www.diabet.az

ŞIRIN IÇKILƏR -DIYETANI QEYRI-SAĞLAM EDƏN ƏHƏMIYYƏTLI BIR AMILDIR

Posted on: Sentyabr 15, 2011

Çox uzun zamandır, şirin içkiləri müasir cəmiyyətin gerçək bir problemi olaraq qəbul etmişlər. Çox tez-tez bu zərərli və cazibədar qida istehsalçıları üçün əlavə vergi təyin olunması təklifləri edilir.

Birincisi, zərbə uşaq sağlamlığına daha çox olur- məktəbdə və sonra kafedə uşaqlar ümumiyyətlə özləri də bu içkiləri alır və böyük miqdarlarda onları içirlər. Və heç bir zərərlidir xəbərdarlığı onlara təsir etmir .

Ardından, şirin içkilər qeyri-sağlam, lakin heç də daha az zərərli olmayan bir diyetanın yalnız bir komponentidir. Əgər düşünsək ki, nə qədər zərərli olan uşaqların mədələrinə tökülür- fast food, şirniyyatlar, peçenye, müxtəlif konfetlər-onda biz mövcud nəsilin yalnız şəkərləndirildiyini söyləyə bilərik …

Belə bir qeyri-sağlam diyeta erkən yaşda mədə, həzm, pankreas, böyrəklər, qaraciyər, ürək ilə əlaqədar problemlər yaradır. Belə ki, zərərli və bəzən təhlükəli olan bu məhsullara qarşı hökumətin tədbirlər təsirli olmadıgı üçün, müstəqil olaraq uşaqların ağızına düşən bütün məhsulları yoxlamaq lazımdır .

Əvvəl də ifadə etdiyim kimi – şəkərli içkilər ilə mübarizə çox-çox çətindir: Onlar zərərsiz görünə bilər, və dadlı olmaları aydındır, ancaq bu bizi yanılda bilməməlidir. Zərər yalnız şəkərin çoxluğundan yox, həm də süni kimyəvi maddələr, konservantlar, boyalar, qida əlavələrindən də edir. Əvvəl müvəqqəti, daha sonra tamamilə şəkərli içki istifadəsini ortadan qaldırmaq lazımdır, bəli onlar adət etmə və hətta asılılıq da yaradır, bu pis vərdişi məğlub etmək üçün – ,yalnız ana-ataların iradəsindən asılıdır kı, həm özlərini, həm də uşaqlarını inandırsınlar ki, şəkərli içkilərin rəddi – həyatlarını sağlam etmək üçün bir vasitədir. Bundan əlavə biz hələ şirin içgilərin artıq çəkidəki rolunu qiymətləndirmirik və bu içgilərin reklamının məhdudlaşdırılması, məktəblərdə satışının qadağan olunması üçün tədbirlər görülməlidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

Arxivlər

%d bloqqer bunu bəyənir: