Archive for the ‘ZƏRƏRLİ ADƏTLƏR’ Category
Beyinin idrak imkanlarını yaxşılaşdırmağa və saxlamaga düzgün qidalanma , müntəzəm fiziki və zehni fəaliyyət, normalyuxu kömək edəcəkdir. Məhz bu şərtlər Harvard Tibb Məktəbinin və Massaçusets Texnologiya İnstitutunun aparıcı ekspertlərinin tədqiqatının nəticələrinə əsaslanan rəyə görə böyüklərin idrak və dərk etmə sağlamlığını gücləndirməyə imkan verir.
ABŞ nevroloqları əmindirlər ki,bu sadə, ümumi qaydalar beyinin fəaliyyətini dəstəkləməyə və çoxlu zehni problemlərdən, o cümlədən beyin funksiyasına təsir edən yaş xəstəliklərindən qurtulmağa kömək edəcəkdir. Beyinin müdafiəsi üçün ən vacib şərt düzgün qidalanma rasionudur. Orqanizmi lazım olan minerallar və vitaminlərlə, xüsusilə də yaddaş və beyinin tam funksional fəaliyyəti üçün vacib olan vitamin E və vitamin B12, fol turşusu ilə təmin etmək üçün həkimlər inadla sağlam, tarazlaşdırılan pəhrizə əməl etməyi məsləhət görürlər.
Beyinin müvafiq fəaliyyətinə zəmanət verən ikinci vacib şərt yuxudur. Yeni informasiyanı emal etmək üçün beyin gündəlik 7-8 saatlıq yaxşı, dərin sakit yuxunu almalıdır. Gecə istirahətinin keyfiyyəti mürəkkəb bioloji neyron proseslərinin əsasını qoyur, çünki beyin gecələr də aktivdir.
Bundan əlavə, həkimlər fiziki fəaliyyətə də diqqət yetirir və heç olmasa ən azi həftədə üç dəfə yarım saat da olsa məşq etməyi məsləhət görürlər. Bundan əlavə, bədən məşq etdirildiyi kimi zehni də məşq etdirimək vacibdir, alimlər beyinə hər gün yeni iş və yeni informasiya verməyi təklif edir: məsələn, xarici dili öyrənməyə və ya məntiqi tapmacaları həll etməyə cəhd edin.
NİKOTİN, YOXSA SİZ GÜCLÜSİNİZ
Posted Sentyabr 15, 2011
on:Siqaret çəkmə- bu yalnız həyat tərzi və ya zərərli adət yox, narkotik asılılığın bir formasıdır.
Ancaq siqaret çəkmənin təhlükəli olması faktını dərk etmək mənasızdır. Artıq indi heç kim “ Səhiyyə nazirliyi xəbərdarlıq edir…..“ kimi çağırışlara əhəmiyyət vermir. Bu gün bu təhlükəni düzgün qiymətləndirməyə ehtiyac vardır. Statistikaya görə siqaret çəkmə bəşəriyyət üçün bədbəxt hadisələrdən və fəlakətlərdən daha ciddi bəladır.
Siqaret tüstüsünün ağ ciyərlərə daxil olmasından 7 saniyə sonra o artıq baş beyinə keçir. 1-2 siqaret çəkmədən sonra oun işinə stimullaşdırıcı təsir göstərə bilər, lakin sonra əks effekt-əqli və fiziki aktivliyin azalması başlayır. 1-2 qutudakı nikotinin dozası ölümcül dozadır, lakin siqaret çəkəni həmin dozanın orqanizmə daxilinin dərhal yox, tədricən daxil olması xilas edir. Güman edək ki, orta hesabla 45 yaşlı siqaret çəkən gün ərzində 200 qullab edir ki, bu da ayda 6000, və əgər o 15 yaşından siqaret çəkirsə bütün həyatı boyu 2 milyon qullab vurmuş olacaqdır. Hər gün 30-u xüsusilə zəhərli olan 4000 kimyəvi birləşmədən ibarət xıltı udum etmək! Demək olarki, siqaret çəkən qullab edərkən kimya zavodunun borusuna qoşulur.
ÜST-nin məlumatına görə yer kürrəsində bütün ölümlərin 35- 40 %-i bilavasitə siqaret çəkmə ilə əlaqədardır. Ən neqativ hallardan biri də odur ki, son illərdə uşaq və yeniyetmələrin bu çox pis zərərli vərdişə qoşulmasıdir. Siqaret çəkənlər arasında daha çox müşahidə olunur:
-ölüm—1,7dəfə
-ağciyər xərçənginin inkişaf riski—100 dəfə
-ürək- damar xəstəliklərindən ölmə riski—58 % çox.
Şəkərli diabetli xəstələrdə siqaret çəkmə həm şəkərli diabetin, həmdə tütün çəkmənin neqativ nəticələrini dəfələrlə ağirlaşdırır.
Mark Tvenin məşhur “siqareti atmaq çox asandır- mən özüm 100 dəfə tullamışam” zarafatı hamıya məlumdur. Əslində isə siqaret çəkən hər kəs bilir ki, siqaretsiz uzun müddət keçinmək necə çətindir. Bu onunla əlaqədardır ki, uzun müddəıt siqaret çəkdikdə narkotik asılılıq əmələ gəlir və siqaret vasitəsi ilə nikotin qəbul etmədikdə tərgitmə sindromu-abstinensiya yaranır.
Ən başlıcası -daxili motivassiyanın, öz sağlamlığına şəxsi marağın və siqareti tərgitməyə yetkin həvəsin olmasıdır. Belə olduqda nikotin əvəzedici terapiya məsləhət görülə bilər. Bu məqsəd üçün nikotin tərkibli inqalyatorlar, plastırlar, saqqızlar işlənib hazırlanmışdşr.Və yadda saxlayın: siqareti tullamaq heç vaxt gec deyildir. Bu yöndə işə elə bu gündən başlayın və abstinensiyaya baxmayaraq nikotinə göstrin ki, kim daha güclüdür.
Bilin ki, siqaretdən imtinadan sonra:
-8 saatdan sonra qanda oksigenin miqdarı normal rəqəmlərə kimi yüksəlir;
-3-9 aydan sonra tənəffüs funksiyası 10% yaxşılaşır;
-5 ildən sonra miokard infarktı riski siqaret çəkənlərə nisbətən 2 dəfə azalır;
-10 ildən sonra ağ ciyər xərçəngi riski ciqaret çəkənlərə nisbətən 2 dəfə azalır.
Hər kəs siqaret çəkmə ilə xərçəng arasındakı əlaqəni bilir, lakin kimsə siqaret çəkmə ilə diabet arasındakı əlaqəni bilirmi?
Siqaret çəkmə hər bir kəsin sağlamlığına zərər verə bilir, lakin diabetli insanlarda bu risk bir neçə dəfə artır- ürək-damar xəstəliklərinin, məsələn ürək pristuplarının və ya ayaqlarda qan dövranının pozulması riski yüksəlir. Lakin siz artıq diabetlə xəstəsinizsə, onda siqaret çəkmə həm də spesefik ağırlaşmaların inkişaf riskini artıra bilər.
Siqaret çəkmə orqanizmə hansi zərərləri vurur?
əgər siz diabetlə xəstəsinizsə, siqaret çəkmə neyropatiyanın (sinir pozğunluqları),nefropatiyanın(böyrəklərin zədələnməsi ), retinopatiyanın (görmənin pozğunluğu) inkişafına təsir edə və sürətləndirə bilər.
siqaret çəkmə orqanizmin toxumalarında oksigenin miqdarını azaldır ki, bunun da nəticəsi ürək pristupları və insultlar olur.
siqaret çəkmə qanda yağların və xolesterinin miqdarını artırır.Bu ona gətirib çıxardır ki, yağ arteriyaların divarlarına çökür, qan dövranını cətinləşdirir və nəticədə qan damarları zədələnir və daralır(ateroskleroz), ürək pristupları,infarktlar, insultlar, ayaqda və pəncələrdə yaralar, həmcinin periferik damarların xəstəlikləri əmələ gəlir.
siqaret çəkmə adrenalini qana keçirərək damarların sıxılmasına səbəb olur ki, buda göz dibinə qan sızmanın inkişafına, aritmiyalara və arterial təzyiqin yüksəlməsinə şərait yaradır.
siqaret çəkmə qanda şəkərin səviyyəsini artırır.Yəgin ki, bu siqaretin tərkibindəki nikotin və digər maddələrin insulin rezistentliyin yaranmasına təsir etməsindən və stress hormonlarının (insulinə əks) stimulyasıyası nəticəsində əmələ gəlir.
Tərgitmək hec vaxt gec deyildir.
siqaret çəkməni tərgitmək hec vaxt gec deyildir, inanın ki, nəticələr dərhal özünü göstərməyə başlayacaqdır.
artıq 20 dəqiqədən sonra qan təzyiqi və nəbz normal olacaqdır. Əllər və ayaqlar istiləşir, belə ki, onların qan dövranı yaxşılaşır.
24 saatdan sonra sizin orqanizminiz monoksid karbondan azad olmağa başlayır, ağ ciyərləriniz isə selikdən təmizlənir.Ürək pristuplarının inkişaf riski azalır.
48 saatdan sonra sizin orqanizminiz nikotindən azad olur.
Iynəmə və dad bilmə hissiyatınız yaxşılaşır.
72 saatdan sonra tənəffüs prosesi yaxşılaşır,enerjinizin artması hiss olunur.
2-12 həftədən sonra bütün bədəniniz daha çevik olur, beləki bütün orqanizmin qan dövranı yaxşılaşır.
Və nəhayət 1 ildən sonra ürək xəstəliklərinin inkişaf riski 2 dəfə azalır.
Siqaretin tərkibi nədən ibarətdir?
Siqaret tustüsündə 4 minə qədər müxtəlif maddələr vardır ki, onların çoxu bizim üçün zərərlidir. Bu nikotin – alışmanı törədən preparatdır.
monoksid karbon və azot oksidi – zəhərli qazlar.
benzin
ammiak
Siqarəti tərgitməyə nə kömək edə bilər?
Əgər siz siqareti tərgitmək istəyirsinizsə, bunun üçün çoxlu müalicə metodlartı vardır.
Nikotin əvəzedici terapiya
Bu terapiyanı keçərkən sizin orqanizmanız nikotin alır, lakin bu zaman siz siqaret cəkmirsiniz. Bu metodun faydalılığı ondan ibarətdir ki, bu tərgitməni asanlaşdırır, və bu zaman nikotinin dozası tədricən azaldılır.Bu metod müvəffəqiyyət şansını 2 dəfə artıra bilər və – həblər, inqalyatorlar, plastırlar,burun damçılarını və s. olması ilə əlverişlidir. Lakin siz hamiləsinizsə və ya ürək xəstəliyiniz varsa müalicəni başlamamışdan qabaq həkimlə məsləhətləşməniz vaçibdir.
Amfebutamone (Zyban)
Amfebutamone (Zyban) –tərkibində nikotin olmayan həb olub yalnız resept ilə buraxılır. Həb iki ay müddətində qəbul olunur , bu iki ay müddətində o siqaret çekənin orqanizminə beyindən impuls göndərilən nahiyəni neytrallaşdırır. lakin ola bilər ki, bu bəzilərinə yaramasın.
Digər metodlar
Digər metodlara iynəbatırma, hipnoz, lazer müalicəsi aiddir. Bu mövzuya aid çoxlu kitablar vardır.Lakin yaxşı olar ki, siz mütəxəssislə sizə uygun gələn müaləçə metodunu seçəsiniz.
Tədqiqatlar göstərib ki, qanda şəkərin və qan təzyiqinin normal səviyyəsinə nail olmaqla diabetin ağırlaşmalarının qarşısını almaq olar. Siqaret çekmək isə bunların hər ikisini artırır. Əgər siz diabetsinizsə,və siz hələ siqaret çəkirsinizsə mütləq bundan imtina edin!
PASSIV SIGARET ÇƏKMƏ HAQQINDA
Posted Sentyabr 15, 2011
on:Passiv sigaret çəkmə yanan bir siqaretin tüstüsü və siqaret çəkən adamın nəfəsi ilə yaydığı tüstünün birləşməşidir. Ayrıca siqaret çəkmə nəticəsində əmələ gələn tüstünü siqaret tütünü tüstüsü adlandıraq- STT. Qoxusuyla asanca ayırd edilir. STT pis qoxulu, yandırıcı, göz və burnu narahat edicidir. Daha da əhəmiyyətlisi sağlamlığı təhdid edicidir. STT içində 4000-dən çox kimyəvi maddə təyin olunmuşdur. Bunların ən azı 43-ü xərçəng əmələ gətirəndir.
Siqaret tütünü tüstüsünə məruz qalmaq sıx rast gəlinən bir vəziyyətdirmi?
A.B.Ş-da böyüklərin təxminən %26-ı siqaret çəkir. 5 yaşdan aşağı uşaqların %50-67i də ən az bir ailə üzvünün siqaret çəkdiyi evlərdə yaşayır. Ölkəmizdə bu nisbət çox daha yüksək səviyyələrdədir.
Kimlər risk qrupundadır?
STT hər kəs üçün zərərlidir. Ancaq, ana bətnindəki körpələr, kiçik körpələr və uşaqlar daha böyük risk altındadır. Çünki inkişaf etməkdə olan ağciyər, beyin kimi orqanlar zərər görərlər.
Ana bətnindəki körpəyə və yeni doğulanlara təsirləri
Ana və körpə arasında hamiləlik boyunca bir qan dövranı və bu yolla bir mübadilə vardır. Siqaret çəkən hamilə qadınlarda bu mübadilə dəyişir. Uzun dövrdə nə kimi sağlamlıq problemlərinə gətirib çıxardığı hələ bilinmir. Amma bəzi işlər hamiləlikdə siqaret çəkmənin damaq-dodaq yarığı kimi doğum anomaliyalarına gətirib çıxardığını göstərmişdir. Siqaret çəkən anaların daha az südü vardır, körpələri aşağı çəkili doğulur. Siqaret çəkən ana uşaqlarında “Ani körpə ölümü sindromları”na daha çox rast gəlinir. Bu da 1-12 aylıq körpələrin ən çox ölüm səbəbidir.
Uşaq ağciyərləri və tənəffüs sistemi
Hər yaşdakı uşaqda STT- ə məruz qalmaq, ağciyər funksiyalarını pozar. Uşaqlıq dövrü xəstəliklərinin sıxlığını və şiddətini artırır. Passiv siqaret çəkmə; sinüsit, rinit, fibroz kista, xroniki tənəffüs problemləri (öskürək, gənzik axıntısı kimi) narahatlıqlarını artırar. 2 yaşdan kiçik uşaqlarda STT bronxit və sətəlcəm ehtimalını artırar.
1992 tarixli bir tədqiqatda STT- nün 18 aydan kiçik uşaqlarda hər il 150.000-300.000 aşağı tənəffüs yolları infeksiyalarına gətirib çıxardığı müşahidə edilmişdir. Bu xəstələrdən 15.000i xəstəxanada yatmaq məcburiyyətində qalmışdır. Gündə yarım qutu və ya daha çox siqaret çəkən ana-ataların uşaqlarının hər hansı bir tənəffüs yolu xəstəliyindən xəstəxanaya yatma riski 2 qat daha çoxdur.
STT (siqaret tütünü tüstüsü) və qulaqlar
Siqaret tütünü tüstüsü həm qulaq infeksiyalarının sayını artırIr, həm də qulaq xəstəliyinin müddətini uzadIr. Tənəffüs edilən tüstü burun arxasıyla orta qulağı bir-birinə bağlayan yefistaxi borusunu genişləndirə bilər. Bu da orta qulaqda maye toplanması və infeksiya iıə özünü göstərər. Uşaqlarda eşitmə itkisinin ən əhəmiyyətli səbəblərindən biri qulaq infeksiyasıdır. Əgər dərmanla təsirli cavab alına bilməzsə cərrahı cəhd lazımdır.
STT və beyin
Hamiləlik və ondan sonra siqaret çəkən anaların uşaqları digərlərinə görə daha çox davranış pozuqluğu göstərər. Hiperaktivlik, məktəbdə özünü aparma və intellektual səviyyədə də pozulmaar müşahidə olunar.
Passiv siqaret çəkmə xərçəngin səbəbidirmi ?
İndiyə qədər yalnız passiv siqaret çəkmənin uşağınızın inkişafına zərər verdiyini öyrəndiniz. Yaxşı STT-nün digər xərçəng əmələ gətirə bilən hava çirkləndirici maddələrdən 100 qat daha çox xərçəngə gətirib çıxarma riski olduğunu bilirdinizmi?
STT-nün hər il 3000-dən çox siqaret çəkməyən adamın ağciyər xərçəngindən ölümünə gətirib çıxardığını bilirsinizmi? İndi bunları öyrənmişkən uşağınızın passiv siqaret çəkmədən dərhal, bu andan etibarən qarşısını ala bilərsiniz.
Nə edə bilərsiniz ?
1- Əgər siqaret çəkirsinizsə onu tərgidin! Bu mövzuda köməyə ehtiyacınız olsa həkiminizə müraciət edin. Çünki, siqareti tərgitməyə köməkçi olacaq bir çox üsullar artıq vardır.
2- Evinizdə siqaret çəkənlər varsa, onların tərgitməsinə köməkçi olun. Bu mümkün deyilsə, onlardan və qonaqlarınızdan evin xaricində siqaret çəkmələrini xahiş edin.
3- Avtomobilinizdə siqaret çəkilməsinə icazə verməyin!
4- Uşağınızın məktəbində ya da ətrafında siqaret çəkilməyinə nəzarət edin.
ALKOQOL VƏ DİABET
Posted Sentyabr 15, 2011
on:Alkoqolun bir vahidi (porsiyası) tərkibind 10 q alkoqol olan içgilər- 250 ml pivə (4.5% -li), 100 ml turş çaxır, 30 ml araq (40%) sayılır.
Əgər sizin diabet yaxşı kompensassiya olunubsa və siz ağırlaşmalardan əziyyət çəkmirsinizsə, yeməkdən əvvəl və ya yemək ərzində qəbul edilən 1 -2 porsiya alkoqolun sizin qanınızda qlükozanın səviyyəsinə kiçik təsiri olacaq. Ancaq antidiabetik həblərdən və ya insulindən istifadə etdikdə, həmçinin fiziki fəaliyyət zamanı və ya ondan əvvəl hətta 2-3 alkoqol vahidi (porsiyası) boş mədəyə qəbul etdikdə qlükoza səviyyəsinin kəskin azalmasına-hipoqlikemiyaya səbəb ola bilər.
ALKOQOL VƏ QANDA QLÜKOZA
İnsulin sizin qanda qlükozanın səviyyəsini endirir. Diabetin müalicəsində işlədilən bəzi həblər(sulfanil sidik cövhəri törəmələri, meqlitinidlər) orqanizmi qan qlükozası səviyyəsini endirmək üçün daha çox insulin ifraz etməyə məcbur edir. Fiziki iş insulinin qanda qlükozanın səviyyəsinin aşagı salmasını daha effektiv edir . Adətən, əgər qlükoza səviyyəsi həddindən artıq aşağı düşürsə, qara ciyər qanı qlükoza ilə təmin edir (qara ciyər qlikogen adlandırılan öz qlükoza mənbəyinə malikdir) . Buna baxmayaraq, qanda alkoqol-daha doğrusu zəhər olanda, qara ciyər hər şeydən əvvəl ondan azad olmaq üçün çalışır. Nə qədər ki, qara ciyər alkoqol ilə məşğuldur , o qanda qlükozanın səviyyəsinin təhlükəli səviyyələrə düşməsinə imkan verə bilir.
QANDA QLÜKOZAİN TƏHLÜKƏLİ SƏVİYYƏYƏ ENMƏSİNİN-HİPOQLİKEMİYANIN QARŞISINI NECƏ ALMAQ OLAR
-Əgər siz alkoqol içirsinizsə mütləq yüngül qəlyanaltı edin
-Qanda qlükozanızı alkaqol qəbulundan əvvəl, qəbul dövründə və sonra yoxlayin. Qanda qlükozanın miqdarı alkoqolun qəbulundan 8-12 saat sonra da aşağı düşə bilər.
-Alkoqolun qəbulu kişilər üçün günə 2 porsiya alkoqol, qadınlar üçün 1 porsiya alkoqoldan artıq olmalı deyil.
Əgər alkoqol qəbulundan sonra sizdə qanda qlükozanın səviyyəsi azalıbsa, ətrafdakılar alkaqol iyini hiss edərək, sizin sərxoş olduğunuzu fikirləşə bilər. Sərxoşluğun və hypoqlikemiyanın əlamətləri eynidir. Onlara deyin ki, sizdə qanda qlükozanın səviyyəsi azalmışdır. Onlara izah edin ki, onlar sizə necə kömək edə bilərlər. Sizin diabet olmağınızı göstərən tibbi birka daşıyın. Əgər siz danışa bilmirsinizsə, bu kömək edəcək.
Əgər siz alkoqol qəbulundan sonra sükan arxasında oturursunuzsa və siz qanda qlükozanın aşağı səviyyəsinə maliksinizsə, siz sərxoş aftomobil sürdüyünüz üçün məhkəməyə cəlb edilə bilərsiniz. Siz hətta bədbəxt hadisə də törədə bilərsiniz. Əgər siz bir az içdinizsə, sükan kiməsə həvalə olunmalıdır. Məsul şəxsi əvvəlcədən seçin.
ALKOQOL VƏ AĞIRLAŞMALAR
Alkoqol diabetdə sinir zədələnmələrini və göz xəstəliklərinin inkişafını sürətləndirə bilər, həmçinin qan təzyiqini və qanda lipidlərin səviyyəsini yüksəldə bilər. Əgər siz yuxarıdakı hər hansı bir ağırlaşmadan əziyyət çəkirsinizsə, sizin sağlamlığınıza qayğı göstərən həkimlərinizdən sizə alkaqol qəbul etmək olarmı və onun miqdarı nə qədər olmalıdır məsləhətini alın.
ALKOQOL VƏ SİZİN QİDALANMA REJİMİNİZ
Yadda saxlayın ki, adi pivə, şirin şərablar və sərinləşdirici yüngül spirtli içgilər qanda şəkəri şəffaf pivədən, turş çaxır və tünd spirtli içgilərdən (araq, şotlandiya viskisi və viski kimi), daha çox qaldırır, çünki birincilərdə daha çox karbohidratlar vardır. Karbohidratlar, qanda qlükozanın səviyyəsini artıran mühüm qida maddələrir. Əgər siz çəkinizə nəzarət edirsinizsə, yadda saxlayınız ki, alkoqollu içkilərın bir porsiyası 60-dan 300 kaloriyaya qədər özündə saxlaya bilər. Tək porsiyaların sayının azaldılması və ya içkinin başqa tipinə keçmək, sizə arıqlamağa kömək edə bilər.
SIQARETI NECƏ TƏRGITMƏLI ?
Posted Sentyabr 15, 2011
on:Siqaret tərgitmə üsulları arasında məlumatlanma və hazırlıq müddəti əhəmiyyətlidir. Adamın siqaretin sağlamlığa mənfi təsirlərinin əhəmiyyətini qavraması, siqaret tərgitmə müddətinin çətin ola biləcəyinə özünü hazırlaması üçün lazımdır.
Bu müddətdə siqaret tərgitmə klinikalarından kömək istənərək, qarşılaşa biləcək problemlərlə həkim nəzarətində daha asan qurtulması təmin edilməlidir.
Siqaret asılılığının iki istiqaməti vardır: Fiziki asılılıq və psixoloji asılılıq. Fiziki asılılığı edən siqaretdəki nikotindir, bu səbəbə görə buna nikotin asılılığı da deyilə bilər. Psixoloji asılılığa meyl isə adamdan adama dəyişir. Depressiyaya meylli, həyacanlı, özünə etibarsız və problemlərdən qaçan kəslər psixoloji asılılığa daha meyllidirlər.
Bəzi siqaret narkomanlarında nikotin asılılığı daha diqqətə çarpandır. Bunlar səhər qalxar qalxmaz yeməkdən əvvəl siqaret çəkən kəslərdir.
Siqareti tərgitdikdən sonrakı ilk 3 gün ən çətin dövrdür. Nikotindən məhrumluq əlamətləri olan narahatlıq, həyacan, konsentrasiya çətinliyi, depressiya və böyük bir siqaret çəkmə arzusu bu dövrdə ortaya çıxa bilər. Bu vəziyyətlərin keçici olduğunu və 3-4 həftə içində azalaraq ortadan qalxacağını bilmək əhəmiyyətlidir. Bu dövrdə aktiv olmaq, çayxanadan uzaq dayanmaq, siqareti ağla gətirəcək mühitlərdə olmamaq, saqqız çeynəmək, çərəz yemək bu dövrü asan sovuşdurmağa köməkçi olar.
Son vaxtlarda istifadə edilən nikotin zolaqlqrı və nikotin saqqızları da qanda nikotin səviyyəsini yüksəldərək nikotin məhrumluğuna bağlı əlamətləri azalda bilər. Ancaq bu zolaq və saqqızların səhv istifadəsi çox təhlükəli ola bilər. Bu səbəb görə həkim məsləhətindən istifadə edin.
Bəziləri üçün siqareti azaldaraq tərgitməq daha asan bir üsul ola bilər. Bu vəziyyətdə nikotin məhrumluğunun yan təsirləri daha azdır, ancaq təkrar köhnə səviyyədə siqaret çəkməyə başlanması daha çox rast gəlinir.
Bəzi siqaret narkomanlarında da psixoloji asılılıq daha diqqətə çarpandır. Bu kəslərə psixoloq və ya psixiatr nəzarətində davranış müalicəsindən fayda təmin edib siqareti tərgidə bilər və ya antidepresan dərmanlardan kömək alına bilər. Xüsusilə Bupropion tərkiblı anti depresan dərman, siqaret asılılığından xilas olmağa kömək etmədə olduqca müvəffəqiyyətli olmaqdadır. Bu cür dərmanlar həkim nəzarətində istifadə edilməlidir.
Tərgitmə yolları
Siqareti niyə tərgitmənız lazım olduğunu özünüzə ifadə edin- ətrafınızdakı insanların sağlamlığı üçün, pulunuzu qorumaq üçün.
Siqareti tərgitməq üzrə bir tarix qərarlaşdırın.
Siqareti arzulama və yenidən başlama həvəsiylə necə başa çıxa biləcəyinizə dair bir plan tərtib edin. Arzu təxminən üç dəqiqə davam edər. Bu ehtiras keçənə qədər musiqi dinləmək, kitab oxumaq ya da gəzintiyə çıxmaq kimi zehininizi məşğul edəcək işlər faydalı olardı.
Küsəyənlik, ruhi dəyişikliklər və şiddətli istək kimi yenidən başlama istəyinin əlamətləri yalnız ilk 3-4 həftə üçün söz mövzusudur. Bu müddət boyunca saqqız, həb, ağız ya da burun yoluyla alınan sprey istifadə edilərək yerinə yetirilən nikotin qurtulma müalicəsinə köməkçi ola bilər.
Əllərinizi nə ilə məşğul edə biləcəyinizə dair bir plan tərtib edin. Əgər əlinizdə siqaret olmadığını fərq etsəniz onun yerini təsbeh kimi fərqli bir şeylə doldurmağa çalışın.
Ailənizdən, dostlarınızdan və iş yoldaşlarınızdan kömək istəyin. Onlara siqareti tərgitməyə çalışdığınızı söyləyin beləcə davranışlarınızdakı fərqliliyi anlayacaqlar və bu səbəblə də sizə siqaret təklif etməyəcəklər.
İstək oyandıran şeylərdən qaçın. Əgər xüsusilə siqaret çəkdiyiniz müəyyən bir zaman ya da yer varsa, səbrinizi artırana qədər ya da istəyinizin öhdəsindən gələ biləcək vəziyyətə çatana qədər bu zaman dövründən və bu məkanlardan uzaq durun.
Əgər axşam yeməyindən sonra siqaret çəkirsinizsə, məsələn qab-qacaqları yuyaraq ya da gəzintiyə çıxaraq diqqətinizi başqa istiqamətə yönəldin. Əgər bir çayxanada olduqca çox siqaret çəkirsinizsə bir müddətə yoldaşlarınızla fərqli yerlərdə görüşün.
Özünüzü tənqid edin! Lakin özünüzü siqaret çəkmədiyiniz üçün mükafatlandırmağı unutmayın.
Əgər müvəffəqiyyətli ola bilməsəniz təkrar təkrar yenidən başlayın. Bir çox insan bunu ilk sınaqda bacara bilməz, lakin sonunda hər kəs müvəffəqiyyətə çata bilər.
Tərgitdikdən Sonra Təkrar Başlamamaq Üçün Nələr Etməli?
Siqaret çəkənlər, siqareti tərgitdikdən sonra bir tək siqaret çəkmək üçün böyük həsrət çəkərlər. Ancaq bir növ narkotik maddə asılısı olduqlarını xatırlamaları və tək bir siqaretin belə geriyə çevril riski daşıdığını bilmələri lazımdır.
Xüsusilə ilk günlərdə siqaret çəkmə böhranından xilas olmaq üçün bəzi vərdişləri dəyişdirməkdə fayda vardır. Məsələn; çay və qəhvəylə birlikdə orqanizm çox siqaret istəyirsə, meyvə şirəsi ya da ot çayı içməyi sınaya bilərsiniz. Ayrıca siqaret çəkilən məkanlara bir müddət getməyin, daha az getməyə çalışın.
Bunları Unutmayın!…
Spirt, qəhvə və çay siqaret çəkmə istəyinizi artırırsa bunlardan maksimum ölçülərdə qaçın.
Təklif edilən siqareti rədd edin.
Hər gün daha gümrah və sağlam olduğunuzu düşünün.
Özünüzü mükafatlandırın.
Nə üçün tərgitməyi qərar verdiyinizi düşünün.
Siqaretə başlama səbəbinizi, buna gətirib çıxaran təsirləri tapın və bunun qarşısını almağın yollarını axtarın.
Siqaretə yalnız tərgitməyi düşünürsünüzsə belə, necə tərgidə biləcəyiniz mövzularında tövsiyələr almaq üçün bir həkimə müraciət edin.
Buraxdıqdan sonra nələr olar ?
20 dəqiqə: Qan təzyiqi və ürək döyüntüləri normala dönər. Əllər və ayaqlar qan dövranı normallaşdığı üçün istiləşməyə başlar.
8 saat: Qanda oksigen səviyyəsi normallaşar. İnfarkt riski düşməyə baslar.
24 saat: Karbonmonoksit bədəndən xaric olar. Ağ ciyərlərdəki bəlğəm və digər çöküntülər təmizlənməyə başlar.
48 saat: Nikotin bədəndə artıq müəyyən oluna bilməz. Dad və qoxu hiss etmə duyğusu daha yaxşı işlədiyini hiss edərsiniz
72 saat: Tənəffüs yolları boşaldığı üçün nəfəs almaq asanlaşar.
2-12 həftə:Qan dövranı bütün bədəndə düzələr. Ağ ciyərlərinizdəki bəlğəmi atmağa başlarsınız və öskürək, bəlğəm, təngənəfəslik və xırıltı azalmağa başlayar. Bədən enerjisi artar. Gəzmək asanlaşar.
3-9 ay: Öskürək, təngənəfəslik düzələr. Ağciyər funksiyası 5-10% nisbətində artar.
5 il: İnfarkt riski siqaret çəkənlərin riskinin yarısına enər.
10 il: Ağciyər xərçəngi riski siqaret çəkənlərin riskinin yarısına enər. İnfarkt riski heç siqaret çəkməmiş biri ilə bərabər olar. Bir neçə saat içində nikotin tamamilə sisteminizdən atılar.
Həkim Nəzarətində Necə Siqaret Tərgidilir:
Siqareti tərgitməq üçün müraciət edən kəslərə əvvəlcə anket forması doldurularaq siqaret asılılığının dərəcəsi təyin olunur və həkim tərəfindən müayinə edilir.
Bəzi laborator tədqiqatlar istənir (Ağciyər roentgen müayinəsi, Tənəffüs funksiya testi, EKG, Nəfəsdə karbonmonoksit səviyyəsi ölçümü, Tam qan müayinəsi, Aclıq qan şəkəri, ümumi xolesterin, HDL xolesterin, LDL xolesterin, VLDL xolesterin və Trigliserid səviyyələrinin ölçümü).
Siqareti tərgidəcək adam, siqaretin zərərləri və gətirib çıxardığı xəstəliklər mövzusunda məlumatlandırılır.
Ən uyğun tərgitmə üsulu ( Nikotin zolağı, nikotin saqqızı, antidepresan, davranış müalicəsi və.s.) və tərgitmə tarixi təyin olunur.
Siqaret çəkən tibb müəssəsinə çağırılır. Bu tibb müəssəsində siqareti tərgidən adamın proqrama uyğun gəlib-gəlmədiyinə nəzarət edilir və siqaret buraxdıqdan sonra qarşılaşa biləcəyi müxtəlif problemlərin (çəki artımı, depressiya, yuxusuzluq, qəbizlik və.s.) təhlil edilməsinə çalışılır.
Bu, yeganə leqal istehlak malıdır ki, ondan istifadə edənlərin təxminən yarısını öldürür! Təcili tədbirlər görülməzsə, 21-ci əsrdə 1 milyard insanın ölümü ilə nəticələnəcək! Gələcək naminə Siqaretə YOX Deyək! (Məqalələr silsiləsindən 1-ci yazı) 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoydu! Bütün dünya üzrə hər 10 ölümdən biri tütün məmulatlarından istifadə edilməsi nəticəsində baş verir!!! Dəhşətli rəqəmlərdir, əziz oxucu, elə deyilmi? Qeyd etmək yerinə düşərdi ki, Birinci Dünya Müharibəsində 4 il ərzində 10 milyon adam ölüb, amma tütün istifadəsindən 4 il ərzində 21,6 milyon… Sizcə siqaret doğrudan da müasir dünyamızda kütləvi qırğın silahı deyilmi? Hazırda il ərzində 5,4 milyon insan tütündən, siqaretdən istifadə etdiyinə görə ölür! Bu il tütün beş milyondan artıq insanı – ümumi götürdükdə vərəm, HİV-AİDS və malyariya xəstəliklərindən dünyasını dəyişənlərin cəmindən daha çox insanı məhv edəcək. Dəhşətli rəqəmlərdir, elə deyilmi? 2000-ci ildə inkişaf etmiş ölkələrdə 35 yaşla 70 yaş arasında vəfat edən kişilərin 30%-nin ölümünə səbəb məhz siqaret olmuşdur! Ciddi düşünməyə dəyər, elə deyilmi? Dünyada siqaret çəkmə səbəbindən hər 6 saniyədə bir insan dünyasını dəyişir! Ümumdunya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda dünyada 1,1 milyarddan çox insan siqaret çəkir! Tütündən baş verən ölümlər nadir hallarda KİV başlıqlarında əksini tapır, amma reallıq budur ki, tütün hər 6 saniyədə bir nəfəri öldürür! Əgər təcili tədbirlər görülməzsə: – Siqaret 2030-cu ilədək hər il təxminən 8 milyon insanı öldürəcək! – 2030-cu ilədək tütündən istifadə ilə əlaqədar olaraq ölüm hallarının 80 faizindən çoxu inkişaf edən ölkələrin payına düşəcək! – Və Tütün məhsulları 21-ci əsrdə 1 milyard insanın ölümü ilə nəticələnəcək! Bilirsinizmi ki,TÜTÜN YEGANƏ LEQAL İSTEHLAK MALIDIR Kİ, TƏYİNATI ÜZRƏ ONDAN İSTİFADƏ EDƏNLƏRİN TƏXMİNƏN YARISINI ÖLDÜRÜR! Bəli, TÜTÜN ONDAN İSTİFADƏ EDƏNLƏRİN TƏXMİNƏN HƏR İKİ NƏFƏRDƏN BİRİNİ ÖLDÜRÜR! BÜ GÜN YAŞAYAN 1 MİLYARDDAN ÇOX SİQARET ÇƏKƏNLƏRİN TƏXMİNƏN 500 MİLYONU TÜTÜN SƏBƏBİNDƏN HƏLAK OLACAQ! Siqaret insanı bax beləcə məhv edir! Ümumidünya Səhiyyə Təşkilatının hesabatında deyilir: Tütün yeganə istehlak malıdır ki, onun təsirinə məruz qalan hər kəsə zərər gətirə bilər; o təyinatı üzrə ondan istifadə edənlərin təxminən yarısını öldürür. Buna baxmayaraq tütündən istifadə bütün dünyada geniş yayılıbdır ki, bu da aşağı qiymətlər, satışın təcavüzkarcasına və istənilən yerdə stimullaşdırılması, onunla bağlı təhlükələr barədə məlumatın olmaması və onun istehlakına qarşı yönəldilən qeyri-ardıcıl dövlət siyasətindən asılıdır. Amma bəlkə də heç düşünməmisiniz ki, Tütün dünya əhalisinin qarşısı alına bilən əsas ölüm səbəblərindəndir. Bu Ümumidünya Səhiyyət Təşkilatının rəsmi açıqlamalarında birmənalı şəkildə öz əksini tapır. Ümumidünya Səhiyyə Təşkilatının baş direktoru Dr.Marqaret Çen deyir: “Tam qarşısı alına bilən bu EPİDEMİYANIN geri dönməsi, bu gün dünyanın hər bir ölkəsində ictimai səhiyyənin və siyasi rəhbərliyin ən mühüm prioriteti olmalıdır.” Narahatlığı və təhlükəni daha da artıran isə tütün məhsullarından istifadə edənlərin (Azərbaycanda da) getdikcə daha da artmasıdır. Artıq SOS çalmaq zamanıdır!!! Nəzərə almalıyıq ki, tütündən istifadə o qədər çox və müxtəlif üsullarla məhv edə bilir ki, dünyada əsas səkkiz ölüm səbəbinin altısına dair risk faktorunu təşkil edir. ÜST-ün baş direktoru Dr. Marqaret Çenin vurğuladığı kimi, bir əsrdə bir milyard kişi, qadın və uşaqlara təhlükə yaradan qlobal tütün epidemiyası probleminin həlli bizim əlimizdədir. Bu dağıdıcı epidemiyanı dayandırmaq üçün dərman və vaksinlər deyil, hökumətlərin və vətəndaş cəmiyyətlərinin razılaşdırılmış fəaliyyəti zəruridir. Bu gün dünyanın bəzi bölgələrində artıq siqaretlə ciddi mübarizəyə başlanılıb, siqaret əleyhinə böyük kampaniyalar həyata keçirilir. Amma əslində bu gün siqaretə qarşı müharibə aparmaq zamanıdır! Mən sizi Siqaretə qarşı müharibəyə çağırıram! Giriş hissəsində təqdim etdiyim bir çox faktlar və təhlükələr gecikdiyimiz hər bir anın əslində nə qədər qiymətli olduğunu sübut edir! Məncə mütəxxəsislərin hesablamaları, rəqəmlər və faktlar bizi BU KÜTLƏVİ QIRĞIN SİLAHINA, BU DƏHŞƏTLİ EPİDEMİYAYA qarşı əl-ələ verərək birgə müharibəyə başlamağa kifayət edə bilər. Killer siqaret! Oxucular soruşa bilər ki, nə üçün tütün məhsulları, siqaret sağlamlığa bu qədər böyük düşmən və zərərdir? Bunun üçün ilk öncə siqaret adlandırdığımız bu bəlanın tərkibinə nəzər salmağımız çox vacibdir. Siqaret tütün bitkisinin (nicotina tabacum) qurudulmuş yarpaqlarından hazırlanır. Yanan siqaret 4 mindən çox müxtəlif birləşmə, o cümlədən 40-dan çox kanserogen (xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Bunlardan ən zərərli olanları nikotin, qətran, karbon-oksid və xərçəng yarada bilən maddələrdir. Məsələn, siqaretin tərkibində olan nikotin zəhərli bir maddə olaraq sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir! (sianid maddəsi hüceyrələrin qandan oksigeni çəkməsini blokadaya alır və bədənə oksigenin ötürülməsini əngəlləyir. Nəticədə bədəndə oksigen çatışmazlığı yaranır). Nikotinin 2-3 damcısı insan üçün ölümcül dozadır ki, bu da təxminən 20-25 siqaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutunu dayanmadan çəkən insan ölə də bilər. Siqaretin ən böyük təhlükəsi odur ki, siqaretlər və çəkilməsi nəzərdə tutulan digər tütün məmulatları siqaret çəkənin ilk qullabından vərdiş yaradan nikotini beyinə tez çatdırır – təxminən şprisin istifadəsi ilə aparılan vena daxili inyeksiya intensivliyi ilə… Siqaretləri «nikotini çatdıran cihaz» adlandırırlar. Lakin tütünün çəkilməsindən yaranan effekt yalnız bir neçə dəqiqə davam etdiyinə görə tütün çəkənlər yenidən çəkməyənədək, absinent sindromu keçirirlər ki, bu da çox təhlükəlidir. O, üzdən xüsusilə siqaret çəkməyənlər xüsusi diqqətli olmalıdır. Nəzərə alın ki, əlinizə aldığınız bir ədəd siqaret sonra sizin həyatınızın bəlasına çevriləcək! Tütünün və tütün tüstüsünün tərkibində 4000-ə qədər kimyəvi birləşmənin 60-dan çoxu hüceyrənin genetik strukturuna ziyan verir və bədxassəli şişin-xərçəngin yaranmasına səbəb olur. Məsələn bilirsinizmi ki, tütün, siqaret ürək-damar, xərçəng və 25-dən artıq digər xəstəliklərin yaranmasının və ya gedişatının ağırlaşmasının əsas səbəbkarı hesab edilir! ÜST məlumatlarına görə tütündən istifadə edənlərin böyük əksəriyyəti onunla bağlı risklər barədə bilmirlər. Tütünlə bağlı təhlükələrin inandırıcı dəlillərinə baxmayaraq, bütün dünyada az sayda siqaret çəkən şəxslər səhhətləri üçün yaranan riski tam başa düşür. Ola bilər ki, insanlar ümumiyyətlə tütünün zərərli olduğunu anlayır, lakin siqareti yol verilən pis vərdiş kimi qəbul edirlər. Tütünün fövqaladə asılılıq yaratmaq bacarığı və səhhət üçün törətdiyi təhlükələrin tam spektri ictimaiyyətə lazımi dərəcədə izah edilmir. Bunun nəticəsində insanlar hesab edirlər ki, səhhətləri ilə bağlı problem yaranmamışdan əvvəl tütündən istifadəni azalda və ya siqareti ata bilərlər. Əslində isə, siqaret çəkənlərin əksəriyyəti tütündən istifadəni azalda bilməyəcək, onların demək olar ki, yarısı tütünlə bağlı xəstəliklərdən öləcək. İnsanların əksəriyyəti bilmir ki, tütündən hətta minimum istifadə təhlükə yaradır. Tütündən istifadə edənlərin əksəriyyəti tütünlə bağlı yaranan ağ ciyərlərin xərçəngindən başqa xəstəlikləri demək olar ki, tanımırlar. Bilmirlər ki, siqaretçəkmə həmçinin ürək xəstəliklərinə, insult və bir çox digər xəstəliklərə, o cümlədən xərcəngin bir çox növlərinə səbəb olur. Siqaret çəkənlərin 10 %-i xərçəngdən ölür! Gündə iki qutu siqaret çəkənlərin isə 15-20 %-i bu xəstəliyin qurbanı olur!!!! Siqaret çəkənlərdə tez-tez tənginəfəslik yaranır, çünki onlarda ilk növbədə ağ ciyərlər zədələnir. Tütün çəkənlər ildən-ilə özlərini halsız və daha yorğun hiss edirlər və tez-tez soyuqdəyməyə məruz qalırlar. Əksər insanlar bunu ekologiya, immunitet və digər faktorlarla əlaqələndirir, lakin əsas səbəblərdən biri siqaret çəkmədir. Siqaret ağciyərləri məhv edir! Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Unutmayın ki, 90% hallarda ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı tütündür. Siqaret çəkən insanın ağciyərləri! Ağciyər xərçəngi! Bu siqaretin sizə verdiyi bir bəladır! Siqaret çəkmək xərçəng xəstəliklərinin digər formalarının yaranmasına da səbəb ola bilir. Tütünün istənilən formada çəkilməsi ölümlə nəticələnən insultlar və ürək tutmalarının da əhəmiyyətli risk faktorudur. Siqaret çəkmək daha çox ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur: Ağ ciyər xərçəngi – 90% hallarda Xroniki bronxit, emfizema – 75% hallarda Ürəyin işemiyası – 25% hallarda Siqaret çəkmə tənəffüs orqanları xəstəliklərinin – xroniki ağciyər xəstəliklərinin, sətəlcəmin əsas faktorlarından biridir. Xroniki bronxit tütündən istifadə edənlərdə istifadə etməyənlərdən 5-7 dəfə çoxdur! Siqaret çəkmək insanı öskürdür və bəlğəm əmələ gətirir, xroniki bronxitə səbəb olur. Müntəzəm siqaret çəkən insanların təxminən 25 faizi bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 10, 20 və ya 30 ilədək qısalır! Siqaret çəkən insanda ürək-damar xəstəliklərinin inkişaf ehtimalı yüksəlir. Siqaret çəkənin ürəyi çəkməyənlərə nisbətən daha tez zəifləyir. Uzun illər tütün çəkmək qan damarlarında daralmalara gətirib çıxarır və bu da onların zədələnməsi ilə nəticələnir. Bu isə son nəticədə aterosklerozun əmələ gəlməsini tezləşdirir, ürəkdə infarkt, beyində isə insulta səbəb olur. Adətən damarların daralması və qan dövranının ləngiməsi səbəbindən 30-40 yaşlı kişilərdə cinsi zəiflik və impotensiyanın inkişafı riski yaranır. Siqaret çəkən kişilərdə cinsi orqanlarının qan damarlarının daralmasına görə impotensiyanın (cinsi zəiflik) yaranması ehtimalı çəkməyənlərə nisbətən 2 dəfə çoxdur. Bununla yanaşı, siqaret həzm sisteminə də öldürücü zərbə vurur. Belə ki, siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır. Siqaretçəkmə həzm sisteminə birbaşa təsir edir, çünki tütün tüstüsündə olan nikotin, qətran və digər zəhərli maddələr ağız suyu ilə qarışaraq mədəyə düşür. Siqaretçəkənlərin çoxu qastrit və ya mədə xorasından əziyyət çəkir. Aktiv siqaret çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin və xroniki xəstəliklərinin yaranması ehtimalı yüksəkdir. Nikotin sürətli ürək döyüntülərinə, qusma, baş gicəllənməsi kimi halların meydana gəlməsinə də səbəb olur. Bundan başqa siqaret çəkənin hafizəsi zəifləyir, əhval-ruhiyyəsi pozulur, yuxusuzluq, dərisində qırışlar əmələ gəlir. Tütündən istifadə edənlər arasında miokard infraktı halları istifadə etməyənlərdən 4-5 dəfə çoxdur! Əgər siqaret çəkənin qanında xolesterinin miqdarı və ya təzyiqi yüksəkdirsə ürək tutma halları 8 dəfə çoxalır. Tütün çəkənlərin xarici görünüşü də dəyişilir. Siqaretçəkmə dişlərin və dırnaqların saralması, saçların tökülməsi,eləcə də qırışların əmələ gəlməsi ilə nəticələnir. Siqaret çəkən qadınlarda üzdə qocalma prosesi çox surətlə gedir! Bəzən insanlar səhvən düşünürlər ki,siqaret çəkməklə bədən çəkisinə nəzarət etmək olar. Əslində isə siqaretdən imtina etdikdə bədən çəkisi yalnız 3 kq-dək arta bilir. Düzgün pəhriz və fiziki məşqlər siqaretdən imtina etdikdə bədən çəkisinə nəzarət etməyə imkan verir. İndi qeyd edəcəyim faktlar isə yəqin ki, siqaret çəkən qızlarımızı və qadınlarımızı ciddi narhat edəcək. Mütəxəsislərin araşdırmalarına görə, güclü siqaret çəkənlərin üzündə qırışlar siqaret çəkməyən yaşıdlarından beş dəfə çoxdur. Qadın və siqaret! Kənardan necə göründüyünüzü və sizdən gələn pis siqaret qoxusunu düşünün! Belə ki, tütündə olan zəhərli maddələr üzdəki nazik qan damarlarını zədələyir və bu, vaxtından qabaq qocalmaya, dərinin təravətini itirməsinə gətirib çıxarır! Bundan əlavə tütün həmçinin gələcəkdə qızların ana olmama riskini də artırır!!! Heç nə narahat etmədiyinə görə, müəyyən dövrədək bir çox siqaret çəkənlər düşünür ki, tütün çəkmək sağlamlığa təsir etmir. Lakin, zaman ötdükcə bu yanlış fikir dağılır və tütünçəkmənin nəticəsi olaraq problemli və xəstəliklərlə yaşanan günlər gəlir. O, zaman ilk yandırılmış siqaret xatırlanır və bu səmərəsiz məşğuliyyətdən vaxtında imtina etməməyə görə peşmançılıq hissi keçirilir. Siqaretin sənə verdiyi ancaq xəstəlikdir! Həqiqətən, siqaretçəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaret ilə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən siqaret çəkən buna xüsusi diqqət yetirmir, digər tərəfdən isə o, siqaret çəkmənin sağlamlığa vurduğu zərbələr barədə düşünmək istəmir. Sizcə, siqareti tərgitmək üçün onun ağır bir fəsadını gözləməkmi lazımdır? Bu fəsadların çoxunun da öldürücü olduğunu nəzərə alsaq, siqareti tərgitmək üçün bundan ciddi səbəb ola bilərmi? Amma SİZ dünyada cəmi bircə mütəxəssis belə tapa bilməzsiniz ki, SİQARETİN insana xeyirli təsirini söyləyə bilsin! Bunu heç zaman unutmayın! P.S.: Yazıda Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin məlumat və hesabatlarından da istifadə olunub Qənirə Paşayeva, millət vəkili Milli.Az
SİQARET
Posted Sentyabr 15, 2011
on:Siqareti tərgitmək sağlamlığınız üçün çox yaxşıdır. Çəkməyi tərgitdiklə siz qanda şəkərin miqdarını və qan təzyiqini aşağı salmış olursunuz. Bundan əlavə bu, sizdə ümumi xolesterinin miqdarının enməsi, “xoşagəlməz” sayılan xolesterin – ASLP və triqliseridlərin miqdarının enməsi ilə də nəticələnir. Siqareti tərgitməklə siz qanda “yaxşı” xolesterin – YSLP miqdarını və oksigenə sərf etməni artırmış olursunuz. Bundan başqa siz gələcək həyatınızın müddətini artırmış olursunuz.
Siqareti tərgitməklə siz ürək-qan damar xəstəlikləri, böyrək xəstəlikləri, sinirlərin zədələnməsi, diş və xərçəng xəstəliyi (ağız boşluğu, boğaz, ağ ciyərlər, sidik kisəsi) ehtimalını azaltmış olursunuz. Siz ürək tutmaları və insult, vaxtından əvvəl doğuş və ölü doğulma, oynaqlarda hərəkət məhdutluğu, soyuqlama sindromu, bronxit və emfizema ehtimalını da azaltmış olursunuz.
Siqareti tərgitməklə siz insulinə rezistenliyi (sizin orqanizminizin insulinə cavab verməməsi) azaltmış olursunuz. Təsadüfi deyil ki, hal-hazırda da insanlar siqareti tərgitmək istəyirlər. Bu məqsədlə aşağıda bir neçə məsləhət yazılıb:
SİQARETİ NECƏ TƏRGİTMƏLİ
Həftə ərzində nə qədər siqaret çəkdiyinizi sayın. Bu zaman nə etdiyidinizi və ya nə etmək istədiyinizi qeyd edin. Yazılmış siayhını saxlayın. Sizi siqareti tərgitməyə sövq erən bütün amilləri qeyd edin. Siqareti tərgitmək istədikdə hər gün bu həftəlik siayhını oxuyun.
Siqareti atmaq istədiyiniz gündən də qeydlər aparın. Bu zaman çalışım ağır gün seçməyin. Belə etdikdə stress sizə güc gələ bilməz. Yaxşı olar ki, bu məqsədlə bazar gününü seçəsiniz.
Yoldaşlarınıza siqareti atmaq istədiyinizi deyin. Bunu dostlarınız, yaxınlarınız və ailə üzvlərinizin bilməyi məsləhət sayılr. Onlara sizə kömək etməyi xahiş edin. Onlardan dəstək istəyin. Məsələn sizə siqaret təklif etməsinlər və s. Onlara siqareti tərgidəndən dərhal sonra nələr baş verdiyini danışın (bax aşağı).
Siqareti tərgitmə yollarını seçin.
Bu məqsədlə bir çox üsullar mövcuddur. Müxtəlif insanlarda müxtəlif üsullar özünü doğrulda bilər. Bu məqsədlə tibb işçiləri sizə böyük edə bilərlər, lakin hansı üsulun sizə uyğun gəldiyini özünüz seçməlisiniz.
Bu üsullardan biri qəti surətdə tərgitməkdir. Bu məqsədlə nikotin yapışdırıcı və ya saqqız istifadə etmək olar.
Bəzi şəxslərə hipnoz yaxşı təsir göstərir. Digərlərinə isə siqaret çəkmə hissini yatırmaq üçün iynə batırma metodu effektiv olur.
Siqaret çəkməyənlərlə ünsiyyət mümkündürmü ? Ola bilər, siqareti dostlarınızla birgə tərgitmək asan olur.
Dərin tənəffüs tərəkətləri edin (bunu xüsuüi audio yazının köməyi ilə də həyata keçirmək olar).
Aşağı kalorili və yağsız qidalar qəbul edin. Belə ki, siqareti atan şəxslərdə iştah yüksələ bilər. Bununla da siz artıq çəki əldə edə bilərsiniz (orta hesabla 3,5 kq). Sizə şirniyyatlar da xoş gələ bilər.
Siqareti tərgitdikdən bir neçə həftə sonra idman hərəkətlərinə başlaya bilərsiniz.
Fiziki aktivliyin yüksəldilməsi ilə siz “siqaret tərgitmə abstinensiyası” siptomundan və artıq çəkidən uzaq ola bilərsiniz. İdman hərəkətləri siqaret çəkmə müddətini doldura bilər və yeməyə həvəsi nəzarətdə saxlamış olar. İdman hərəkətləri dedikdə normal tempdə gəzinti, velosiped sürmə və üzgüçülük aiddir.
Əvvəlcə hər uğurunuza görə özünüzü “mükafatlandırın”. Bu məqsədlə sevimli oyunla məşğul olma və ya kinoya getməkdən istifadə etmək olar.
SİZ SİQARETİ TƏRGİTDİKDƏ
Bir neçə gün və ya həftə siz “siqaret tərgitmə abstinensiyası” hiss edə bilərsiniz. Aşağıdakı səhifədəki cədvəldə sizin hiss edtiyiniz bəzi hisslər və onlarla mübarizə üsulları göstərilmişdır.
SİQARETİ TƏRGİTDİKDƏN SONRA
Siqareti tərgitdikdən sonra ilk üç ay ən çətin dövr sayılır. Siqareti tərgitdikdən sonra yenidən başlayanların əksəriyyəti bu müddət ərzində başlayır.
Siqareti atdıqdan sonra buna dözməyin aşağıdakı mütodunu deyə bilərik:
Yuxarıda qeyd etdiyimiz idman hərəkətləri və hadisələri qeyd etdiyiniz cədvələ nəzər salın. Siqaretə tərhik edən amilləri araşdırın və onlardan uzaq olun. Məsələn: əgər oturaq vəziyyətdə siqaret çəkmə daha çox olursa, bundan uzaq olun.
Əgər bu vəziyyətdən uzaq ola bilmirsinizsə, siqaret çəkməmək üçün başqa yol tapın.
Əlinizdə nə isə başınızı qatan əşya saxlayın. Bu məqsədlə kəndir parçası, qələm və s. Istifadə edə bilərsiniz. Ağızınızda müəyyən bir əşya, məsələn diş çöpü saxlayın. Saqqız çeynəyə və ya buz sora bilərsiniz.
Əlaməti
Müddəti
Nə kömək edir
Qanda şəkərin miqdarının tərəddüd etməsi
İlk 2 həftədə güclü olub, sonralar azalır.
Nə ilə isə məşğul olmaq
Qıcıqlanma, gərginlik, əsəbilik
Müxtəlif
Diqqəti çətin cəmləmə
Bir neçə həftə
Işi dayandırma, gəzinti, sakitləşdirici musiqiyə qulaq asma
Əlavə enerji, narahatlıq
Bir neçə həftə
Böyük məsələləri kiçik məslələrlə həll etmə, iş yerində fasiləsiz istirahət etmə
Gündüz yuxulu olmaq
Müxtəlif
Fiziki hərəkətlər
22 həftədən 4 həftəyə qədərGəzintiyə çıxma
Qəbizlik3 həftədən 4 həftəyə qədərÇox miqdarda qida lifləri qəbul etmə (təzə meyvə, tərəvəz, təmizlənməmiş buğda
Öskürək7 gündən azKiçik qurtumalarla su içmək
Baş ağrı, əzələ spazmları, ürəkbulanma və tərləməBir neçə günİsti vanna qəbul etmək, bir qədər sakitlikdə olmaq
Şirniyyata meyillilikBir neçə günAşağı kalorili qida qəbul etmək
Əgər siqaret çəkirsinizsə, yüngülləşmək üçün müxtəlif üsullar tapın.
Dərindən nəfəs alın, yüngülləşdirici idman hərəkətləri edin. Əgər siqaret şəkirsinizsə, gümrahlaşmaq məqsədi ilə gəzintiyə çıxın və ya dartınma hərəkətləri edin.
Siqaretinizi, müşdüyü, alışqanı, kibriti və külqabını tullayın.
Qeyd dəftərində dəyişiklik edin, siqareti saxladığınız və siqaret üçün yeri dəyişin.
Siqareti tərgizdiyiniz səbəbi qeyd dəftərindən oxuyun, yadınıza salın ki, artıq siqaret çəkən olmaq istəmirsiniz.
Yadda saxlayın ki, yenidən siqaret çəkən olmaq üçün yalnız bir ədəd çəkmək bəs edər. Hətta bir ədədindən də istifadə etməyin.
Nəyə görə siqaret şəkən olmaq istəmədiyinizi qeyd edin.
Əgər bu zaman sizdə artıq çəki meydana gəlibsə, qida rejimini və aktiv idman hərəkətlərini təyin etmək üçün dietoloqa müraciət edin.
Passiv siqaret çəkmək ildə 600 min nəfərin ölümünə səbəb olur. Dünya Səhiyyə Təşkilatı bu sahədə apardığı araşdırmasının nəticələrini açıqlayıb. Araşdırmanın nəticələrinə görə, siqaretin mənfi təsirinə məruz qalanların 1/3-i uşaqlardır. Yəni başqalarının siqaret çəkdiyi havanı udmaq hər 100 nəfərdən birinin ölümünə səbəb olur. Tədqiqat 192 ölkədə aparılıb.
Passiv siqaret çəkməyin yol açdığı və ölümə səbəb olduğu əsas xəstəliklər arasında ürək və tənəffüs yolları xəstəlikləri durur. Passiv siqaret çəkmək bəzi hallarda hətta ağciyər xərçənginə də gətirib çıxara bilər. Bu, uşaqlarda pnevmoniya və astma xəstəliklərinə də səbəb ola bilər. Mütəxəssislərin sözlərinə görə, valideynləri siqaret çəkən uşaqların ciyərləri, siqaret tüstüsünə məruz qalmayanlarla nisbətən daha yavaş inkişaf edir.
Nəticələrə görə, 2004-cü ildə dünyada uşaqların 40, kişilərin 33, qadınların isə 35 faizi passiv siqaret çəkməyə məruz qalıb. Bu faktor 379 min insanda ölümcül xəstəliklərin yaranmasına, 165 min nəfərin tənəffüz orqanlarının respirator xəstəlikləri, 37 min nəfərin astma, 21 mindən artıq insanın isə ciyər xərçəngi nəticəsində ölməsinə yol açıb.
Passiv siqaret məkmədən ən çox Avropa və Asiya ölkələri əziyyət çəkir. Amerika və Aralıq dənizinin şərq sahillərində yaşayanlar siqaret tüstüsünə daha az məruz qalırlar (ANSPRESS).
ABŞ alimləri 20.000 kişi və qadının iştirakı ilə iri həcmli tətqiqat aparılmışdır. 10 il ərzində həkimlər
siqaret, alkoqol, idman və meyvə-tərəvəz istifadəsinin iştirakçıların ömrünün uzunluğuna təsirini öyrənmişlər. Aşkar olunmuşdur ki, siqaret çəkmə insan orqanizminə ən çox mənfi təsir göstərir. Siqaret çəkənlərdə vaxtından əvvəl ölmə 77%-dir. Alkoqoldan istifadə isə 60% erkən ölüm riskini artırır. Ən azı həftədə 5 gün hər gün meyvə-tərəvəz yeməkə, insanların 44%-i öz həyat müddətini artırır. Fiziki fəal olan iştirakçıların 24%-inin isə çox yaşama imkanları artmışdır. Nəticələri yekunlaşdıraraq tədqiqatçılar hesablamışdır ki, əgər siqaret, alkoqoldan imtina edilsə və hər gün meyvə və tərəvəz yeyilsə, onda
təxminən 14 il həyat uzadıla bilər.