəkan qatıq
CƏMİ: 1500 kkal
Əgər sizin bədən çəkiniz artıqdırsa, yağlarin istifadəsini minimuma çatdırın. Məhz onlar köklüyün səbəbkarıdır.
SOĞAN QOCALMANI LƏNGİDİR
Posted Sentyabr 15, 2011
on:Baş soğanın insan orqanizminə faydalılığı Yaponiya və Fransa alimlərini heyrətə gətirib. Onlar apardıqları təhqiqatlar nəticəsində bu qənaətə gəliblər.
Əslində, bura qədər soğanın yaraları dezinfeksiya etdiyi və sağaltdığı, orqanizmi yoluxucu xəstəliklərdən və sinqadan qoruduğu məlum idi. Ancaq alimlər müəyyən ediblər ki, soğan beyin hüceyrələrini təmizləyir və qocalma prosesini ləngidir. Soğanda olan aktiv birləşmələr qana düşərək orqanizmin bir sıra həyati zonalarına müsbət təsir göstərir. Soğandan vaxtaşırı istifadə edən insanlarda yaddaşa və duyğulara cavabdeh olan beyin hüceyrələri cavan qalır.
Fransa alimləri də ölkənin şimal-şərq reginunda yaşayan qadınların üzərində araşdırma apararaq bu qənaətə gəliblər ki, yeməklərdə soğan və sarımsağın istifadə olunması döş xərçəngi xəstəliyiinə yoluxma riskini xeyli azaldır.