Archive for the ‘www.diabet.az’ Category
Siz işdə və ya iclasda oturmusunuz, və birdən sizin diqqətinizi nə isə cəlb edir. Bu sizin yaninızda oturmuş işçilərdən biridir və siz başa düşürsünüz ki, o nahar vaxtı soğan yemişdir. Və siz hətta sezmirsiniz ki, 1 saat bundan qabaq yeyilmiş bir tikə coğan iclasdakı işçiləri stullarını uzaqlaşdırmağa məcbur edir.
Ağızdan gələn pis qoxu , siz fikirləşdiyinizdən daha çox yayılmış haldır. Doktor Harold Katsın sözlərinə görə yer kürəsi əhalisinin üçdən biri ağızdan gələn pis qoxudan əziyyət çəkir, bir çoxları isə hətta bundan xəbərsizdirlər.
O deyir: “ona görə də siz öz nəfəsinizi hiss etməyə bilərsiniz” və əlavə edir ki,beyin iyə alışır ki, bu prosesdə akmassiya adlanır. Kaliforniyadan olan nəfəs klinikasinin banisi Kats təstiq edir ki, sizin ağzinizdan iyin gəlməsinə yediyiniz qidanin bilavastə təsiri vardir. Amerika Dantistlər Assosassiyasına gorə nə qədər ki, qida orqanizimdən xaric olmayıb, iy o vaxta qədər qalacaqdır.
Belə ki, siz bir tikə sarimsaqlı qida qəbul etdiyiniz vaxtdan sarimsağin tərkibində ki komponentlər qana keçir, sonra ağ ciyərlərə çatir və sonra xaric olur-bütün bu vaxt ərzində siz iy verəcəksiniz. Aydın məsələdir ki, soğan , sarımsaq kimi qidalar nəfəsə bilavastə təsir edə bilir, belə ki, onların tərkibində sulfitli birləşmələr vardır- məhz onlar xoşa gəlməyən iyin səbəbidir.Lakin Katsın mülahizəsinə görə daha az məlum olan iy məmbələri var ki , onlara gorə də sizin nəfəsiniz hamini otağı tərk etməyə məcbur edə bilər.
Ağızda bakterialar.
Pis iyin mədədən gəlməsi haqqında olan informasiya bir mifdir. Praktik olaraq həmişə iyin əmələ gəlməsinin səbəbi dilin altinda, qırtlaqda, badamciqlarda yaşayan bakterialardır. Bəzi ərzaqlar pis iyin dolayı səbəbi ola bilər, çünki onlar sulfit hazirlayan anayerob bakteriyalar üçün yanacaq olub, pis iyin mənbəyi olurlar. Süd, pendir, yoqurt kimi ərzaqlar da pis qoxunun səbəbi ola bilərlər. Onların tərkibində zulallar var ki, bu mənfur bakterialar onlardan yanacaq kimi istifadə edirlər, və onların həyat faliyətindən pis qoxu əmələ gəlir.
Nəfəsin təravəti üçun sizin nə içdiyiniz də vacibdir.
Kofe-bu turşu birləşmələri olan mayedir, bakterialar isə turşulu mühütdə özlərini çox yaxsi hiss edirlər, çünki orda onlar cox tez artırlar. Tərkibində şəkər olan konfetlər, saqqızlar da problemlidir, çünki bakteriyalar şəkərlə qidalanırlar. Kats böyüklər üçün içkiləri məsləhət görmür, çünki alkaqol ağız boşluğunu qurudur ki, bu da bakteriyaların artmasına imkan yaradır.
Qəbul etdikləri qidada kaloriyə nəzarət edənlər də ehtiyatlı olmalıdırlar. Kats deyir ki, “siz dieta saxlayarkən ağız suyu və onunla birlikdə təbii müdafiə də azalır”. Orqanizm yığılmış piyi istifadə edib parçalayarkən, bu da xoşagəlməz iyin yaranmasına səbəb ola bilər.
Əgər siz yüksək zülallı dieta gözləyirsnizsə, bu zaman bakteriyalar zülalları amin turşularına cevirir ki, nəticədə də xoşagəlməyən iy əmələ gəlir.
Su xoşagəlməz iyi yuyub aparır.
Kats iddia edir ki, xoşagəlməz iydən ən yaxşi vasitə gündə 7-8 stəkan su içməkdir. Çay da komək edir. Ağız suyu nəfəsin təravətini saxlamaq üçün təbii vasitədir. “Ağız suyunun tərkibində oksigen vardır ki, o da anayerob bakteriyaların təbii düşmənidir”. Katsin təbirinə görə “ağız suyu nə qədər çox olarsa nəfəs də bir o qədər təravətli olar”. Tərkibində çoxlu su olan qidalar- xiyarlar,kərəviz, üzüm, yerkokü, yunan qabağı da kömək edir. Qarpız və çiyələk kimi şirəli qidalar da ağız suyunun hazırlanmasını stimullaşdırdığı üçün bakteriyalardan qorunmağa komək edir. Əgər siz soğan, sarımsaq və digər ”ətirli” yeməklərdən imtina edə bilmirsiizsə, onda ağzınızı oksigenlə zəngin xüsusi məhlulla yaxalayın və dişlərinizi təmizləyin.
Katsin sözünə görə ağız yaxalamaq üçün olan məhlulların tərkibindəki oksigenli birləşmələr sulfid birləşmələri ilə birləşir və qoxusuz birləşmələr yaradır. Tərkibində spirt olan ağız yaxalamaq üçün məhlullar arzu edilən nəticəni vermir, çünki ağızı qurudur.
Səhər yeməyi əhəmiyyət daşıyır.
Kats səhər yeməyi etməyi hər gün məsləhət görür. O deyir ki, səhər yeməyini etməyən insanlar xoşa gəlməyən iy qazana bilər, çünki səhər qida qəbulu dərhal ağız suyunun yaranmasını stimullaşdırır. “Siz yatarkən ağız suyu hazırlanmır və buna görə də sanki ağızda sulfid hazirlayan fabrik işləyir ki, bu da 7-8 saat fəaliyyət göstərir-buna görə də bakteriyalarla mübrizə aparmalı olan nə ağız suy, nə də oksigen yoxdur”.
Dişlərin tımizlənməsi ən yaxşı iə vasitısidir. Qida qalıqları dişlərin arasinda,dildə, damaq ətrafnda yığılr.Sonra o çürüməyə başlayır və xoşa gəlməyən iy yayır. Yeməyə görə siz daim pis qoxu yaymayacaqsınız. Kats deyirki,”ağız suyu yaranan kimi bir çoxlarında təravətli nəfəs bərpa olunur”.
Hal-hazırkı dovrdə ölümlərin yarıdan çoxunun səbəbi ürək-damar xəstəlikləridir; habelə bu hal elə bil ki, insanların sağlamlığının normal, qüvvəsinin çiçəkləndiyi bir vaxtda qəflətən onları məhf edir. ÜST-nin məlumatına görə dünyanın yaşlı əhalisinin arasında ölümün səbəbinə görə ürək və onkoloji xəstəliklərdən sonra insult üçüncü yer tutur.
Insultun ən çox yayılmış səbəbi nəzarət olunmayan arterial hipertoniyadır. Sizi mütləq baş ağrıları, vaxtaşırı olan təngənəfəslik, burun qanaxmaları, artmış yorğunluq, qulaqlarda səs, zəiflik kimi narahatçılıqlar təlaşa salmalıdır. Daha bir risk faktoru beyin arteriyalarının aterosklerozudur. Damarlar zaman keçdikcə öz elastikliyini itirir, zəifliyir, kövrəkləşir, onların divarlarında qanın tərkibindəki artıq xolesterin hesabına çöküntülər, yığıntılar yaranır. Ürək damarlarında ciddi dəyişiklik olduqda miokard infarktı, beyini qidalandıran damarlar zədələndikdə isə- insult inkişaf edə bilər.
Çox vaxt elə olur ki, hipertoniya və ateroskleroz hər ikisi birlikdə olur, işemik insult isə onlarin nəticəsində yaranır.
Damarlar yüksək təzyiqə dözmək qabiliyyətlərini itirirlər. Qan onların divarlarından tənzifdən keçən kimi sızıb keçməyə başlayır-və bu artıq işemik insultdur. Nəticə isə çox acinacaqlı olur: letal nəticədən tutmuş tam və ya hissəvi iflicə qədər. Əgər əvvəllər insult ən çox yaşlı insalarda rast gəlinirdisə, hal-hazırda onun qurbanı 30-40 yaşlı insanlar da olurlar. Çox vaxt bu onlarin öz etinasizlığından yaranır, belə ki,təzyiq azaciq-150-160- a qədər yüksəlir, digər simptomlar olan başgicəllənmə, tez yorulma, baş ağrısını isə xəstəlikdən başqa nə ilə desən əlaqələndirirlər, məsələn gərgin iş qrafiki ilə. Yaxınlaşan insultun ilk qaranquşları hipertonik krizlərdir ki, bu zaman baş ağrısı, ürək bulanma, göz qarşısında nöqtələr əmələ gəlir. Belə hallarda insan mütləq həkimə müraciət etməlidir.
Indi isə insultun profilaktikasindan danışmaq vaxtıdır. Xəstəliyin risk faktorları arasında korreksiya oluna bilən, yəni insanin təsir edə biləcəyi faktorlar vardır:
-AT-ə nəzarət etmək lazımdır(o 140/90 mm. c. s. yuxarı olmalı deyil., diabetli xəstələrdə isə 130/80 mm. c. s. artıq olmamalıdır)
– əgər sizdə diabet varsa, karbohidrat mübadiləsinin kompensassiyasına nail olmaısınız;
-çəkinizi nəzarətdə saxlamalısınız, fiziki aktivliyinizi inkişaf etdirməlisiniz;
-heyvani yağların və duzun üstünlük təşkil etdiyi qeyri düzgün qidalanmadan və həmçinin alkaqoldan imtina etməlisiniz;
-əgər Siz siqaret çəkirsinizsə onu təcili tullamalısiniz;
Lakin təssüf ki, bir neçə korreksiya olunmayan da faktorlar vardır:
-ailə anamnezi, yəni pis irsiyyət:əgər sizin qohumlarınızdan ana tərəfdən 65 yaşa qədər, ata tərəfdən isə 55 yaşa qədər insult keçirən olubsa, onda sizdə insultun inkişaf riski əhəmiyyətli dərəcədə artır;
-yaş: kişilərdə insultun inkişaf riski 55 yaşdan sonra, qadinlarda isə 65 yaşdan sonra yüksəlir. Aşkar olunub ki, arterial təzyiq eyni olduqda, yaşlı insanlarda insult riski orta yaşlılara nisbətən 10 dəfə yüksək olur.
-cinsiyyət; kişilər qadınlara nisbətən daha çox xəstələnir.
Individual riski yalnız həkim təyin edə bilər.
Öz sağlamlığınız və uzunömürlülüyünüz naminə mubarizəni həyat tərzindən başlamaq lazımdır. Əlbəttə onu kardinal sürətdə dəyişmək asan deyildir, lakin inanın ki, bunu etməyə dəyər. İşemik insultların profilaktikasının müvəffəvəqiyyətinin rəhni hər şeydən əvvəl ,xəstənin özünün düzgün davranışıdır. Çox vaxt insanlar həddindən çox fiziki əməyin qurbanı olurlar. Həyat yani sahədə həddindən çox güc sərf etmək bəzən sağlamlığın itirilməsinə səbəb olur. Ona görə də yaz, yay aylarında insult və infarktların sayı artır. Həm də əgər xəstənin təzyiqi yüksəkdirsə,isti havada işləmək ona əks göstərişdir. Həmçinin yay aylarında hipertoniklər üçün uzun müddət günəş vannası qəbul etmək əks- göstərişdir. Butun gun ərzində qızmar günəş altında olmağın nəticəısi çox vaxt hipertonik kriz olur ki, bu da çox vaxt işemik insultla qurtarır.
Ehtiyyat tədbirləri çox sadədir:
– günəş vannasını səhər və axşam saatlarında qəbul edin, saat birdən beşə kimi günəşli yerə çıxmayın
Gənclər müstəqilliyin çatışmamazdığından, qocalar isə ölümün yaxınlaşmasından əzab cəkirlər. lakin amerikan tədqiqatçıları hesab edirlər ki, ən pis vəziyyət insanlarda yaş 40-ı ötdükdən sonra başlayır.
Əvvəlki tədqiqatlara görə belə hesab edirdilər ki, insanın psixi sağlamlığı onun yaşından asılı deyildir.Lakin ABŞ Dartmurt kollecinin və Uorvik Universitetitinin mütəxəssisləri bu müddianı təksib etdilər. Onlar Amerika, Avropa və bir neçə inkişaf etmiş ölkələrdə 2 milyon respondent arasında sorğu keçirərək, psixi sağlamlıq sahəsində ən böyük həcmli tədqiqatlardan birini apardılar.Nəticədə alimlər özünə məxsus “xoşbəxtlik qrafiki” quraraq, burada özündən və öz həyatından razılıq zirvəsinin gənclik və gocalıqda olmasını, orta yaşın isə ən uğursuz və bədbaxt olduğunu göstərdilər.
Belə ki, mütəxəssislər tərəfindən sorğu kecirilənlər arasında ən müxtəlif sosial qrupların nümayəndələri, milliyəti, gəliri, maraqları və s. müxtəlif olan insanlar olmuşdur. Sorğunun nəticələri hamı üçün – varlilar və kasıblar, ailəlilər və subaylar, kişilər və qadınlar üçün təxminən eyni olmuşdur. Alimlərin mülahızəsinə görə, insan həyatının ən krizis dövrü 44 yaşdır.
– Belə bir hal məntiqə uygun olardı ki, insan qocaliğı və ölümü nə qədər çox hiss edirsə, bir o qədər özünü bədbəxt hesab edir. Lakin tədqiqatların müəlliflərindən biri olan professor Endryu Osvald söyləyir ki, bu tamamilə əksinədir
– Orta yaşlı insanlar depressiyaya daha çox meylli olub, qoca insanlara nisbətən özlərini qat-qat az xoşbəxt hesab edirlər. Bunun səbəbi bizim üçün çox müəmmalıdır, lakin tədqiqat nəticəsində alınan sübütlara heç bir şübhə ola bilməz.
Hal-hazırda mütəxəssislərin bu “krizisin” əmələ gəlmə səbəblərinə bir neçə fərziyələri vardır. Bunlardan birinə görə, gənc yaşlarda insanın çoxlu arzu və təşşəbüsləri olur və bunların gələcəkdə tamamilə həyata keçəcəyi güman edilir. Lakin yaşlaşdıqca biz məyus oluruq, əlimiz işdən soyuyur və dəyərlərə yenidən baxmalı oluruq.
– Heç da hamı estrada ulduzu və ya məhşur futbolçu olmur, – Osvald öz şərhində söyləyir. – 30-40 yaşlarında elə bil ki, realliq bütün problemləri ilə birlikdə bizim “üzərimizə tökülür”. Lakin qocalıqda biz həyat həqiqətləri ilə barışmağı öyrənirik və buna görə də özümüzü rahat hiss edirik.
Digər fərziyəyə görə, xoşbəxt insanlar çox yaşayır. Başqa sözlə qoca yaşlarına qədər həyatdan narazılar yox, həzz almağı bacaranlar yaşayır. Digərləri isə 40 yaşında depressiyaya düşür və 50-60 yaşlarında vəfat edirlər. Digər fərziyəyə görə isə qocalıqda insan həyatı necə var ele də qəbul edib qiymətləndirir, çünki dostlarının və yaxınlarının həyatı tərk etdiklərini görür.
– Osvald deyir ki, ümüd edirik ki, bizim tədqiqatlarımız gələcəkdə bu fenomenin öyrənilməsi üçün bir təkan olacaqdır. Əgər insanlar başa düşsələr ki, onların depressiyaları və çətinlikləri yaşla əlaqədar normal haldır, yəgin ki, onda onlar bu krizisi qat-qat asan keçirələr.
DİŞLƏR VƏ AĞIZ BOŞLUĞUNA QULLUQ
Posted Sentyabr 15, 2011
on:Dişlərə düzgün qulluq etməmə diş əti və ağız boşluğunda damaqların xəstəliklərinin və digər infeksiyaların əmələ gəlmə ehtimalını yüksəldir. İnkefsiya Sizdə qanda şəkərin miqdarını yüksəldə bilər. Qanda şəkərin yüksəlməsi də öz növbəsində ağız boşluğunda infeksiyanın gedişini pisləşdirə bilər. Əgər siz damaq, diş əti və s. infeksiyalıarının ilk əlamətlərini və dişlərə düzgün qulluğu bilirsinizsə, özünüzü qoruya bilərsiniz.
DİŞ ƏTİ XƏSTƏLİKLƏRİ
Diş əti xəstəlikləri infeksiyadan əmələ gəlirlər. Bu infeksiya dişlə diş əti arasında yapışqanlı pərdə şəklində yaranıb, bakteriyalardan ibarət olur və diş ərpi adlanır. Bu təbəqəni dişləri fırça və diş sapı ilə təmizləyərkən yox etmək lazımdır. Əks halda infekyisa ilə dolu təbəqə zaman keçdikcə diş daşına çevrilər. Bu zaman diş əti ərp və diş daşı ilə örtülür, qızarır, göynəyir və şişir. Belə olduqda dişlərin hətta ehtiyatla fırçalanması qanaxmaya səbəb ola bilər. Bu isə artıq qinqivitdir. Qinqvitə məhəl verməmək isə diş əti xəstəliklərini daha da ağırlaşdıra bilər.
Diş ətinin xəstəliyi son nəticədə diş ətini dişdən ayrılması ilə nəticələnir. Dişin kökləri açılır və adama elə gəlir ki, dişləi uzanıb. Dişlərlə diş əti arasında cibciklər yaranır. Bu cibciklər bakteriya və irinlə dolu olub əsl infeksiya mənbəyidir. Bu periodontit adlanır.
Periodontit çənə sümüklərini zədələyə və tamlığını poza bilər. Dişlər laxlamağa başlayır. Bunu dişlərin sırasına ağızı yumduqda baxarkən müşahidə edə bilərsiniz. Dişləriniz tez bir zamanda laxlayar, öz-özünə düşər və ya çəkilməkmək məcburiyyəi ilə üzləşər. Diş ətinin xəstəlikərinin ilk əlamətlərini bilməyiniz sonrakı fəsadlardan sizi qorumuş olur.
Diş əti xəstəliklərinin əlamətləti
•Diş ətinin qızarması
•Şışmiş və ağrılı diş əti
•Diş fırçası ilə təmizlədikdə qanxmanın müşahidə oluması
•Diş ətini sıxdıqda diş əti və dişlər arasından irinin müşahidə olunması
•Ağızdan pis qoxunun gəlməsi,
•Dişlərin laxlaması və aralanması
•Yumulu ağızda dişlərin vəziyyətinin dəyişməsi
Əgər bu əlamətlərdən heç olmasa birini müşahidə etmisinizsə, mütləq diş həkiminə müraciət edin.
DİŞ ƏTİNİN DİGƏR XƏSTƏLİKLƏRİ
Ağiz boşluğunda infeksiyaları bütün ağızı tamamilə yox, müəyyn sahədə müşahidə olunur. Törədici göbələk və ya bakteriya ola bilər. Ağız boşluğunun infeksiyalarının ilk əlamətlərini tanıyın. Ağız boşluğunun infeksiyalarının əlamətləri.
•Diş ətrafı toxumanın, diş ətinin və ya digər sahənin şişməsi
•Diş ətrafı toxumada, diş ətinidə və ya ağızda digər sahədə irinin olması
•Ağız boşluğunda ağımtıl və ya qırmızı köpüşüyün olması
•Ağız boşluğunda və ya üz boşluqlarında ara verməyən ağrı
•Dişdə qara ləkənin və ya oyuğun olması
•Soyuq, şirin və ya istinin təsirindən dişlərin sızıldaması
•Çeynəmənin ağrılı olması
DİŞLƏRİ NECƏ QORUMAQ OLAR
Qanda çəkərin miqdarına tənzimləyin. Əgər qanda qlükozanın miqdarı optimal həddədirsə, diş əti infeksiyalarının əmələ gəlmə ehtimalı nəzərəçarpacaq dərəcədə aşağı düşmüş olur.
Dişlərinizi mütəmadi təmizləyin. Ən azı gün ərzində 2 dəfə dişlərinizi tərkibində flüor olan diş məcunu ilə təmizləyin. Yaxşı olar ki, hər dəfə qida qəbulundan sonra dişləri təmizləyəsiniz. Lakin dişləri çox bərk təmizləmək məsləhət deyil. Bu zaman diş ətini dağıda bilərsiniz. Laxlayan dişlər üçün xüsusi yumşaq və ya həlqəvi diş fırçalarından istifadə etmək lazımdır.
Çalışın diş fırçasını hər 3-4 aydan bir təzələyəsiniz.
Gündə ən azı bir dəfə dişlərinizi diş ipi ilə təmizləyin. Əgər diş ipi ilə təmizləmək xoşunuza gəlmirsə, heç olmazsa dişlərin arasını diş təmizləyənlə təmizləyin. Diş ipi ilə dişlərin təmizlənməsi zamanı ərp və qida qalıqlarını da təmizləmiş olursunuz. Diş fırçası ilə də dişlərin təmizlənməsi zamanı ərp və qida qalıqlarını da təmizləmiş olursunuz.
Diş həkiminə müraciət edin. Diş həkimi və ya ağız boşluğu üzrə mütəxəsis hər 6 aydan bir müayinə aparmalı və sizin dişlərinizi təmizləməlidir. Bu prosedura diş ərpindən və diş daşından azad olmağa yaxşı imkan yaradır. Həkiminiz ən azı 2 ildə bir dəfə dişlərin rentgen şəklini çəkib, sümük zədələnməsinin olub-olmamasını öyrənməlidir.
Bəzi şəxslərdə sümüklərin zədələnməsi peridontitin yeganə əlaməti olur.
ARTERIAL HIPERTENZIYA
Posted Sentyabr 15, 2011
on:Arterial hipertenziya əhali arasında geniş yayılmış xəstəliklərdən biri hesab edilir.
Yaş artdıqca bu xəstəliyin yayılması daha da çoxalır. Hərçənd ki, bu xəstəliyə
cavan adamlarda da kifayət qədər tez- tez rast gəlinir.
Arterial hipertenziya 2 formada olur:
1) İdiopatik arterial hipertenziya. Buna eyni zamanda hipertoniya xəstəliyi də
deyirlər. Xəstələrin %98 bu qruba daxildir.
2) Simptomatik arterial hipertenziyalar. Bu mənşəli arterial təzyiqin yüksəlməsi
böyrək xəstəlikləri, böyrək damarlarının patologiyaları, endokrin xəstəliklər,
mərkəzi sinir sisteminin zədələnməsi və xəstəlikləri və s. səbəblərdən əmələ
gəlir.
Arterial hipertenziya dedikdə biz arterial təzyiqin hansı rəqəmlərini nəzərdə
tuturuq?
Ümumdünya Səhiyyə Təşkilatı və Arterial Hipertenziyaya görə Beynəlxalq
Təşkilatın təsnifatına görə -arterial təzyiqin >_ 140/90 olması arterial
hipertenziyanın olmasını göstərir.
Arterial hipertenziyanın əhali arasında geniş yayılmasına baxmayaraq, arterial
təzyiqə düzgün nəzarət edilmir. Nəticədə ürək, beyin, göz dibi, böyrəklər və
damarlar tərəfindən ciddi fəsadlar baş verir. Xəstələr uzun müddət arterial
hipertenziyanın olmasına baxmayaraq, onun səviyyəsinə fikir vermirlər, dərman və
dərmansız vasitələrdən ( pəhriz, rejim ) istifadə etmirlər yaxud onlara əməl
etmirlər. Bir qrup xəstələrdə arterial hipertenziyanın müxtəlif əlamətlərinin
olmasına baxmayaraq arterial təzyiqi ölçmürlər, müxtəlif ağrıkəsici preparatların
qəbulu ilə məhdudlaşırlar. Arterial təzyiqin yüksək olmasına baxmayaraq, bir çox
xəstələr düzgün, adekvat dozada hipotenziv terapiya qəbul etmirlər. Müalicə qəbul
edənlərin çox az bir hissəsi düzgün müalicə qəbul edirlər və nəticədə miokardın
infarktı, baş beyin insultu, böyrək çatışmazlığı, görmənin pozulması, zəifləməsi və
s. kimi həyat üçün çox təhlükəli olan ağırlaşmalar baş verir. Buna görə arterial
hipertenziyanı məhz “ gizli qatil” adlandırırlar. Xəstəlik davam edir və arterial
hipertenziya tədricən hədəf üzvlərini zədələyir.
Arterial hipertenziya eyni zamanda bir çox başqa xəstəliklərin, o cümlədən ürəyin
işemik xəstəliyinin, şəkərli diabetin əmələ gəlməsini sürətləndirir. Ədəbiyyat
məlumatlarına görə, arterial hipertenziyası olan xəstələrin 1/3 –də eyni zamanda
şəkərli diabet də müşahidə edilir, miokardın infarktı, ürək çatışmazlığı daha tez-tez
baş verir.
Arterial hipertenziyanın geniş yayılmasını nəzərə alaraq, artıq bir neçə ildir ki,
Avropa dövlətlərində hipertenzioloq ştatı təsis edilmişdir ki, bu ixtisaslı həkimlər
yalnız arterial hipertenziyanın aşkar edilməsi, diaqnostikası və müalicə məsələləri
ilə məşğul olurlar. Ancaq bu xəstəliyin gedişinə ciddi nəzarət etməklə, dərman
müalicəsinə və dərmansız tədbirlərə əməl etməklə xəstəliyin verə biləcək
ağırlaşmalarının qarşısını almaq olar.
Məlumdur ki, arterial hipertenziya formalaşandan sonra bu xəstəlik sağalmır.
Bütün dünyada xəstəliyin müalicəsinin prinsipi ondan ibarətdir ki, arterial təzyiqin
səviyyəsinə düzgün nəzarət olunsun, arterial təzyiq < 140/90 mm c. süt. olsun.
Belə olduqda xəstəliyin ağırlaşmaları da azalır, xəstələr uzun müddət həyat
keyfiyyəti göstəriciləri pozulmadan yaşaya bilirlər.
Hipertaniyalı bütün xəstələr qəti olaraq duzdan uzaq durmalıdır. Unutmayaq ki,
təzyiqin kontroldan çıxmasının ən əsas səbəblərindən biri duzdan istifadə
edilməsidir. Qəti şəkildə süfrənizdə duz tutmayınız, süfrədəykən heç bir yeməyə
duz əlavə etməyiniz. Yemək pişirirkən yeməyə olduqca az duz qatın. Onsuzda
günümüzdəki bir çox qidada normadan xeyli yüksək duz mevcuddur.
Xəstəliyin müalicəsində hal-hazırda müxtəlif təsir mexanizmli antihipertenziv
dərman preparatları müvəffəqiyyətlə istifadə edilir.
Unutmayaq ki, həkiminiz tərəfindən sizə məsləhət görülən təzyiq dərmanları hər
gün və ömürlük istifadə edilməlidir. Dərman istifadəsindən sonra təzyiqiniz normal
seyredəcək. Dərman istifadəsinə baxmayaraq təzyiqiniz yüksək seyr edərsə mütləq
öz həkiminizə baş vurun. Bu halda həkiminiz ilkin olaraq istifadə etdiyiniz
dərmanın dozasını artıracaq. Ehtiyac olarsa əlavə dərman pereparatı yazacaq.
Dərmanınızı bu hala aldanaraq kəsməyiniz. Çünkü 1-3 gün sonra təzyiqiniz təkrar
yüksələcəkdir.
Hər bir təzyiq xəstəsinin etməsi gərəkənlər:
1. Bütün yeyəcəkləri mümkün olduqca duzsuz olmalıdır.
2. Artıq kilolarını verməlidirlər.
3. Təzyiq dərmanlarını vaxtında qəbul etməlidirlər.
4. Şəkər xəstəliyi varsa qanda şəkər səviyyəsi normala gətirilməlidir.
5. Gündə ən az 4-6 km iti addımlarla gəzintiyə çıxmaq lazımdır.
6. Siqret qəti şəkildə buraxılmalı və yanınızda siqret çəkilməsinə belə izin
verməməlisinz. Çünkü bu halda siz də ən azi %25 siqaret çəkmiş kimi
olursunuz.
7. Mümkün olduqca bitkisəl yeməklər və meyvələr daha çox istifadə edilməlidir.
8. Yağlı yeməklərdən uzaq durulmalıdır.
9. Əsas olaraq toyuq və balıq əti istifadə edilməlidir.
“Arterial hipertenziya” işçi qrupunun üzvlərinin məqsədi əhalimizi bu
patologiyanın Azərbaycanda yayılması, səbəbləri, əmələ gəlmə mexanizmləri,
diaqnostikası üsulları və müalicəsinə dair həm ölkəmizdə, eyni zamanda dünyada
olan yeni məlumatlarla tanış etməkdən ibarət olacaqdır. Çalışacayıq ki, əhaliyə bu
sahədə yüksək ixtisaslı yardım və məsləhətlərimizlə kömək edək.
“Arterial hipertenziya” işçi qrupu adından
S. Mehdiyev.
Hipertoniya və dislipidemiya mütləq müalicə olunmalı və nəzarətdə saxlanılmalıdır. Hər bir
insan ildə bir dəfədən az olmayaraq lipid profilini və qan təzyiqini yoxlatmalıdır. Belə bir
nəzarət tezliyi yalnız bu göstəricilər normal səviyyədədirsə kifayət edər, yəni əgər:
•ümumi xolesterinin səviyyəsi 5.2 mmol / l aşağı
(sonuncu məlumatlara görə 4.8 mmol /l aşağı!)
•yuxarı (sistolik) qan təzyiqi səviyyəsi 140 mm. c. s. aşağı
•aşağı (diastolik) qan təzyiqi səviyyəsi 85 mm. c. s. aşağı
Əgər bu göstəricilərin səviyyəsi normadan yuxarıdırsa, onda daha tez-tez nəzarət və əlbəttə ki, müalicə tələb olunur. Bir qayda olaraq, həm hipertoniya, həm də dislipidemiyanı müalicə etmək üçün dərman təyin olunur. Lakin bu xəstəliklərə təsir edən ən güclü bir vasitə də pəhrizdir. Bu pozulmalar güclü olmadıqda pəhriz yeganə müalicə metodu kimi istifadə edilə bilər (pəhriz haqqında fəsilə bax) və müvafiq dərmanlar istifadə edildikdə isə müalicənin əsas fonu olmalıdır.
Bir daha təkrar etmək vacibdir ki, qan təzyiqi və xolesterin səviyyələrinə artıq çəkinin azaldılması çox əhəmiyyətli müsbət təsir göstərir.
Əgər qan təzyiqinin öhdəsindən gəlmək mümkün olmadıqda həkim dərman yazırsa, bundan qorxmaq lazım deyildir. Hipertoniyanın müalicəsi üçün hal-hazırda müasir dərmanlar çoxdur və onların mənfi təsiri minimaldır, bir qayda olaraq uzun müddət (illərlə) qəbul edilə bilər. Hər bir xəstəyə qan təzyiqini normallaşdırmaq üçün effektiv müalicə tapmaq olar, başqa sözlə AT-in normallaşmasına nail olmaq olar. Dərmanın və ya çox vaxt tam əsaslı olaraq bir neçə dərman vasitələrinin kombinasiyasının fərdi seçilməsi prosesi müəyyən zaman çəkə bilər. Bu proses mütləq nəzarət tələb edir: qan təzyiqinin həm həkim, həm də xəstələr tərəfindən dəfələrlə təkrar ölçülməsi, bəzən hər hansı bir laborator müayinə, elektrokardioqramma (EKQ), və s. lazımdır.
Hipertoniyanın müalicəsi prosesində xəstənin özünün iştirakı və başa düşməsi vacibdir. Bəzən xəstələr çox böyük səhv edərək təzyiq normallaşan zaman “kurs müalicəsinin” qurtardığını zənn edərək dərman qəbulunu kəsir, və ya dərmanı ara-sıra, özlərini pis hiss etdikdə qəbul edirlər.
Yeri gəlmişkən, yüksək qan təzyiqi zamanı mütləq baş ağrısı və ya hər hansl bir digər narahatlıq olmalıdır anlayışı səhfdir. Klinik müşahidələr göstərir ki, əksər xəstələr yüksək qan təzyiqi zamanı heç bir əziyyət, narahatçılıq hiss etmirlər. Yəni bu vəziyyətə qanda yüksək şəkər səviyyəsində olduğu kimi adət etmək olar və hər şeyin qaydasında olması kimi aldadıcı hiss yaranır.
Anlamaq lazımdır ki, hipertoniyanın müalicəsi üçün lazım olan dərmanları daimi qəbul etmək lazımdır, yəni AT yalnız yüksək olduqda deyil, həmçinin normallaşdıqda da qalxmaması üçün qəbul edilməlidir!
Bir halda ki, ev şəraitində qan təzyiqinə müstəqil nəzarət bütün xəstələr üçün çox faydalıdır, onda hipertoniyalı bütün xəstələrin evində qan təzyiqini ölçmək üçün cihazın olması və ondan istifadə edə bilməsi çox arzu ediləndir.
BLOQ HAQQINDA
Posted Sentyabr 15, 2011
on:Bu bloqda mənim azərbaycan dilində sağlamlıq, sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, psixi kamillik, sağlamlığı möhkəmlətmək haqqında fikirlərim öz əksini tapacaq və mən burada sağlamlıq haqqında ən maraqlı fikirləri, məqalələri yerləşdirəcəyəm. Uzun illər sağlam həyat tərzi keçirdiyimə, sağlamliğa aid çoxlu ədəbiyyat, elmi məqalələr oxuduğuma görə öz fikirlərimi, təcrübəmi kiminləsə bölüşmək, kiməsə kömək etmək, kimisə sağlam həyat tərzinə cəlb etmək üçün mən DİABET.AZ saytının və bu bloqun imkanlarindan istifadə etmək qərarına gəldim. Bu bloqda azərbaycan dilli insanlar üçün “SAĞLAM OL” birliyi yaratmaq və bu birliyə sağlam həyat tərzi keçirən, daim öz sağlamlığını təkmilləşdirən, xəstəliklətsiz həyat yaşamaq istəyən bütün insanları dəvət edirəm. Burda siz üz təcrübənizi hamı ilə böüşdürə bilər, məsləhətlər verə bilər, maraqlı bildiyinz sağlamlıq haqqında fikirlərinizi yerləşdirə bilərsiniz.
Sağlamlaşdırma sistemini yaradan böyük Pol Breq öz həyat tərzində sağlamlaşdırma sistemini tətbiq etməklə, ona əməl etməklə, həyat tərzi, təcrübəsi ilə insanın sağlamlığını təkmilləşdirməkdə nələrə qadir ola bilməyini göstərdi. 90 yaşında o gənc oğlan kimi güclü,hərəkətli, dözümlü, çevik idi. O hər gün 3-5 km qaçır,çoxlu üzür, dağlara qalxır,tennis oynayır, rəqs edir,uzun müddətli piyada səfərlər edir,qantel və girilərlə məşq edir, çox maraqla serfinqlə məşğul olurdu. Onun iş saatı hər gün 12 saat davam edir, o yorğunluq və xəstəlik nə olduğunu bilmir, optimizm, gümraylıqla dopdolu olurdu və daim insanlara kömək etməyə hazır idi.